142
ƏKBƏROV HACI
MƏMMƏD OĞLU
Əkbərov Hacı Məmməd oğlu 1898-ci
il dekabrın 5-də Bərdə şəhərində anadan
olmuşdur. Qori Müəllimlər seminariya-
sında təhsil almışdır. Seminariyanı bitir-
dikdən sonra Bakı Dövlət Universitetinə
daxil olmuş, iki fakültə: Şərqşünaslıq və
hüquq fakültələrini bitirmişdir.
Hacı müəllim Kəlbəcər rayonunda yerləşən İstisu istirahət mərkə-
zinin ilk mühəndis və direktorlarından biri olmuşdur. Orada işlədiyi müd-
dətdə bu şəfalı suyun havayı axıb getməməsi, əhalinin səmərəli surətdə is-
tifadə etməsi üçün bacarıqla işləmiş, uğurlu nəticələr əldə etmişdir. Gör-
düyü işlər və qazandığı hörmət uzun müddət müalicəyə gəlib şəfa tapan
insanların yaddaşında qalmışdır.
Bir müddətdən sonra o, Bakıya qayıdır və burda öz peşəsi üzrə iş-
ləməyə başlayır. Ömrünün sonuna qədər Azərbaycan Respublikası Hü-
quqşünaslar kollegiyasının üzvü olmuşdur.
Bir hüquqşünas kimi də ləyaqətlə işləmiş, peşəsinin dərin bilicisi
və vurğunu olaraq böyük hörmət qazanmışdır.
1971-ci ildə Bakıda vəfat etmişdir.
|