BEKKETƏ SALAM
77
rinin ardınca heydən düşmüş qocalarla üzləşəcəyini
təsəvvür eləməzdi. Hər halda onun bütün ömrü boyu
yol gəldiyi, yuxularında min kəs, milyon kəs gülə-gülə
kandarından içəri adlamağa cəhd göstərdiyi qapıda nə
soyuqluq vardı, nə də qocalıq, hər şey əksinə, təravətli
və təptəzə görünürdü. “Yəqin bunlar texniki işçilərdi”,
-düşünərək özünə ürək-dirək verdi.
Qarı bir xeyli “hım”ıldayıb dəstəyi yerinə qoysa da,
başı elə əvvəlki kimi yırğalanırdı. Masanın üstündə qa-
laqlanmış vərəqləri nəsə o tərəf, bu tərəfə edəndə onun
tək başının deyil, əllərinin də əməllicə titrədiyi gözün-
dən yayınmadı. “Zavallı… Bunun lap ələyi ələnib ki…
Açıq-aşkar parkinsondu. Görəsən, bu yaşda ixtiyar in-
sanları işləməyə sövq edən hansı qüvvədi? Bəlkə özlə-
ri əl çəkmirlər? Müdirin otağının qabağında saatlarca
oturasan, bir tərəfdən də ardı-arası kəsilməyən telefon
zəngləri. Dəhşət… görəsən bu müdirə çayı necə aparır?
Bunun özünə çay verən lazımdı” -o bunları düşündükcə
qarının soyuqluğunu, sifətində donan qəzəbini anlama-
ğa və ona yazığı gəlməyə başladı.
- Sən, -qarı yavaşdan sözə başladı – belə işi özün istə-
misən?
Çox qəribə idi, indi fikir verdi ki, qarının səsi qətiy-
yən yaşına və sifətinin ifadələrinə uyğun gəlmirdi. Hə-
lim və cavan qızların səsini xatırladırdı.
- Hə, əlbəttə öz qərarımdı. Mən bunu arzulamışam.
- Arzulamısan? Maraqlıdı, bizim dövrün qızları nəsə
78
arzulaya da bilir? Şükür sənə, İlahi, deməli hələ hər şey
əldən getməyib.
Qarının nəyə eyham vurduğunu anlamasa da, sadəcə,
qımışaraq çiyinlərini çəkməklə kifayətləndi.
- Arzulamaq – qarı davam elədi, -məgər indi gənclər
nəsə arzulaya bilirlər? Facebook, seriallar sizə nəsə ar-
zulamağa icazə verirmi yəni?
Yenidən telefon səsləndi. “Bəli, burdadı. Hə, bir az
tez gəlib. Baş üstə” deyib dəstəyi asdı. “Keç içəri, səni
çağırır” deyərək müdirin kabinetinə işarə elədi.
Alnında kəskin qırışlar yer eləmiş, çal saçlı, beli azca
donqarlaşmış kişi bir xeyli onu süzərək, bacardıqca nə-
vaziş qatdığı həlim səslə “yəqin məni tanıdınız” deyə
soruşdu.
- Yox. Oy, bağışlayın yaxşı çıxmadı. Nəsə xatırlaya
bilmirəm.
- Hm… bəs bizim qəzeti oxumursan?
- Niyə ki... demək olar bütün nömrələrini…
- Bəs hər dəfə beşinci səhifəyə baxanda mənim
köşəmə diqqət yetirməmisən?
- Axı onları cavan bir oğlan yazır…
- Həmən oğlan mənəm də. Cavanlıq şəklimdi. Hər nə
olsa “Gənclər qəzeti”ndə işləyirik axı. Deyirsən yəni elə
çox dəyişmişəm. Eh!..
Kişi elə ah çəkdi ki, sanki təzəcə qaysaq bağlamaq
istəyən yarasına neştər vurdular. Bəlkə də pərtliyini giz-
lətmək üçün əvvəlcə eynəyini çıxarıb çal saçlarını sığal-
79
ladı, sonra dinməzcə pəncərənin önünə keçib dayandı.
Alaqaranlıq otağa xəsisliklə düşən gün işığında tükləri
seyrəlmiş başının ortası meşə talası kimi ağarırdı. Uzun
illər başıaşağı yazdığı yazıların yöndəmsiz nişanı kimi
özündən xəbərsiz kürəyində yer eləmiş donqar indi pen-
cəyinin altında gizlənmiş təpəyə oxşayırdı. Tutaq ki, lap
möcüzə baş versəydi, həmin köşədəki cavan oğlan za-
manı Allah bilir neçə on illik qabağa çəkərək bu qapıdan
içəri adlayıb pəncərə önündəki sual işarəsinə oxşayan
insan siluetinin özününkü olduğuna inanardımı görəsən?
Araya ağır və cansıxıcı sükut çökmüşdü. Bir tərəfdən
adamı səbirsizləşdirən, əsəblərini tarıma çəkən mənasız
səssizliyi pozmaq, o biri tərəfdən deyəsən, xoşluqla pən-
cərənin qənşərindən çəkilmək istəməyən qocaya təskin-
lik üçün nəsə uydurmaq lazım idi.
- Gözləriniz… gözləriniz dəyişməyib…
- Hə… Necə dedin?
- Gözlərinizdən tanıdım.
Baş redaktor elə bu sözlərə bəndmiş kimi cəld yaxın-
laşıb qızla üzbəüz oturdu.
- Qəzet işi ömür yeyəndi də -deyib, sözə başladı -,
vaxtın damarını tutmaq olmur. Bir də başını qaldırırsan,
budu ey, karvanın gedib. Hər gün sıfırdan başlayırıq. Bu
otuz ildə bilirsən nə qədər sıfırdan başlamışam. Təx-
minən hər dəfə ölüb-dirilməyə oxşayır. Gözünü qorxut-
muram ki?
- Yox, mən qorxmuram, yazmağa həvəsliyəm.
80
- Ah yazmaq… Bizi hamıdan fərqləndirən, bizi la-
zımlı edən yeganə məşğuliyyətdi bu. Nədən yazmaq
istəyirsən, debütünü hansı mövzuda edəcəksən?
- Siyasətdə...
- Nədən!?
- Siyasətdən, illah da daxili siyasətdən.
Baş redaktor ayağa qalxıb cəld öz yerinə, masanın
başına keçdi. O, üzbəüz oturub, söhbət edəndə günü-
nü görüb, ömrünü sürmüş, istiqanlı qocaya oxşayırdı,
iri dördkünc masasının arxasına keçən kimi isə zəhm-
li, ağır-batman bürokrata çevrildi. Əllərini masanın
üstündə çarpazlayıb bir xeyli kirimişcə dayandı, sonra
qolundakı saata baxıb ağır-ağır başını buladı. Adətən
belə jesti qarşısındakı adama vaxtın bitdiyini, bezdirici
söhbəti kəsib getmək lazım gəldiyini başa salmaq üçün
edirlər. Təbii ki, qız da bunu anlamamış deyildi. Amma
hələ başlanmamış söhbəti necə yarıda saxlayıb getmək
olardı?
- Bizim qəzet “Gənclər qəzeti”dir, bilirsən? Ağlını
başqa qəzetlərə vermə. Biz onların tayı deyilik. Bizim öz
mövzularımız var və illərdir onlardan yazırıq. Məsələn,
mən istərdim ki, sən debütünü teatrla edəsən. Bəxtin-
dən bu axşam Gənclər Teatrında maraqlı bir tamaşa var,
Bekketin əsəridi. Resenziya yaza bilərsən? İnandırım
səni, buna həm böyük ehtiyacımız var, həm də çox ak-
tualdı. Sənə düzünü deyəcəm, əslinə qalsa, bizim teatr-
dan yazan əməkdaşımız xeyli olar dekretə çıxıb. Bir də
81
məsələnin maddi tərəfi də var axı, teatrdan yazanlara
yaxşı qonorar veririk. Nə deyirsən?
Ürəyinə dammışdı ki, dilinin ucunda düyünlənmiş
“yox” onun başlanmamış karyerasının, boy göstərmə-
miş arzularının birinci və axrıncı “yox”una çevriləcəkdi.
Teatrdan yazmaq – heç vaxt bunu arzulamamışdı. On-
suz da hamı bundan yazırdı: bütün qəzetlərin səhifələ-
ri artistlərin iri planda şəkilləri ilə dolu olardı, radioda
onların səsi gəlir, televiziyalar onları göstərir, saytlar da
onlara işləyirdi. Onun içində baş qaldıran yazmaq ehti-
rası tamam başqa hədəfləri -heç kimin girişməyə cəhd
göstərmədiyi mövzulara işıq salmağı gözaltı eləmişdi.
- Nə çox fikirləşdin, – baş redaktor dilləndi – mən
sənə olduqca vacib, günümüzlə səsləşən, aktual möv-
zu təklif edirəm. Başa düşürəm, birbaşa teatr kimi canlı
sənətdən yazmağın çətin olacaq. Heç özünü qorxutma,
biz sənə yol göstərərik, redaktə edərik, məsləhət verərik.
- Sizə elə gəlir ki, siyasət teatrdan maraqsızdır? – qız
nəhayət dilləndi. Bu sualı necə formalaşdırdı, necə dilə
gətirdi, özü də məəttəl qaldı. Bu, əslində “yox”un mədə-
ni və şəraitə uyğun daha yumşaq forması idi.
- Mən elə düşünmürəm, – redaktor sözləri hiss olu-
nacaq dərəcədə ehtiyatla seçə-seçə danışmağa başladı,
– bizə lazım olanını dedim. Qəzet əslində çox şeydən,
daha doğrusu, hər şeydən yazmalıdır.
- Çox gözəl, elə mən də onu istəyirəm. Hər şeydən
yazmaq yaxşıdı. Mən sizin bütün saylarınızı oxuyuram,
82
amma siyasət yazılarına heç vaxt rast gəlməmişəm. Ona
görə istərdim ki, özümü bunda sınayım. Əgər siyasətdən
yazan müxbiriniz dekretə çıxıbsa…
- Nə danışırsan? Bizdə adını çəkdiyiniz işlə kişilər
məşğul olur. Yaxşı, görürəm birdən-birə teatra girişməyə
ürək eləmirsən, onda sirkdən yaz. Bəlkə də ilk baxışda
sənə nəsə yüngül mövzu kimi görünə bilər, amma mə-
suliyyətlidir, maraqlıdır. Bax, şəhərimizə Moskva sirki
qonaq gəlib, çox qeyri-adi hadisədi. Moskva sirkinin
akrobatları, klounları, atları, itləri, hələ pələnglərini de-
mirəm. Ruslar dünyanın ən qorxulu heyvanlarını, ən
ramedilməz vəhşilərini əhliləşdirib əl quzusuna döndər-
məyi bacarırlar. Bəs buna nə deyirsən?
- Məgər Moskva sirki birinci dəfədir bizə qonaq gə-
lir? Həm də onlar heç qonaq da deyillər, hamı yaxşı bilir
ki, bizim şəhərin sirki yalnız moskvalılar gələndə işlə-
yir...
- Əşi, bu gənclərə söz çatdırmaq olmur da. A qızım,
sən bizim qəzetdə işləmək, çörəkpulu qazanmaq istəyir-
sən?
- Əlbəttə, mən bunu arzulamışam.
- Ay sağ ol, mən də sənin arzularına yaşıl işıq yandırı-
ram. Qız uşağısan, ağıllı ol, bığlı-saqqallı kişilərin giriş-
mədiyi işlərlə niyə başını ağrıdırsan? Əziz balam, bizə
sağlam gənclik lazımdı, məni düzgün başa düş, sağlam!
- Mən qəzeti başqa cür təsəvvür edirdim.
- Eh təsəvvürlər, arzular… Elə bilirsən sən təksən.
83
Biz sənin arzuladığın yolu çoxdan, düz otuz il bundan
qabaq keçmişik. Həm də mövzuları biz özümüz müəy-
yənləşdirmirik ki. Oxucular belə istəyir. Bizim oxucula-
ra iki şey lazımdır: teatr və sirk. İndi özün seç!
- Bəlkə bir cəhd eləyim…
- Teatramı?
- Yox, siyasətə. Alınmasa keçərəm sirkə.
- Yaman prinsipial qızsan, bu, yaxşı keyfiyyətdi. Bi-
zim zamanlarda, lap elə bizim özümüzdə də çatışmayan
əsas cəhətdi. Təəssüf ki, bunu hər yaşda qoruyub saxla-
maq olmur. Sonralar sən özün də bunu başa düşəcəksən,
mənsə çox yaxşı bilirəm, bizim adamların prinsipiallığı
bir atımlıq barıtdı. Ruhdan salmaq istəmirəm, amma sə-
nin də barıtının qurtaran vaxtı olacaq. Əgər belə israr
edirsənsə, onda dediyin mövzuda müsahibə götür. Ən
xatasızı budu – başqasının fikirlərini yazırsan. Açığı bil-
mirəm müsahibə götürməyə münasib adam tapacaqsan
ya yox… Kimdən başlamaq istərdin?
- Partiya sədrindən, – qız sevincək dilləndi.
Özünü o yerə qoymasa da, redaktorun içində bir-
dən-birə baş qaldıran iki sual məngənə kimi onu hər trəfdən
sıxmağa başladı. Bəlkə bu dikbaş qızcığazı bura öyrədib
göndəriblər, bəlkə o, heç də göründüyü kimi, sadəlövh
deyil. Əgər yenə də “yox” desə bunu əsaslandırmaq
üçün uzun-uzadı, özü də yerli-yataqlı izahat vermək la-
zım gələcəkdi. Aman Allah, bəlkə... sirindən-sifətindən
tərslik tökülən bu uşağın cibində bayaqdan bəri onun
84
bütün danışdıqlarını yazan diktofon işləyir və indi verə-
cəyi cavab da otuz illik karyerasının üstündən yekə, həm
də birdəfəlik xətt çəkə bilərdi! Baş redaktor həyəcanını
və əsəbini gizlətmək üçün baxışlarını kabinetində bütün
əşyaların üzərində gəzdirir, bircə qarşısındakı qızcığa-
zın üzünə baxmağa ürək eləmirdi. Bayaqdan bəri dediyi
sözləri yadına salıb, tələsik saf-çürük etməyə başladı:
əvvəlcə qəzetçilikdən, sonra teatrdan, sonra sirkdən da-
nışmışdı, lap axırda prinsipiallıq haqda nəsə demişdi.
“Bizim adamlarda prinsipiallıq bir atımlıq barıtdı”, lənət
şeytana, gərək belə deməyəydim. Soruşmazlarmı “niyə
bizim adamlar haqda belə düşünürsən”, “prinsipial olub
nə qələt eləmək istəyirsən, məqsədin nədi” -lənət şey-
tana, axı, niyə belə dedim, adicə uşağın qabağında sa-
yıqlığımı əldən verdim. Əgər soruşan olsa deyərəm ki,
hissə qapılmışdım, elə-belə ağzımdan çıxıb. Yəni məni,
otuz ilin qələm fəhləsini bir uşağın ayağına verərlər?
O, bayaqdan bəri danışdıqlarını sərf-nəzər eləyəndə bir
şeyə sevindi ki, yaxşı ki, bircə dəfə də olsun ağzından
“siyasət” kəlməsi çıxarmayıb. İndi qalırdı bu tərs qızın
sualına zərərsiz cavab tapıb, yola vermək. Bəli, məhz
yola vermək, otuz il boyunca olduğu kimi.
- Lap yaxşı, hansı partiya sədrindən istəsən müsa-
hibə götürə bilərsən, gözəl seçimdi. Təbrik edirəm, lap
ürəkdən təbrik edirəm. Əlbəttə, bunu elə mən özüm də
deyəcəkdim, çoxdandı bizim qəzetdə müsahibə getmir.
Xahiş edirəm, dərhal işə başlayın – o, bu sözləri bayaqkı
85
danışığından fərqli tərzdə, hamının, hətta qapının o ta-
yındakı qoca katibəsinin də eşidəcəyi dərəcədə ucadan
söylədi.
Qızın sifətinə baş vurduğu döyüşdə özünün qəti
qələbəsinə şəksiz-şübhəsiz əmin olan sərkərdələrsayaq
təbəssüm qondu. O, etimada görə təşəkkürünü bildirib
kabinetdən çıxmaq istəyərkən redaktor yenidən dilləndi.
- A qızım, -masanın üstündəki dəvətnaməni ona uza-
dıb dedi, -hər ehtimala qarşı bunu götür. Axşamkı teat-
radı. Vallah yaxşı tamaşadı. Bekketin əsəridi. Meylin
çəksə gedib baxarsan, həvəsin olsa yazarsan da. Sənə
uğurlar, mənim balam, “Gənclər qəzeti”nə xoş gəldin.
Sevincək pillələri aşağı enəndə yadına düşdü ki, qoca
katibəylə xudahafizləşmədi. Axı deyəsən qarı da yerində
yox idi. Giriş qapısının ağzındakı arakəsmədə oturan kişi
isə əməllicə mürgü vururdu. Quruca “hələlik” kəlməsinə
görə onu oyatmağa dəyməzdi. Onsuz da indən sonra hər
gün qarşılaşacaq, salamlaşıb, sağollaşacaqdılar. Redak-
siya yerləşən binanın birinci mərtəbəsini başdanbaşa
tutmuş qadın geyimləri mağazasının parlaq vitrinlərinə
baxa-baxa tini sola buruldu. Hara getdiyini gözəl bilirdi,
küçənin axırında bir vaxtlar ölkənin taleyində mühüm
rol oynamış partiyanın qərargahı yerləşirdi. Nədənsə
ona elə gəlirdi ki, debütünü məhz buradan başlamalı,
gecələr dönə-dönə özünə verib cavabını tapa bilmədiyi
sualları sədrin başı üzərindən yağış kimi yağdırmalı idi.
Partiya qərargahının əsas girişində futbol və at yarış-
86
larına mərc qoyanlar üçün məntəqə açıldığından binaya
həyət tərəfdəki balaca alaqapıdan girmək istəyirdi ki,
arxadan kiminsə qalın, xırıltılı bir səslə onu hayladığını
duydu. Alaqapının yan tərəfində qabağında iri tum kisəsi
yerdə bardaş qurub oturan girdəsifət yaşlı qadın onun
nə axtardığını eşidincə partiya üzvlərinin bir nəfər kimi
Moskva sirkinə baxmağa getdiyini söylədi. Qız əvvəl-
cə tumsatana əhəmiyyət vermək istəməsə də, əlahəzrət
fakt göz önündəydi: partiyanın həyətə açılan qapısının
ağzındakı yekə qıfıl hər hansı şübhəyə əlyeri qoymurdu.
Yadına saldı ki, burdan iki tin aralıda bir yox, iki səd-
ri olan başqa bir partiyanın qərargahı yerləşir. Həmsədrli
partiyanın adı yazılmış iri lövhənin aşağısında zirzəmiyə
düşmək üçün ox işarəsi qoyulmuşdu. Oxun göstərdiyi
səmtlə aşağıya enəndə buranın alaqaranlıq, adamın bur-
nunu göynədən rütubətli, bir qədər də dəhşət filmlərini
xatırladan yer olduğunu gördü. Zirzəminin ortası tama-
milə boşaldılmış, stulları adambaşı hesablanıbmış kimi
kənardan bir cərgədə düzmüşdülər. Boş, alaqaranlıq sa-
lonun ortasına kimi irəlilədi.
- Nə lazımdı? – qaranlıqdan səs gəldi.
- Mən… mən jurnalistəm…
- Jurnalist? Burda nə axtarırsan? – qaranlıqdakı səs
yaxına gəlib qızla göz-gözə dayandı. Bu, yaşı altmış beş,
yetmiş arasını döyəcləyən balacaboy, keçəl kişi idi. O,
sualı bir də təkrar etdi.
- Həmsədrlərdən müsahibə götürmək istəyirəm.
87
- Niyə? – kişi təəccüblə soruşdu.
- Suallarım var, cavabını yazıb qəzetə verəcəm.
- Niyə? – Deyəsən qocanın tərs damarı tutmuşdu.
Qıza elə gəldi ki, nə soruşursa soruşsun, o, elə hey
“niyə” deyib dayanacaqdı.
- Bəs buranın adamları hardadı?
- İməciliyə gediblər. Adını da jurnalist qoymusan xə-
bərin yoxdu? Bizimkilər Moskva prospektini abadlaş-
dırırlar, ağac əkirlər, qazonları sulayırlar. Həmsədrləri
tapmaq istəsən həftənin cüt günləri iməciliyə get.
- Bəs tək günləri?
- Tək günləri burda rus sektorunun uşaqlarına milli
rəqslər öyrədirlər. Bir azdan gələcəklər, istəsən onlardan
da müsahibə ala bilərsən…
Boğunuq, alaqaranlıq zirzəmiyə necə anlaşılmaz
hisslərlə düşmüşdüsə, eləcə də oradan çıxdı. Hələ də
təslim olmaq istəmirdi, məyusluqdan yaxa qurtarmaq
üçün üz tutacağı sonuncu ünvana – bloklara qoşulma-
yanların partiyasının qərargahına tərəf cumdu. Hərçənd
ki, bu partiya haqqında çox az məlumatı vardı, onlar
yalnız seçkidən-seçkiyə boy göstərir, sədrləri mandat
alan kimi səslərini içlərinə salıb heç yerdə görünmür,
heç kimlə dinib-danışmırdılar. Dillərində əzbər olan bir
sözü təkrar eləməkdən zövq alardılar – “biz bloklara qo-
şulmuruq”. Elə partiyanın binası da üzvlərinin xarakte-
rinin göstəricisi kimi şəhərin böyük parkının kənarında
tənha monastıra oxşayırdı. O, tərəddüdlər içində bura
88
gəlsə də, binanın ətrafında xeyli avtomobilin dayandı-
ğını və insanların tələm-tələsik ora-bura vurnuxduqla-
rını görüb sevincəyə düşdü. Yəqin sədr içəridədir, ya da
İdarə Heyətinin iclasıdır, – deyə düşündü. Sual vermək
istəyən jurnalist üçün bundan yaxşı fürsət ola bilməzdi.
