33.1. Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı ilə məşğul olan müəssisələr
keyfiyyətli preparat (məhsul) hazırlamağı təmin edən münasib avadanlığa, istehsalat şəraitinə,
texnologiyaya və normativ-texniki sənədlərə malik olmalıdır. Müəssisə istehsal etdiyi baytarlıq
preparatlarının keyfiyyətini sınaqdan keçirmək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir
partiya (seriya) preparata dair keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti üçün məsuliyyət daşıyır.
İstehsal olunan hər bir baytarlıq preparatı müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır və bu
barədə qeydiyyat şəhadətnaməsi verilir.
33.2
. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatları qanunvericiliklə müəyyən
edilmiş qaydada verilən müvafiq sertifikata malik olmalı, markalanmalı, qablaşdırılmalı, müşayiətedici
sənədlərində və ya istifadə təlimatlarında baytarlıq təyinatlı olması göstərilməli, habelə preparatın
istifadəsi təlimatı Azərbaycan dilində və zəruri hallarda digər dillərdə hazırlanma tarixi, saxlanma
müddəti, şəraiti və digər məlumatlar olmalıdır.
33.3. Baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahısında nəzərdə tutulan, habelə
heyvan və insanlar üçün ümumi olan xəstəliklərə qarşı bioloji və güclü təsirə malik preparatların satışı ilə
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məşğul ola bilməzlər.
33.4
. Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və
satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş
qaydada attestasiyadan keçmiş və
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən icazə almış hüquqi şəxslər
məşğul ola bilərlər.
33.5. Baytarlıq preparatlarının daşınması, saxlanması və satışı üçün normativ-texniki tələblərə uyğun
şəraiti olan hüquqi şəxslər baytarlıq preparatlarının satışı ilə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulan hallarda və qaydada məşğul ola bilərlər.
33.6. Baytarlıq preparatlarının topdansatışını mülkiyyət formasından asılı olmayaraq müvafiq istehsal və
elmi-tədqiqat müəssisələri (öz istehsalı olan) və baytarlıq təchizatı anbarları, pərakəndə satışını isə
baytarlıq aptekləri həyata keçirirlər.
33.7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının baytarlıq təbabətində tətbiqi
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
33.8. Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq
preparatlarının siyahısı
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
33.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçən baytarlıq preparatlarının idxalını və ixracını
hüquqi və fiziki şəxslər
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada beynəlxalq
müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla həyata keçirirlər.
Dostları ilə paylaş: