Bəşər səmasına yüksələnlər


Məhəbbət macərasının ağrıları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
#16311
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Məhəbbət macərasının ağrıları 
 
Rodenin gur və hissiyyatlı təbiəti onu hökmən qadın düşukününə çevirirdi. 
Müasiri Edmon de Qonkur demişdi ki, Roden qadın üçün hər şeyə, hər bir cinayətə 
qadir idi. Həqiqətən də o, bir sıra heykəllərində meydana çıxan kimi qəddar satirə 
bərabər ola bilərdi. Bir dəfə Klod Mone ilə nahar edəndə, rəssamın dörd qızına elə 
baxmışdı  ki,  onlar  utandıqlarından  bir-birini  ardınca  yemək  süfrəsini  tərk  etməli 
olmuşdular. Başqa bir vaxt bir gənc oğlanla Myodonda gəzərkən, heykəltəraş ona 
tərəf  dönüb  demişdi:  «Danışırlar  ki,  mən  qadın  barədə  çox  düşünürəm.  Lakin  bu 
necə də səfeh sözdür. Düzdür, hər şeydən əlavə, axı bundan başqa hansı daha vacib 
bir şey vardır ki, onun barəsində düşünəsən». 
Onun  eşq  macəralarının  çoxu  təsadüf  nəticəsində  baş  verirdi,  hətta  onlar 
qəflətən baş versə də, Rozanın uzun müddət ərzində əzab çəkməsinə səbəb olurdu. 
Bununla yanaşı, 1883-cü ilə yaxın o, coup de foudre -  «ildırım zərbəsi» aldı. Onun 
həyatında  qığılcım  kimi  parlayan  bu  qız  Kamilla  Klodel  idi.  Alfred  Buşenin  ona 
təqdim  etdiyi  həmin  qız  nəticədə  onun  köməkçilərindən  və  şagirdlərindən  birinə 
çevrildi. Bu gözəl məxluq yazıçı və diplomat Pol Klodenin bacısı olmaqla, 1856-cı 

137 
 
ildə anadan olmuşdu, «yeni qadının» tipik nümunəsi idi. Belə qadınlar tezliklə çox 
sayda müasir romanların və pyeslərin qəhrəmanına çevrilirdilər. Bütöv düşüncədə 
onun  «bacılarının»  uğrunda  mübarizə  apardığı  azadlıq  arzusu  Rodenin  də 
əsərlərində əks olunurdu.  
Kamillanı heykəltəraşlıq özünə çəkir, çox cəzb edirdi, onun əsərləri Salona 
göndərilirdi. Mirbo bir dəfə onu «təmiz şəkildə böyük rəssam - unikal şəxs, təbiət 
qiyamçılarından  biri,  «düha  qadını»  adlandırmışdı.  Onun  rəssamlıq  qabiliyyətinə 
Rodenin  özü  də  qiymət  verərək,  bəyan  etmişdi  ki,  «Mən  ona  qızılın  harada 
olduğunu göstərdim; o, onu tapdı, ancaq bu mənim deyil, onun öz qızılı idi».  
Kamilla Roden üçün çox şey demək idi və onu ilhamlandırırdı. Roden üçün 
bu  qız  yüksək  təəssürat  doğuran  «Dan  yeri»,  «Düşüncə»  və  «Fransa»  kimi 
əsərlərində  model  kimi  xidmət  göstərmişdi.  Yunan  mifologiyasında  Kipr  çarı, 
görkəmli heykəltəraş Piqmalion özünün mərmərdən düzəltdiyi qız olan Qalateyaya 
vuruldu.  Piqmalionun  xahişi  ilə    ilahə  Afrodita  onu  diriltdi  və  Piqmalion  ona 
evləndi.  Poden  isə  öz  «Qalateya»sında  virtual  deyil,  canlı  və  bütün  varlığı  ilə 
sevdiyi  Kamillanı  vəsf  etmişdi.  Onun  Rodeni  necə  əsir  etməsini  başa  düşmək 
asandır. O, rəssam idi, hissiyyatlı və ilham pərisi olan bir qız idi, bir sözlə, Rozaya 
tam  əks  idi.  Edmon  de  Qonkur  bu  qızla  1894-cü  ilin  martındakı  görüşünü  təsvir 
edərək yazır ki, o, üstündə iri yapon gülləri olan komzolda gəlib çıxdı, uşaq başına 
oxşar başı, gözəl gözləri, kəlməni orijinal qaydada dəyişdirməsi və özünü təqdim 
etmək üslubu ilə kəndli qadın ağırlığını yada salırdı..  
 
 
 

138 
 
“Qalateya” 
Rodenlə  bir  neçə  il  davam  edən  sevgi  məsələsi  hökmən  öz  davamı  kimi 
narahatlıq  da  gətirməli  idi.  Münaqişə  istedadlı,  ehtiraslı  və  əsəbi  xarakteri  olan 
rəssamla  -  Kamilla  ilə,  heç  də  az  ehtiraslı  olmayan,  ancaq  çox  sadə  qadın  olan 
Roza  arasında  baş  verdi.  Belə  hadisələrdə  daim  baş  verən  kimi,  hər  iki  qadın 
aqoniyadan əzab çəkirdi və o vaxtdan onların hər ikisi barışmaz və möhkəm iradəli 
rəqibə çevrildilər. Məzəmmətlər, göz yaşları və hətta hədələr Rodeni cana yığırdı. 
Əgər o, evə gələndə geciksəydi, Roza qısqanclıqdan dəli olub, qisas duyğusu 
ilə yanaraq, lunatik kimi qaranlıq bağda, hər ikisinin sevdiyi və nifrət etdiyi addım 
səslərini eşitmək üçün dolaşırdı. Məhəbbət məsələsinin adəti qaydada olan həllində 
olduğu kimi Roden Rozaya görə Kamillanı tərk etməli oldu. Bu düzgün idimi? Axı 
o, qızın yeganə məşuqu deyildi, bəstəkar Debyüssi bu məhəbbətdə onun rəqibi idi. 
1895-ci  ilddə  Qonkur  məlumat  verir  ki,  Rocer  Marks  şahiddir  ki,  heykəltəraş  və 
onun məşuqəsi yan-yana, böyük məhəbbətlə işləyirdilər. Belə bir maraqlı şəhadət 
də vardır ki, Kamilla onu atıb getmişdi. Roden özü də bəyan etmişdi ki, qız bir gün 
onu  tərk  etdi,  sonra  qayıtdı  və  nəticədə  həmişəlik  çıxıb  getdi  -  məhəbbət 
məsələsində  çox  vaxt  təkrar  olunan  bir  nümunə  ondan  ibarətdir  ki,  üçlük  nəticə 
etibarilə hökmən dağılır.  
Bu  baş  verdikdə,  Roden  göz  yaşları  içində  dostuna  demişdi  ki,  o,  artıq 
Kamillanin üzərində heç bir təsir gücünə malik deyildir. Nəticə hər ikisi üçün çox 
xoşagəlməz idi. Kamilla əsəb xəstəliyinə, nevrastaniyaya tutuldu. Rodenə isə onu 
unutmaq olduqca çətin idi, o, Kamilla ilə ayrılıqdan əzab çəkirdi və bu dərd çox-
çox illər davam etdi.  
Roden, onu ləkələyən keçmiş məşuqəsi barədəki parlaq xatirəsini ömrünün 
sonunadək  qoruyub  saxladı.  Kamilla  isə  onu  özünün  uğursuz  həyatına  və 
karyerasına  görə  ittiham  edirdi.  Axı  onu  da  qeyd  etmək  lazımdır  ki,  istedadlı 
adamlar nadir hallarda xoşbəxt olurlar. 
Kamilla  ruhi xəstəliyə  tutulduqdan  sonra  ona  elə  gəlirdi ki, Roden  onu  ələ 
salır, onun köhnə işlərini düzəldib, öz adına çıxır. Belə depressiya vəziyyətində o, 
heykəllər  qayırırdı,  lakin  sonra  qəzəbindən  onları  qırıq-qırıq  edirdi.  1913-cü  ildə 
onu dəlixanaya götürdülər, burada o, otuz il qaldı. Bu qadın əmin idi ki, onun bura 
salınmağının  təqsirkarı  da  Ogyüst  Rodendir.  O,  dahi  rəssamı  özünün  bütün 
bədbəxtliklərində  təqsirləndirirdi,  onu  lənətlərlə  yad  edirdi.  Sonradan  o,  artıq 
heykəltəraşlıqdan da əl çəkib, bu işə bir daha toxunmadı.  
Kamilla 1943-cü ildə 79 yaşında öldü. Ölümündən əvvəl onun yanına gələn 
doğma qardaşını da tanımadı. Bu gün də Rodenin muzeyində onun şagirdi Kamilla 
Klodenin  heykəltəraşlıq  işlərini  görmək  olar.  Bu,  rəssamın  özünün  vəsiyyətinə 
uyğun olaraq edilmişdir.   
Rodenin  sənəti  daim  qadına  hörmət  mövqeyində  idi.  Kamilla  bunun 
mərkəzində  idi  və  Roden  daim  ona,  bu  qız  barədəki  düşüncələrinə  qayıdırdı. 
Bununla əlaqədar bir şayiə də yada düşür, bunda isə ümumən onun qadın bədəninə 
dəlicəsinə vurulması öz əksini tapır. O, «Kale burgerləri» üzərində işləyəndə çılpaq 
fiqurun modelini hazırlayırdı. Onun modeli masanın üstündə uzanmışdı və Roden 

