19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması,
daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə
. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya)
19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli
məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları
baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək;
19.0.3
. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və
satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası
və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-
sanitariya) tələblərinə əməl etmək;
19.0.4
. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin
təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə
baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək;
19.0.5
. istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və
xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada
identikləşdirilməsi və onlara baytarlıq şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etmək;
19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında dövlət baytarlıq nəzarəti
orqanlarına vaxtında məlumat vermək;
19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları
haqqında dövlət baytarlıq xidmətinə təcili məlumat vermək və müfəttişlər gələnə kimi, xəstəliyə şübhəli
heyvanları təcrid etmək;
19.0.8
. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən
heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətdə onları təcrid olunmuş halda saxlamaq;
19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində,
diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə
yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək;
19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları
baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək;
19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli
məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin
tələblərini yerinə yetirmək;
19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən
və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların
qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan
satışına və istifadəsinə yol verməmək;
19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və
baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul
olmaq;
19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun
tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək.