Maddə 30. Fərdi baytarlıq təbabəti praktikasının həyata keçirilməsi
30.1. Baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının vətəndaşları hüquqi
şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi baytarlıq təbabəti praktikası ilə
məşğul ola bilərlər.
30.2. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan şəxslər öz fəaliyyətlərini bu Qanuna və bu
Qanuna uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara əsasən həyata keçirirlər.
VI fəsil. Baytarlıq preparatlarının dövriyyəsi
Maddə 31. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri
31.0. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
31.0.1. Azərbaycan Respublikasında baytarlıq preparatları istehsalı proqramını hazırlamaq və həyata
keçirmək;
31.0.2. baytarlıq preparatları istehsalına, daşınmasına və saxlanmasına dair standartlarını və müvafiq
normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;
31.0.3
. baytarlıq preparatlarının aqrobasiyası, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin
aparılması qaydalarını müəyyən etmək;
31.0.4. baytarlıq preparatlarının dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə
dövlət nəzarətini təşkil etmək;
31.0.5. xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikasını, müalicəsini və ölkədə baytarlıq sağlamlığını
təmin etmək üçün lazım olan baytarlıq preparatlarının tədarükünə dövlət sifarişini vermək;
31.0.6. baytarlıqda istifadə olunan bioloji və güclü təsiredici baytarlıq preparatlarının istehsalı, idxalı,
saxlanması, daşınması, satışı və istifadəsi qaydasını müəyyənləşdirmək;
31.0.7
. baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı formasını və təqdim edilməsi
qaydasını müəyyən etmək;
31.0.8. baytarlıq preparatlarının alınmasına və istehsalına ayrılan büdcə təxsisatlarının səmərəli
istifadəsinə nəzarət etmək;
31.0.9. baytarlıq preparatları istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata
keçirmək.
Maddə 32. Baytarlıq preparatlarının dövriyyəsində hüquqi və fiziki şəxslərin iştirakı
Baytarlıq preparatlarının istehsalı, saxlanması, daşınması, satışı və tətbiqi ilə baytarlıq ixtisası üzrə ali və
orta ixtisas təhsilli fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul ola bilərlər.
Dostları ilə paylaş: |