Bekketə salam natiq Məmmədli Bakı 2017 Redaktor: Fuad Babayev Korrektor: Təvəkkül Dadaşov Səhifələnmə və dizayn: Elviz İsmayilov Annotasiya



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix13.04.2017
ölçüsü2,08 Kb.
#13895
1   2   3   4   5   6   7

XƏLBIR

36
ni silkələdikcə, sarı dənlik buğdalar xəlbirin gözündən 
süzülüb tökülür, taxılın canına daraşmış sarmaşıq çöpü, 
çayır kökü, qoyun qığı, qanqal yarpağı, ot-ələf ayırtlanıb 
üstə qalır, nə qədər silkələnsələr də, sıyrılıb aşağı düşə 
bilmirlər. Nənəm onları kənara çırpır, heç toyuq-cücə-
nin qabağına da atmırdı. Dəyirmanlıq buğdanı səhmana 
salandan sonra kənarda qalaqlanmış zir-zibili torbalayıb 
dönə-dönə tapşırardı ki, bunu evdən aralı çay aşağı axıt-
maq lazımdı, gərək yerə-yurda düşməsin, “kökü kəsilsin 
bunların” -deyərdi. Bir Allah bilir ki, çay aşağı nə qədər 
sarmaşıq çöpü, çayır kökü, qoyun qığı, qanqal yarpağı, 
ot-ələf axıtmışam… 
Mənə  görə  nənəmin  xəlbiri  qiyamətdəki  qıl  körpü-
sünə oxşayırdı, heç vaxt günahkara yol verməzdi, heç 
vaxt  nadürüstü  gözündən  keçirməzdi.  Bir  dəfə  xəlbiri 
balaca əllərimin arasına aldım, yumşaq barmaqlarımla 
onun  yan-yörəsini  sığallaya-sığallaya  silkələməyə  ça-
lışdım, nə qədər qara qılçıq, çör-çöp varıydısa, hamısı 
buğdaya qarışıb axmağa başladı. İnana bilmirdim.
“Bu nədi, xəlbirin gözü genəlib?”
“Yox,  gözünə  bir  şey  olmayıb,  gərək  mənim  kimi 
silkələyəsən”  -nənəm  dedi  –  “xəlbiri  özbaşına  qoysan 
çörəyimizin içinə qanqal da qarışar, sarmaşıq da…” 
Bir daha cəhd eləmədim, yenə də aralıda bardaş qu-
rub  tozlu-torpaqlı  ələnmə  prosesinə  tamaşa  edə-edə 
düşünməyə başladım, doğrudan da xəlbir özbaşına heç 
nəymiş, gərək onu silkələyən əllər olaydı – kösöv kimi 

37
qaralmış yoğun əllər… 
İndi mən nənəmin yanında qoyub gəldiyim uşaqlıq-
dan sürətlə uzaqlaşdıqca elə bil xəlbirə daha da yaxınla-
şırdım. Nədənsə içimdə bir inam var ki, həmən xəlbirin 
gözündən sıyrılıb düşməyincə, özümə yer tapa bilməyə-
cəm. İndi həyatımın elə məqamıdır ki, ya dənlik buğ-
da kimi dəyirmanlıq olmalı, ya da sarı sarmaşıq çöpü, 
lap elə qoyun qığı kimi kənara itələnib həyatın dibində 
küllənməliyəm. Ələnmə yaxşı şeydi: adamın ələndikcə 
özünə inamı artır, başqalarından fərqləndiyinin, daha la-
zımlı, daha bacarıqlı olduğunun fərqində olursan; deməli 
ömrü hədər yerə yaşamamısan, filan qədər kitabı nahaq 
yerə oxumamısan, gözünün nurunu hədər yerə əritmə-
misən, deməli sən lazımlı adamsan, sən onların axtardığı 
adamsan. Ələnmə yaxşı şeydi, ələyən olsa…
İnternetdə iş elanını görən kimi diqqətimi cəlb elədi. 
Yeni yaradılmış Fondda çoxlu vakansiyalar elan olun-
muşdu. Mənə uyğunu ictimaiyyətlə əlaqələr üzrə mene-
cer vəzifəsi idi. Həm yiyələndiyim ixtisasa uyğun gəlir-
di, həm də cürbəcür insanlarla işləmək, əlaqələr qurmaq 
həvəsi canımda da var idi. Məktəbdə də, universitetdə 
də  o  qədər  ünsiyyətcil  idim  ki,  inanmazdım  kiminsə 
mənim qədər dostu-tanışı olaydı. Xoşbəxtlikdən müsa-
biqənin şərtləri də mənim boyuma biçilmiş kimiydi: kol-
lektivdə işləmək bacarığı, ünsiyyətcil, xoşrəftar olmaq, 
mətbuat üçün açıqlamalar hazırlamaq, maarifləndirici iş 
aparmaq, Fondun informasiya təminatını həyata keçir-

38
mək – aman Allah, bunlar ki, mənim əlimdə su içimlik-
di. Bekara çatışmayan rus, ingilis dillərində sərbəst da-
nışmaq vərdişi idi ki, hərçənd onun da öhdəsindən gələ 
bilərdim, onsuz da rus dilini ana dilimiz kimi öyrədiblər, 
qalırdı ingilis, onun da qrammatikasından başım çıxırdı, 
üçcə ay kifayət idi ki, “excellent” olum. Təki siz mənə 
meydan verin göstərim hünərimi… Bütün qaydalara uy-
ğun hazırladığım, dönə-dönə yoxlayıb gözdən keçirdi-
yim CV-mi deyilən ünvana yolladım. Etiraf edim ki, çox 
həyəcanlı idim. Bu mənim birinci cəhdim, qazanacağım 
halda birinci işim olacaqdı. İki günə məktubuma cavab 
verilməsi, gələn həftənin bazar ertəsi müsahibəyə dəvət 
etmələri ürəyimi dağa döndərdi. Bilmirəm sonralar bu 
hissi təkrar yaşadım yoxsa yox, amma çox qəribə hiss 
idi, bir az qürurlanmağa oxşayırdı, bir az lovğalığa, bir 
az ərköyünlüyə, hərəsindən bir az idi… 
Fondda məni lap köhnə tanışlar kimi qarşıladılar. Su-
aledici zirək nəzərlərini bir an belə sifətimdən yayındır-
mayan balaca boylu, uzağı məndən bir-iki bayram böyük 
görünən gənc oğlan CV-mi qarşısına qoyub təbəssümlə, 
deyərdim  bəlkə  də  heyranlıqla  mənə  baxırdı.  Müsahi-
bəyə məndən başqa heç kimin dəvət edilmədiyinə qəti 
əmin olandan sonra özümə inamım bir az da artdı, bir 
az da ürəkləndim. Bir işə bax, kənarda gör nə qədər CV 
yığılıb, onların arasından ancaq məni çağırıblar, böyük 
uğurdu, sağ olsunlar, yaşasın nənəmin xəlbiri!
- Xarakterinizdə nə çatışmır?

39
- Üzr istəyirəm…
- Nə çatışmır, hansı çatışmayan cəhətləriniz var? 
Gülərüz,  balacaboy  oğlanın  düz  gözlərimin  içinə 
baxaraq  müsahibəyə  çatışmazlıqlarımdan  başlamasını, 
sözün  düzü,  gözləmirdim,  bir  az  hürkdüm  də.  Mənim 
yerimə  özünüzü  qoyun,  gözləmədiyiniz  halda,  lap  elə 
küçəylə  gedərkən,  tanımadığınız  birisi  qəflətən  çatış-
mayan cəhətləriniz barədə soruşsa, nə cavab verərsiniz? 
Axı mənim bütün çatışan cəhətlərimin hamısı CV-də ya-
zıldığı halda, bu niyə çatışmayan tərəflərimlə maraqla-
nır? Təcrübəsiz idim, eh… sonralar bu sualları o qədər 
eşitdim; o qədər yağlı-yapalaq cavablar verdim ki… Lap 
sonralar anladım ki, sən demə, bu, müsabiqədə iştirak 
etmək istəyənlər üçün psixoloji testfason bir şey imiş. 
Mənə qalsaydı lazımsız, avara bir şey idi… Nə isə…
-  Vallah,  çatışmayan  cəhətlərim  haqqında…  bil-
mirəm…  heç  fikirləşməmişəm…  hə,  fikirləşməmişəm 
bu haqda.
- Deməli, özünüzü yaxşı tanımırsınız, özünüzü kəşf 
etməmisiniz?
- Özümü kəşf?..
- Məsələn, xudbin deyilsiniz ki?
- Yox,  yox  nə  danışırsınız?  Mən  kiməsə  yuxarıdan 
aşağı baxmağı qəbul etmirəm. Düzgün deyil bu.
- Şöhrətpərəstsiniz? 
-  Yox,  nə  danışırsınız!  Lovğalanmaq  üçün  heç  bir 
əsasım yoxdu? Universiteti təzə qurtarmışam… Neylə-

40
mişəm ki, şöhrətpərəst olam. 
- Qızlara münasibətiniz necədir, məsələn, ofisdə mini 
yubkalı qızları görəndə ilkin reaksiyanız necə ola bilər? 
- Yaxşı.
- Yəni, şorgözsünüz? 
- Üzr istəyirəm, deyəsən fikrimi düz çatdıra bilmə-
dim axı. Qətiyyən o mənada demədim. Geyinirlər, özləri 
bilər… Axı mənə nə var onlardan.
-  Deməli,  qızlara  qarşı  biganəsiniz.  Başa  düşürəm, 
amma  narahat  olmayın,  öz  aramızda  qalacaq,  mən  in-
sanların hisslərinə hörmətlə yanaşıram.
- Yenə məni düz başa düşmədiniz.
- Ona görə ki, siz fikrinizi düz izah edə bilmirsiniz. 
Axı necə ola bilər, bu yaşa çatmısınız bircə dəfə də özü-
nüzü  müşahidə  etməmisiniz  ki,  hansı  zəif  cəhətləriniz 
var. Bu haqda heç düşünməmisiniz də?
- Yox.
- Əzizim, bayaqdan mənim bütün suallarıma “yox” 
cavabını verirsiniz. Bu müsabiqədi, sizin rəqibləriniz də 
var, hər şeyə yox demək sizə üstünlük qazandırmaz.
- …
- Susmaq lazım deyil, bircə bunu eləməyin. Əgər bü-
tün cavablarınız “yox”dursa, onda belə nəticəyə gəlmək 
olar ki, siz sadəlövhsünüz.
- Bəli, bəli.
- Şükür, axır ki, müsbət cavab ala bildim. 
Müsahibə bir neçə dəqiqə də davam elədi. Bu vaxt-

41
da neçə dəfə ölüb-dirildiyimi indi xatırlamaq istəmirəm. 
Gülərüz oğlan sanki gözümün içinə baxa-baxa, kirpiklə-
rini belə, qırpmadan yağlı boya ilə mənim psixoloji portre-
timi çəkirdi. Necə alınmışdı, xoşlarına gələcəkdimi, deyə 
bilmirəm, amma mənim heç ürəyimcə deyildi; təsəvvür 
edirdim o portretdən baxan gözlərdə hansı ifadə donub 
qalıb – xudbinlikdən, şöhrətpərəstlikdən, şorgözlükdən 
uzaq,  bir  sözlə  dünyadan  xəbərsiz,  yonulmamış  kənd-
li balasının sadəlövh baxışları. Yaxşı olardı ki, mənim 
portretim bu vaxta kimi ədalətinə, düzlüyünə inandığım 
nənəmin xəlbirinin fonunda, ya da elə içində çəkiləydi. 
Boğazım xəlbirin gözündə ilişib qalıb, ayaqlarım hava-
da yellənə-yellənə ləngər vurur, nənəm yoğun, kişiyana 
əlləriylə  xəlbiri  nə  qədər  silkələsə  də,  mən  dəyirman-
lıq  buğdaların  yanına  düşə  bilmirdim  ki,  bilmirdim…  
-Haralısan?  -gülərüz  oğlan  bu  sualı  birbaşa  vermədi, 
necə deyərlər bir az aralıdan gəldi. Əvvəlcə danışığımın, 
sonra da suyumun ona şirin gəldiyini söylədi. Sonra tor-
pağı sevdiyini, vətənin o başı, bu başı olmadığını dedi. 
Sonra  hamımızın  soydaş,  yurddaş,  sirdaş  olduğumuzu 
dedi, yerliçiliyə nifrət elədiyini söylədi. Lap sonra… lap 
sonra “haralısan” dedi. Guya elə-belə soruşur, söz gəli-
şi…
- Ümidqovandanam.
- Hardan? Hə, o Ümid Piri olan kənddən… Yox, mən 
bunu elə-belə soruşdum ha, ürəyinə başqa şey gəlməsin. 
Haralı  olmağımızın  nə  dəxli  var,  hamımız  bir  vətənin 

42
övladı deyilikmi?
- Hə, əlbəttə elədi – nəhayət ki, müsahibə boyu ikin-
ci dəfə müsbət nəsə dedim. Əslindəysə, elə deyildi. Biz 
bir vətənin yox, paralel vətənlərin övladlarıydıq. Danış-
dığımız eyni dil də, qulaq asdığımız eyni bayatılar da 
fərqli  vətənlərin,  fərqli  dünyaların  avazı  idi. Adam  öz 
elində, obasında, doğmalarının arasında təklənəndə, öz-
gələşəndə vətən də özü boyda yük olub şəllənir belinə, 
bilmirsən, onu sevəsən, ya tullayasan, ya da sevə-sevə 
tullayasan. Bütün bunları mən o zamanlar bilmirdim… 
Bunları mənə müsahibələr, müsabiqələr öyrətdi… Hələ 
ağzım  isti  yerdəydi,  hələ  bitib-tükənməz  müsahibələ-
rimin siftəsini edirdim. Sonradan anladım ki, bu, çox-
bilmişlikdən boyu çıxmayan, sürtülmüş sifətinin tülkü-
lüyünü gizlədərək ona riyakarcasına təbəssüm maskası 
taxan  adam  üçün  bayaqdan  danışdıqlarımız  boş  şey 
imiş, əsas “haralısan” testindən keçmək idi. İtsən, qurd-
san, xudbinsən, şöhrətpərəstsən, şorgözsən, qanmazsan, 
səfehsən,  hər  nə  zibilsən,  bircə  “haralısan”  testindən 
keç. Əsas məsələ qaranlıq orta əsrlərdən qalan feodaliz-
min XXI əsrdə mutasiya olunmuş eybəcər standartlarına 
cavab  verməkdir,  qalanı  vətənin  boynuna.  Belə  qalanı 
cəhənnəmə ki… 
Müsahibənin sonunda mənə dedi ki, hər şey qayda-
sındadı, özümüz əlaqə saxlayacağıq. Ay saxladılar ha… 
Elə bu sətirləri yaza-yaza hələ də qulağım telefonda qa-
lıb…

43
Mən  uğursuzluqlarımdan  çox  şey  öyrənmişəm,  ən 
vacibi isə alternativ planlar cızmaq vərdişidi. Görünür, 
mənim kimi əli boşa çıxan babalarımız havayı yerdən 
deməyiblər – “tutar qatıq, tutmaz ayran”… tələbə yoldaş-
larımdan biri təzə açılmış televiziyada bir xeyli vakansi-
ya olduğunu söyləmişdi. Qərara gəldim ki, üz tutum te-
leviziyaya. Düzünü deyim heç vaxt təsəvvür eləməzdim 
ki, nə zamansa mən televiziya adamı olaram. Yaxşı ki, 
həmin zaman heç vaxt gəlmədi. İnanıram, daha doğrusu, 
adım kimi əminəm ki, hörmətli tamaşaçılar bundan heç 
nə  itirməyiblər.  Sifəti  ekranı  tutan  bambılı,  itoynadan, 
arvad boşayan, ər axtaran, xurafatı təbliğ edən televizi-
ya proqramlarının o qədər istedadlı, vayşüvən aparıcıları 
var ki… Onların yanında mənim kimi sirindən-sifətin-
dən ciddilik, gözlərindən sadəlövhlük yağan, bir sözlə 
tipik ziyalı formatlı adam qara şalvarda ağ yamaq kimi 
görsənərdi. Hələ nəzərə alsaq ki, axır vaxtlar sadəlövh 
gözlərimə eynək də taxıram, biabırçılıq, eynək yox, fər-
sizliyin simvolu. 
Heç gözləmədiyim halda televiziyanın direktoru özü 
məni qəbul elədi. Elə ilk baxışdaca sözlə izahı çətin olan 
xoş bir təəssürat yaratdı. Onun haqqında danışanda söz-
lərdən ona görə ehtiyatla istifadə edirəm ki, sadəcə ola-
raq  inanmağım  gəlmirdi.  Məgər  indiki  zamanlarda  tə-
miz adamların, düz adamların nəsli kəsilib qurtarmayıb. 
Ağzını açıb qışqırmaq istəyirsən, gözünə düz adam sa-
taşır, məcbur olub onun xətrinə səsini içində boğursan; 

44
hər şeyə tüpürüb dünyanın başına bir qara daş qolayla-
maq istəyirsən, görürsən ki, qabağında bir yaxşı adam 
dayanıb, əlin boşalır, daş yerə düşür, atmağa ürək elə-
mirsən ki, onun başına dəyə bilər. Bir sözlə, mənim yax-
şı adamlara nə qədər çox hörmətim olsa da, düşünürəm 
ki, onlar bizim cəmiyyətdə heç də yaxşı funksiya yerinə 
yetirmirlər, ümumiyyətlə onların bu torpaqda, bu diyar-
da, bu yerlərdə, belə götürsək bu dünyada nə itləri azıb 
axı? Gözü yalnız mərdimazarlara öyrəşənlər yaxşı adam 
görən  kimi  çaşırlar.  Bax,  həmin  o  televiziyanın  müdi-
ri də adamı çaşdıran yaxşı adamlar fəsiləsinə daxil idi.  
Mənimlə çox qısa, sentimental olsa da, deyim ki, lap elə 
ata-bala kimi söhbət elədi: özünün tələbəlik illərini xa-
tırlatdı, universiteti qurtaran ili eləcə mənim kimi iş ax-
tarmağından, hələ ilk məhəbbətindən də danışdı. Mənə 
elə gəldi ki, o, mənim məsum sifətimdə özünün aşağısı 
otuz il bundan əvvəlki halını görürdü, çox istiqanlı, və-
zifəsinə uyuşmayan bir səmimiyyətlə danışırdı. Elə istə-
yirdim ki, belə bir adamla birgə işləyim, hər gün məni 
yanına çağıra, tapşırıqlar verə, aradabir də gözucu məni 
süzüb  otuz  il  əvvəl  itirdiyi  illərin  dadını  çıxara.  Qısa 
söhbətimizdən  sonra  müavinini  yanına  çağırdı,  dərhal 
studiyaya yollanmağımızı, bir-iki sınaq çəkilişləri etmə-
yimizi tapşırdı. Sonra da sanki işə qəbul edirmiş kimi 
əlimi sıxdı. 
Ah studiyanın işıqları!.. Ah kameralar!.. Nədədir si-
zin cazibəniz? Niyə hamı sizin qabağınıza keçən kimi 

45
süniləşir,  özünü  yaddan  çıxarır?  Niyə  hamı  sizi  görən 
kimi  soyunur?  Bu  qədər  bərbərxanalar,  moda  evləri, 
gözəllik salonları hamısı sizin üçün işləyir; dəvə dabanı-
na oxşayan silikon dodaqlar, bərəldilmiş linzalı gözlər, 
kəsdirilib yuxarı dikəldilmiş burunlar, şişirdilmiş sinələr 
hamısı sizin üçündü; geydirmə dərmanların, paraşokun, 
pampersin,  molpedin  gurultulu  reklamları  hamısı  sizə 
görədi. Nədir bu görməmişliyin səbəbi? Mən qanmıram, 
qana bilmirəm. Elə peşəkar “televizyonşik” olan müavin 
də görünür, mənim qanmazlığımı göydə tutmuşdu, stu-
diyaya girən kimi yüngülcə, amma ciddi iradlarla baş-
ladı.
- Sən televiziyada işləyəcəksən, eləmi?
- Hə, məsləhət olsa – fonddakı müsahibədən artıq ilk 
dərsimi almışdım, bütün suallara yalnız “hə” deyə cavab 
verəcəkdim, “yox”a lənət.
-  İlk  çəkiliş  məsuliyyətli  işdi,  bəlkə  saç  düzümünü 
dəyişəsən?
- Necə?
- Nə bilim, bir az müasir formada, xətrinə dəyməsin, 
indi belə dəb deyil.
- Heç düşünməmişəm bu barədə.
-  Qəribə  oğlansan,  necə  yəni  düşünməmisən?  İndi 
kimdi saçını arxaya darayan, lap “politbüronun” üzvlə-
rinə oxşayırsan. Mütləq saç düzümünü dəyişmək lazım-
dı, bir də kreativ olsun deyə yüngül saqqal buraxmağın 
pis olmazdı.

46
- Bağışlayın, nə olsun deyə?
- Nəysə… Kamera estetik gözəlliyi sevir. 
“Ah,  keşkə  o  kamera  mənim  içimdəki  gözəlliyi  də 
göstərə biləydi…”, -özümə qapanmağa müavinin kişiyə 
xas  olmayan  incə  barmaqlarını  qarnımda  gəzdirməyi 
imkan vermədi. Elə bildim nəsə üstümü təmizləyir, tele-
viziyaya gələndə lavaşarası dönəri ayaqüstü elə təpişdir-
mişdim ki, dedim yəqin nəsə üstümə sıçrayıb. 
- Bu nədi, deyəsən, qarnın çıxır axı? Yox, olmaz, qəti 
olmaz. Kamera qabağında şişman qarın, özü də bu yaş-
da, olmaz əzizim, bu gündən çörək yeməyi tərgit. Özünü 
gərək bu işə həsr edəsən, başa düşürsənmi?
- Axı mən ciddi veriliş aparmaq istəyirəm.
-  Sözə  bax  da,  məgər  biz  sənə  qeyri-ciddi  iş  təklif 
edirik, harda yazılıb ciddi söhbətləri ancaq qarnı yoğun 
adamlar danışmalıdı?
Yaxşı  olardı  ki,  cavab  verəydim  “bəs  harda  yazılıb 
ki, ciddi verilişləri, əndirəbadi saç düzümündə, saqqallı, 
dizi cırıq cins geymiş gədələr aparmalıdı” -təbii ki, mən 
bunları öz ürəyimdə dedim, müavinin sualı qaşısında sa-
dəcə başımı aşağı salmaqla kifayətləndim. 
- Gəl belə danışaq, dediklərimi elə, sabah gəl. Bir ab-
zaslıq da nəsə mətn hazırla, “stəndap” eləyək.
- Nə eləyək?
- Oy da! İki-üç cümlə nəsə kameranın qabağında əz-
bərdən  deyərsən,  amma  intonasiya  ilə,  məlahətlə,  şeir 
kimi yox. 

47
- Nə barədə danışmağı məsləhət görürsünüz?
- Nə bilim, mövzu seçimində azadsan, özün də gən-
csən, məsələn, elə kreativ gənclik haqqında danışa bilər-
sən, ya da ki… ya da ki… qurbağalar barəsində… Hə, 
nə  gözünü  döyürsən,  sənə  qəribə  gəlməsin,  öyrən  gör 
dünyada ekoloji tarazlığın pozulması qurbağalara necə 
təsir göstərir? İqlim dəyişmələri qurbağaların kökünün 
kəsilməsinə səbəb olmayacaq ki? Bax belə, sabah gö-
rüşərik. 
Müavindən ayrılan kimi arxama baxmadan televizi-
yanı tərk elədim, yarıyolda yadıma düşdü ki, Şəxsiyyət 
vəsiqəmi  buraxılış  məntəqəsində  unutmuşam. Yenidən 
geriyə qayıdıb onu götürməli oldum. Bir az da yuban-
saydım elə şəxsiyyətimi də unudacaqdım… Çox məyus 
olmuşdum… Bu da təbii idi… Əvvəldə demişdim axı 
mənim uğursuzluqlarım bitib-tükənmir. Qəti əmin idim 
ki, heç vaxt saqqal saxlamayacam. Qəti əmin idim ki, 
heç vaxt çörəkdən imtina etməyəcəm. Mənim bacardı-
ğım ən asan iş müavinin dediyi kimi, “stəndap” üçün bir 
abzaslıq nəsə hazırlamaq idi. Bax bu, doğrudan mənlik 
idi, bir abzas nədi, lap bir neçə səhifə, istəyirsən publi-
sistik, istəyirsən bədii boyalı, istəyirsən rəsmi üslubda, 
necə desən yazım. Düzdü, bizim dildə təzə dəbə min-
dirilən “kreativ” sözünü gənclərin qabağına qoşub nəsə 
yazsaydım çətin ki efirə verən olardı, elə salamatı qur-
bağalardı. Ekoloji tarazlığın pozulması, ozon layının de-
şilməsi, Şimal buzlaqlarının əriməsi, “istixana effekti” 

48
yaradan zəhərli buxar qazlarının yığını, bunların hamısı 
qurbağalara yaman pis təsir göstərir. Onların halına yan-
maq  üçün  qurbağa  olmaq  lazım  deyil  ki…  Belə  getsə 
göllərimiz,  gölməçələrimiz  qurultu  üzünə  həsrət  qala-
caq,  qulaqlarımız  səhərə  kimi  gecənin  ağır  sakitliyinə 
dağ çəkən ritmik qurultuları hardan eşidəcək? Belə getsə 
qurbağa  qurultusuna  da  müğənnilərin  ansamblsız  ifası 
kimi,  fonoqramda  qulaq  asacağıq.  Dəhşətin  miqyasını 
təsəvvür edirsinizmi? Dünyamız əldən gedir! Qurbağa 
qurultusu  bu  məmləkətin,  bu  planetin  üstündən  əskik 
olmasın! Afərin  mənə,  bütün  bunları  kameranın  qaba-
ğında desəydim, gözəl “stəndap” alınardı. Amma mən 
bunların heç birini demədim, sadəcə qırıla-qırıla qalmış-
dım – gör dünyanın harasındayıq, ay Allah, hər tinində 
boynubükük bənövşə kimi bir dərdin göyərdiyi vaxtlar 
televiziyalar qurbağalara yas tutur. Sonra deyirlər, bizə 
baxan yoxdu. Qəribəydi ki, bəs məni çaşdıran o yaxşı 
adam, o yaxşı direktor qurbağa gölməçəsində necə du-
ruş gətirə bilmişdi. Əvvəl elə zənn eləmişdim ki, onun 
da  xəlbiri  var,  düzü  əyridən,  kişini  nakişidən  seçə  bi-
lir. Yenə də əvvəlki qənaətimin üstündə qalıram, onun 
bəlkə  də  xəlbiri  var,  amma  əminəm  ki,  həmən  xəlbiri 
silkələmək  üçün  nənəminki  kimi  kösöv  təki  qaralmış 
yoğun əlləri yox idi. 
Demişdim axı, hər dəfə oxum daşa dəyəndə uydur-
duğum “alternativ planlar” nəzəriyyəsi köməyimə çatır, 
bu dəfə də elə oldu. Yeni iş elanı ilə lap təsadüfən tanış 

49
oldum. Təsadüflər yaxşı şeydi, bəzən adamın həyatını da 
dəyişə bilir. Boş yerdən deməyiblər ki, təsadüflərdən zə-
rurət doğur. Mən də rastlaşdığım bu xoş təsadüfdən zə-
rurəti doğuzdurmaq üçün dərhal hərəkətə keçdim. Met-
ronun “İnşaatçılar” stansiyasının qabağında mer-meyvə 
satanların yanından ötəndə pomidor yeşiklərinin altına 
sərilmiş məmləkətin ən yekə qəzetinin böyük bir səhifə-
sində iri qara şriftlərlə yazılmış “vakansiya” sözü az qala 
gözümə girəcəkdi. Əvvəl mən də sizin kimi düşündüm, 
çox  güman  qəzetin  köhnə  nömrəsiydi,  amma  necə  ol-
dusa pomidorların arasından ayın tarixi gözümə sataşdı. 
Nə köhnə, canım, qəttəzə qəzetdi. Nə başınızı ağrıdım, 
pomidorlar satılıb qurtarana qədər gözlədim, sonra satı-
cının kənara tulladığı yeşikdən ədəb-ərkanla elan olan 
səhifəni götürdüm. İnsafən satıcı bir söz demədi, əksinə 
mənim də meyvə alış-verişiylə məşğul olduğumu zənn 
edib, içində bir alverçi həmrəyliyi baş qaldırdı, dedi ki, 
qəzet lazımdırsa, münasib qiymətə neçə kilo istəyirsənsə 
təşkil edə bilərəm. Səmimiyyətlə təşəkkür etdim, mənə 
lazım olan bircə səhifəydi, onu da götürmüşdüm. Yol-
da gedə-gedə beynimdə atüstü fikirlər boy göstərməyə 
başladı, görünür, biz dünyanın yeganə məmləkətiyik ki, 
bizdə qəzetləri dənəylə yox, kiloyla alırlar, belə götürən-
də lap əcəb edirlər, bəlkə də düz eləmirlər, mənə nə. 
Vakansiya oxuduğum universitetdəki iş yerləri barə-
də idi; müsabiqə bütün fakültələri əhatə etmişdi, o qədər 
iş  var  idi  ki  –  dekandan  tutmuş  kafedra  müdirinəcən, 

50
professor, dosent, baş müəllim, elə-belə müəllim, labo-
rant… Heç bilməzdim ki, mənim əziz universitetimdə, 
anam doğma “alma materim”də bu qədər boş iş yerləri 
var. Mən də özümü dağa-daşa salmışam, nə bilim icti-
maiyyətlə əlaqələr, ay nə bilim televiziyada saqqal dava-
sı, gül kimi universitetim dura-dura axı nə üçün qapılara 
düşmüşəm. Dərs demək, hətta mühazirə oxumaq, bilik-
lərini,  bacarıqlarını  millətin  təravətli,  çiçəyi  burnunda 
balalarına öyrətməkdən gözəl nə ola bilər? Bu, millətə 
xidmət deyil, bəs nədi? Deyim sizə ki, mən çox tələbkar 
müəllim  olacam,  kiməsə  day-daylıq  eləməkdi,  tələbə-
dən rüşvət almaqdı bunların heç birini yaxın buraxma-
yacam, qoy hamı bilsin ki, mənim vicdanımı satın almaq 
olmaz. Bir daha iş elanlarına nəzər saldım, nə gizlədim 
ürəyimdən dekan olmaq keçdi, dərhal da bu fikrimdən 
daşındım.  Bilirsiniz,  adam  nəyəsə  iddia  edəndə  gərək 
ona mənəvi haqqının çatıb-çatmadığını yaxşı-yaxşı gö-
tür-qoy eləsin. Tutaq ki, sənədlərimi verdim dekanlığa, 
müsabiqəni də qazandım, bəs sonrası… Kafedra müdiri 
necə? Yox, o, inzibati vəzifədi, professor olmaq üçünsə 
of… nə boyda ömür lazımdı. Ən yaxşısı müəllimlikdi, 
həm mənəvi haqqım çatır, həm də savadım. 
Universitetin qabağında sevimli müəllimlərimdən bi-
rini görəndə gözlərimə işıq gəldi; hal-əhval tutduq, Su-
riyadakı qırğınlardan, Misirdəki gərginlikdən, Tunisdəki 
göysatandan, Liviyadakı əziyyətlərdən, dolların kursu-
nun düşməsindən, neftin qiymətinin enməsindən danış-

51
dıqca danışdıq. Yaxşı ki, neftin qiyməti bir az özümüzə 
baxmağa  körpü  saldı;  müəllimim  dolanışıqdan,  güzə-
randan,  işindən,  gücündən,  banklardan  götürdüyü  kre-
ditlərin üst-üstə yığılan faizlərinin altında belinin bükül-
məsindən, vəziyyətdən çıxmaq üçün altı aylıq nəvəsinə 
sünnət  toyu  eləmək  planlarından  danışdıqca  danışdı. 
Nəhayət, daxili və xarici siyasətin bütün incələmələrini 
verdikdən sonra söhbəti əlimdəki elana yönləndirə bil-
dim. Bu, onu çox təəccübləndirdi, lap çox…
- Nə!? Müəllim olmaq istəyirsən?
- Bəli, məsləhətiniz nədi?
-  Mirzə  Şəfi  Vazehlə Axundovun  dialoqunu  yadına 
sala  bilərsən?  Molla  olmaq  istəyən  Fətəliyə  Vazeh  nə 
deyir? 
- Hə, xatırladım.
- Ay sağ ol, bax mənim də məsləhətim Vazehin məs-
ləhətinə  oxşayacaq  –  səndəmi  məğmun  olmaq  istəyir-
sən? Bir də kim deyir ki, universitetdə boş müəllim yeri 
var?
- Qəzetdə vakansiya elanı verilib də…
- Ay  oğul,  gənclər  axı  diribaş  olurlar.  Sən  zəmanə 
uşağı deyilsən, adam da hər yazılana inanar, özü də har-
da. Universitetlər o cür elanları hər il verirlər. Əslində 
o yerlər boş deyil, hərəsinin öz yiyəsi var. Sadəcə o və-
zifələr formal da olsa, müsabiqəylə olmalıdı. Necə de-
yim, hərə öz yerinə beş ildən bir təzədən seçilir. Özü də 
seçilir sözü dırnaqda yazılır.

52
Artıq  suala  ehtiyac  duymadım,  müəllimimlə  danış-
dıqca doğma universitetimə baxırdım, onun doğmalığı 
duman  qatı  kimi  çəkilirdi,  indi  o  mənə  suyu  qurumuş 
dəyirmanı xatırladırdı. Ələyi ələnmiş, xəlbiri göydə fır-
lanan dəyirmanı… Yenə də xəlbir… Nənəmin xəlbiri ilə 
o göydə fırlanan xəlbir arasında elə yerlə göy qədər fərq 
varıydı… elə fərqlər ki, müqayisə eləmək belə, günah 
olardı. Nənəmin zəhmətdən yoğunlaşmış, kişiyana əlləri 
ilə silkələdiyi xəlbirin gözündən ancaq təmiz, sarı şir-
mayı  buğda  keçə  bilərdi.  Həmin  buğdadan  yoğrulmuş 
çörəyi biz ləzzətlə, iştahla yeyərdik. Qolumuza güc, ürə-
yimizə təpər verərdi həmin çörək. Bəs nə üçün zamanın 
xəlbirindən bərəkətli buğda yox, ancaq sarmaşıq çöpü, 
çayır kökü, qoyun qığı, qanqal yarpağı düşür. Məgər bu 
zir-zibildən çörək bişirmək olarmı? Dəhşətlisi o idi ki, 
mənim “alternativ planlar” nəzəriyyəm artıq tükənirdi, 
alternativlərim  ard-arda  qeybə  çəkilirdi.  Təsəllim  odu 
ki, həmən o göydə fırlanan xəlbiri silkələmək, özü də 
yaxşı-yaxşı silkələmək üçün nənəmin əllərinə oxşayan 
kösöv kimi qaralmış yoğun əllər lazım idi. Yoxsa, yaşa-
maq çətin olacaqdı… Bəlkə heç yaşamadıq da…
Yanvar, 2014

53
“Çox halal adamlardı. Ağızlarından söz çıxdı qurtar-
dı, qəpiyimizi də kəsmirlər. Allah canlarını sağ eləsin, 
indiki  zamanda  halal  süd  əmmiş  adama  ürcah  olmaq, 
vallah  çek-pot  udmaq  kimi  bir  şeydi.  İndiki  zamanda 
düz adama, kişi adama rast gəlib kölgəsinə qısılmaq, bir 
tikə çörək qazanmaq samanlıqda iynə tapmaqdan da çə-
tindi. Şükür məsləhətinə, ay Allah, bilirsən də çörəyi ki-
min başından tökürsən” -Əlövsət müəllim metronun axı-
rıncı stansiyasından çıxıb yeni tikilmiş göydələnə tərəf 
gedə-gedə  düşünürdü.  Beynində  sıralanmış  fikirlərin 
parlaqlığı yavaş-yavaş kişinin çöhrəsinə yansımaqday-
dı. Kənardan göz qoyan olsaydı sıx çallanmış saçlarını 
arxaya daramış, nimdaş olsa da, əyninə qutu kimi oturan 
kostyumlu, qalstuklu ciddi adamın səhər o başdan belə 
şıx ovqata köklənməsinə həsəd aparmaya bilməzdi. Kişi 
addımlarını yeyinlədib qapılarını təzə sakinlərin üzünə 
açmağa hazırlaşan göydələnə yaxınlaşdıqca çiçəyi çırt-
layır, gözlərində yer eləmiş sevinc işartıları dodaqları-
nı səyridirdi. Qınayan olmasaydı qabağına çıxan elə ilk 
adama  beləcə  deyərdi:  “Qardaşoğlu,  sən Allah  gəl  bir 
yerdə gülək. İstəyirsən sən “pıq” elə mən gülüm”. Yaxşı 
ki, həmişəki kimi heç kəslə rastlaşmadı. 
Gözətçi  binanın  qabağındakı  köşkün  pəncərəsindən 
yarıyuxulu  qızarmış  gözlərini  bir  müddət  ona  zilləyib 
dayandı, baxışlarında elə bir yekə sual var idi ki, sanki 
sifətindən nur yağan kişini iki metrlikdən yox, yuxuda 
Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin