408
İdman
95
illiyi
Zeynəb Rzayeva
1918
2013
İlk qadın idmançılarımızdan Zeynəb
Hüseyn qızı Rzayeva 1918-ci ildə ana-
dan olmuşdur.
1930-cu illərdə gimnastika ilə
məşğul olmuş və respublika çempionu
adını qazanmış azərbaycanlı qadındır.
O, respublikada uşaq idman məktəbinin
ilk yaradıcılarındandır.
Zeynəb Rzayeva 1934-1938-
ci illərdə bədən tərbiyəsi və idman
müəllimi işləmiş ilk qadındır.
O, 1941-1945-ci illərdə hərbi hos-
pitalda çalışmış, 1947-ci ildən Bədən
Tərbiyəsi İnstitutunda dekan, kafedra
müdiri və rektor olmuşdur.
O, bədən tərbiyəsi nəzəriyyəsi
və metodikası kafedrasının dosenti
vəzifəsində çalışmış, 40-a yaxın elmi
və metodiki işin müəllifi, bir çox umu-
mittifaq və respublika elmi konfransla-
rının iştirakçısı olmuşdur.
İdman elmində fədakar əməyinə, ali
məktəbdə 25 illik uğurlu fəaliyyətinə
görə 1972-ci ildə Ümumittifaq Ali At-
testasiya komissiyası ona dosent adı
vermişdir. Zeynəb Rzayeva Bədən
Tərbiyəsi İnstitutunun fəxri professoru
olmuşdur.
İran İslam Respublikası və Pakistanın
İdman nazirlikləri onun təcrübəsindən
istifadə etmək üçün dəfələrlə öz
ölkələrinə dəvət etmişdilər.
Zeynəb Rzayeva böyük ictimaiy-
yətçi və vətənpərvər idi. O, sovet ordu-
sunun 1990-cı ilin yanvarında Bakıda
törətdiyi vəhşiliyə qarşı öz etiraz səsini
Moskvada ucaltmışdı. 72 yaşlı Zeynəb
xanım həmin şaxtalı günlərdə Moskva
Ali Soveti deputatlarının qaldığı meh-
manxananın qarşısında bir ay piket ke-
çirtmişdir.
Zeynəb Rzayeva Azərbaycan Mil-
li Olimpiya Akademiyasının və İs-
lam ölkələri Qadınlarının Beynəlxalq
Olimpiya komitəsinin üzvü olmuşdur.
Elm və təhsil sahələrində, bədən
tərbiyəsi və idmanın inkişafın-
da xidmətlərinə görə o, “respublika
dərəcəli gimnastika hakimi” adını al-
mış, “Qırmızı Əmək Bayrağı”, “Vətən
müharibəsi ordeni”, 2001-ci ildə
“Şöhrət” ordeni və bir çox medallarla
təltif edilmişdir.
Zeynəb xanım müharibə və əmək
veteranı idi. Azərbaycan idman
ictimaiyyəti böyük iftixarla Zeynəb
Rzayevanı özünün mənəvi anası ad-
landırmışdır.
Dostları ilə paylaş: