Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Marka adı – markanın tələffüz oluna bilən hissədir. “Sony”, “Disneylend”. Marka nişanı



Yüklə 1,27 Mb.
səhifə66/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   62   63   64   65   66   67   68   69   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Marka adı – markanın tələffüz oluna bilən hissədir. “Sony”, “Disneylend”.

Marka nişanı – (emblem)-markanın tanılınan, lakin tələffüz oluna bilməyən hissəsidir, məsələn, rəmz, rəsm, fərqləndirici rəng, və ya özünəməxsus şrift tərtibatı.

Əmtəə nişanı – hüquqi müdafiəsi təmin olunmuş marka və ya onun hissəsidir. Əmtəə nişanə satıcının marka adından və marka nişanından (emblemindən) müstəsna hüququnu müdafiə edir.

Müəllif hüququ - ədəbi, musiqi, ya bədii əsərlərin məzmununun, formasının ifasına, nəşrinə və satışına olan müstəsna hüquqdur.

Birinci qərar – firmanın öz əmtəəsinə marka adı verib-verməyəcəyi haqqında qərar. Bu gün hər bir əmtəə üçün bu adı vermək istehsal üçün vacib məsələdir. Bəziləri isə əksinə markalı adlardan imtina edərək, qablaşdırma, rekalma qənaet edib əmtəənin qiymətini aşağı salırlar.

Ikinci qərar – markanın sahibi haqqında qərar. Sahibkarın qarşısında 3 yol açılır: a)istehsalçı malını öz adı altında buraxa bilər

b) əmtəəni vasitəçiyə sata, o isə əmtəəyə öz “xüsusi” adını verə bilər

c) istehsalçı əmtəənin bir hissəsini öz markası altında, qalanını isə - xüsusi markalar altında sata bilər. (Günəbaxan tumları)

Üçüncü qərar – markalı əmtəənin keyfiyəti haqqında qərar.

Keyfiyyət – markalı əmtəənin öz funksiyalarını yerinə yetirə bilməsinin hesablanmış qabiliyyətidir. Keyfiyyət anlayışına əmtəənin uzunömürlülüyü, onun etibarlılığı, dəqiqliyi,istismarının, təmirinin sadəliyi və başqa qiymətli xassələri daxildir.

Dördüncü qərar – markanın oxşarlığı haqqında qərar.

Marka adlarının verilməsi probleminə an azı 4 cür yanaşma mövcuddur:



  1. Fərdi marka adları (Tayd, Prokter and Qembl).

  2. Bütün əmtəələr üçün vahid marka adı.

  3. Əmtəə sinifi üçün kollektiv marka adları (elektrik məişət cihazları “Beko”)

  4. Firmanın əmtəələri fərdi markaları ilə əlaqələndirilmiş ticarət adı. Bir firma həm inşaat üçün, həm ərzaq, həm uşaq üçün əmtəə istehsal edir.

Beşincı qərar – markadan istifadənin hududlarının genişləndirilməsi haqqında qərar.

Markanın hududlarının genişləndirilməsi strateqiyası - əmtəənin modifikasiyasının və ya yeni əmtəələrin bazara çıxararkən, müvəffəqiyət qazanmış marka adından istifadə olunmasına göstərilən hər hansı bir cəhddir.



Altıncı qərar – çoxmarkalı yanaşma haqqında qərar.

Çoxmarkalı yanaşma, satıcının bir əmtəə kateqoriyası üçün 2 və ya daha çox markadan istifadə etməsidir. Çoxmarkalı yanaşma strateqiyasından bir neçə səbəblərlə izah olunur: Birinci, istehsalçı öz malını nümayişi üçün daha çox ticarət sahəsi almalı olur. İkinci, ancaq bir markaya sadiq qalanlar azdır. Üçüncü, yeni markalı əmtəənin yaradılması işçilərin təşəbbüsünü stimullaşdırır, işin faydalılığını artırır. Dördüncü, bu yanaşma alıcılara əmtəənin verdiyi müxtəlif faydalarda və cazibədar xüsusiyyətlərdə cəmləşdirməyə imkan verir.




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin