Mövzu 5 : Istehlakçı bazarı. Müəssisələr bazarı.
Plan:
İstehlakçı bazarı anlayışı, alıcı rəftarının modeli.
Müəssisələr bazarı. Sənaye təyinatlı əmtəələrin bazarı. Aralıq satıcılar bazarı. Dövlət idarələri bazarı.
Bazarlıq haqqında qərarın əsas mərhələləri.
Yeni əmtəənin qavranması prosesinin mərhələləri.
I. Istehlakçı bazarı anlayışı, alıcı rəftarının modeli.
Istehlakçı bazarı - əmtəələri və xidmətləri şəxsi istehlak üçün alan və ya başqa üsulla əldə edən ayrı-ayrı şəxslər və ev təsərrüfatlarıdır.
Istehlakçılar bir-birindən yaş, gəlir, təhsil səviyyəsi, meye, zövqlərinə görə kəskin fərqlənirlər.
Bazar seqmentini seçkidə firmalar bu bazara xidmət üçün xüsusi marketinq proqramlarını işləyib hazırlaya bilərlər.
Məs; zənci istehlakçıları xüsusiyyətləri:
zəncilər daha çox spirtli içki, geyim, tütün əşyaları alırlar və daha az tibbi xidmətə, təhsilə qidaya, nəqliyyata pul xərcləyirlər.
Zəncilər ağlara nisbətən mal axtarmır – onlar mallar evə yaxın olan və ucuzlaşdırılmış mağazalardan alır, radioya daha çox qulaq asır.
İkinci seqment həddi-buluğaçatmış cavan istehlakçılar: 18-25 yaş arası – buları da ayrı-ayrı seqmentə bölmək olar: tələbələr, tənhalar, təzə evlənənlər. Bu seqmentin xüsusiyyətləri:
onlar yeni əmtəələri daha tez qəbul edib sınayırlar.
Onlar pullarını toplamağı yox, xərcləməyi sevirlər.
Onlar alıcı rolunda daha uzun müddət çıxış edəcəklər.
Bu gün bazar xadimləri istehlakçıların tədqiq olunmasına əvvəlki dövrlərə nisbətən daha çox pul xərcləyir, məhz kimin alıcı olduğunu, necə aldığını, nə vaxt aldığını, harada aldığını və məhz nəyə görə aldığını aydınlaşdırmağı çalışırlar.
Istehlakçıların əmtəənin müxtəlif xassələrinə, qiymətlərinə, reklam dəlillərinə necə reaksiya verəcəyini dəqiq aydınlaşdırmış firma rəqibləri qarşısında böyük üstünlüklərə malikdir. Buna gprə də firmalar, elmi işçilər marketinqin sövqedici dəlilləri ilə istehlakçıların cavab reaksiyası arasında asılılıqların tədqiqinə çoxlu güc sərf edirlər.
Dostları ilə paylaş: |