404
Siyasət.Hərbi iş
130
illiyi
Nurməmməd bəy Şahsuvarov
1883-1958
2013
Nurməmməd bəy Ədilxan oğlu Şah-
suvarov 1883-cü ildə Azərbaycanın
Laçın rayonunun Minkənd kəndində
doğulmuşdur. O, ibtidai təhsilini kənd
məktəbində alaraq, 1889-1903-cü
illərdə Qori müəllimlər seminariya-
sında oxumuşdur. H.Şahsuvarov bir
müddət Gəncədə rus dili müəllimi
işlədikdən sonra Tiflis Aleksandr
Müəllimlər İnstitutuna daxil olmuş
və oranı 1912-ci ildə bitirmiş, Kiyev
Universitetinin hüquq fakültəsinə da-
xil olmuş və həmin ali məktəbi ekstern
yolu ilə 1915-ci ildə başa vurmuşdur.
Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi
üzrə Teymurxanşura şəhərinə inspektor
təyin edilmişdir.
1917-ci ildə Rusiyada fevral –
burjua inqilabı başlayanda bitərəf
Nurməmmədbəy Şahsuvarov siyasi
hadisələrdə yaxından iştirak etməyə
başlamışdı.
1918-ci ilin yayında Şimali Qaf-
qazda yaşayan xalqların milli-azadlıq
hərəkatı nəticəsində Dağlılar Respubli-
kası yaradılmışdı. N.Şahsuvarov həmin
respublikanın Xalq Maarif naziri təyin
olunmuşdu.
1919-cu il iyun ayının əvvəlində Ba-
kıya gələn N.Şahsuvarov Azərbaycan
Demokratik Respublikası Nazirlər
Şurasının sədri N.Yusifbəylinin təşkil
etdiyi birinci hökumət kabinəsində ma-
arif nazirinin müavini vəzifəsini icra
etməyə başlamışdır. O, həmin dövrdə
Azərbaycanın şəhər və kəndlərində ana
dilində məktəb və seminariyaların açıl-
masına və digər mütərəqqi tədbirlərin
həyata keçirilməsinə böyük əmək sərf
etmişdir.
Azərbaycanın ilk ali məktəbi Bakı
Dövlət Universitetinin təşkilində də
N.Şahsuvarovun xidmətlərini qeyd
etmək lazımdır.
İttihad partiyasının üzvü
N.Şahsuvarov Nazirlər Şurasının sədri
N.Yusifbəylinin II hökumət kabinə-
sində 1920-ci il martın 5-də istefaya
çıxan H.Şahtaxtinskinin (1880- 1943)
yerinə Maarif və Dini Etiqad naziri
təyin olunmuş, 25 gün sonra – martın
30-da bütün kabinə ilə birlikdə istefaya
çıxmışdır.
1920-ci il aprel ayının 27-də baş
verən hadisələrdən sonra N.Şahsuvarov
Azərbaycan SSR Xalq Maarif Ko-
missiyasının müavini təyin olun-
muşdur. O, həmin dövrlərdə Bakıda
S.Ağamalıoğlu adına Torpaq və Geo-
deziya Texnikumlarında rus dilindən
dərs demişdir. Sonralar isə Bakı Dövlət
Universitetində Rus dili kafedrasının
müdiri, Azərbaycan Neft İnstitutun-
da isə rus dili müəllimi vəzifəsində
işləmişdir.
1940-cı ildə həbs olunan və Kras-
nodar diyarına sürgünə göndərilən
Nurməmməd Şahsuvarov orada da öz
ixtisası üzrə dərs demişdir. Üç il sonra
1943-cü ildə sürgündən Bakıya qayıdan
N.Şahsuvarov Azərbaycan Tibb İnsti-
tutunda Rus dili kafedrasının müdiri və
müəllimi işləmişdir. O, Azərbaycanda
rus dili sahəsində bir mütəxəssis kimi
məşhur olmuşdur.
Nurməmməd Şahsuvarov 1958-ci il
avqustun 11-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: