140
ƏHMƏDOV RZA
BƏYLƏR OĞLU
1940-cı il iyunun 19-da Bərdə rayonu-
nun Saatlı kəndində doğulub. 1956-cı ildə
Saatlı kənd 7 illik məktəbi, 1959-cu ildə
Bərdə rayon 1 nömrəli istinad orta məktə-
bini bitirib. Həmin il Azərbaycan Dövlət
Tibb İnstitutuna daxil olub. Əmək fəaliyyə-
tinə hələ tələbə ikən, 1962-ci ildə N.Krups-
kaya adına Bakı şəhər doğum evində tera-
piya şöbəsində tibb qardaşı kimi başlayıb. 1964-cü ildə Bakı şəhər təcili
yardım məntəqəsinə feldşer təyin olunub.
1965-ci ildə institutu bitirərək Azərbaycan SSR Səhiyyə Nazirli-
yinin göndərişi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb. Tə-
cili yardım məntəqəsinə həkim təyin olunub. 1965-ci il dekabrın 20-də
Mehdixanlı kənd xəstəxanasına və Vərəm sanatoriyasına terapevt təyin
olunub. 1966-cı ildə Mehdixanlı kənd xəstəxanasına baş həkim vəzifəsinə
keçirilib. Onun işlədiyi müddətdə xəstəxananın yerləşdiyi bina yararsız
olduğu üçün daha əlverişli binaya köçürülüb. 1966-cı və 1968-ci ildə Bakı
şəhərində Həkimləri Təkmilləşdirmə institutunda 4 aylıq kurs keçib.
1969-cu ildə rayon Mərkəzi Xəstəxanasına metodik işlər üzrə müavin,
1970-ci ildə Bərdə Şəhər Poliklinikasına sahə terapevti vəzifəsinə təyin
olunub. 1973-cü ildə Bakı şəhər Həkimləri Təkmilləşdirmə institutunda 4
aylıq kurs keçdikdən sonra nevropatoloq ixtisası üzrə də işləməyə başla-
yıb.
1975-ci ildə Bərdə Şəhər Poliklinikasına müdir, 1979-cu ildə Mər-
kəzi rayon xəstəxanasına baş həkim vəzifəsinə irəli çəkilib. Baş həkim
işlədiyi müddətdə xəstəxanada ilk dəfə reanimasiya, 40 çarpayılıq rayon-
lararası nevrologiya şöbəsi açıb. 130 çarpayılıq yeni doğum evinin, 500
gəlişli şəhər poliklinikasının, Mirzəcəfərli kəndində 25 çarpayılıq xəstə-
xananın, sanitar – epidomoloji stansiyanın yeni binasının, uşaq xəstəxana-
sında yeni korpusun tikilməsi Rza həkimin adı ilə bağlıdır. 2 ədəd subar-
tezian quyusunun istifadəyə verilməsinə, kəndlərdə kolxozların hesabına
kompleks poliklinikanın (aptek, 4 mənzilli yaşayış binası) tikilməsinə nail
olub.
1988-ci ildə öz ərizəsi ilə işdən azad olunub, nevropatoloq işlə-
məyə başlayıb. Həmin il Xarkov şəhərində 4 aylıq reflekso-terapiya (Çin
141
təbabəti) ixtisasartırma kursu keçib. 1996-cı ildə rayonlararası 40 çarpayı-
lıq nevroloji şöbəyə müdir təyin olunub.
1991-ci ildə ali dərəcəli həkim ixtisası alıb, 20-yə yaxın elmi mə-
qaləsi respublika mətbuatında çap olunub. Müxtəlif illərdə təşəkkür və tə-
rifnamələr alıb. 2007-ci ilin yanvarında ailə vəziyyəti ilə əlaqədar olaraq
Bakı şəhərinə köçüb. Həmin vaxtdan Bakı şəhər 5 saylı xəstəxanada nev-
roloji şöbədə nevropatoloq, refleksoterapevt işləyir.
|