II. Mikromühit və onu təşkil edən amillər.
Mikromühit firmaya və onun məhsulunun alıcılarına xidmət göstərilməsi imkanlarına birbaşa aidiyyatı olan qüvvələrlə təmsil olunur: istehlakçılar, malgöndərənlər, vasitəçilər, alıcılar, rəqiblər, ünsiyyət auditoriyaları və firmanın özü.
1. Firmanın özünün mikromühiti iqtisadi ədəbiyyatlarda 2 qrupa bölünür:
1) firmadaxili mühit amilləri:
a) ali rəhbərlik;
b) istehsal şöbəsi;
c) maliyyə və uçot şöbəsi;
d) elmi-tədqiqat şöbəsi;
2) firmadankənar mühit amilləri:
a) (bazar) firma
b) tədarükçilər, malgöndərənlər
c) vasitəçilər
d) geniş xalq kütləsi
Firmada mencerin əsas vəzifəsi məqsədli bazarları öz təklifləri ilə maraqlandırmaqdır. Amma firmanın marketinq üzrə idarəedicisi öz fəaliyyətini yalnız məqsədli bazarların tələbatına yönəltməklə bitmir. Fəaliyyətinin nəticələri, eləcə də, firmanın mikromühitində çalışan və fəaliyyət göstərən digər şəxslərdən və işçilərdən də asılıdır.
2. Malgöndərənlər - şirkəti və onun rəqiblərini konkret əmtəələrin və xidmətlərin istehsalı üçün zəruri olan maddi ehtiyatlarla təmin edən işgüzar firmalardır.
3. Marketinq vasitəçiləri – ticarət vasitəçiləri, şirkətə müştəri tapmaqda yaxud malların satılmasına yardım edən firmalardır.
- əmtəənin irəlilədilməsinin təşkili üzrə mütəxəssis-firmalrın; nəqliyat
- marketinq xidmətlərinin göstərilməsi üzrə agentliklər;
- kredit maliyyə idarələri; bank.
4. Müştərilər:
İstehlakçı bazarı-özü üçün alırlar;
İstehlakçılar bazarı-istehsal üçün alır;
Aralıq, satıcılar bazarı-satmaq üçün;
Dövlət idarələri bazarı-ehtiyacı olanlara vermək;
Beynəlxalq bazarlar müştəriləri-xaricilər.
5. Rəqiblər. Rəqib kompaniyalardan başqa rəqib əmtəələr olur. Bunlar:
- arzu-rəqiblər; palto-soyuducu
- qohum-əmtəə rəqiblər-soyuducu 2 və 1 kameralı
- növ-əmtəə rəqiblər-iri, böyük, orta
- marka-rəqiblər--“beko, sony, samsunq”.
6. Ünsiyyət auditoriyaları. Təşkilata real və ya potensial maraq göstərən qrupdur.
Maliyyə dairələri-illik hesabatın nəşri.
Informasiya vasitələrinin ünsiyyət auditoriyaları – qəzet, jurnal.
Dövlət idarələrinin ünsiyyət audit – reklamın həqiqətliyi, əmtəə təhlükəsizliyi
Vətəndaş hərəkətları qrupları – ictimai rəy
Yerli ünsiyyət audit - ətrafda yaşayan icma
Geniş kütlə - firmanın imici
Daxili ünsiyyət audit – firmalarda fəhlə, qulluqçularla iclas, informasiya bülleteni
Dostları ilə paylaş: |