Əmtəə nomenklaturası – konkret satıcı tərəfindən alıcılara təklif edilən bütün əmtəə çeşidi qrupları və vahidlərinin məcmusudur. Məs. “Eyvon” firmasının nomenklaturasının tərkibinə 3 əsas çeşid qrupları: kosmetika, zərgərlik məmulatı, təsərrüfat malları daxildir.
Firmanın əmtəə nomenklaturasını genişliyi, zənginliyi, dərinliyi və harmonikliyi nöqteyi-nəzərindən təsvir etmək olar.
Genişliyi – firmanın buraxdığı əmtəə çeşidləri qrupların ümumi sayı nəzərdə tutulur.
Zənginliyi – nomenklaturanı təşkil adən ayrı-ayrı əmtəələrin ümumi sayı nəzərdə tutulur.
Harmonikliyi – müxtəlif çeşid qruplarının əmtəələri arasında son istifadə istehsalının təşkilinə qarşı tələblər, bölgü kanalları, və s. göstəricilərin yaxınlılığı nəzərdə tutulur.