Bərk ciSİMLƏRİN İSTİLİk tutumu



Yüklə 3,51 Mb.
səhifə4/17
tarix24.12.2023
ölçüsü3,51 Mb.
#193043
1   2   3   4   5   6   7   8   9   ...   17
referat 5132

AS – lərin sxemləri

Reaktorda alınmış istiliyin elektrik enerjisinə çevrilməsi termodinamik tsikl üzrə baş verir. İlk atom-elekrtik stansiyasının prinsipial sxemi şəkil 1–də göstəril­mişdir.




Şəkil 1.Atom-elekrtik stansiyasının prinsipial sxemi

Belə sxem ikikonturlu adlanır. Stansiyanın I konturunda reaktorda (1) ele­mentlə­rdən istilik ayrılır və dövredici istilikdaşıyıcının köməyi ilə buxar generatorundakı (2) su buxarına verilir. I konturunda əmələ gələn padiak-tivlik stansiyanın xüsusi bioloji müdafiə divarı vasitəsilə aradan qaldırılır.


Stansiyanın II konturu buxar-turbinli qurğuların sxeminə uyğun gəlir. Burada buxar generatorunda əmələ gəlmiş su buxarı buxar turbininə daxil olur və mexaniki enerji yaradır. Buxar sonradan 4 kondensatorunda kondensatlaşaraq qidalandırıcı nasos (5) vasitəsilə yenidən buxar generatoruna verilir. I konturda istilikdaşıyıcı kimi su, üzvi mayelər, maye metal və qazlardan istifadə olunur. I konturda su buxarı doymuş və ya qızmış halda ola bilir. Göstərilən sxem üzrə işləyən stansiyada istilikdaşıyıcı kimi yüksək təzyiqli sudan, II konturda isə zəif qızmış su buxarından istifadə olunmuşdur.
AES – lərdə enerji çevirmələri
Atom qurğusunun turbinin girişində su buxarının daha yüksək təzyiqə malik olması üçün birkonturlu sxemdən istifadə olunur (Şək. 2). Belə sxemlərdə qayna­dıcı növlü reaktorlar tətbiq olunur. Burada su buxarı istilikdaşıyıcı elementdə qızdırılır və sonra isə buxar trubininə daxil olur.




Şəkil 2. Atom-elekrtik stansiyasının birkonturlu sxemi
Reaktorda (1) işlənmış su buxarı zəif reaktivliyə malik olduğundan buxar turbini (2), kondensator (3) və digər avadanlıqlar üçün bioloji müdafiə divarları lazım gəlmir və ancaq reaktorun özü izolə olunur.
Bir konturlu AES sxemlərində çox zaman, həm də qaz istilikdaşıyıcılarından isti­fadə olunur. Belə sistem qapalı trubin qurğuları tsikli üzrə işlə-yir.
Qaz trubinli atom stansiyasının prinsipial sxemi şəkil 3.-də göstərilmişdir.



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin