Bölgü kanalının təbiəti, kanalın yaradılması və vasitəçilər.
Bölgü kanallarının funksiyaları və səviyyələri.
Əmtəənin irəlilədilməsi.
Əmtəənin yayılması metodları: pərakəndə və topdansatış ticarəti.
1. Bölgü kanalının təbiəti, kanalın yaradılması və vasitəçilər.
Bölgü seçilməsi haqqında qərar – rəhbərliyin qəbul edəcəyi ən mürəkkəb qərarlardan biridir, firmanın seçdiyi kanallar marketinq sahəsində qəbul olunan bütün başqa qərarlara bilavasitə təsir göstərir.
Istehsalçıların əksəriyyəti öz əmtəələrini bazar vasitəçilərinə satdırırlar. Onlardan hər biri öz kanallarını yaratmağa çalışırlar.
Bölgü kanalı – konkret əmtəə və ya xidmətlərin istehsalçıdan istehlakçıya doğru hərəkəti yolunda onlar üzərində sahiblik hüququnu başqa birisinə ötürülməsini öz öhdəsinə götürən və ya buna yardım göstərən firma, yaxud ayrı-ayrı şəxslərin məcmusudur.
Dostları ilə paylaş: |