Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Rəqabəti labüd edən əsas qanunlar bunlardır



Yüklə 1,27 Mb.
səhifə74/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   70   71   72   73   74   75   76   77   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Rəqabəti labüd edən əsas qanunlar bunlardır: mül­kiy­yət haqqında qanun; antiinhisar fəaliyyəti haqqında qa­nun; müflisləşmə və iflas haqqında qanun; sahibkarlıq fəaliyyəti haqqında qanun; tender haqqında qanun və s.

Rəqabət təbiətdə, iqtisadiyyatda və insan cəmiy­yə­tin­də flora və faunalar, mülkiyyət formaları və milli iqti­sa­diy­yat sahələri, ölkələr, millətlər, xalqlar arasında və daxilində həyat üçün ümdə olan resurslar və imkanlar uğ­runda gedən açıq və gizli yarışdır - mübarizədir.

Bazar iqtisadiyyatının bərqərar olması və fəaliy­yə­tinin alıcılara və perspekivə marketinq prinsipləri və tələb­lə­rinə uyğun istiqamətləndirilməsində rəqabətin rolu bö­yükdür. İnkişaf etmiş ölkələrin coxillik təcrübələri göstərir ki, rəqabət bazar mühitini labüd edən əsas şərtlərdən və elementlərdən birincisidir, sahibkarlığın inkişafının baş­lı­ca zəruri şərtidir. Yaxın keçmişdə – cəmi 20-24 il bundan əv­vəl Azərbaycanın bazar münasibətləri və təsərrüfatçılığı sis­teminə keçməsi ilə əlaqədar ictimai həyatda rəqabətin rolu dönə – dönə artmağa başladı. Bütün inkişaf etmiş öl­kə­lərdə olduğu kimi, Azərbaycanda da rəqabət mühitinin qo­runub saxlanılması, müdafiə edilməsi, saflaşdırılması və sivill səviyyəyə qaldırılması dövlət qurumlarının iqtisa­diy­yatı tənzimlənməsi istiqamətində mühüm vəzifələrindən biri oldu. Bütün bunlar ölkəmizdə rəqabəti firmanın mar­ketinq mühitinin vacib elementi və amili kimi qəbul et­mə­yə şərait yaratdı. Hal – hazırda, yəni Azərbaycanın iqtisadi reallığında, rəqabətin tədqiqinə və təhlilinə tələbatın artması bazarda fəaliyyət göstərən müəssisələrin, firma­la­rın, şirkətlərin, kompaniyanın və s. gündəlik həyatlarında rəqabət mübarizəsinin kəskinləşməsi və mənfəətin aşağa düş­məsi meyilləri ilə izah olunur. Bununla əlaqədar ola­raq rəqabətin tədqiqinin aparılması ölkəmizdə fəaliyyət gös­tərən və göstərmək istəyən hər-hansı bir firmanın mar­ketinq xidmətinin əsas vəzifələrinin birinə çevrilir. Bu gün bazarda rəqabətin tədqiq edilməsinin vəziyyəti, zəru­ri­liyi və vacibliyi yalnız bazarda fəaliyyət göstərən müəssisələrin marketinq şöbələri rəhbərləri tərəfindən yox, həmçinin elmi əsərlərdə və müasir tədqiqatçıların marketinq üzrə nəzəri işlərində qeyd olunur.

Rəqabət - iqtisadi inkişafın, məhsulun keyfiyyətinin yük­səlməsinin, elmi texniki tərəqqinin sürətlənməsinin, is­­tehsal xərclərinin və qiymətin aşağı enməsinin güclü sti­mu­ludur. Cəmiyyət üçün səmərəsiz, çox məsrəfli və mən­fəətsiz istehsalın ləğvini tələb edən rəqabət, ictimai is­tehsalın səmərəliliyinin intensiv artmasına şərait yaradır.

Təcrübədə rəqabət, məhsul istehsalçılarını bazar tələblərinə istiqamətləndirərək, əmtəə və xidmətlərin alı­cı­lar tərəfindən geniş seçiminə, istehsal ehtiyaclarının daha tam ödənilməsinə şərait yaradır.

Əmtəə istehsalçılarının arasında rəqabətin ya­ra­dıl­ması hamı üçün sərfəli olan bazar iqtisadiy­yatına keçidin va­cib şərtidir. Hər bir sahibkarın başlıca məqsədi mən­fəətin maksimallaş­dırılmasına gətirib çıxaran təsərrüfat fəaliyyətinin genişləndirilməsidir. Rəqabət bazar mexanizminin zəruri elementi olaraq cəmi bazar iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.

İqtisadiyyatda yüksək rəqabət fəallığının saxlanıl­ma­sı­nın vacib aləti antiinhisar siyasətinin aparılmasıdır. Təd­qiqatlardan aydın olur ki, iqtisadiyyatı bazar prinsipləri əsa­sında (inzibati və iqtisadi tədbirlərdən başqa) qurulan bü­tün dövlətlərdə müəyyən səviyyəli antiinhisar tən­zimlənməsi sistemi də formalaşır. Bu, o məqsədlə həyata keçirilir ki, istehsalçıların bazarının inhisarlaşdırma im­kan­ları məhdudlaşdırılsın. Həmin sistem özündə hüquqi təd­birlərin həyata keçirilməsini də birləşdirir.

Dövlətin antiinhisar tənzimlənmə tədbirləri rəqabət səviyyəsinin tənzimlənməsini, istehsalın inhi­sar­laşdırıl­ma­sı­nı və müəssisələrin bu sahədə taktikalarını, xarici iq­tisa­di fəaliyyətlərini, qiymət siyasətlərini, eləcədə verginin tən­­zimlənməsini özündə birləşdirir.

İqtisadiyyatın səmərəliliyinin artırılması məqsədini güdən antiinhisar qanunvericilik sənədlərinin yaradılması və istifadəsi üzrə Qərb ölkələrinin təcrübəsi bazar mü­na­si­bət­lərinin rəqabətin səviyyəsinin və miqyasının dövlət tən­zim­lənməsinin bu cür formada olması zəruriliyini sübut edir. Belə ki, inhisar razılaşmalarını qadağan edən və bu gün «iqtisadi azadlıq xartiyası» kimi tanınan, ilk qanun 1889-cu ildə Kanadada, sonra isə ABŞ-da qəbul edilmiş Şerman-qanunu olmuşdur.

Dövlətin antiinhisar tənzimlənmə tədbirləri müvafiq qiy­mət siyasətinin aparılmasını, o cümlədən əksər əmtəə qruplarına (infrastrukturu çıxmaqla) qiymətin libe­ral­laş­dı­rıl­masını nəzərdə tutur. Bu siyasətin əsasını rəqabətin ge­niş­lən­dirilməsi, onun bütün istehsal – satış və bütün müx­tə­lif fəaliyyət sahələrinə yayılması amalı təşkil edir. Bu­ra­da bütün milli bazarlarlarda xarici istehsalçıların nəzarət altında saxlanılması və lazımı süzgəcdən keçirərək daxili bazarlara buraxılması, mövcud inhisarçılara əks olan baş­qa rəqib istehsalçıların cəlb edilməsi ilə əlaqədar təd­bir­lə­ri­nin işlənməsi və qəbul edilməsi, istehsalın di­ver­sifika­si­ya­sının stimullaşdırılması nəzərdə tutulur.

İstehsalçıların ən çox rəqabət apardıqları sahə - satış və istehlak bazarlarıdır. Müasir şəraitdə rəqabət rejimi, təşkil edilmiş ba­zar­lar­da alıcı və mənfəət uğrunda mübarizə ilə yanaşı, əsasən istehsalçılar və satıcılar arasında xammal bazarları, əmək ehtiyatları, kapital, elmi-texniki kəşvlərin istifadəsi hü­qu­qu uğrunda rəqabət də artır. Belə ki, son illərdə bazarların apa­rıcı subyektləri arasında xüsusilə əmək ehtiyatları, el­mi-texniki yeniliklərin tətbiqi uğrunda rəqabət daha da kəs­kinləşmişdir. Bu elm tutumlu sahələrin inkişaf etməsi və innovasiya tələb edən istehsalların artması ilə əla­qədardır. Hal–hazırda vəziyyət o yerə çatıbdır ki, inkişaf etmiş ölkələrin təhsil sistemləri firmaların yüksək ixtisaslı kadrlara olan tələblərinin artmasını tam ödəyə bilmir. Bu yeni yaranan problemin həlli üçün firmalar, kampaniyalar və bu kimi qurumlar müxtəlif üsullarla öz-özlərində təhsil müəssisəsi ya­rat­mağa, digər xüsusi elmi- tədqiqat və is­teh­sal sferalarından kadrları cəlb etməyə, hətta başqa öl­kə­lərdən onları dəvət etməyə qədər üsullara əl atmalı olurlar.

Son illərdə informasiya və rabitə texnologiyaları, elə­­cədə digər sahələrdə müşahidə edilən elmi-texniki in­qi­lab cəmi elm və texnika sahələrində rəqabət mübarizəsini son həddə qədər kəskinləşdirilir. Bu yeni şərait daim mütərəqqiləşdirilməkdə olan firmaların durmadan çi­çəklən­məsinin ayrılmaz şərtinə çevrildi. Bu günün reallığı göstərir ki, elmi kəşvlər və ya prinsipcə yeni əmtəələrin yaradılması istənilən kampaniyanı bazar iqtisadiyyatında qiymətləndirilən nailiyyətlər yüksəkliklərinə qaldıra bilər.

Müasir şəraitdə hər bir ölkədə rəqabət daha çox bey­nəlxalq xarakter almaqla yanaşı, meydana yeni fir­ma­lar və rəqabət mübarizəsi formaları çıxır. Məsələn, yeni, da­ha mütərəqqi əmtəə, daha müxtəlif xidmət təklifi, daha ge­niş və yaraşıqlı reklama əsaslanan qeyri qiymət rəqabəti in­ki­şaf edir. İnkişafın indiki mərhələsində bütün bunlar rə­qa­bətə xüsusi kəskinlik gətirir.

Müasir şəraitdə rəqabətin rolu həmçinin investisiya fəaliyyətində də artır. Burada iri investisiya lahiyyələrinin antiinhisar ekspertizası vacib rol oynayacaqdır. Təd­qiqat­lar­dan aydın olur ki, bazar mövqeyinin möhkəm­lən­di­rilməsinə və üstəlik götürülən mənfəətin saxlanmasına və artı­rılmasına yönəldilmiş rəqabət perspektivdə daha çox müəssisə və birliklərin hər şeydən əvvəl nailiyyətlərini birləşdirən yeniliklərin tətbiqi, yeni bazar sığınacaqlarının axtarışı, dəyişən iqtisadi mühitə uyğunlaşma bacarığı ilə sıxışdırılacağı gözlənilir.

Bazar iqtisadiyyatında, rəqabət və rəqabət mü­ba­ri­zəsinin dahada kəsginləşdiyi bir şəraitdə, mülkiyyət for­ma­sından asılı olmayaraq, istehsal edilən məhsulun yük­sək keyfıyyətdə olması, onun çeşidinin tez-tez dəyişməsi müəssisələrin və onların məhsullarının rəqabət qabiy­yət­li­lik­lərinin təmin edilməsinin vacib şərtidir.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin