Maddə 36. Baytarlıq sahəsində elmi tədqiqatlar
36.1. Baytarlıq sahəsində aparılan elmi tədqiqatların əsas istiqamətləri və proqramları
müvafiq icra
hakimiyyəti orqanı
ilə razılaşdırılmalıdır.
36.2
. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş baytarlıq preparatlarının, yem və yem
əlavələrinin baytarlıq normativlərinə uyğunluğunu müəyyən etmək üçün onlar müvafiq qaydada
qanunvericiliklə müəyyən edilmiş qaydada aprobasiyadan keçirilməlidirlər.
36.3. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan xəstəliklərinin
diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan mikroorqanizm və parazitar
xəstəlik törədicilərinin ştammları baytarlıqda istifadə edilən və saxlanılan ştammların Milli
Kolleksiyasında saxlanılmalıdır.
36.4. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması
və fəaliyyəti qaydaları
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
36.5. Baytarlıq sahəsində elmi tədqiqatlar dövlət büdcəsi, müəssisələrin büdcədənkənar vəsaitləri və
könüllü ayırmalar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr hesabına maliyyələşdirilir.
Maddə 37. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması
37.1. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
37.2. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasının planlaşdırılması və həyata
keçirilməsi proqramı
müvafiq icra hakimiyyəti orqanı
ilə qanunvericiliklə müəyyən edilmiş qaydada
razılaşdırılmalıdır.
Dostları ilə paylaş: |