Bekketə salam natiq Məmmədli Bakı 2017 Redaktor: Fuad Babayev Korrektor: Təvəkkül Dadaşov Səhifələnmə və dizayn: Elviz İsmayilov Annotasiya



Yüklə 2.08 Kb.
PDF просмотр
səhifə6/7
tarix13.04.2017
ölçüsü2.08 Kb.
1   2   3   4   5   6   7

ŞUŞA DUMANI

121
məğlub şəhərin sakinlərinin əllərindən nə gəlirdi artist-
likdən savayı...
“Ay  doxtur,  halın  yaman  qarışıqdı,  nooluf  sən  Al-
lah?”.
“Ayaqlarımı  qoymağa  yer  tapammıram.  Sızıldıyır 
yenə. Bu nə dərddi düşmüşəm bilmirəm”. 
“Revmatizmadı  dana,  nə  olasıdı  ki?  Rütubət  olan 
təki göynədir. Bakının da başına dönüm, təmiz adamları 
kimi təmiz havası da hələm-hələm ələ düşmür”. 
“Ə,  heylə  danışmayın.  Doxturla  doxturlux  eləmək 
istəyirsiniz, heləmi?”
“Qalada  olanda  anamın  da  ayaqları  zoqquldayırdı. 
Elə dədəm rəhmətliyin də. Bu azar bizdə nəsilləkcədi, 
deyəsən. Sabah yağış yağacaq, nə bilim duman gələcək 
bizim ayaqlarımız göynəməliydi”.
“Baba,  sabah  yağış  yağacaq?”  -Amil  həkimin  top-
puş nəvəsi əlindəki oyuncaq tankı yerə qoyub sevincək 
dilləndi – “duman da gələcək, heləmi? Mən heç duman 
görməmişəm…”
“Ayə, Bakıda duman nə qayırır? Duman Şuşada olur-
du de: kor duman, dalınca da sızqa yağış. Pah! Duman 
deyirəm e saa, tay tozanax yox!”
“Uşağın könlünü niyə qırırsan? Qadası, bunlara baş 
qoşma, babanın ayaqları zoqquldayır, sabah mütləq du-
man olacaq, hələ dalınca bir yağış yağsın ki… Pah! Ya-
ğış deyirəm e saa…” Amil həkim dünən dediyi sözləri 
yadına  salanda  ayaqlarının  ağrısı  kəsmişdi,  amma  heç 

122
nədən uşağın yanında əməllicə pərt olmuşdu. Doğrudan 
da duman harda qaldı görəsən?.. Heç olmasa çoban al-
dadan yağış ataydı... 
Belə  götürəndə  yaxşı  ki  yağmadı,  bu  gün Yeni Ya-
samalda  Əliqulu  müəllimin  ortancıl  oğlu  Mehmanın 
-“Memi”nin üçüdü axı. Özü də Şuşanın gedən günü, yas 
yasa qarışıb. Bir yağışımız çatmırdı, camaatı ələm-yesir 
eləsin. Şuşanın yas məclisləri ağır olur: ağır olur da söz-
dü, lap yüz yaşında adamın hüzründə də yeddi gün otu-
rurlar, mağarın da günü bir ətək pul, o biri xərc-xəsarət-
ləri də öz yerində. Bakılılar üçdən sonra mağarı yığırlar. 
Çox  vaxt  elə  üçlə  yeddini  birləşdirirlər,  ağdamlılar  da 
qaçqınlıqda  adət-ənənəyə  əl  gəzdirdilər,  üçlə  yeddinin 
arasında mağarı götürdülər. İmkanlı adamlar qabağa dü-
şüb belə elədilər ki, kasıb-kusub zora düşməsin. Düz də 
elədilər. Amma Şuşa… Heç kim adətdən qırağa çıxma-
ğa ürək eləmirdi. Ağdam ayrı, Şuşa qəliz yerdi – belə 
məsələdə qabağa düşmək çətindi. O Şuşada da, Bakının 
Şuşasında da. Bu vurhavurda bir yağışımız əskik idi… 
Amil  həkim  mağarın  qabağında  Əliqulu  müəllimi 
görəndə dodaqları səyridi, üçcə günün içində insan yu-
maq  kimi  yumula  bilərmiş,  bala  dağının  acısına  çiyin 
gərək idi tablaşsın. O, tük basmış sifətinin içində ərimiş 
gözlərini başsağlığı verənlərin üzünə zilləyib durmuşdu, 
hamı  eyni  sözü  deyirdi,  möcüzə  olmayacaqdı  ki.  Ma-
ğarın  qabağında  beli  bükülmüş  ağsaç  bir  kişi  Əliqulu 
müəllimi saxlayıb dayanmadan nəsə danışırdı, heç şü-

123
bhəsiz ürək-dirək verirdi, dil-ağız eləyirdi. Aralanıb get-
məyə tələsmirdi. Öyüd-nəsihət o qədər çəkdi ki, axırda 
həkim öz ürəyində qocaya əsəbiləşdi “Zalım oğlu, eh-
sanını yedin, sürüş də burdan. İncitmə də yazığı!”. Kişi 
çəkilən kimi Əliqulu müəllimə yaxınlaşıb hamının dedi-
yi sözləri dedi. O, işığı azalan, çuxura düşmüş gözlərini 
həkimin  sifətində  gəzdirib  əlini  çiyninə  qoydu.  “Dox-
tur,  tanıyırsanmı  o  adamı”  soruşdu.  “Yox,  müəllim”. 
“Xankəndindəndi. Bu yazığın oğlunu maşın vurub öldü-
rüb – özü də o biri oğlunun toyu günü”. Ay dünya, yazıq 
Əliqulu müəllimdən də dərdliymiş ki. Mən də ürəyimdə 
yamanlayırdım onu… 
“Doxtur,  gözlərində  nətəər  də  kədər  var”  -,  Rəfael 
kişi həkimin qabağına çay qoyub bir xeyli üzünə baxdı, 
nəsə deyəcəyini gözləmədən çıxıb getdi. (“Ay pir olmuş, 
oturmuşam cavan oğlunun dərdindən beli bükülən atanın 
böyründə gözlərimdə nə olasıdı ki… ” -həkim ürəyində 
pıçıldadı). Şuşanın yas məclislərində dildə hamı çox söz 
danışa bilərdi, bir-birlərinə toxtaxtlıq verə, hətta köhnə 
şakərlərinə  xilaf  çıxmayıb  baməzə,  duzlu-məzəli  söh-
bətlər də edə bilərdilər, ölənlə ölmək olmaz ki. Amma 
Şuşa camaatı əsas sözlərini heç vaxt dillərinə gətirməyib 
eləcə ürəklərində pıçıldayardılar. Bunu bir özləri eşidər-
di, bir də Allahları! 
“Deyirəm ay doxtur, bu çayçı Rəfael olmasaydı, ney-
ləyərdik” -Əliqulu müəllim mağarın qapısından aralıda 
yekə samovara baxa-baxa pıçıldadı – “Allah dadına yet-

124
sin, heç bilmədim hardan xəbər tutub gəlib”.
“Sağ  olsun”  -həkimi  gözləmədən  yanındakılardan 
kimsə  dilləndi  –  “Bizim  məclislərimiz  onsuz  olarmı 
heç”.
“Bilirsən  də  doxtur,  Pirşağıdakı  Şuşa  qəbiristanlı-
ğı dolub daha” -qabaq-qənşər oturmuş kişi çaydan bir 
qurtum alıb sözə başladı -, “Bələdiyyə uzun bir səngər 
qazdırıb,  burdan  o  tərəfə  keçmək  olmaz.  Dedik  etmə-
yin, eləməyin a kişilər, hələ bizə çox yer lazım olacaq 
orda…” 
  (“Atam  öləndə  qırx  gün  qəbiristanlığa  gedib-gəldim 
-ustalar qəbrin üstünü götürürdülər. Şuşadakı Mirzə Həsən 
qəbiristanlığını  deyirəm,  qardaşlar,  hamımıza  yer  vardı 
orda”  -,  həkimin  içinin  pıçıltısı  məclisdəkilərin  ürəyində 
eyni vaxtda səsləndi, amma heç kim dillənmədi).
“Ləyaxlı oğlan idi, Allah bütün cavan gedənlərimizə 
irəhmət eləsin. Haqq dünyasında olanlarımızın ruhuna bir 
salavat zikr eliyək” -, Amil həkim uzun fasilədən sonra 
səsini çıxaran mollaya sarı çevrildi, başının üstündə qır-
mızı  xalçanın  düz  ortasında  “Memi”nin  gülə-gülə  şəkli 
asılmışdı. (“Ay Əliqulu müəllim, bu gədənin düz-əməli 
şəklini  tapmadınızmı  böyütdürəsiniz.  Allah  sənə  insaf 
versin, niyə gülə-gülə ürəyimizi dağlayırsan”).
“Ay kişilər, vallah salavat çevirməkdən əllərim qabar 
olub. Ə, bu boyda da yas olar? Əliqulu müəllim, sən Al-
lah incimə e, keçən həftə də əmimi tapşırdıq axı” -, yan 
tərəfdən kimsə dil-ağız eləməyə başladı.

125
“Allah rəhmət eləsin, başa düşürəm, a bala”.
“Müəllim,  Allah  saa  səbr  versin,  möhkəm  ol,  əşi. 
“Memi”  canlara  dəyən  oğlan  idi.  Sən Allah,  həşdatıncı 
ildə Stepanakertdə basketbol məsələsi yadınıza gəlirmi?”.
“Pay! Ə, heylə şeyi yaddan çıxarmaq olar?” 
“80-cı ilin dekabrında vilayət birinciliyində Şuşa ko-
mandasının oyununu deyirəm e…”
“Ə, hə dana, mən də onu deyirəm”.
“Komandanı Saleh müəllim hazırlamışdı: Sulduz oy-
nayırdı, Xaqan oynayırdı, hamıdan yaxşı “Memi” oyna-
dı. Elə-belə deyil e, vilayətin tarixində birinciliyi şuşa-
lılar götürdü”. 
“Sən öl mən də ordaydım. Nətəər çığırmışdımsa üç 
gün səsim batdı. Qabağa çıxdıq özü də dörd top fərqiylə. 
Hələ görəydiniz, vilayət idman komitəsinin sədri varıydı 
ha, dığanın adı yadımdan çıxdı, axırıncı dəqiqələrdə hir-
sindən zülüm-zülüm ağlayırdı”…
(“Heyf  o  günlərdən…”  -camaat  Yasin  oxuyurmuş 
kimi dodaqlarının altında pıçıldadılar).
Ermənini ağladan Memi döyüşdə ölməmişdi, Qara-
bağın odunda-alovunda gülləyə can verməyən pəhləvan 
Donetskdə çayda çiməndə canını tapşırmışdı. Nə gülmə-
li ölüm idi, heç Memiyə yaraşmırdı. Əlində avtomat sən-
gərdə keşik çəkdiyi vaxtlarda qulağına pıçıldasaydılar, 
çayda  boğulacaqsan  adamı  hoydu-hoyduya  götürərdi. 
Meyitini  gətirənlər  bircə  kəlmə  dedilər:  çimməyə  get-
mişdi bədbəxt, çaya girən kimi batdı. “Dağ uşağı hardan 

126
bilsin üzmək nədi” – şuşalılar pıçıldadı. Torpaq davasın-
da  uduzanların  çörək  davasında  da  bəxtləri  gətirmədi, 
bir ömürdə iki məğlubiyyət, bir ömürdə iki ölüm… 
Amil  həkim  Əliqulu  müəllimin  düz  yanında  otursa 
da  bayaqdan  bəri  ürək  eləyib  üzünə  baxa  bilməmişdi. 
Ölü yiyəsinin üzünə baxmaq mollaya Fatihə üçün işarə 
eləmək kimi bir şey idi. Həkim ürəyində qubar bağlamış 
köhnə  xatirələrin  çözələnməsini,  hərənin  bir  tərəfdən 
ipucu verə-verə o illəri, onların olan illərin tozunu alma-
sını istəmirdi. Qaçqınçılığın qərib gecələrində o illərin 
qaramatına azmı tuş gəlmişdi? Azmı olmuşdu, yuxuda 
it görən kimi ayılıb, özünü güc-bəla hamama salıb hön-
kür-hönkür  ağlamağı? Anasının  sözləriydi  –  92-ci  ilin 
fevralının axır günlərində birdən-birə qapımıza xeyli it 
gəlmişdi. Deyir, yəqin Malıbəylinin, Xocalının itləriy-
miş… Qapımıza gələn itlər hürüşə-hürüşə də çıxıb get-
dilər, amma sonra betərini elədilər, ulaşa-ulaşa yuxula-
rımıza doluşdular və bir də heç yana getmədilər… İndi 
qaysaq bağlamayan yaraya təzədən neştər uzatmağın nə 
mənası var, qardaşlar, o babalar öldü e, başınıza dönüm. 
Ayaqları yenidən zoqquldamağa başladı – lənət şey-
tana bu nə vaxtın ağrısıdı, camaat fikir eləyəndə ürəyini 
tutur, mən ayağımı. Kimə desən adama gülər vallah. Nə 
dünən  yağış  yağdı,  nə  bu  gün,  sabah  da  yağmayacaq. 
Heç  duman  da  gəlməyəcək.  Bəs  bu  nə  şoqərib  ağrıdı, 
yapışıb oynaqlarıma əl çəkmək bilmir. Həkim masanın 
altında dizlərini ovuşduranda Əliqulu müəllimin ayağı-

127
na toxundu:
- Yenədəmi ağrıyır?
- Müəllim, açıb ağardılası dərd deyil vallah. Bu gün 
uşağın  yanında  da  xəcil  elədi  məni,  nəvəmi  deyirəm. 
Yekə-yekə  axşamdan  dedim  ki,  səhər  yağış  yağacaq. 
Yağış nədi, heç duman da gəlmədi…
- Bəlkə duman bizim dağlara gəlir, ay doxtur?
- Tay o dağlardan bizə nə, başına dönüm… Gör neçə 
kilometr o tərəfdə qoyub gəlmişik.
- Heylə demə, ay doxtur. Bilirəm, Qaladan düşmək 
adama çöçün gəlir. O gün Yeni Yasamala bekara duman 
gəlmişdi, bilirsən nə qədər adam zəng elədi, açmadım 
telefonu.  Tək  başsağlığı  üçün  aramırdılar.  Bilirəm  nə 
istədiklərini.  Şuşalılar  duman  görəndə  bir-birlərini  ax-
tarırlar…
- Nə deyirəm ay müəllim, təki bu ələm dumanla get-
sin.  Məni  üzrlü  say,  sən Allah  bu,  çox  namərd  ağrıdı, 
durub gəzişməsəm əl çəkən deyil. Bir az gəzişim qayı-
dıram. 
- Ay doxtur, gedəni qaytarmayacaqsan ki, işində ol. 
Allah şəfanı versin. 
“Doxtur, nə tez durdun?” -mağarın qapısından azca 
aralıda samovarının yanında dayanıb siqaret tüstülədən 
çayçı Rəfael dilləndi və cavab gözləmədən də “tay sən nə 
təər doxtur oldun e ayaqlarınla bacara bilmirsən” dedi. 
Amil həkim başını bulayıb gülümsədi, Rəfailin baməzə-
liyinə yaxşı bələd idi, nə olsun şərdən-şərə çay paylayır, 

128
 
sözünün qabağına nə söz deyəcəkdi ki. Şuşa çayçısıyla 
söz güləşdirmək hər yoldan ötənin hünəri idimi? Bilən 
bilir, xanlıq paytaxtı olmuşdu Şuşa, elə adamlarının ba-
şında  da  xanlığın  havası  qalmışdı.  Cibində  bir  manat 
yox, əynində “dvuxportnu” kostyum, boğazda qalstuk, 
dil də, maşallah bir metr. Rəfailə söz çatdırmaq olardı?
- Ay doxtur, sən Allah bir o ağaca sarı bax – çayçı 
dilləndi – nə görürsən orda?
- Nə görəcəm, ay başına dönüm, ağacdı dana.
- Ağacı  demirəm,  doxtur,  onun  üstündəki  sərçələri 
deyirəm. Lap bizimkilərə oxşayır, heləmi?
- Ə, sən Allah başlama.
- Sazaxlı qışda Qalada bir biz qalırdıq, bir də sərçələr. 
Biz gəldik, sərçələr qaldı…
- Allah səndən razı olsun, Rəfael, belə şeylərin çox 
fikrini çəkmə ürəyinə xal düşər.
- Heyf… heyf ki, dumandan qabaq sənin ayaqların 
kimi mənimkilər də ağrımır. Muğayat ol ondan, elə-belə 
şey deyil, Qala ağrısıdı Qala! 
- Ə, sən Allah yaxşı…
 (“Qalada bir biz qalırdıq, bir də sərçələr” -, niyə sarı 
simə vurursan, ay çayçı Rəfael, elə bilirsən mənim gö-
nüm qalındı, heç zad qanmıram, yadıma heç zad düş-
mür. “Qar ayaqlamaq” söhbəti vardı, yay axşamlarında 
pencəklə  gəzib,  gecələr  yorğana  bürünüb  yatmağa  nə 
vardı.  Hünərin  var  qışda  gəl  Şuşaya  –  sazağında,  qa-
rında  burnunun  ucu  göynəsin,  qulaqların  qızarsın,  qar 

129
ayaqla… İlik donduran aylarda şəhərdə bir biz qalırdıq, 
bir də sərçələr. Bunları niyə yadıma salırsan, ay Rəfael, 
insafın yoxdumu? Biz gəldik sərçələr qaldı…”)
Gün boyu uzanan sızıltı hava qaralanda daha dözül-
məz olurdu, bu dəfə ağrılar aşağıdan yuxarı bütün bədə-
nini, oynaqlarının yaladıqca düşüncələrini də süstləşdi-
rirdi. Dilini dişinə tutub dayanmışdı, özünə söz vermişdi 
ki, bir də uşağın yanında əllərini dizlərinə sürtməyəcək, 
lap dünya yerindən oynasa belə. Toppuş nəvəsi oyuncaq 
avtomatını  silkələyə-silkələyə  hara  gəldi  şığıyır,  “düş-
mən” axtarır, “atəş” açırdı, sevimli seriallarının başla-
masına  dəqiqələr  qaldığından  qadınlar  televizorun  qa-
bağında yerlərini rahatlamaqdaydılar. Gözləri “düşmən” 
axtaran nəvəsiylə hava proqnozunu deyən mini yubkalı 
qızın arasında səyriyirdi. Yadına saldı ki, Bakıya sığın-
dıqları  bunca  illərdə  Şuşanın  havasıyla  maraqlanmağı 
heç vaxt ağlından keçirməyib. “Bəlkə duman bizim dağ-
lara gəlir” -, neçənci dəfəydi Əliqulu müəllimin sözləri 
yadına düşürdü. Tay bəlkə niyə, başına dönüm! Duman 
doğrudan bizim dağlara gəlirmiş… Dalınca da yağış ya-
ğacamış… Yağış deyirəm e saa! Hava proqnozu qurta-
rar-qurtarmaz pencəyinin qoltuq cibindəki telefonunda 
mesaj səsi cingildədi: Əliqulu müəllim idi, ikicə kəlmə 
söz yazmışdı “ayaqlarından öpürəm”…
May 2015 

130
Professor İsaxanbəyli çox abırlı, qanacaqlı, ağayana 
bir kişi idi; dizinin üstündə namaz qılmaq öz yerində, elə 
bil ağsaqqal çöhrəsində qız həyası vardı, elə bil nə vaxt-
sa  qənddandan  qənd  oğurlayan  vaxtlarında  dədəsinin 
qulağının  dibindən  tutuzdurduğu  qeyrət  şapalağındakı 
beş barmağının beşinin də izi ilişib sifətində qalmışdı. 
Bu izlər onun aşırma şalvar geyindiyi, pionerə, komso-
mola keçdiyi, nəhayət özünü Bakıya verib oxuyub-oxu-
yub böyük professor olduğu vaxtlarda belə, üzündən çə-
kilməyib sanki əbədi niqaba çevrilmişdi. Onun ağlı-ka-
malı  haqqında  ürək  eləyib  nəsə  deyə  bilmərəm,  zatən 
professordu və heç şübhəsiz ki, dissertasiyasını da özü 
yazıb. Hələ üstəlik elə adam da təsəvvür eləmirəm ağ-
lından keçirsin ki, İsaxanbəyli bu vaxta kimi heç kəsin 
qabağında alçaltmadığı, nəcib düşüncələrin oylağı olan 
başını qaldırıb bir zənən xeylağının nə sifətinə, nə yu-
bkasının darlığına, qısalığına, uzunluğuna baxsın. Belə 
şeyləri  düşünməyin  özü  elə  günahların  ən  böyüyüdür 
ki, o dünyada mələklər adamın oriyentasiyasını müəy-
yənləşdirəndə, yəni cənnətlik, ya cəhənnəmlik olduğunu 
ayırd edəndə diqqətdən qaçırmayacaqlar. 
Hələ mən demirəm ki, kişi gözəl, gözəl olduğu qədər 
də nümunəvi ailə başçısı idi; qırx il bundan öncə ana-
sının  məsləhəti  ilə  halal  süd  əmmiş  el  qızı Tutibikəy-
lə  evlənmiş,  cəmiyyətə,  elə-obaya  yararlı  qızıl  parçası 
kimi  dörd  övlad  böyütmüş,  filan  qədər  nəvə,  filan  qə-
PROFESSOR VƏ SAMURAYLAR

131
dər nəticə almış, kəsəsi bizim diyarın barmaqla göstə-
rilən ailə-təsərrüfat başçılarından, yenə də təkrar edirəm 
gözəl olduğu qədər də nümunəvi təsərrüfat başçıların-
dan birinə çevrilmişdi. Nə yaxşı ki, insanları bir-birin-
dən fərqləndirən, hərəni bir cürə fərdiləşdirən əxlaq da 
daxil  olmaqla  bütün  nəcib  keyfiyyətlər  pul-para  kimi 
cibdən yox, gendən gəlir. Yaxşı qoç quzuluğundan bilin-
diyi kimi professorun balaları da ayaqlarını dədələrinin 
cızdığı yoldan kənara qoymadan, əvvəlcə büdrəyə-büd-
rəyə, sonra yıxıla-dura, nəhayət iri addımlarla yerimə-
yi, başqa sözlə desək, başlarını aşağı salıb öz yollarıyla 
getməyi  öyrənmişdilər.  Özünün  uşaqlığında  (yuxarıda 
xatırlatdım  ha,  qənddandan  qənd  oğurlayan  vaxtların-
da) qulağının dibinə vurulan şapalaqdandımı deyim, ya 
eləcə  irsən  keçən  alicənablıqdanmı  deyim,  hər  nədən-
disə  professor  bu  illər  ərzində  balalarına  güldən  ağır 
söz deməmişdi, heç səsini də qaldırmamışdı və bunun 
üçün heç səbəb də olmamışdı. Yaxşı at özünə niyə qamçı 
vurdursun  ki?..  İsaxanbəyli  bax  belə  şəxsiyyət  idi,  bir 
sözlə, uca yaradan indiki dövrün adamlarını tamarzı qo-
yub ağızlarını sulandırmaq üçün mənəviyyat arsenalın-
da nəyi vardısa hamısını yığıb-yığışdırıb cəmləmişdi bu 
kişinin simasında. 
Gör e, etikaya o qədər aludə oldum ki, estetika yad-
dan çıxdı – bilmirəm bu qədər yazılanlardan sonra pro-
fessorun siması gözünüzün qabağında necə canlanacaq? 
Bəribaşdan ərz edim ki, bu vaxta kimi tanıdığınız yaxşı 

132
adamları,  yerlibazlığınıza,  qohumbazlığınıza  salıb  öz 
əqrabanızdakı  ağsaqqalları  bu  əsərin  qəhrəmanına  tay 
tutmağı ağlınızdan keçirməyin. İndi əlamətlərini bir-bir 
sadalayacam, aranızda bekara əl qabiliyyəti olan varsa, 
mən dedikcə sulu boya götürüb çəkə də bilər, görün heç 
sizin  tayfanızda  belə  biçimdə  adam  olub,  yoxsa  yox? 
Onun boyu hardasa bir metr səksən, ya səksən beş ara-
sındaydı, hər halda mən onun yanından ötəndə həmişə 
özümü  dünyanın  ən  cılız  adamı,  hətta  liliputu  hesab 
eləmişəm, həmişə də ona başı qarlı dağlara baxıb şeir 
guppuldadan bizim ellərin şairləri kimi, türkün məsəli 
aşağıdan yuxarı baxmışam. Harınlıqdan, yeyib-içib yat-
maqdan  yox,  yaşının  çoxluğundan  idi  ki,  yorub  əldən 
saldığı  illər  sifətinə  müdriklik  gətirdiyi  kimi  ortasına 
yoğunluq vermişdi. Belə biçimdə adamlar gərəkdir ki, 
üzgüçülük hovuzuna girəndə suya qəfil kəllə vurmasın-
lar, yoxsa qoltuqlarının altından sallanan piyli ət qırışları 
kimi suda elə bil ləngər yaranar ki, üzənlər müvazinətini 
saxlaya bilməz. Mən belə naqolay halın bir neçə dəfə 
şahidi olmuşam, amma professoru heç vaxt lüt görmə-
diyimdən  imanımı  yandıra  bilmərəm  o,  kəllə  vuranda 
belə olar, yoxsa yox? Yoğun gövdəsinin yuxarısında iri 
qabarıq sinəsi, onun üstündəysə ayrıca bəhs edəcəyim 
başı dayanırdı. Professorun əllərinə baxmasan elə bilər-
din ki, bu kişi ömrü boyu Şvarstneqrla bir yerdə məşq 
eləyib;  ştanqla-mıştanqla,  qantellə-mantellə,  turnik-
lə-murniklə, nə bilim ağlınıza nə gəlirsə onunla. Amma 

133
onun  incə,  yumşaq  əlləri,  bapbalaca  barmaqları  bütün 
bu fiziki göstəricilərin üstündən yekə bir xətt çəkir və 
adamın beyninə döyəcləyirdi ki, bu bədən, bu gödən Al-
lahın bəxşişidi, sən özündən danış, liliput. Keçək başa… 
Çox güman hədsiz oxumaqdan, ya da yazmaqdan bir az 
donqarlaşmış  boynunun  üstündə  dayanan  həmin  başı 
yüz başın içindən seçərəm; arxaya daranmış gur dalğalı 
ağ saçlar onu keçən əsrin əvvəllərində Peterburqda, ya 
Sarbonnada oxuyub vətənə qayıtmış cəhalət və xurafat 
içində çabalayan ümməti millətə çevirmək kimi cəncəl 
işə  girişib  ömürlərini  əridən  ziyalılara  oxşadırdı.  Təx-
minən Brejnevin qaşı boyda çallaşmış gur qalın qaşla-
rın kölgəsində par-parıldayan gözlər alov saçırdı. Şülək 
sifətinə  münasib,  profildən  XIV  Lüdoviqi  xatırladan 
sivri burnu yekə olduğu üçün amiranə, mən deyərdim 
həm də yaraşıqlı görsənirdi. Yeri gəlmişkən axır vaxtlar 
burunlarını  kəsib-doğratdıran  kişili-qadınlı  bu  camaatı 
başa düşə bilmirəm, belə getsə biz yazıçıların işi zülm 
olacaq, ədəbiyyata gətirməyə özünəməxsus, kreativ bu-
run  tapmaq  müşkülə  düşəcək,  qurtarın  bu  biabırçılığı! 
Bu nə ədəbazlıqdı belə, hamının burnu bir-birinə oxşa-
yır. Yenə sağ olsun professor İsaxanbəyli, fitrətən yekə 
burnunun  kölgəsində  isə  yaraşıqda  heç  də  ondan  geri 
qalmayan, necə deyərlər qoşa badam sığmayan ətli do-
daqları qərar tutmuşdu. Bayaq burun haqqında dediklə-
rim dodaqlara da aiddi, yığışdırın özünüzü! Professorun 
dodaqları azca sola əyilmişdi, həm də ətli və yupyum-

