183
QULİYEV MUSA
(1869-1922)
Musa Quliyev 1888-1892-ci illərdə
Qori Seminariyasında təhsil alıb. Bərdə-
nin Mənsurlu kəndində anadan olub. İlk
günlərdən istedadlı şagird kimi tanınmış-
dı. Birinci sinifdə oxuyarkən Azərbaycan
şifahi xalq ədəbiyyatı nümunələrini – na-
ğılları, bayatı və mahnıları toplamaqla
məşğul olmuşdur. Onun topladığı nağıllar
və şeirlər (“Yaylaqla aranın bəhsi”, “Göy-
lə yerin deyişməsi” şeirləri, “Dövlətli Əziz və onun qulu Mirzə haqqında”
və “Ovçu Pirim” nağılları) 1892-1899-cu illərdə “Qafqazın əraziləri və
xalqlarının təsvirinə dair materiallar toplusu”nda dərc olunmuşdur. “Tatar
nəğmələri” sərlövhəsi ilə dərc etdirdiyi materialları müəllif Cavanşir
qəzasının Mamırlı kəndindən toplamışdır. (Bu kənd Bərdə rayonunda
yerləşir)
Musa Quliyev seminariyanı 1892-ci ildə əla əxlaq və qiymətlərlə
qurtardığına görə Azərbaycan şöbəsində tərbiyəçi-müəllim vəzifəsində
saxlanılmışdır.
1900-cü ildə Parisdə keçirilən “Ümumdünya müəllim seminariya-
ları və institutlarının eksponatları” sərgisində Musa Quliyevin yazıya aldı-
ğı şifahi xalq ədəbiyyatı nümunələri mükafata layiq görülmüşdür. Bu sər-
gidə Qori seminariyasının bir qrup tələbəsinin elmi-nəzəri, tədqiqat xarak-
terli işləri nümayiş etdirilmişdir. (Gürcüstan Dövlət Maarif Muzeyinin ar-
xivi, qovluq №416 və 723-də).
Bu məlumata görə tədqiqatçı-alim Şəmistan Nəzirliyə minnət-
darıq.
Dostları ilə paylaş: |