Elmi-texniki mühit – Bəşər çəmiyyətinin inkişafında elmi-texniki tərəqqi müstəsna rola malikdir. Hər bir yeni texnologiya özündən əvvəlki köhnə texnologiyanı əvəz edir. Yeni texnologiyalar yeni bazarlar və marketinq imkanları yaradır. Kondisioner, komputer, qabyuyan və paltar maşını, soyuducu, kserokopiya icad edilib.
Siyasi mühit– müəssisənin marketinq fəaliyyətinə onları əhatə edən siyasi mühit güclü təsir edir.
Bu mühit müxtəlif təşkilatlara və ayrı-ayrı şəxslərə təsir göstərən və cəmiyyət çərçivəsində onların hərəkət azadlığını məhdudlaşdıran hüquqi qanunlardan, dövlət idarələrindən və nüfuzlu ictimai qruplardan ibarətdir. “İnsafsız rəqabətə” qarşı qanunlar, keyfiyyətsiz mallar, reklamda yalan.
Mədəni mühit– cəmiyətin dəyərlərinin və rəftar normalarının formalaşmasına təsir edən sosial institutlar və digər qüvvələrdir.
Mədəniyyət – submədəniyyət; mədəni sərvətlərin dəyişməsi-“bitlz”.
1) İnsanların özlərinə münasibət-özü üçün yaşamaq
Bir-birinə qarşı münasibət – tənhalıq xoşlayan
İctimai təsisatlara qarşı münasibət – istehsalçılara inamsızlıq
İnsanların cəmiyyətə münasibəti – vətənpərvərliyin zəifləməsi, dövlətin tənqidi