Rastına çıxan elə birinci şəxs də həqiqətən binada möh-
təşəm bir tədbirə hazırlıq getdiyini təsdiqlədi. Müsahibə
üçün gəldiyini eşidəndəysə adam gülməkdən özünü zor-
la saxladı. “Nə partiya canım, bura ancaq seçkilər yaxın-
laşanda partiya olur, qalan vaxtları “xeyir-şər” evi kimi
işlədirik. Elə indi də hörmətli bir kişinin cümə axşamına
hazırlaşırıq”, -dedi.
“Bəs bloklara qoşulmayanları hardan tapmaq olar”
sualını verməyə də lüzum qalmadı… “Yəqin indi se-
çicilərinə Moskva konfetləri paylayırlar. Yaxşı olar ki,
seçki vaxtı gələsiniz” -adam yarızarafat, yarıciddi qımı-
şa-qımışa əlavə elədi.
Artıq yaxasını məyusluqdan qurtarmağın yeri yox
idi, indən belə nəyəsə cəhd eləmək də mənasız görünür-
dü – belə qismətin sadəcə bir adı vardı – məğlubiyyət.
Əl bulamadığın işin, başlamadığın mübarizənin, sadəcə
olaraq etmək istədiyin cəhdlərin məğlubiyyəti.
Başını aşağı salıb addımlarını yeyinlətdikcə “Gənclər
qəzeti”nin qoca redaktorunun sözləri beynini döyəclə-
yirdi: “Bizim oxuculara iki şey lazımdır: teatr və sirk.
İndi özün seç!..”, “Qız uşağısan, ağıllı ol, bığlı-saqqal-
lı kişilərin girişmədiyi işlərlə niyə başını ağrıdırsan?”,
89
“Qızım, hər ehtimala qarşı bu bileti götür. Vallah yaxşı
tamaşadı…”
Başını qaldıranda özü də hiss eləmədən lap yaxınlı-
ğından keçdiyi Gənclər Teatrını gördü. Teatrın qarşısın-
dakı iri rəngli afişada “Samuel Bekett “Kreppin son lent
yazısı” sözləri həkk olunmuşdu. Daha inadkarlıq göstər-
məyə, müqavimətə, tərəddüdlərə vaxt yox idi. Tamaşa-
nın başlamasına dəqiqələr qalırdı.
…işıqlar söndü, pərdələr qalxdı. Taqətdən düşmüş
qoca sıx tüstü-dumanın arasından çıxaraq düz səhnənin
ortasında dayanıb, sınıq-salxaq maqnitofonunu işə sal-
dı…
İyul 2014
90
“Məni Gürcüstana əcəl aparır…” -, qoca bu sözləri
deyəndə hamının loxması boğazında düyünləndi, elə bil
qəfildən qulağımızın dibindən şapalaq vurdular. Yazıçı-
nın gözləri heyrətdən necə bərəldisə arağı qədəhinə yox,
xiyar bankasına süzdü…
***
Mən çox az şey istəyirdim, çox az.
Hər dəfə mədəmin ortasından qığılcım kimi qalxıb
bütün bədənimi titrədən bu hissin öhdəsindən iyirmi
yaşına kimi birtəhər gəlirdim. Həmişə içimdə şimşək
çaxanda özümü ələ almaq üçün abırlı şeylər haqqında
düşünür, nəsə xalq mahnısı zümzümə edir, ya da pərəs-
tiş elədiyim xalq qəhrəmanlarının əfsanəvi döyüşlərini
xatırlayırdım. Etiraf edim ki, əvvəllər bunun köməyi
olurdu. Amma gecənin bir aləmində televizorda nəsə
ayıb bir şey göstərsəydilər, ya da küçədə açıq-saçıq ge-
yinmiş zənən xeylağı yanımdan keçəndə qeyri-ixtiyari
baxışlarım ona zillənsəydi vəssalam, həmin günü qanım
gedirdi. Təbiəti ağır, həm çox həssas, həm də amansız
idi o. Onun ucbatından fəsillərin içində ən zəhləm ge-
dəni vardısa, o da yay idi; parklarda, bulvarda, nə bilim
şəhərimizin kolluqlarının dibində qolboyun oturanların
əlindən elə yerlərlə gedirdim ki, gözüm onları görməsin.
Bir balaca səhv içimi yandırıb-yaxan ildırımın düşmə-
sinə bənd idi. Bu cavan yaşımda belə amansız ağrıla-
TIFLIS YOLÇULARI
91
ra, ağrısı cəhənnəm onun dalınca gələn qanqaraçılığa,
dilxorçuluğa tablaşmağa ürəyimin gücü çatmazdı. Axır
vaxtlar özünü lap narkomanlar kimi aparırdı, aylar-illər
dolandıqca o, da sərtləşir və aşağı dozaya reaksiya ver-
mir -xalq mahnıları və xalq qəhrəmanlarını vecinə al-
mırdı. Mən də məcbur qalıb dozanı artırmalı olurdum
-bu dəfə maarifçi ziyalılar, islahatçı şəxsiyyətlər, hətta
inkvizisyada yanan parlaq beyinlər haqqında düşünür-
düm. Amma… hiss edirdim ki, yoruluram, bundan artı-
ğına gücüm çatmır, yavaş-yavaş təslim olurdum. O, isə
amansızcasına məni öz bildiyi səmtə, pis yola çəkirdi…
Ömrümə qənim kəsilən o zülmkarın adı Əbu Tufan idi.
Mən, zavallı mən isə çox az şey istəyirdim, çox az.
***
- Xətrinə dəyməsin, sən millətin düşmənisən! Vaxt
gələcək millət sənin üzünə tüpürəcək! İncimirsən ki?..
- Qətiyyən incimirəm, elə 37-ci ildə də belə edirdilər.
Əsil yazıçı lazım gəlsə, öz xalqına qarşı da müxalifətdə
dayanmağı bacarmalıdı. Axundov da belə edib, Mirzə
Cəlil də. Mən də belə edəcəm.
- Vallah sənin başın xarabdı! At təpib sənin başına!
Ə, sən əməlli-başlı satqınsan e... Çörəyin yeyib, hava-
sını udduğun bu torpağın üstündə gəzirsən, hələ üstəlik
rişxənd də edəsən, öz millətinə qara yaxasan. Sən Allah
bağışla, amma bunun adına zatıqırıqlıq deyirlər.
- İncimirəm, əsla. Kefin istəyən qədər söyə və təhqir
92
edə bilərsən. Yadından çıxarma ki, polemika vaxtı sö-
yüşə yalnız deməyə söz tapmayan dayaz düşüncəli
adamlar əl atırlar. Mən öz gücümə bələdəm. Bilirəm
mənim sözüm yaşayacaq. İndiki zamanda axırıma çıxa
bilərlər, gələcək zaman isə mənimdir.
- Axı sənin yazmaq istədiyin ağ yalandı! Əşi, vallah
belə hoqqa olmayıb. Hələ milləti borclu çıxardırsan? Elə
bilirsən sənə Mirzə Cəlil deyəcəklər. Ay dedilər ha. Hər
dədəsi kor olana Koroğlu deməzlər.
- Heç deməsinlər də. Mənim öz həqiqətim var. Dün-
yanın nəbzini tutmağı bacarmaq lazımdı. Onun üçün bu
günə qalmışıq ki, dünya bir tərəfə gedir, biz başqa tərəfə.
Kələfin ucunu itirmişik, xəbərin olsun, özü də günaha
ellikcə batmışıq, ellikcə də altını çəkəcəyik.
- Dünya? Hansı dünyadan danışırsan? Haqsız dün-
yadı o, şərəfsizdi! Neçə sifəti var bilinmir. BMT-nin 4
dənə qətnaməsi qalıb havada baxan yoxdu. Bəs hanı bu
dünyanın ədaləti? Hardadı? Bu dünyanın ədaləti harın
pişikdi, kim yalını artıq eləsə, onun da ayağının altında
miyoldayacaq.
- İkimiz də eyni şeydən danışırıq – ədalətdən! Bəs
bizim özümüzün dünyası necə, ədalətdirmi? Doğrudan-
mı biz bir ananın övladlarıyıq? Bəs onda niyə bekara
qabağa çıxanımızın arxasınca vedrə bağlayırıq? Barma-
ğını qatlayıb sovet hökuməti dağılandan üzü bəri təzə
yetişmiş heç olmasa on nəfər fikir adamının adını saya
bilərsənmi? Saya bilmərsən axı. Çünki şəxsiyyət mal
93
deyil ki, idxal olunsun, o, gərək millətin öz materialın-
dan düzələ.
- Əşi, sən Allah uzaq yola çıxmışıq, başımızı duman-
landırma. Kor-kor, gör-gör sənin fikirlərin xatalıdı. Sən
anti-millisən! Mən də deyirəm düz yola gəl. Yazığım
gəlir sənə, ürəyim yanır, hərnədə olsa eloğluyuq. Ətini
yesəm, sümüyünü atmaram. Bir suyu da rəhmətlik qağa-
ma çəkmisən. De görüm, xalqa qarşı müxalifətdə durub
nə qazanacaqsan? De də, nədi qarnının dərdi?
- Dəyişilmək, dəyişdirmək, daha yaxşı eləmək…
- Ə, elə mən də onu istəyirəm də. Lap dəyişilməyənə
söyüş qoyuram. Amma, ay rəhmətliyin oğlu, olmaz ki
sən xalqını söyə-söyə yox, sevə-sevə dəyişdirəsən?
- Qanmaz adamlara sevgi çatmır, onu yaltaqlıq,
qorxaqlıq kimi başa düşürlər. Hər şeyi öz arşınları ilə öl-
çürlər axı. Elə zənn edəcəklər ki, kimdənsə nəsə təmən-
na umuram. Sevgidən qabaq qamçı vurmaq lazımdı,
adamı yandırıb-yaxan, qançır edən tövbə qamçısı.
- Əşi, bu qamçı nə olan şeydi ondan ötrü basa-basa
Tiflisə gedirsən?
- Mən əsərimi orada yazacam. Axundov kimi, Mirzə
Cəlil kimi. Bəli, bu mütləqdi. Bizi dəyişdirəcək qamçı
gərəkdir ki, Tiflisdə şaqqıldasın.
- Deməli, Tiflisə qamçı düzəltdirməyə gedirsən. Düz
tapmışam də, sən anti-millisən.
- Bəs sən nəyə gedirsən?
- Gedirəm özümə təzə maşın gətirim.
94
- Bir maşın nədi ki, özümüzdən almayıb basa-basa
Tiflisə gedirsən. İndi guya sən millisən?
Mən içəri keçəndə qabaq-qənşər oturmuş kişilərin
qəhqəhəsi balaca yarımqaranlıq kupeni lərzəyə salmış-
dı. İkisi də gözləri yaşarana qədər güldülər, hətta çal
saçlı, ahıl, balacaboy, cuqquşgöz kişini – yazıçını ös-
kürək tutdu, ondan azacıq cavan görsənən dolu bədənli
kişi -Alpər müəllim isə gülə-gülə onun kürəyinə bir-iki
yumruq vurdu. Biletə baxıb yerimi tapana kimi vaqonun
dəhlizində xeyli yubandığımdan onların şıdırğı söhbə-
tinə qeyri-ixtiyari qulaq dostu olmuşdum. Məsələnin nə
yerdə olduğunu andıra bilmədim. Amma əsəbi tonların-
dan, çığır-bağırlarından belə başa düşdüm ki, heç cür
ortaq nöqtəyə gələ bilmirlər. Yaxşı ki, yanlarında han-
sısa birinin tərəfini saxlayan üçüncü həmsöhbət yox idi,
yoxsa mübahisə dərinləşib əlbəyaxa davaya qədər gedib
çıxa bilərdi. İndi onların qəflətən uğunub getmələrinə
heyrətləndim. O biri tərəfdən qaranlıq kupedə tək-tənha
oturub sabah Tiflisdəki sərgüzəştlərim haqqında uzun-u-
zadı şirin xəyallar qurmaq planımın üstündən yekə bir
xətt çəkildi. Görünür, taleyimdə uzun gecələrimin birini
Tiflis qatarında tanımadığım höcət kişilərin arasında ke-
çirmək də varmış. Şükür məsləhətinə!
- Bacıoğlu, yerin buradı? -, Alpər müəllim qımışa-qı-
mışa bir az pəncərəyə tərəf çəkildi –yükün elə bu sum-
kadı? -, soruşdu.
- Hə, bircə budu – çantamı rahatlayıb, dodağımın al-
95
tında mızıldandım. Ha istəsəm də narazılığımı gizlədə
bilmədim. Qabaqda dəhşətli yolun üzüntülü iztirablarına
dözmək var idi: iki vaxtı keçmiş qoca əbləh başlayacaq
laqqırtı vurmağa, hələ arada bir mənə də ilişəcəklər, ya-
şımın azlığını başıma qaxınc edib öz duzsuz həyatların-
dan çıxardıqları dəyərsiz nəticələri mənə məsləhət kimi
dürtüşdürməyə çalışacaqlar, ay nə bilim ailə səadəti, nə
bilim “bizim vaxtımızda beləydi”, internet uşaqları kor-
layıb və sairə və ilaxır yazılsa yüz faiz maklaturaya çev-
riləcək Tiflis vaqonu boyda söz yığını. Bütün deyəcəklə-
ri qurtarandan sonra axırda əsnəyə-əsnəyə qayıdacaqlar
ki, “a bala sən zəmanə uşağısan, bilmirsən bu işlərin
axırı nə olacaq”. Tfu! Qəribə heç nə baş vermədi, elə hər
şey düşündüyüm kimi də oldu. Onlar milli və anti-milli
söhbətlərini yarıda saxlayıb indiki gənclərin ədəb-ərkan
qaydaları barədə nəsə mızıldandılar. Handan-hana başa
düşdüm ki, qoca həriflər sözü mənə atırlar, içəri keçən-
də salam verməyi unutmuşdum axı. Yenə də tfu! Yaman
yerdə axşamladıq, buna deyirlərmiş.
Onların nə çərənləməsi eynimə belə deyildi, qatarın
taqqıltısını da eşitməz olmuşdum. Ürəyim Tiflisə tələ-
sirdi, xəyalımsa Bakıda ilişib qalmışdı – “Bakı” meh-
manxanasında.
***
Nə orta, nə də aşağı təbəqəyə aid olmayan, harda-
sa aralıqda ilişib qalmış mənim kimi mağmun gənclə-
96
rin “cavanlıq” eləməsi üçün bir məkan vardı – “Bakı”
mehmanxanası. Onu da uşaqlardan eşitmişdim. Tərəd-
düd içində çabalayırdım. Qəribə gələn o idi ki, hələ bat-
madığım günahın peşmançılığını çəkirdim. Başıaşağı,
gözüaçıq bilə-bilə yarğana tərəf gedirdim. Hər şey ki-
nolardakı kimi romantik olmayacaqdı, aydın məsələdir,
nəyin necə baş verəcəyini, məni hansı sürprizlərin göz-
lədiyini təsəvvür etmək imkanım belə yox idi. İçimdə od
tutub yanan qığılcımın əsirinə çevrilmişdim, o nə diktə
edirdisə, dinməz-söyləməz tabe olmalı idim. Fikrimi
azdırmaq üçün bütün mövzuları işlədib qurtarmışdım.
Tükənmişdim artıq. Axırda qərarım belə oldu: qarşıda
dayanan günahdırsa mütləq ona batmalıyam, həzzdir-
sə mütləq ləzzətini çıxartmalıyam, yox günaha qarışıq
həzzdirsə yenə də qəbulumdu. Artıq öz-özümün əsirinə
çevrilməkdən bezmişdim. Alovu söndürmək, ulartını
batırtmaq vaxtı yetişmişdi. Bu fani dünyaya kişi gəlmə-
yimdə heç kimin təqsiri yox idi, üsyan eləmək axmaqlıq
olardı. Hələ də mənə elə gəlirdi ki, çox az şey istəyirəm,
çox az. O yalnız bizdə belə mataha çevrilib, dünyanın
çox yerlərində o qədər əhəmiyyətsizdir ki, ona görə sar-
sıntılara, iztirablara, təlatümlərə ehtiyac belə yoxdu. O
şey ki, bizdə matahdı, deməli dünya üçün heç bir anlamı
yoxmuş və yaxud da tərsinə.
Hürkək qədəmlərimi mehmanxananın qapısından
içəri atanda kənarda dayanmış nimdaş uniformalı kişi
qızıl dişlərini ağardaraq sınayıcı nəzərlərlə təpədən-dır-
97
nağa məni süzdü. Yaxınlaşıb əllə salam verəndə az qal-
mışdı özümü itirim, yadımdadı, hətta hal-əhval da tut-
dum. O, qızıl dişlərini bir az da ağardanda gözlərindəki
sualın yerində nida işarəsi peyda oldu. Görünür, naşı-
lığımı baxan kimi sezmişdi, qulağıma yaxınlaşıb “ver
də” dedi, duruxduğumu görüb “adə, 10 manatın var”
soruşdu. Pulu cibinə qoyub “bilmirəm siz kənd uşaqla-
rının əlindən neyləyəcəm. Adə, bunu salamlaşanda bas
də ovcuma. Üçüncüdən yeddinci mərtəbəyə kimi qalxa
bilərsən, başqa yerlərə dönmə” -dedi. Açığı hər şey bu
qədər asan olduğundan duruxub qalmışdım. Ətrafında
dəfələrlə dövrə vurub içinə girməyə cürət etmədiyim,
özlüyümdə alınmaz qala bildiyim mehmanxananın cəmi
10-ca manatlıq canı varmış ki... Kişi yüngülcə çiynimə
toxunub “adə, tərpən də. Nə mıxlanmısan? Yaxşılarını
seçəceylər, qalaceysən sulana-sulana. Cəld ol!” -dedi.
Elə bil himə bənd idim. Tərpən nədi, şığıdım e. Necə
yəni yaxşılarını seçəcəklər, mən ölmüşəm məgər! Yaşa
səni Əbu Tufan! Sənsiz mən kimə lazımam ki!
Üçüncü mərtəbənin dəhlizi mehmanxananın iki ad-
dımlığında yerləşən dəmiryolu vağzalını xatırladırdı,
it yiyəsini tanımırdı desəm daha yaxşı olardı. Dəqiq
yadımdadı, mən ora gedəndə günorta saatları olardı,
hələ havanın qaralmağına xeyli vardı. Qaynayan dəhli-
zi görəndə bir tərəfdən dilxor olsam da, o biri tərəfdən
sevindim ki, nə yaxşı mənim kimi umsuq adamlar az
deyilmiş, şişirtmə olmasın, bütün şəhər burdaymış ki…
98
Künclərin birində əl-qolunu ölçə-ölçə üç kişi şişman
qadınla nəsə danışır, yola gətirməkdən ötrü üyüdüb tö-
kürdülər. Bir az aralıda iki oğlan əlləri qoynunda pıçıl-
daşır, arabir camaata baxıb hırıldayırdılar, onlardan sağ
tərəfdə dayanmış daha iki nəfərsə dinməzcə gözlərini
dəhlizin solundakı qapıya dikib dayanmışdılar. Bir bö-
lük adam da sağ yanı kəsdirmişdi, onların içindən kim-
sə qapılardan birinə qulağını dayayıb uğunub getmişdi,
hərdən üzünü dəstəyə sarı çevirib baş barmağını havada
yellədirdi. İki al yanaq, yoğun bilək, yoğun orta varlıq-
lar isə dəhlizin düz ortasında qoyulmuş qırmızı divanda
oturub iki yaşlı əmiylə nəsə xosunlaşır, bic nəzərlərini
yığılanların üstündə gəzdirirdilər. Başda düşdüm ki, bu
mərtəbənin “xozeyka”ları, belə desək administratorları
bunlardı. Ürəyimdən zay bir istək baş qaldırdı, sonralar
yadıma düşəndə özümü gülməkdən zorla saxlayıram,
istədim yaxınlaşıb soruşam “bağışlayın, axırıncı kimdi”.
Vağzal qaynayır, pıçhapıçlar, sövdələşmələr, hıçqırtılar
aləmi başına götürmüşdü, heç mən tərəfə baxan da yox
idi, ya da ki adam yerinə qoymurdular. Nəysə, cəld özü-
mü verdim dördüncü mərtəbəyə.
Bura nisbətən seyrəklik idi, dəmiryoluna yox, bir
az avtovağzala oxşayırdı: bu dəfə ortadakı qırmızı di-
vanda üç yoğun xala oturmuşdu, sağda-solda dayanmış
dəstələrdən heç kim onlara sarı baxmırdı, irəli yeriyib
dəhlizin axırına tərəf getmək istədim, arxadan kimsə
“hara” dedi. Bu, həmin qadınlardan birinin səsi idi “adə,
99
bizi bəyənmədün? Onda gözlə o biriləri gəlsün də”. Başa
düşdüm ki, bu dəstələrdən birinin yanında dayanıb göz-
ləməkdən savayı çarə olmayacaq. “Qaqaş, gözləməyin
adı yoxdu e, gəl çıxıb gedək. Bunların yaxşısının elə…”
-küncdəki oğlanlar abır-həya qanmadan ağızlarına gələ-
ni danışırdılar. “Hara gedək, qardaşım? Gözlə də bəlkə
babatları tapıldı”. “Babat sən nəyə deyirsən? Bir az da
dursam ürəyim bulanacaq”. “Səni bilmirəm, mən aya-
ğımı bayıra atsam partlayaram. Gözlə!” “Qaqaş, bəlkə
yaxşı yerə gedək?”. “Bunun yekə-yekə danışmağına bax
da. Üstündə nə qədər pulun var? Ay sağ ol, onda qələtini
elə dur yerində!” Qəribəydi, bu uşaqlar niyə məhz bura
mıxlanmışdılar, axı hələ seçim imkanı vardı, niyə başqa
mərtəbələrə qalxmırlar? Mənə nə? Götürüldüm beşin-
ciyə.
Dəhliz boş idi, otaqlardan ara-sıra qulağıma canavar
ulartısına oxşar qəribə iniltilər dəyirdi. Belə səsləri te-
levizorda eşidən də tamam ayrı halətə düşərdim, indisə
ətim ürpəndi. Yan tərəfdə iki yaşlı xanım peyda oldu,
onlardan biri alışqanımın olub-olmadığını soruşdu, ba-
şımla işarə elədim ki, çəkən deyiləm. Sonra saatı soruş-
du, yenə başımı buladım. İkisi də sözləşiblərmiş kimi
uzun kiprikləri arasında parlayan linzalı gözlərini üzümə
zillədilər, çiyinlərini əsdirir, qımışırdılar. Handan-hana
mənə çatdı ki, seçim onların arasında olmalıdı, iki pis-
dən birini seçmək şansım yaranmışdı. Mən heç birini
seçmədim, dırmaşdım altıncıya.
100
“Gözəlim, bir az aşağı düş də”
“Adə, bazara gəlmisən? Necə aşağı düşüm? Camaa-
tın zayı çıxıb, vallah!”
“Bu yetimin iki gündən sonra toyudu. Bir ətək
xərc-xəsarəti var. Bir az aşağı düş razılaşaq da. Ürəyim-
sən ürəyim…”
“Toyudu, Allah xoşbəxt eləsin! Balam, gərək dəllək-
liyi mənim üstümdə öyrənə! Düşmürəm, vəssalam”
“Az, sən nə tərs adamsan…”
“Mənim yerimə sən olsan düşərsən?!”
“Ağzının danışığı bil, az!”
Dəhlizin düz ortasında dayanmış orta yaşlı kişi gözə-
gəlimli birisiylə bərkdən danışırdı. Onların səsini mərtə-
bəyə qalxanda, pilləkənlərdə eşidirdim. Bu dünyanın
adidən adi bazarlığı gedirdi, alan özünü mağmun göstə-
rir, satan özünü mazata mindirirdi. Liftin qabağında, bur-
da sən demə lift də varmış, üfürsən canı çıxan uzundraz
oğlan uşağı qamış kimi əyilib hürkə-hürkə gözlərini al-
verçilərə zilləmişdi. Dərhal başa düşdüm ki, kişi arvadla
bazarlığı özünə görə yox, onun üçün edir. Onun isə elə
bil canında üşütmə vardı, yəqin bura zorla gətirildiyin-
dən nə edəcəyini bilmirdi, bazarlıq baş tutardısa hansı
məşəqqətlərdən keçməli olacaqdı yazıq. Heç şübhəsiz o,
bu zalım dünyaya kişi gəlməyin fəxarətini yox, iztira-
bını yaşayanlardan idi. Elə bir iztirab ki, iliyinə işləmiş
vəlvələ kimi ömrü boyu onunla yol gedəcəkdi. Qamış
kimi əyilmiş oğlan birdən nəzərlərini bazar adamlar-
101
dan ayırıb mənə sarı zillədi: ilahi, o baxışlarda nələr
yox idi? Mən orda süddən yanıq qalmış, özgə qapıla-
rında sürünən anasız körpənin əzablarını, bir tikə çörək
üçün saatlarca günün altında qaralmış, yaşıdlarına qırı-
la-qırıla baxan oğlancığazın həsədini, balaca çiyinlərini
batmanla gələn dərd-sərinin altına verdiyindən qaməti
qamış tək əyilən puç olmuş ümidləri, arzuları gördüm.
Mən orda bu iyrənc, amansız, quldur dünyasının bütün
bazarlarına, bütün alverçilərinə nifrəti gördüm. O, boğa-
zına qəssab bıçağı dayanmış başı xınalı qurbanlıq quzu
kimi mənə baxır və sanki “qardaşımsan, apar məni bur-
dan” deyirdi. Nə edə bilərdim ki? Yadıma məşhur roma-
nın məşhur cümləsi düşdü “Dərd də, azar kimi gələndə
batmanla gəlir, bacım”.
Yalnız bir mərtəbə, cəmi bircə seçim imkanı qalmış-
dı. Üz tutdum yeddinciyə. Baho, Xəzər də burdadı ki…
Qəti o biri mərtəbələrə bənzəmirdi: ortada qoyulmuş iri
divanın rəngi qırmızı yox, sarı idi, onun arxasındaysa
divar yox, şəhərə açılan iri pəncərə var idi. Bax, hə-
min pəncərədən Maqomayevin ölümündən azca əvvəl
Yeseninin sözlərinə yazdığı qəmgin mahnıdakı Xəzər
görünürdü. Ölümünü hiss eləyən ölməz baritonun xəfif
pıçıltısı bu torpağın üstündə gəzən adamların yaddaşını
silkələyən kövrək bir sual verirdi – “sən kiminsən, ey
türk mirvarisi?”. Bir ins-cins gözə dəymirdi, heç qapı-
lardan ulartı səsi də eşidilmirdi. Ağlımdın birinci keçən
o oldu ki, bura, heç kimin qalxmadığı göyün yeddinci
102
qatı və “Bakı”nın seçimsiz məkanıdı. “Yaxşılarını seçə-
ceylər, qalaceysən sulana-sulana” -, qızıldiş qapıçı haq-
lı imiş, bəlkə də mən içəri keçəndə o, bilirmiş ki, artıq
yaxşılar qurtarıb. İstədim beşinci mərtəbəyə düşüb mən-
dən alışqan istəyən, saat soruşan iki gombuldan birini
götürüm, deyim ki, siqaretim də var, saatım da, amma
qalxaq yeddinciyə. Çox səfeh qərar olardı – iki pisdən
birini seçməkdənsə, geniş pəncərənin qarşısında səssiz-
cə dayanıb “türk mirvarisi”nə baxmaq yaxşı deyildimi?
Hələ xeyli müddət burada dayanıb, hətta gözəl mahnını
zümzümə də edə bilərdim, lakin arxamda nəsə addım
səslərinə oxşayan xışıltı hiss etməyimlə burnuma tünd
ətir qoxusunun dolması bir oldu. Mən iyə qarşı çox həs-
sasam, yasəmən ətrindən savayı, hər qoxu canıma yat-
mır, məşhur brendlərin “kitayski” geydirmələri olanday-
sa qulağıma kimi qızarıram, qoltuğumun altı başlayır
qaşınmağa. Elə indi də sağ qoltuğumun altını qaşıya-qa-
şıya geri qanrıldım. Və onu gördüm… O, qadın deyildi,
əsil Herakl idi… Atasından xəbərsiz, xəlvətdə əyninə
qadın paltarı geyinmiş Zevsin əzəmətli oğlu! Haqqında
uydurulan bütün əfsanələri heç edərək tarixlərdən gizli
saxladığı əsil simasını göstərmək üçün düz qabağımda
dayanmışdı. Ölməz maestronun mahnısı dilimdə kilid-
ləndiyindən istər-istəməz rusca salam verdim.
“Zdravstvuyte”.
“Rusca niyə, qadası? Sən elə bilirsən ki burdakılar
ancaq ruslardı? Səhvin var!”
103
Açığı söhbətin belə başlamasını gözləmirdim, heç
onunla danışmaq fikrim də yox idi. Qəzavü-qədər bizi
aparıb dünyanın uzaq yaşıl bir adasına atsaydı və illərlə
əğər ağacın altında oturub qalsaydıq heç ona sarı bax-
mazdım da. İlk baxışdan gözümü qırmışdı, çox yekəydi,
birdən mənə elə gəldi ki, o heç qadın da deyil. Amma
yekəpərliyinə uyuşmayan səslə “qadası”nı elə dedi ki,
bunu nəvaziş sevən xanımlardan başqa heç kim bacar-
mazdı. Qadın olmağına qadın idi, amma Herakl-qadın
idi. Zövqümdə deyildi desəm, təkəbbürlü alınar, o, heç
mənim yuxumda da deyildi.
- Göyün yeddinci qatına niyə dırmaşmısan? Aşağılar-
da bir şey tapmadın?
- Seçə bilmədim. Elə bildim burda…
- Ay yanıq, burda sənə nə təklif edirlər ki nədə
seçəsən! Özümü təklif edərdim, amma yox, zövqüm-
də deyilsən. Qıçım boydasan. Həm də burada seçən nə
sənsən, nə də mən.
- …
- Yaxşı, mısmırığını sallama, nə qədər pulun var?
- Sən hələ pul da istəyirsən?
- Yoxsa elə bilirsən xeyriyyəçilik aksiyası keçirirəm.
Zövqümdə deyilsən, amma… pul versən. Təxminən ya-
rım saat...
- İstəmirəm!
- Hələ ümid edirsən nəyisə seçə biləcəksən? Başa
düş, burda bizim hamımız əslində bir adamıq… Bizi se-
104
çib bura yığıblar, biz heç kimi seçmirik.
Artıq heç nə danışmadım. Bütün pillələri bir göz qır-
pımında düşüb qapıya sarı götürüldüm. Qızıl diş kişi
irişə-irişə yenə kiminləsə salamlaşırdı. Yenə bu dünyada
alver gedirdi. Səni lənətə gələsən, Əbu Tufan məni hara-
lara gətirib çıxardın! Hələ də mənə elə gəlirdi ki, çox az
şey istəyirdim, çox az...
***
- Gəl mərc eləyək ki, mən onu elə bu gecə, bax elə bu
qatardaca…
- Ə, uşaqdan ayıbdı.
- Uşaq niyə olur e. Guya bilmirəm ilin-günün bu vax-
tında Tiflisə niyə gedir? Oxumağa? Hələ bu vaxta kimi
Tiflisə oxumağa gedən görməmişəm. Mən ölüm, gəl
mərc edək?
- Özün də bayaqdan millilikdən danışırsan, bunun
axırı nə təhər olacaq?
- Millətimə qurban olum, sənə deyirəm o, yüz faiz
rusdu. Belə götürəndə həm də qabağa düşürəm də. Guya
o, Gürcüstana niyə gedir? Oxumağa? Bəlkə sənin hələ
yazmadığın əsərinin gələcək oxucusudu o? Özünü mənə
güldürmə, gəl mərc edək!
- Bacarmarsan axı?
- Sənə nə, bacardım, bacarmadım. Mən deyirəm ki,
elə bu gecə o quşu tutacam.
Alpər müəllim yenə də yazıçıyla höcətləşmənin qız-
105
ğın çağındaydı. Bu dəfə mövzu çox incə məsələ üstün-
də düşmüşdü, elə məsələ ki, orada milli mənsubiyyət
axtarmaq düşüklük olardı. Belə başa düşdüm ki, Tiflis
yolçuluğuna çıxan dumanlı xəyalım “Bakı” mehmanxa-
nasındakı məyusluğun ağrısını yaşamaqdaykən onlar
qatarın dəhlizində nəsə “quş” görüblər və Alpər də mil-
li koloritini başına keçirib ki, bu gecə mütləq o “quş”u
ovlayacaq, ətindən də qara qovurma bişirib hətta qonşu
kupelərə də paylayacaq. Xəyal dumanım artıq çəkilmiş-
di, ağlımdakıların hamısı daş dəyən pəncərə şüşəsi kimi
çiliklənib yerlə bir olmuşdu, amma yenə özümü o yerə
qoymadım. Pis iş tutub başını qaldırmayan həyalı uşaq-
lar təki gözlərimi yerə zilləyib işin axırının nəylə qur-
taracağını -qoca əbləhlərin nəhayət mərcə girib özlərini
ağsaqqal maskalarının yırtacaqları anı gözləyirdim. Bir
tərəfdən də həmin “quş”u görmək üçün nəsə səbirsiz-
lənməyə başladım. Bəlkə elə bu vaxta qədər axtardığım
o imiş, lap nağıllardakı kimi uzun yolun hansısa döngə-
sində qabağıma çıxıb. Bəlkə umsuq olduğum ləzzət nə-
dirsə, məni Tiflis qatarında, gecənin məhz bu vədəsində
haqlamalıymış? Hövsələm bir tikə olmuşdu, siqaret çək-
mək bəhanəsiylə dəhlizə çıxa bilərdim, amma qocaların
mübahisəsi qurtarmaq bilmirdi: əşi, nəhayət bu quşu tu-
tacaqsınız yoxsa yox?
- Neçə dəfə sənə deyərəm, ay qamçı düzəltdirən kişi,
gəl mərc edək! Elə-belə mırta.
- Mırta mərc olar, bayaqdan neçə dəfə “mən ölüm”
106
demisən. Heç olmasa qonaqlıqdan.
- Mən razı. Əla! Özü də bilirsən nə təhər qonaqlıq
olsun, gətir-götür!
- Heç elə şey yoxdu, uduzan qonaqlığı elə indi ver-
məlidi, bax bu qatarda. Cığallıq lazım deyil.
- Ə, canın üçün cığallıq-zad eləmirəm, elə mən də
onu deyirəm.
- Onda, necə deyərlər, OK –, yazıçı dilləndi -, di dur
ayağa, göstər məharətini. Bax ha, bu milli məsələ deyil,
elə-belə quş ovudu.
- Ayıb söhbətdi. Sən indi gör millətinin papaq altın-
da nə təhər oğulları yatırmış -, Alpər müəllim dilləndi
və yerindən dikəlib çıxmaq istəyirdi ki, kupenin qapısı
açıldı, dördüncü boş yerin yiyəsi nəhayət peyda oldu. O,
xırda alnı şoran torpağın üstündəki cadarlar kimi qırış-
mış, heydən düşmüş, girdəsifət qoca idi. Bir az təpərli
görünsəydi, gözlərində şam işığı boyda ümidi xatırladan
nəsə sezdirsəydi, heç olmasa qoltuğunda qopuza oxşa-
yan bir şey olsaydı Dədə Qorqud deyərdim ona. Alaqa-
ranlıq kupedə onun sifətində gördüklərim bu oldu, əlin-
dəysə heç nə yox idi. “Sən hardan çıxdın, əşi?” -Alpər
müəllim dilləndi. Məlum oldu ki, zavallı qoca bayaqdan
bəri hərəkət edən qatarda öz yerini gəzə-gəzə nəhayət
gəlib bura çıxa bilibmiş. “Hə, gəl-gəl ağsaqqal gəl, keç
başa. Atalar da yaxşı deyib “Allahsız yerdə otur, böyük-
süz yerdə oturma”. Nə yaxşı gəldin, yoxsa qalmışdım bu
anti-milli ünsürlərin əlində” -, o, bunu deyib mənə sarı
107
gülümsündü, yazıçıya isə göz vurub “ov”a getdi.
Onun arxasınca götürülmək istədim, amma ayaqlarım
sözümə baxmadı. Qoca yanını yerə basan kimi hər şeyin
altı üstünə çevrildi, az qala Tiflisə niyə getməyim də ya-
dımdan çıxacaqdı, gecənin bu qərib saatlarında qəflətən
yadıma kəndimiz düşdü: yazağzı boy göstərən otun-ələ-
fin, təzə çırtlamış tumurcuqların iyi burnuma dəydi, qırt
toyuqların yanlarını basa-basa sarıbaş cücələriylə bö-
yür-başında cükküldəşdiyi çiy kərpicdən hinimiz, qoz
ağacının altına bağladığımız alabaş, onun milçəkli-mığ-
mığalı damı gəldi durdu gözümün qabağında. Qocanın
gəlişiylə əyri-üyrü çəpərimizi, onun qırağından çəkdiyi-
miz içi alaq-ulaqla dolu arxımızı xatırladım, qarğıdan at
düzəldib Koroğlu kimi dördnala çapan tumançaq uşaq
elə bil bu dəqiqə gəlib kupenin ortasından keçdi, hələ
qımışa-qımışa mənə dilini də çıxardı. Sonra həmin uşağı
sıx nar ağaclarının altında, alaqlı-ulaqlı arxın qırağında
çöməlib ağzı-burnu qıpqırmızı şirənin içində nar sortuq-
layan gördüm. O, bura təkcə nar yeməyəmi gəlirdi? Qar-
nının dərdi başqaydı, amma həm də nar yeyirdi. Özünü
xəlvətə verib, balaca əllərini böyürtikən tikanları deşə-
deşə, sarmaşıqlı çəpəri aralayıb qonşunun Moskvadakı
oğlunun təzə gətirdiyi urus gəlininə baxmaqdan sarı
ürəyi atlanırdı; gəlin çiyninə qədər açıq yüngül paltarda
həyətdə görünən təki dünya dərhal gözəlləşir, hər yan
bənövşəyi rəngə bürünür, burnuna isə yalnız yasəmən
ətri gəlirdi. Lap mahnıdakı “Sarı gəlin” kimiydi… O, bu
108
torpağın cehiz yığan, yun darayan, yorğan sırıyan, səhər
o başdandan kətman vuran, pambıq becərən, hinduşka
saxlayan, quzu otaran qızlarının tayı deyildi, su pərisi
idi, ayrı dünyadan gəlmişdi. Uşaq kirlənməmiş qəlbinin
tər-təmiz, saf bir guşəsində o pərinin şəklini asmışdı və
qumral saçlarını hörüb çiyninə sallamış pəri eləcə gü-
lümsünürdü, vəssalam. Əlinə çıraq, ayağına dəmir çıraq
geyinib dünyanı ələk-vələk eləməyin adı yox idi, axtar-
dığı, bütün ömrü boyu soraqlayacağı o idi – çəpərin o
üzündə dayanmışdı. Çox yaxındaydı, amma əli çatmır-
dı… Sonralar görəcəyi, ürəyinə yaxın buraxmağa çalı-
şacağı qızların hamısında ondan nəsə nişanə axtaracaq-
dı – gözlərinin maviliyindən, dərisinin parlaqlığından,
saçının qumrallığından nəsə tapmaq istəyəcəkdi, amma
bütün bunların hamısı bir yerdə heç vaxt olmayacaqdı.
Lap sonralar anlayacaqdı ki, ömrünün ən yaxşı anla-
rı qarğıdan at çapdığı, əlini tikan, sarmaşıq didə-didə
çəpərin yarığında ilişib qaldığı, ağzının sulandığı vaxt-
lar imiş.
Qocanın gəlişiylə fikrim əməllicə dolaşmışdı, göz-
görəti kələfin ucunu itirmişdim. Qəribəydi, gecənin bu
vədəsində Tiflis qatarında nə işim vardı? Bəlkə bu qatar
heç Tiflisə getmir, kəndimizdən, kol-kos basmış həyəti-
mizdən keçəcək və sarmaşıqlı çəpərimizin yanında da-
yanıb deyəcək ki, düş a bala, o çəpər, o nar ağacları, o da
sənin qarğı atın min çap, amma pərin tay yoxdu…
Bu qoca yaman qocadı, heç o birilərinin tayı deyildi:
109
adamın ürəyini bulandırmasa da, heç yanında oturmaq
da istəmirsən, heç babama da oxşamır. Babam demiş-
kən…
“Yaman gec qaldıq. Yaşı keçir uşağı müsəlman
eləməyin vaxtı çoxdan çatıb. Bu boyda da günü-günə
calamaq olar? Papağını fırla məktəb vaxtı yetişəcək.
Sonra tutub saxlamaq da olmayacaq. Bir az əlli dərbən,
a bala” -, babamın bu sözləri təndir damının altında
atam olan oğluna xısın-xısın dediyini eşitmişdim. Doğ-
rudan da vaxt keçirdi, məhləmizdə müsəlman olma-
yan bir mən qalmışdım, bir də Lal Cümşüdün yetimlə-
ri. Aydın məsələdi, onların qabağa düşəni yox idi, heç
kənd-kəsəkdən də bir başı papaqlı irəli çıxıb yetimlərin
savabına batmağa tələsmirdi. Mənimsə atam da vardı,
babam da, hələ üstəlik nənələrimin də canısulu vaxtla-
rıydı. Tay-tuşlarımdan müsəlmançılıqla bağlı qara-qura
şeylər eşitmişdim, hərə artırıb-azaldıb, birinin üstünə
beşini də qoyub danışardı: ay nə bilim, kirvənin quca-
ğında elə otuzdururlar, adamın ayağını belə aralayır-
lar, mili belə soxurlar, ülgücü elə çıxarırlar – bir sözlə
eşidəndə ətim ürpənirdi. Can şirin şeydi axı, qorxudan
tir-tir titrəyirdim, əsə-əsə nənəmin tumanının böyrünə
qısılıb pıçıldadım “bəlkə mən heç müsəlman olmayım”.