134
ru idi, təzə dartdırdıqları sifətlərinin qırışmaması üçün 
qadınlar güləndə dodaqlarını yumrulayıb qabağa verib 
xoruz səsi çıxartdıqları kimi. 
Mənə  elə  gəlir,  bu  qədər  təsvirdən  sonra  kişinin 
əzəmətli  simasını  gözləriniz  qarşısında  canlandırmağa 
müyəssər oldum, bacarmadımsa, gözüm aydın, davamı-
nı oxuyun bəlkə nəsə tuta bildiniz. 
Təbii ki, uca yaradanın kefinin saz vaxtında xəlq elə-
diyi belə mükəmməl varlığın zahiri əlamətlərini tamam-
layan işi-gücü, sosial statusu, adı-sanı olmalıdır ki, ilahi 
ədalət təntənəylə zəfər çaldığını nümayiş etdirsin. Əv-
vəlcə keçək onun soyadında -İsaxanbəylidəki “xan”a və 
“bəy”ə; heç şübhəsiz mötəbər adamlar digər iki ayaqlı 
canlılardan fərqli olaraq hələ ana bətnindəykən hansısa 
qeyri-müəyyən zatın qeyri-müəyyən hissəsi ilə paranor-
mal  təmasa  girərək  kamil  doğulurlar.  Sizin  qana  bilə-
cəyiniz dillə desəm bir növ vergili olurlar. Mən vergili 
deyərkən, nə fala baxanları, nə də əlavə dəyər vergisini 
nəzərdə tuturam, bu, çox mürəkkəb mövzudur -bir ucu 
sufiliyə, bir ucu protestant məzhəbinə, o birisi tərəfi isə 
şamanizmə, amanizmə və başqa izmlərə bağlıdır ki, mə-
nim onlara girişməyə hövsələm çatmaz. Professorun da 
lüt ətcəbala proletar nəslində nə bəy olmuşdu, nə də xan, 
heç  pristav,  uryadnik  də  olmamışdı,  amma  kişinin  so-
yadı İsaxanbəyli idi. Görünür, bu sirri-xuda da həmən 
o qeyri-müəyyən zatla paranormal təmasın təzahürü idi 
ki, beynimizdə Qordi düyünü kimi düyünlənib qalacaq 

135
və heç vaxt əyan olmayacaq. 
Sizi çox yormayım, İsaxanbəyli qətqamətli, abırlı-hə-
yalı şəxsiyyət, gözəl ailə başçısı olmaqla yanaşı, həm də 
bizim müəllimimiz idi – Asiya və Afrika xalqları tarixin-
dən dərs deyir, imtahan götürür, “zaçot” yazırdı. 
Əziz oxucu, and olsun əzizlərimizin canına ki, mən 
hekayəni  qısa  yazmaq  istəyirdim,  bilmirəm  niyə  belə 
uzun alınır. Əslində elə sözümün “mustafası” da bura-
dan başlayır, bu yerə qədər oxuduqlarına görə səni yor-
dumsa, üzüm ayağının altına. 
Əvvəllər bilmirdim ki, bu kişinin iki qitənin tarixin-
dən oxuduğu mühazirələr içərisində niyə məhz samuray 
əhvalatı  yaddaşımda  qalıb?  Bir  dəfə Yaponiyanın  orta 
əsrlərdə imperiyalar yaradıb bərkgedən vaxtlarından da-
nışanda bu əhvalatı söyləmişdi. Demişdi “ayə”, az qala 
unutmuşdum,  professor  üçün  oğlan,  qız  dəxli  yox  idi, 
sinifdə (özüm auditoriya yerinə sinif yazıram ki, o özü 
belə deyərdi) kimə əlini uzadırdısa eləcə “ayə” deyər-
di. Onun dilindən çıxan bu söz adamın canına elə yağ 
kimi yayılardı ki, qızlar özlərini kişi, kişilər də nə bilim 
nə hesab eləyərdi. Dedi “ayə, bu yapon samurayları ki, 
var çox şələşur adamlar idilər. Ancaq qollarının gücünə 
lotuluq eləməyi bilirdilər. Belə götürəndə vətən-zad da 
hərləmirdilər. Onlar vətən deyəndə öz qanmaz ağalarını, 
yəni  ciblərinə  pul  basan  feodalları  nəzərdə  tuturdular. 
Bu feodallar da samurayları qudurdub salmışdılar Yapo-
niyanın canına. Onlar da yetənə yetir, elə yetməyənə də 

136
yetirdilər. Adamın canına vəlvələ salan bir əcaib qayda, 
yazılmamış qanun var idi: özünə təzə qılınc düzəltdirib 
dəmirçixanadan çıxan samuray qılıncının itiliyini yoxla-
maq üçün küçədə qabağına keçən istənilən adamı doğ-
rayıb bağırsaqlarını çölə tökə bilərdi. Buna görə ona heç 
kim gözünün üstə qaşın var deyə bilməzdi. Həm də o 
vaxtlar belə bir atalar məsəlini də tez-tez yada salardılar 
– basılmaz samurayı çox olan feodal. Nəysə, bu gədələr 
Yaponiyanın  gününü  göy  əsgiyə  bükmüşdülər.  Samu-
raylar o qədər qudurdular ki, bilirsiniz axırda nə oldu? 
Dalını kitabdan oxuyarsınız”. 
Professor  abırlı-həyalı  şəxsiyyət,  gözəl  ailə  başçısı, 
savadlı  pedaqoq  olmaqla  yanaşı,  həm  də  bir  az  höcət 
adam idi, deməli tapşırığa mütləq əməl etmək lazım idi. 
Amma bizim qrupda heç kimin bəxti gətirmədi, Axun-
dov  kitabxanasında  bir  neçə  həftəlik  növbədən  sonra 
tapdığımız  saralıb,  pülüşdənib  kitablıqdan  çıxmış  ki-
tabın  həmin  səhifəsini  əli  qurumuşun  biri  cırıb  götür-
müşdü. Özü də cırmaq var, cırmaq var elə bil samuray 
qılıncının  itiliyini  kitabın  üstündə  yoxlamışdı.  Nəysə 
çox pəjmürdə olduq, ürəyimizin başı soyuldu, imtahan 
günü yaxınlaşdıqca hərə bir yerə nəzir-niyaz dedi ki, sa-
muray  söhbəti  onun  qabağına  çıxmasın.  Mənə  gəldik-
dəysə hər şeyə hazır idim – Asiya və Afrikanın tarixini 
necə lazımdır öyrənmişdim, Çan Kayşinin qalstukunun 
rəngindən  tutmuş,  Cəvahirləl  Nehrunun  qızı  İndiraya 
yazdığı  məktublaracan  oxumuşdum,  hələ  bəlayi-ehti-

137
yat Mərkəzi Afrika ölkələrinin prezidentlərinin adlarını, 
Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvlə-
rinin familyalarını da əzbərləmişdim ki, kara gələ bilər. 
Xoşbəxtlikdən  həmin  sual  bizim  yox,  başqa  qrupdan 
başqa bir tələbəyə urcah oldu. Professor incə barmaqla-
rını arxaya daranmış dalğalı ağ saçlarında gəzdirəndən 
sonra soruşdu “Samuraylar qudurandan sonra Yaponiya-
nın axırı nooldu, ayə?” Bədbəxt tələbəni kişinin zəhmi 
nətəhər basırsa qayıdıb nə desə yaxşıdı “Amerika Xiro-
simaya  bomba  atdı”.  Professorun  sözü  olmasın,  dalını 
özünüz təsəvvür eləyin… 
Biz  arada,  xüsusən  axşamlar,  toran  qovuşanda  pro-
fessor  İsaxanbəylini  Elmlər  Akademiyasının  bağında 
tək-tənha xırda addımlarla gəzişən görərdik. Sözün açı-
ğı  mən  görməmişəm,  yataqxanada  uşaqlar  görürdülər, 
mən onun qorxusundan nəinki bağına, heç akademiya-
nın bufetinə belə getmirdim. Niyə ağrımaz başıma dəs-
mal bağlamalıydım ki, birdən qalın qaşlarının altındakı 
od-alov  saçan  gözləri  mənə  sataşar  və  yumşaq  əlinin 
şəhadət barmağını irəli uzadıb bircə dəfə “ayə” deməyi 
kifayət idi ki, damarımda qanım donsun. Burada bekara 
haşiyəyə  çıxım  ki,  professor  sayılıb-seçilən  şəxsiyyət, 
nümunəvi ailə-təsərrüfat başçısı, prinsipial müəllim ol-
maqla yanaşı, həm də canının qədrini bilən gözəl ziyalı 
idi.  Uşaqlar  danışırlar  ki,  axşamlar,  əl-ayaq  yığışanda 
kişi xırda addımlarla bağı azından yüz dəfə dövrə vurar, 
arada nəfəsini dərmək üçün Cavidin heykəli qabağında 

138
dayanıb əllərini arxasında çarpazlayaraq aşağıdan yuxa-
rı səma şairinə baxdıqca baxarmış. Mən onu belə pozada 
bir  neçə  dəfə  sinifdə  görmüşəm,  əllərini  dalına  qoyub 
sinəsini irəli verərək heç bir məna-filan yağmayan alov-
lu  baxışlarını  məchul  nöqtəyə  zilləyəndə  bir  suyumu 
yoldaş  Stalinə  oxşayırdı.  Təsəvvür  eləyin  Stalin  gəlib 
durub Cavidin qabağında, özü də ona aşağıdan yuxarı 
baxır, dağıl a dünya!
Toranqovuşan  gəzintilərinin  birində  kişinin  başına 
elə bir müsibət gəlir ki, yapon samurayları yalan olur-
mu deyim, gerçək olurmu deyim. Yüz neçənci dövrədən 
sonra professor gündəlik gəzinti normativini ödədiyin-
dən yolu keçib evinə getmək istəyir. Yoldan söz düşmüş-
kən,  parkın  ətrafındakı  yol  yaman  yoldu,  hünərin  var 
onu keçməyə cəhd göstər, ya da elə-belə ayağını səki-
nin qırağına qoy, maşınlar üstünə elə şığıyır ki, sanki üç 
gündü ağzına ət dəyməyən ov iti yaralı dovşanın dalınca 
düşüb. Heç olmasa havanın işıqlı vaxtları birtəhər keç-
mək olur, xüsusən qabaqda mini yubkalı zənən xeylağı 
gedəndə lap əla, bütün maşınlar əyləci basır, yeriniz mə-
lum, siqnal verən kim, fit çalan kim, “Ələsgər, Ələsgər” 
qışqıran kim… Sən də özünü o yerə qoymursan, zənən 
xeylağının ayaqlarının ritminə uyğun addımlayırsan, elə 
bil yolu yox, farağat dayanmış bir taqım əsgərin qaba-
ğından keçirsən. Amma gecə vaxtı, əl-ayaq çəkiləndən 
sonra zənən xeylağı, özü də gödək ətəklisini akademi-
yanın  qabağından  necə  tapasan,  onda  oğul  istəyirəm 

139
yolu keçə. Oğul demişkən, İlahi, bu şəhərdə mamasının 
aldığı maşınları sürən nə qədər oğul varmış! Bu, nə mə-
nim sözlərimdi, nə də facebook-dan çırpışdırmışam, onu 
mənə ilk dəfə işə başladığım qəzetdə sürücümüz Nuru 
demişdi, Allah ona qəni-qəni rəhmət eləsin. O, İsaxan-
bəylinin qohumu-zadı deyildi, heç bir-birlərini tanımır-
dılar da, tamam başqa dünyanın adamları idilər. Açığı 
Nuru hardan gəldi bu hekayəyə düşdü bilmirəm, gəlibsə 
neynək, qoy qalsın, xətri həmişə əziz olsun. Rəhmətlik 
deyərdi ki, o kəslər maşın sürəndə gözləri adam görmür, 
bil ki onlara maşını mamaları alıb. Nuru Azərbaycan di-
lini də gözəl bilirdi “ana” demədi, yüz faiz yadımdadı 
“mama” dedi. 
Həmin gecə mədəni həyat tərzinin son akkordlarını 
vuran  İsaxanbəyli  yolu  keçmək  istəyir.  Sən  saydığını 
say, gör samuraylar nə sayır… Kişi ayağını asfalta basan 
kimi  dilindən  sonuncu  kəs  çıxan  “ayə”  kəlməsinin  ağ 
göyərçinə çevrilib bir neçə dəfə havada mayallaq aşan-
dan sonra yerə sərilməsi bir olur. Hər dəfə həmin situa-
siyanı təsəvvürümdə canlandıranda ətim ürpənir, özümü 
qoymağa yer tapmıram, heç indi də həmin anı yerli-ya-
taqlı təsvir edə bilməyəcəm, çox həyəcanlanıram. Mənə 
elə gəlir ki, həmin vaxt kişinin dilindən çıxan “ayə” çox 
fərqli olub, hardasa heyrət dolu, hardasa vahimə dolu və 
hardasa təxminən belə səslənib “ayyyyyəəəəəəəəəə”…
Heyf, çox heyf itirdik onu. Heç bilən olmadı onu vu-
ran  tankı  kimin  maması  almışdı.  Sən  demə  küçələrdə 

140
quraşdırılmış kameralar qəza vaxtı üzünü başqa səmtə 
döndərib  Akademiyanın  qoca  və  əzəmətli  binasının 
pəncərələrini  çəkirmişlər  ki,  görsünlər  elmi  işçilərdən 
hansı evə gedəndə işığı yanılı qoyub. Bax belə, hekayə 
qurtardı, bu bahalıq vaxtı göydən üç almanın düşməsini 
gözləməyin. O əzəmətli, nəcib, şəxsiyyətli kişidən bizə 
yalnız sual qaldı, cavabını ömrümüz boyu əlləşib tapa 
bilməyəcəyimiz,  oraq  kimi  başı  əyilmiş  yekə  bir  sual 
-“Samuraylar qudurandan sonra Yaponiyanın axırı no-
oldu, ayə?”
Aprel 2015

141
Eynən atası kimiydi -bir boyda, bir buxunda. Atasının 
saçlarının birçəkdən yuxarı çallanması, iki qaşının ara-
sında əyri xətt kimi uzanan dərin qırışı olmasaydı, deyər-
din ki, əkizdirlər. Atasının oxuduğu orta məktəbə getmiş, 
hətta onun oturduğu partada oturmuşdu. Atası kimi eyni 
universitetin eyni fakültəsinə qəbul olunmuşdu. Bəzən 
müəllimlərin  mühazirələrini  yazandan  sonra  atasının 
saralmış dəftəriylə tutuşdurardı. Hər şey düppədüz, üst-
üstə düşərdi. Hərf səhvləri də, buraxdığı durğu işarələri 
də həminkiydi. Qəribə olan həm o idi ki, elə müəllimlər 
də  eyni  şeyləri  danışardılar.  Hərdən  atası  sabah  kimin 
mühazirəsi olduğunu soruşanda müəllimin dərsin orta-
sında hansı jesti edəcəyini, hansı kitabdan sitat gətirib, 
başına gələn hansı əhvalatı danışacağını söyləyərdi. Hər 
şey eyniylə təkrarlanardı, nə artıq, nə də əskik olardı. Bir 
sözlə illər, on illiklər bu ata-balanın, bu müəllimlərin, bu 
universitetin divarlarının üstündən səssiz-səmirsiz, heç 
nəyə toxunmadan başı aşağı ötüb keçmişdilər. Hərdən 
ona elə gəlirdi ki, bəlkə eşitdiyi mühazirələr heç canlı 
deyil,  fonoqramdı,  bəlkə  elə  həyatın  özü  fonoqramdı; 
insanlar başlarını aşağı salıb öz bildikləri kimi yaşayır, 
heç kim kənara addım atmır, heç kim cınqırını çıxarmır, 
büdrəyən, yıxılan, səhv buraxan da yoxdu. Oğullar ata-
larının ləpirlərini təzələyə-təzələyə, müəllimlər köhnəl-
miş sözlərinin tozunu ala-ala günü-günə calayırlar... 
Artıq universitetin axırıncı kursuna keçmişdi. Sent-
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə