Bu qəbilədən olan amillər aşağıdakı kimi bölünürlər.
Referent qrupları – insanın münasibətlərinə və davranışına birbaşa və ya bilavasitə tə’sir göstərən qruplardır.
Təsir göstərən kollektivlər dörd yerə bölünür:
İlkin kollektiv – ailə, dost, qonşu
Formal kollektiv – birliklər, həmkarlar və s.
Arzu olunan kollektiv – hansısa kluba daxil.
Arzuolunmaz kollektiv – dini sektorlar və s.
Ailə - Alıcının davranışına onun ailə üzvləri də təsir göstərə bilər. Ailə insana təsirinə görə iki növə bölünür:
Nəsihət verən ailə - fərdi valideyinlərindən ibarətdir. Onlardan din, siyasət, düzgünlük haqqında öyüd-nəsihət alır.
Yaratdığı ailə - alıcıya daha güclü təsir göstərən – arvadı və uşaqlar. Ərlə arvad əmtəə alınmasında bir-birlərinin qərarlarına təsir göstərə bilərlər.
Ərin rəyi–sığorta məsələləri, avtomobil, televizor alınmasında.
Arvadın rəyi – mətbəx ləvazimatı, xalça, ev üçün mebel.
Birgə qərar – məzuniyyətin keçirilməsi, mənzil seçimi, uşaqların tərbiyyəsi, təhsil və s.