Arvad uğunub getdi “ay sənin toyunu görüm, ə, heylə
şey olar. Onda sənə kim qız verər?”. “Heç verməsinlər,
müsəlman olmaq bu kənddən qız almaqdısa heç istə-
mirəm. Çəpərin o üzündə gözəl-göyçək pərim var, hər
110
dəfə ona baxanda burnuma yasəmən ətri dəyir. Qoy bu
elin qızları yorğan sırısınlar, hinduşka saxlasınlar, heç
birində gözüm yoxdu, anam-bacım olsunlar. Müsəlman
olmaq toyuq başı kəsməkdisə, bəlkə mən heç müsəlman
olmayım” -bunları, ürəyimdə pıçıldadım, özü də həmin
vaxt – nənəmin tumanının böyründə yox, uzun illər üs-
tündən ötəndən sonra. İndi belə başa düşürəm ki, həmin
günü mən öz uşaq ağlımla əslində ilk seçimimi eləməyə
cəhd göstəribmişəm, hələ o vaxt “Bakı” mehmanxana-
sının yolunu-yolağasını tanımırdım, hələ o illərə çox
vardı, lap çox. İlk seçim və ilk məyusluq… Dadı-duzu
damağımda qalıb…
Həmin gün gəldi! Hər şey uşaqlardan eşitdiyim kimi
oldu, sən demə onlar hələ az deyiblərmiş… Nə məşəqqət
imiş, ay Allah, getsin gəlməsin! Zarıya-zarıya güllü
döşəyin üstünə uzadılmışdım, dədəmin müdiri əlindəki
araq qədəhini ağlamaqdan ucu qıpqırmızı qızarmış sulu
burnuma toxundurdu “gözün aydın müsəlman oldun”
deyib, yastığımın altına nəsə dürtdü, qədəhi başına çəkib
fısıldadı, sonra elə bir qəhqəhə çəkdi ki, ağzındakı otuz
iki dişinin hamısı görsəndi. Elə o biriləri də təxminən
onun kimi elədilər, zavod arağının, çəkmə spirtin, kəm-
şirin çaxırın iyi otağımı elə doldurdu ki, müsəlmançılığın
birinci günü içməmiş xumarlanmışdım. Babam, yenə də
babam… Qaya kimi dikəltdiyim ayaqlarımın üstünə sə-
rilmiş mələfəni götürüb yarama baxdı, alnımı sığallayıb
üzümdən öpdü, sonra zarafata salıb “Əbu Tufan incitmir
111
ki?” dedi. Sancılardan qovrulan qarnıma sərinlik hopdu,
yaman gülməli alındı Əbu Tufan ayaması, dilimi dişimə
tutub birtəhər kişinin üzünə qımışdım.
Əynimə qırmızı yubka geyinib addım atan kimi bi-
rinci işim özümü narlığa vurmaq oldu, çəpərin sarma-
şıqlı yerini aralayıb qonşu həyətə boylandım. Gözüm
pərini axtarırdı. Yaman qəribsəmişdim ondan sarı. Gül-
lü döşəyin üstündə yatdığım gecələrdə hər gün onun
haqqında düşünürdüm, zalım qızı insaf edib, heç olmasa
bircə gecə yuxularıma gəlmirdi. Çəpərin ayağında çox
gözlədim, çox sızladım, pəri insafsız çıxdı, görsənmədi
ki, görsənmədi. Kimdənsə xəbər almağa cürətim çatmır-
dı, deyəcəkdilər ki, buna bax dünən müsəlman olub, bu
gün qonşu arvadına tamah salıb. Dillənmədim, içimdən
qovrula-qovrula susub qaldım. Bir gün çəpərin ayağında
arvadların qeybətindən belə anladım ki, mənim sarı gəli-
nim buralarda bənd olmayıb öz elinə, obasına gedib, özü
də həmişəlik. İtirdim onu… Elə bil mənim müsəlman
olmağımı gözləyirmiş. Müsəlman kimi birinci qurbanım
sarı gəlin oldu.
Bu, nə yaman qocaymış, ay Allah! Niyə onun yeri
məhz mən getdiyim kupedə olmalı idi? Hardan gəldi
çıxdı bura? Səsini salıb içinə, amma elə bil adamın ağlını
maqnit kimi dartıb aparır, özü də geriyə, itirdiyin, həsrət
və məyusluqla dolu illərə tərəf. Lap yadımdan çıxmışdı,
Alpər müəllim harda qaldı? “Ov” belə də uzun çəkərmi?
Yazıçıya bax sən hələ! Bayaqdan dil qəfəsə qoymurdu,
112
millət belə, xalq belə, nə əcəb ağzına su alıb oturub?
Bəlkə o da qocanın tilsiminə düşüb? Kişinin üzünə elə
baxır ki, elə bil rəssamdı şəklini çəkəcək.
***
“Qoca sirlə doludu” – yazıçı düşünürdü və itirdiyi-
ni axtaran adamlar kimi zəndlə onun üzünə baxır: gir-
də sifətinin bütün cizgilərini ən xırda detallarına qədər
yaddaşına hopdururdu. Ədəbiyyat hardasa onun alnın-
dakı qırışların arasındaydı. Hə, hardasa orda gizlənib,
mən onu görürəm. Əsil roman tipajıdı: onu həyatın
dibində sürünən, küncə sıxışdırılsa da, üzünə salıb hə-
yat adlı zillətə dözən, abrına-həyasına qısılıb qovrulan,
təklənən, bir sözlə öz torpağında qərib kimi gəzib-dola-
şan milyonlarla insanın prototipi kimi kəşf etmək lazım
idi. Nələrisə uydurmağa, ilham pərisinə-zada ehtiyac
yox idi, bütün əsər qocanın sifətində yazılmışdı, sadə-
cə köçürmək qalırdı. Nəsə yazıçının ürəyinə dammışdı
ki, qocanın ağzından çıxacaq ilk kəlmə hər nədirsə, Tif-
lisdə yazacağı əsərin birinci cümləsi olacaqdı. Söhbətə
başlamağa hazırlaşırdı ki, nəhayət Alpərin pörtmüş sifəti
peyda oldu.
- Mərci uduzdum, qardaşlar -, deyib əlindəki iri sala-
fan torbanı pəncərəyə sarı masanın üstünə qoydu – indi
gör necə süfrə açacam, bunu heç qardaş qardaşa eləməz.
Bircə dənə quş südü əskikdi…
- Dayan e, nə tez təslim oldun? -, yazıçı gülə-gülə
113
dilləndi -, quşu başqası vurdu, yoxsa sən ürək eləyib
yaxınlaşmadın?
- İndi deyirsən gecənin bu vədəsində “sən öl” vurum.
Yaxınlaşdım deyəndə ki, xeyli söhbət də elədik. Zalımın
balası birinci kəlmədən qayıtdı ki, “əmi”. Dilxor oldum.
“Əmi” deməsəydi, indi qonaqlığı sən verirdin!
- Əmisən də, pis söz deməyib ki?
- Bilmirəm tay pisdi, yaxşıdı, əlim-ayağım soyudu.
Di qabağa durun görüm!
Doğrudan da əntiqə süfrə açıldı: Alpər salafan tor-
badakıları boşaltdı, kupenin balaca masasının üstündə
barmaq basmağa yer qalmadı. Kişinin zövqü var də: di-
limlənmiş iki-üç cürə kolbasa, İberya sosisləri, soyutma
kartof, xiyar turşusu, pendir, limon dilimləri, doğranmış
kivi, iki butulka “Barjomi”, litrlik rus arağı – gecənin bu
vədəsində qatarda nə tapmaq mümkün idisə hamısı.
- Ay Alpər, əhsən sənə! -, yazıçı masaya baxıb dillən-
di – süfrəyə söz ola bilməz, amma bunların heç biri milli
deyil axı. Bəs necə olur danışanda…
- Sən öl, xiyar özümüzünküdü!
İkisi də birdən necə qəhqəhə çəkdilərsə, qocayla mən
də biganə qalmadıq, yüz faiz qonşu kupelərdə kim yat-
mışdısa dik atıldı. Süfrə doğrudanda qiyamət idi, elə
mədəm də bayaqdan quruldaya-quruldaya qalmışdı. O
biri tərəfdənsə fikrim Alpərə “əmi” deyənin yanındaydı,
bəlkə o gözəlçəyə bir özümü göstər’ydim. Bəlkə bundan
sarı Tiflisə getməyə dəyməzmiş heç. Ürəyimdən keçən-
114
ləri göydə tutdular.
- Nədi bacıoğlu, özünü sınamaq istəyirsən? – Alpər
irişə-irişə dilləndi -, Səbrini bas, Tiflis yaxşıdı.
- Ə, ağsaqqaldan ayıbdı – yazıçı dedi.
- Boy ağsaqqalın başına dönüm, nə dedim ki? Ağ-
saqqal, bir əlli süzümmü? -Qoca yenə də dillənməyib
eləcə başını yellədi – tay bağışla da, üzüm ayağının altı-
na – Alpər dedi.
Belə məclislərin ayrı yeri var, qatar takka-tukla gedir,
sən də oturmusan tanımadığın adamlarla “pənco-pənco”
gillədirsən, heç danışmağa, uzun-uzadı sağlıqlar deməyə
də ehtiyac qalmır, qocalar sənin əvəzinə danışır, sənin
əvəzinə gülürlər. Hər dəfə rus arağından hortdatdıqca
Tiflis yolu bir az da gödəlirdi. Əşi, vallah bu həyat çox
asan şeydi, nə var onu yaşamağa. Deyə-gülə, yeyə-içə
əlini at qulağının dibinə, bir də gördün gəlib çıxmısan
axırına. Onu zülmə çevirənə, ağzımızı dağa-daşa salana
lənət!
- Ay qamçı düzəldən kişi, -Alpər müəllim əlini mə-
nim çiynimə qoyub, növbəti sağlığını deyirdi -, bu dün-
yanın əclafları həmişə çox olub. Sən bizim bir çimdik
yaxşımızı yamanımızın gözünə qatma. Bu cavan oğlana
bax, əsərinə salacağın bütün mənfi qəhrəmanları bu ca-
vana bağışla. Sən Allah bizi çox pisləmə…
- Bu nə sözlərdi deyirsən? Elə bilirsən mənim ürəyim
yanmır. Cızdağı çıxıb ürəyimin, içinə baxasan çattaq-ça-
taqdı. Bir də çatlasa çətin qalam bu dünyada. Bilirsən
115
qardaşım, yazıçını necə öldürmək olar? Onun kitabını
oxuma, sözünü eşitmə, vəssalam qurtardı getdi. Milçək
öldürməkdən də asandı yazıçı öldürmək. Bu vaxta kimi
görmüsənmi ölünün diriyə ziyanı dəysin. Bax mən də
ölü kimi bir şeyəm…
- Ə, sən Allah heylə danışma!
- O ki qaldı bu cavana, içək cavanların sağlığına. A
bala, bağışla bizi çiyninizə yaman ağır yük qoyub ge-
dirik.
Hamımız bir yerdə qədəhimizi başımıza çəkib duz-
lu xiyardan iylədik. Araya ağır sükut çökdü. Zalım qo-
caysa hələ bu vaxta kimi kəlmə kəsməmişdi, arada bir
ağzına bir tikə pendir-çörək aparıb kirimişcə dayanmış-
dı. O qədər səssiz oturmuşdu ki, hərdən onun varlığını
unudurdum, mənə elə gəlirdi ki, bizim kupedə oturan
qocanın bədənidi, ruhunu hardasa vağzalda unudub.
Dünyagörmüş adam idi, gərək söz-söhbətə o başlayardı,
məzəli, dadlı-duzlu əhvalatlardan danışardı, amma o…
Alpər müəllim də kövrəlmişdi, yazıçının sözlərindən
sonra hiss elədim ki, nəsə himə bənddi. Mənə gəldik-
dəysə, dünya-aləm vecimə deyildi, başa düşmədim söh-
bət hansı yükdən gedir. Əvvəlcə elə bildim nəsə lətifə
danışırlar, az qalmışdı uğunub gedəm, gördüm yox, bu
həna o hənadan deyil. Lənət sənə Əbu Tufan, nə itim
azmışdı Tiflis qatarında!
- İcazənizlə bu dəfə özüm süzəcəm -, yazıçı butul-
kanı götürüb Alpər müəllimin və mənim qədəhlərimi
116
doldurdu, özünə növbə çatanda üzünü qocaya tutub -,
başına dönüm ay ağsaqqal, bizim tərəflərin ahılları söz-
lü-söhbətli olur sən niyə dillənmirsən? Bu, sənin sağlı-
ğın olacaq ha! Axırıncını böyüklərin sağlığına içəcəyik.
Xeyirdimi, inşallah, özünü Tiflisə verməkdə…
- Məni Gürcüstana əcəl aparır… -qoca dilləndi.
- Ayə, saxla hara süzürsən? Arağı tökdün xiyar ban-
kasına! – Alpər yazıçının qolundan tutub qışqırdı.
Duruxub qalmışdıq. Hamıdan betər yazıçının gözləri
dörd olmuşdu – onu nə təhər dedin, ay kişi? -, dodağının
altında pıçıldadı.
- Sözün təhərimi olur, başına dönüm, günümü görüb,
köçümü sürmüşəm, ölməyə vətən yaxşı, eşitməmisən-
mi?
Araya yenə zəhləm gedən sükut çökdü. Başım elə
dumanlanmışdı ki, çiynimin üstündə düz dayanmırdı, o
yan -bu yana yellənirdi. Qıpqırmızı qulaqlarım heç nə
eşitmək istəmirdi, vurandan sonra həmişə ürəyimdən ta-
mam ayrı şeylər keçir. Deyəsən, mədəmin ortasındakı
köhnə qığılcım da oyanmışdı, dünya gözümə ala-bula
görünürdü. Yadıma Alpərə “əmi” deyən gözəlçə düşdü,
bəlkə hələ yatmayıb, dəhlizdə dayanıb təzə ovçu gözlə-
yir. Keşkə qoca ağzını açmayaydı, danışmağa söz tapdı
da! Bir yemirəm deyəndən qorx, bir də ölürəm deyən-
dən. Heyf, arada gül kimi araq qəhr oldu…
Yazıçı lal-dinməz baxışlarını kişinin girdə sifətinə
zilləyib qalmışdı. Alpər müəllimin bu dəfə gözləri dol-
117
mamışdı, əməllicə ağlayırdı. Kişilər ağlayanda zülm
olurmuş… Qoca əllərini ovuşdura-ovuşdura onlara təs-
kinlik üçün nəsə qırıq-qırıq sözlər deyirdi: Ahıska, türk
elatı, müharibə, mal-heyvan vaqonu, Fərqanə, qaçqın-
lıq, Avropa Şurası, öhdəlik, Gürcüstan… nəsə buna ox-
şayan sözlər. Kişinin ürəyi dolu idi, onun sağlığına qə-
dəhlərimizi axırıncı dəfə qaldırıb endirəndən sonra da
xeyli danışdı. Yazıçı baxır… Alpər ağlayır… Mənimsə
mədəmdə qığılcımlar oynayırdı… Çıxdım dəhlizə.
***
Onu görəndə gözlərimə inanmadım, yəqin arağın tə-
sirindən idi ki, qorxulu xəyalların qarabasmasına düş-
müşdüm. Uzun dəhlizin tualet tərəfdəki ucunda daya-
nıb açıq pəncərənin qabağında siqaret çəkirdi. Əlimin
içiylə alnımı döyəclədim, gözlərimi ovxalayıb bir də
baxdım. Yox, bu qarabasmaya oxşamırdı, heç yuxu da
deyildi. Dəqiq o, idi – “Bakı”da, göyün yeddinci qa-
tındakı Herakl-qadın! Alpər müəllim “quş” bunamı de-
yirmiş?! Ayaqlarım sözümə baxmayıb ona sarı cumdu.
Qadın bir az təəccüb, bir az təbəssümlə üzümə baxsa
da, nəsə ağlı bir şey kəsdirmədi. Beynim dumanlı idi,
amma toxtaqlıq üçün dərhal lazım olanı tapdı – axı gö-
yün yeddinci qatından o qədər adamlar gəlib-keçib ki,
onun yadına hardan düşəcəksən? Bir az ürəkləndim. Elə
bil siqaretimi damağıma qoymağımı gözləyirdi, alışqa-
nımı cibimdən çıxarmağa macal tapmadım. İyirmi illik
118
həyatımda ilk dəfəydi ki, siqaretimi qadın yandırırdı.
Etiraf edim ki, heç də xoşuma gəlmədi. Gülə-gülə “sizin
kupenin hay-küyü vaqonu başına götürüb” dedi, sonra
da “deyəsən, dünyanın bütün yaxşı kişiləri ora yığışıb”
söylədi. Yüz faiz tanımamışdı və hələ gözgörəti mənə də
ilişirdi. Amma Bakıdan Tiflisə qədər dayanmadan içsəm
də, ona barmağımın ucunun toxunacağını belə təsəvvür
eləməzdim. Keşkə Alpərə “əmi” dediyi kimi, mənə də
nəsə ona oxşayan söz deyərdi. Lənət şeytana lap “oğ-
lum”, ya da “qardaşım” deyəydi, bununla da içimdəki
qığılcımın üstünə elə bir su səpərdi ki, Tiflisə kimi fısıl-
daya-fısıldaya qalardı. Amma o, bu sözlərin heç birini
dilinə gətirmədi, daha betərlərini dedi. Sən demə, xəstə
uşağı varmış, bir də acizlikdə balasından geri qalmayan
heydən düşmüş anası… Onlara görə yaşayırmış, onlara
görə işləyirmiş… Boğazından kəsdiklərini toparlayıb,
azından ayda bir dəfə özünü verirmiş Tiflisə -ağzımda su
gətirmişəm, döşümdə süd gətirmişəm, açın qapını mən
gəlim… Herakl-qadının nağılı heç inandırıcı görünmə-
di, hətta mənə elə gəldi ki, bunu bir dəfə yox, min dəfə
eşitmişəm. Adi oğru reaksiyasına oxşayırdı – iş başında
yaxalananda dəsmal götürüb ağlayır ki, bəs anam xəstə-
di pul lazım idi. Qadın da nəsə gözümün su içmədiyini
sezsə də, özünü o yerə qoymadı. Qəfil iri barmaqlarını
kəmərimə keçirib məni özünə tərəf çəkdi: “Nə özünü
dartırsan ə? Heç olmasa bircə dəfə oranla yox başınla fi-
kirləşsənə” -, dedi. Çiynimin üstündə səndələyən başımı
119
zorla saxladım, açığı elə bildim ki, üzümə sillə vuracaq.
Qadın kəmərimi buraxıb məni kənara itələdi və göz-
ləmədiyim halda gülməyə başladı “Elə bilirsən Tiflisdə
seçmək imkanın olacaq. Uşaqsan bala, uşaq…” O, hər
şeyi xatırlayırmış, hələ bəlkə də mənə yazığı da gəlir-
miş. Di get öl Əbu Tufan! Kül olsun təpənə!
Mən kupeyə qayıdanda hamı yatmışdı: yazıçı o yan
-bu yana çevrilir, qoca fısıldayır, Alpər xoruldayırdı. Ye-
rimə girən kimi div yuxusuna getdim. Bir Allah şahiddi
ki, mən az şey istəyirdim, çox az…
***
Yazıçı Tiflisə çatana kimi əcəl aparan qocanın ağzın-
dan çıxan kəlməni dönə-dönə sayıqladı. Əsərin birinci
cümləsi hazır idi, yerdə qalanını yazmağa nə vardı. Adı
da belə olsun – “Tiflis yolçuları”. Oxuyun, başınıza dö-
nüm, oxuyun! Ölüdən diriyə ziyan gəlməz…
Aprel 2015
120
“Anam deyirdi, ayaqlarım sızıldayır,
duman gələcək. Gəlirdi də…”
Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ndən
“Yalançısan, yalançı! Bəs deyirdin ayağım ağrıyanda
yağış yağır. Hanı, yağmadı ki. Heç vaxt yağmır da. Sənin
nə yalançı ayaqların varmış” -, Amil həkim evdən çıxa-
çıxda beş yaşına dünən adlamış toppuş nəvəsinin ağzını
marçıldada-marçıldada elədiyi giley-güzarın qabağında
deməyə düz-əməlli söz tapmadı, həmişəki kimi başını
sığallayıb alnından öpdü, əyilib qulağına “Ə, saa qurban
olum” pıçıldadı. Qonum-qonşunun yığışdığı xudmani
ad günündə eləcə dizlərini ovuşdura-ovuşdura qalmış-
dı, zoqqultudan masanın altında ayaqlarını qoymağa yer
tapmırdı, barı durub gəzişməyə imkan olsaydı, sızıltı-
ları bekara səngiyərdi. Axı hara gedəsən: nəzir-niyazla
tapdığın gözünün ağı-qarası nəvənin beş yaşı ola, tifil
sevincindən özünü qoymağa yer tapmaya, neçə ildən
sonra bu qədər dost-tanışı bir yerdə görəsən, axırda da
qayıdasan, siz oturun mən gəzişib gəlirəm, heç olan iş
deyildi. Məclis də ki nə məclis-elə bil hamı sözü bir yerə
qoyub ömürləri boyu məşq elədikləri bir pərdəli kome-
diyanı növbəti dəfə oynayırdılar, hərə bir cürə artistlik
edirdi, təki uşağın könlü xoş olsun. Uşaq neyləsin axı,
bu qaçhaqaç dünyasına mayın 7-də göz açıb, sabahsa
Şuşanın gedən günüdü… Loxması boğazında kilidlənən
Dostları ilə paylaş: |