Bölgü kanalının seçilməsi haqqında qərar – rəhbərliyin qəbul edəcəyi ən mürrəkəb qərarlardan biridir. Istehsalçı satış üzrə işin bir hissəsini vasitəcilərə həvalə edə bilər. O zaman bu əmtəənin necə və kimlərə satıldığı üzərində nəzarətin müəyyən dərəcədə itirilməsi deməkdir. Lakin buna baxmayaraq, istehsalçılar hesab edirlər ki, vasitəçilərdən istifadə olunması onlara müəyyən xeyir verir.
Firmanın seçdiyi kanallar marketinq sahəsində qəbul olunan bütün başqa qərarlara bilavasitə təsir göstərir. Qiymət siyasəti firmanın hansı dilerləri – iri və birinci dərəcəli, yaxud orta və sıravi seçməsindən asılıdır. Şəxsi ticarət heyəti haqqında qərarlar dilerlərlə aparılması zəruri olan kommersiya və təhsil işinin miqyasından asılıdır. Bundan başqa firmanın bölgü kanalları barəsində qərarları başqa firmalar qarşısında uzun müddətli öhtəçiliklərin götürülməsini labüd edir. Ms: Yük maşınları istehsalçı müstəqil dilerlərlə satış bağlayarkən, şərait dəyişdikdə onların tez bir zamanda öz satıcıları ilə əvəz edə bilməyəcəkdir. Buna görə rəhbərlik bölgü kanallarını seçərkən təkcə bu günün tələblərinə deyil, sabahkarı günün ehtimal komersiya mühitinə yönəlməlidir.