Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə41/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   37   38   39   40   41   42   43   44   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Mövzu 4: Marketinq mühiti.

Plan:


  1. Marketinq mühitinin mahiyyəti.

  2. Mikromühit və onu təşkil edən amillər.

  3. Makromühit və onun əsas amilləri.



I. Marketinq mühitinin mahiyyəti.

Firmanın marketinq mühiti-firmadan kənərda fəaliyyət göstərən və marketinq xidməti rəhbərliyinin məqsədli müştərilərlə müvəfəqiyyətli əməkdaşlıq münasibətlərini yaratması imkanlarına tə’sir edən fəal subyektlərin qüvvələrin məcmusudur.

Dəyişkən olub, məhdudiyyətlər və qeyri-müəyyənliklər meydana çıxardaraq, marketinq mühiti firmaların mənafeyinə dərindən təsir göstərir.

Bu mühitdə baş verən dəyişiklikləri nə ləng, nə də əvvəlcədən müəyyənləşdirilən adlandırmaq olar. O, qarşıya böyük gözlənilməzliklər çıxarmağa və ciddi zərbələr vurmağa qadirdir.

Bazar iqtisadiyyatı şəraitində firma həmişə həm istehsalçı, həm də istehlaçıdır. O, onun üçün zəruri olan bütün növ resursların əldə edilməsinə xeyli vəsait xərcləyir. Firma bütün resursları bazar qiymətlə ri ilə alaraq, onlardan yeni məhsul istehsal edir. Yəni firmada əməklə kapital birləşib istehsal texnologiyasını yaradır.

Hər bir firma mürəkkəb quruluşa malik olmaqla, sexlərdən, sahələrdən, bölmələrdən, şöbələrdən, qovşaqlardan, briqadalardan və s. təşkil olunur. O, bazar iqtisadiyyatının əsas təşkilati-iqtisadi həlqə hesab edilir. Bu aşağıdakı 2 əsas şərtlə səciyələnir:


  1. O, bazar iqtisadiyyatı quruluşunda ən dinamik və həlledici həlqə hesab edilir;

  2. Makro və mikro iqtisadiyyatda olan müxtəlif istehsal-texniki münasibətlər məhz burada uzlaşır.

Bütün firmaların marketinq mühiti onların böyük və kiçik olmasından, marketinq tədbirlərinin vaxtında həyata keçirilməsindən asılıdır.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin