Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə511/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   507   508   509   510   511   512   513   514   ...   538
Məmmədəli Sidqi

1888-1956 

2013

Məmmədəli Məhəmməd Tağı oğlu Sidqi 1888-

ci ildə Naxçıvanda anadan olmuşdur.  İxtisasca 

jurnalist olmuşdur. 

Atasının Naxçıvanda açdığı “Tərbiyə” 

məktəbində təhsil almış, İrəvan Müəllimlər Semi-

nariyasını bitirmişdir. Naxçıvanda müəllim olmuş, 

teatr tamaşalarında fəal iştirak etmişdir. 

1905-1908-ci illərdə “Həyat” və  “İrşad” 

qəzetlərində məqalələri dərc olunmuşdur. 1910-cu 

ildə Cəlil Məmmədquluzadə Sidqi Məmmədəlini 

çağıraraq, “Molla Nəsrəddin” jurnalının redak-

torluğunu müvəqqəti (1910, iyun- 1911, oktyabr) 

ona tapşırmışdır. 

Sovet hakimiyyəti illərində Bakıda müəllimlik 

və jurnalist kimi fəaliyyət göstərmiş,  “Kommu-

nist” qəzeti (indiki “Xalq qəzeti”) redaksiyasının 

müdiri vəzifəsində çalışmışdır.

Sidqi Məmmədəli 1956-cı ildə Bakıda vəfat et-

mişdir.


Rəcəb  Əsədulla oğlu  Əfəndizadə 

1893-cü ildə Şəkidə anadan olmuşdur.   

 Şəkidə mollaxanada (1900-1901), al-

tısinifli  şəhər məktəbində (1902-1910), 

Qori Müəllimlər Seminariyasında (1910-

1914) təhsil almışdır. Azərbaycan Dövlət 

Universitetinin Pedaqogika fakültəsini 

bitirmişdir (1930). Göyçay ikinci dərəcəli 

şəhər məktəbində (1914-1915), Şəki kişi-

qadın gimnaziyasında müəllim (1915-

1922),  Şəki Pedaqoji Texnikumunda 

(1922-1927), Tiflis Pedaqoji Texniku-

munda (1928-1929) direktor, Ali Pedaqoji 

İnstitutda müəllim və dosent (1929-1934), 

Azərbaycan Dövlət Qiyabi Pedaqoji İns-

titutunda Tədris və Elmi işlər üzrə direk-

tor müavini, Pedaqogika kafedrasının 

müdiri (1945-49) işləmişdir. Rəcəb bəy 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 

Nuxa qəzasında Hökumətin xalq maarifi 

sahəsində  tədbirlərini həyata keçirmiş, 

“Türk qiraəti” (1918) dərsliyini nəşr etdir-

mişdir. “İş otağı” (1933), “Müəllimlərin 

ixtisasını artırma işinin təşkili” (1934), 

“Xalq maarifi üzrə  məlumat kitabı” 

(1935), “Fiziki coğrafiya” (1935), “Qiya-

bi təhsil sistemində  şifahi konsultasiya” 

(1936), “İzahlı pedaqoji lüğət” (1939), 

“Şagirdlərin  fiziki tərbiyəsi və  hərbi 

hazırlığı” (1942), “Uşaqlarda səhiyyə 

vərdişləri tərbiyəsi” (1947) və s. əsərləri 

Azərbaycanda xalq maarifi  və  tərbiyə 

işlərinin elmi-metodik əsaslar üzərində 

qurulmasında mühüm rol oynamışdır. 

Əfəndizadə ali və orta məktəblər üçün 

Moskvada nəşr olunmuş “Psixologiya” 

və “Pedaqogika” dərsliklərinin də ilk 

tərcüməçisidir. 

Rəcəb  Əfəndizadə 1956-cı il dekabr 

ayının 20-də Bakıda vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   507   508   509   510   511   512   513   514   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin