Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə509/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   505   506   507   508   509   510   511   512   ...   538
Ə d ə b i y y a t

Qoca, E. Sibir dərsi 

[Mətn] /Elşad Qoca; red. 

Azərbaycan Respublikası 

Milli Təhlükəsizlik Nazir-

liyinin İdarə rəisi Fuad 

İsgəndərov; rəyçi filol. 

elm. nam. Şamil Vəliyev, 

filol. elm. nam. Bədirxan 

Əhmədov.- Bakı: Şuşa, 

2000.- 320 s.

Şahsuvarov Nurməmməd 

bəy [Mətn]  / tərt. ed.: 

V.Allahverdiyev, Ş.Mehdiyev 

//Azərbaycan Demokratik 

Respublikası: Azərbaycan 

hökuməti (1918-1920).- 

Bakı, 1990.- S.72-73.

İ n t e r n e t d ə

www.anl.az

www.history.az

Dövlət xadimi


405

Tarix

240 

illiyi

Mirzə Camal bəy 

1773-1853 

2013

Mirzə Camal bəy Məhəmmədxan 

bəy oğlu Hacılı-Cavanşir 1773-cü ildə 

Hacılı icmasında, Gecəgözlü obasında 

anadan olmuşdur. Atası Məhəmmədxan 

bəy Şuşaya qalabəyi təyin olunduqdan 

sonra paytaxta köçmüşdülər. Bura-

da mədrəsə bitirmişdi. Bir neçə dilə 

bələdçiliyi vardı.  Ədəbiyyatçı Adolf 

Berje yazır: “Mirzə Camal fars, ərəb 

və osmanlı dillərindən başqa avar və 

ləzgi dillərini də bilirdi. Tarix, coğ-

rafiya və astronomiya haqqında yax-

şi məlumatı vardı.” Aydın və savadlı 

adam olan Camal bəy divanda katib 

işləmiş, xanın  əsasən daxili yazışma-

larını apardığına görə ona Mirzə adını 

qoymuşlar.”

1797-cı ildə baş vəzir Molla Pənah 

Vaqif xanlığı  ələ almış  Məhəmməd 

bəy Sarıcalı-Cavanşir tərəfindən öl-

dürülmüşdü. İbrahimxəlil xan xanlığa 

yenidən yiyələnəndən sonra baş vəzir 

vəzifəsinə divanxana katibi Mirzə Ca-

mal bəy Hacılı-Cavanşiri təyin etmiş-

di.


1822-cı ildə xanlıq ləğv edildi. 

Mirzə Camal bəy rus hərbi idarəsi 

tərəfindən yaradılan məhkəməyə 

işə keçirildi. On səkkiz il məhkəmə 

sistemində çalışdıqdan sonra qocalığı 

ilə bağlı, 1840-cı ildə istefaya çıxdı.

Mirzə Camal bəy tibb elmini gözəl 

bildiyindən həkimliklə məşğul olmağa 

başlamışdı. Ömrünün sonuna qədər 

adamları pulsuz müalicə etmişdi.

Mirzə Camal bəy Cavanşir Qara-

baği tarixçi idi və onun zəngin kitab-

xanası olmuşdur. 1815-ci ildə  “İran 

tarixi haqqında qısa icmal” adlı tarixi 

əsər qələmə almışdı. 1847-ci ildə isə 

Qarabağın siyasi olaylarından bəhs 

edən “Qarabağ tarixi” adlı tarixi əsər 

yazmışdı. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   505   506   507   508   509   510   511   512   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin