Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə513/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   509   510   511   512   513   514   515   516   ...   538
Ə d ə b i y y a t

Orucova, E.  İdmana həsr 

olunmuş ömür (Zeynəb 

Rzayeva) [Mətn] /E.Orucova 

//Olimpiya dünyası.- 2005.-

21-23 may.- S.3.

Zeynəb Rzayeva: 

Azərbaycan gimnastika 

məktəbinin yaradıcısı 

[Mətn] //Dəyişikliklərə 

cəsarəti çatan örnək xanım-

lar.- Bakı, 2008.- S.47-48.

İ n t e r n e t d ə

www.anl.az

www.azpress.no-ip.org 

www.elibrary.az 

www.idman.com.az

Gimnast


409

150 

illiyi

Mirzə Əbdülxalıq Axundov

1863-1950

2013

Əbdülxalıq Hacı Abdulla oğlu Axun-

dov 1863-cü ildə Bakıda anadan olmuş-

dur.  


Mirzə  Həsib Qüdsinin (1828-1908) 

mədrəsəsində oxumuş, sonra Bakı gimna-

ziyasını qurtarmış; 1888-ci ildə Almani-

yanın Erlangen şəhərindəki Fridrix Alek-

sandr adına Universitetin tibb fakültəsini 

bitirmişdir. 

Burada “göz bəbəyinin klinik tədqiqi” 

mövzusunda yazdığı əsərə görə tibb dok-

toru alimlik dərəcəsi alıb (əsər həmin 

şəhərdə 1890-cı ildə kitab kimi nəşr 

edilib) Bakıya dönərək burada ilk göz 

xəstəlikləri məntəqəsi açmışdır. 

Bakıda  Şərq və  Qərb  əczaçılığının 

(farmakologiyasının) tarixini araşdır-

mış, klassik yunan və  ərəb alimlərinin 

əczaçılığa dair əsərlərini almanca-

ya çevirərək Leypsiq şəhərində  çıxan 

“Tsaytşrift der Doyçen morgenlendişen 

Qazelşeft” (“Zeitshrift der Deutshcen 

morgenlendishen Gaselsheft”) qəzetində 

dərc etdirmişdir. 

X  əsrin  əttarı  Əbu Mənsur Müvəffəq 

bin Əli əl-Hərəvinin 466 bitki və 44 hey-

van mənşəli dərmanın hazırlanmasına 

dair əsərini klassik ərəbcədən almancaya 

çevirərək ona geniş şərh yazmış və 1892-

ci ildə Derpt (indiki Estoniyanın Tartu 

şəhəri) Universitetinə təqdim etmiş, tibb 

elmləri doktoru dərəcəsi almışdır. 

1893-cü ildə Derpt Universiteti-

nin  əsərlərində  və Almaniyanın Halle 

şəhərində kitab şəklində buraxılan bu əsər 

uzun illər rus və Avropa farmakoloqları-

nın stolüstü kitabı olmuşdur. XIX əsrin 

sonlarında Bakıda iki əczaxana açmışdır. 

O, həm də  həkim Məhəmmədrza 

Vəkilovla birgə Azərbaycanda ilk ruhi 

xəstəliklər müalicəxanasının yaradıcıla-

rından biri olmuşdur. 1892-ci il aprel ayı-

nın 24-də açılan bu xəstəxanada 1903-cü 

ilədək işləmişdir. 

1896-cı ildə   tacir   İsgəndər  bəy  

Məlikov və müəllim Sultanməcid 

Qənizadəylə birgə Bakıda ilk kütləvi 

kitabxana açmış, 17.03.1899-da qa-

panmışdı, yeni tipli mətbəə yaratmış 

və 2 ildə (1899-1901) N.Nərimanov, 

N.B.Vəzirov,  S.Qənizadə və Ə.Cəfərzadə, 

S.B.Hacıəlibəyov (Acalov) və başqaları-

nın kitablarını nəşr etmişdir. 

Bədii yaradıcılıqla da məşğul ol-

muş, “Əvvəli hənək, axırı  dəyənək” (öz 

mətbəəsi, 1901) adlı üç pərdəli komediya 

qələmə almışdır (səhnəyə  də qoyulmuş-

dur). “Müsəlman xeyriyyə cəmiyyəti”nin 

(1905), “Nəşri-maarif” cəmiyyətinin üzvü 

(1906); “Səadət” xeyriyyə  cəmiyyətinin 

(1907) qurucularındandır (katibi olub). 

“Təkamül” qəzeti (1906-1907) redaksi-

ya heyətinin üzvü, 1909-1910-cu illərdə 

satirik “Zənbur” jurnalının naşiri olmuş-

dur. 


Özü burada “Palazqulaq”, “Zorba”, 

“Cümləqayğu”, “Sövtüməli-Dünyamalı”, 

“Vərzad”, “Toxmaq”, “Çərənçi” və başqa 

imzalarla çıxış etmişdir. 

1914-1919-cu illərdə  nəşr edilmiş 

“Müalicə kitabı” (1914), “Uşaq hifzi-

sihhəsi” (1916), “Həzm üzvlərinin azar-

ları” (1919) və b. kitabların müəllifidir.

Sovet hakimiyyətinin onunla vəhşicəsinə 

davranışından sonra Güney Azərbaycana 

köçmüş, öncə  Rəşt və  Ərdəbildə, daha 

sonra isə Tehranda yaşamış və həkimliklə 

məşğul olmuşdur. 

1950-ci ildə Tehranda vəfat etmiş  və 

Qum şəhərində dəfn edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   509   510   511   512   513   514   515   516   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin