Maddə 25. Heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin sağlamlığının qorunması
Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan
məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin
sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması qaydaları
müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 26. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, tədarükü (kəsimi), saxlanması,
emalı və satışı obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin identikləşdirilməsi
26.1.
Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada heyvan xəstəliklərinin diaqnostikası və
profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı
və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının qanunvericiliklə
müəyyən edilmiş qaydada identikləşdirilməsinin aparılması məcburidir.
26.2. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış
obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə
uyğunluğunun uçotunu aparmaq üçün onların identikləşdirilməsi
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.
Dostları ilə paylaş: |