Maddə 22. Epizootiya əleyhinə fövqəladə komissiyanın təşkili
22.1. Azərbaycan Respublikası ərazisində və ya rayon (şəhər) daxilində, heyvanların yoluxucu və digər
kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək sahəsində dövlət orqanlarının,
hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək üçün
müvafiq icra hakimiyyəti orqanları
epizootiya
əleyhinə fövqəladə komissiyalar yaradırlar.
22.2. Fövqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısınınalınması və ləğvinə yönəldilmiş
epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fövqəladə və əvvəlcədən nəzərə alına bilinməyən
hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır.
22.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti qaydaları
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən bu Qanuna müvafiq olaraq tənzimlənir.
Dostları ilə paylaş: |