139 
 
gündəlik  işini  bitirdikdə  qıza  tərəf  əyilib,  onun  gənc  qadın  göbəyindən  öpdü  - 
təbiətin saysız mərhəməti qarşısında sitayiş bacını bu yolla qızdan aldı . 
Roden qadın məlahətindən istifadə edən idi, çox müxtəlif olan nəhayətsiz və 
sevindirici  dərəcələrdə  qadın  bədənini  əsir  etməyə  çalışırdı,  bu  müxtəlifliklər 
qadının  döşlərinin  və  göbəyinin  arasındakı  hərəkətdə  və  ya  ehtiras  impulsunun 
təsiri  altında  qəbul  edilə  bilən  qadın  bədəninin  qeyri-adi  və  adəti  olmayan 
ölçülərində özünü göstərirdi. 
Divanda  uzanan  qadının  gözəl  başı  onun  qurtaracağında  qərar  tuturdu. 
Saçları, saçın qızıl piramidası yanaqların ətrafına tökülürdü. Saç payız yarpaqlarına 
bənzər rübənddə işıq saçırdı. Sifəti əhatə edilən gözəl saç qızıl sünbül topaları olan 
taxıl zəmisinə bənzəyirdi. Rütubətli qırmızı ağız heyranedici idi, onun nəcib əyrisi 
ilana bənzəyirdi, dəyirmi bəbəklər qapalı idi, kirpiklərin tikişi ilə çarpazlanırdı. Bu, 
gözlərlə ağız arasındakı incə harmoniya idi. Bu sözləri onun modellərini öyrənən 
bir səriştəli adam yazmışdı.  
Roden  uzanan  qadın  bədəninə  yaxınlaşmaq  üçün  əyilirdi  və  qorxurdu  ki, 
səsinin azacıq eşidilməsi bu sevimli zərif məxluqu narahat edə bilər, ona görə də 
pıçıldayırdı: «Ağzını elə tut ki, elə bil ki, fleyta çalırsan. Yenə! Yenə!» 
Bu  təsvir  davam  edirdi:  «Ağız,  qabağa  çıxan  parlaq  dodaqlar  hiss  edilən 
qədər  ifadəli  idi…  Buradan  ətirli  nəfəs  gəlirdi  və  arı  kimi  içəri  cumub  və 
pətəyindən  qaçırdı.»  Roden  bu  təəssüratı  barədə  deyirdi  ki,  bəşər  çiçəyini  ardı 
kəsilmədən  öyrənməyim  necə  də  məni  sevindirir.  «Necə  bir  xoşbəxtlikdir  ki, 
mənim sənətimdə sevilməyə və həmçinin sevgim barədə danışmağa qadirəm».  
Onu  bəzən  ağuşuna  alan  pessimizmin  əksinə  olaraq  o,  həyatla,  insanlarla 
məhəbbətdə  idi.  Onun  qadınlara  ehtirası  «I  Sirena.  Veneranın  üz-gözünü 
bəzəməsi» əsərində heyranedici qaydada ifadə olunur. Onun saçlarının burulması, 
bədəni və yumulu gözləri bir bayram ləzzəti kimi yadda qalır və adamı şadlandırır. 
Titsianın  qadınları  kimi  bu  gözəl  bədənli  qız  barəsində  də  hansısa  bir  pozğunluq 
düşüncəsi ola bilməz. Bu qız sevilən məmnun qalmanın obrazıdır, Rodenin bir dəfə 
həya  etmədən  qeyd  etdiyi  kimi  «məhəbbətdə  hər  şeyin  hesabı  fəaliyyətdir».  O, 
həyatda  baş  verən  kontrastları  vurğulamağa  can  atırdı.  Buna  ən  təsirli  nümunə 
«Öpüş»  və  «Bir  vaxt  o,  dəbilqə  qayıranın  gözəl  arvadı  olmuşdu»  əsərləridir.  O, 
dəfələrlə ötüb keçən məhəbbət, ölüm mövzularına müraciət etmişdi. İkinci əsərində 
isə, onun mövzusu Vilyonun məşhur poemasından götürülmüşdür və qadın ən pis 
vəziyyətdə,  pərişan  şəraitdə,  demək  olar  ki,  skelet  kimi  təsvir  edilmişdir. 
«Ölpüş»dəki  məhəbbət  alovunda  yanmaqdan  həzz  alan  xoşbəxt  qızla  bu  bədbəxt 
qadın arasındakı fərq həyatdakı kontrastı əks etdirir.  
   Roden  onun  dövrünü  valeh  edən  problemlərdən  birinin  birbaşa  ürəyinə 
nüfuz  edir  -  qadın  kişi  üzərində  ağalıq  edir.  Bunu  o,  heyrətamiz  «Hər  şeyi  məhv 
edən qadın» əsərində təsvir edir. Freyd nəzəriyyəsinə inam bəsləməklə, o, bizə elə 
bil ki, dişi pələng olan qadının kişiyə hücum etməsini göstərir. Qadın öz ovu kimi 
taqətdən düşmüş kişinin üzərinə atılır və kişi ona müqavimət göstərmir. Kişi qadın 
üçün qul ola bilər, bunu o, «Əbədi büt» əsərində açıb göstərir. Burada qadının başı 
incə  şəkildə  irəli  əyilmişdir.  O,  aşağı,  elə  bil  ki,  sakit  gecənin  yüksəkliyindən 
kişiyə baxır, axırıncının üzü elə bil ki, bol çiçəklərin içərisində olan kimi  qadının 

140 
 
döşündə gizlənmişdir. O, həmçinin diz çökmüşdür, lakin daşda olmaqla aşağıdadır. 
Onun əlləri öz arxasında yerləşmişdir, elə bil ki, lazımsız, boş şeylərdir. Bu qrupda 
sirrli böyüklük nəzərə çarpır. Roden çox hallarda olduğu kimi, bunun mənasını da 
izah etməyə cəsarət etmir.  
Roden ardıcıl olaraq qadının femme fatale - «bədbəxtlik gətirən qadın» kimi 
izah  edir,  bunda  o,  romantiklərin  təxəyyülünə  əsaslnır.  Rodenin  əsərində  qadın 
özünün  sevilməsinə  icazə  verir,  hissiyyatlı  qaydada  öpüşlər  daşqınına  bürünür, 
sevdiyi kişinin öpüşlərinin sayı, çəkisi isə yoxdur. İyirmi beş yaşlı kişinin öpüşləri 
hərarətli və sarsıdıcıdır.  
Roden sənətində erotisizm məzmuna nüfuz edir. Burada şair Bodlerin təsiri 
də  hiss  olunur.  Bodlerin  ölümündən  sonra  Roden  onun  başının  heyrətedici 
heykəlini  yaratmışdı.  Bodler  əsrin  digər  şahidlərindən  daha  çox  onun  günah  və 
lənət  konsepsiyaları  ilə  razılaşırdı,  bunlara  isə  XIX  əsr  rəssamlarının  və 
yazıçılarının təxəffülündə rast gəlmək mümkündür. Dantenin «Cəhənnəm qapıları» 
ilə Bodlerin təsirinin çuğlaşdığı yol çox mühüm xarakter daşıyırdı. Bu ali əsərinin 
formalaşması üçün belə iki mənbə Rodenin bacarığının əsasında dayanırdı, bunlar 
özünü onun həyat fəlsəfəsinin böyük hissəsini olduqca zəngin qaydada ifadə edirdi.  
Bodlerin təsiri Rodenin lesbianizmlə razılaşdığını ifadə etməyə kömək edir, 
bu,  onun  «Heyranlıq  və  ekstaz»,  «İctimai  qadın»,  «Sarılmış  qadın»  və 
«Vakkanaliya» kimi sənət əsərlərində müşahidə olunur. Bu, ona qadın bədənlərinin 
qeyri-adi  mələklər  görünüşündə  göstərmək  imkanı  verir,  kontrast  şəkildəki  insan 
əlaqələrini araşdırmağa qadir edir. Bu vaxt baş verən gənc və yaşlı, müqəddəs və 
dünyəvi sevgi arasında deyil, normallıqla ondan uzaqlaşmaq arasındadır.  
Rodenin məhəbbət ehtirası, şəhvət duyğusu dini şəxsiyyətləri təsvir etməsinə 
də  toxunmamış  qalmır.  Qadının  kişiyə  malik  olması  arzusunu  təklif  etmək 
sahəsindəki onun istəyi o qədər böyük idi ki, o, bu hissi yanaşmanı özünün 1894-
cü  ildə  yartdığı  «Xrist  və  Maqdalina»  əsərində  də  tərəddüd  etmədən  tətbiq  etdi. 
Maqdalinanın  aydın  göstərilən  yançaqlarını,  demək  olar  ki,  barokko  üslubunda 
təsvir edir. Onlar Xristin bədənini qucaqlayan kimi sıxırlar, elə bil ki. qadın bütün 
varlığını  bir  məşuqə  sıçrayışı  ilə  onun  qolları  arasına  atır.  Mövzunun  belə 
araşdırılması xristian konfiqurasiyasına roman notu kimi təqdim olunur.  
Roden deyirdi ki, «Antik heykəltəraşlıq insan bədəninin məntiqini, mən isə 
onun  psixologiyasını  axtarıram».  Onun  psixologiyanın  inkişafı  ilə  xüsusən  yaxın 
əlaqəsi var idi. O, Freyd nəzəriyyəsinə də hörmətlə yanaşırdı. Onun «Əbədi bahar» 
əsərində elə görünür ki, gənc qəflətən qızı öpmək üçün qolları arasına alır, bu da 
onun oturma oxunu yöndəmsiz qaydada dəyişir, bu vaxt qız isə öz növbəsində elə 
görünür ki, bunu anlamadan özünü təslim etmək istəyir. Bu anatomik cəhətdən çox 
sadədir.  Adəmin  bir  tərəfə  əyilməsi  onun  bütün  bədəni  ilə  razılıqdadır,  həm  də 
onun  qorxusunu  göstərir.  Bu  vaxt  qız  özlüyündə  bəlkə  də  bunu  başa  düşmədən 
özünü  təslim  edən  kimi  görünür.  Bu  anatomik  cəhətdən  əsas  addım    kimi  təsvir 
edilmişdir.  Adəm  bir  tərəfə  əyilr,  bütün  bədəni  ilə  buna  çalışır  ki,  Həvvanın 
qorxusunu  nəzərə  alsın.  Onun  başı  öz  biabırçılığını  «bilə»  bilər,  ona  görə  də  öz 
bədənində yoxa çıxmaq istəyi kimi görünür və dramatik qaydada uzanmış barmaq 
hələ  də  Allahın  barmağı  ilə  kontaktdan  əsir,  bu  jest,  heç  şübhəsiz,  Rodenin 

141 
 
əsərində  Sikstin  kapellasının  tavanını  yada  salır.  Mikelancelonun  məşhur 
freskasında  bu,  «Adəmin  yaranışı»  tablosunda  Allahın  Adəmin  əlinə  barmağı  ilə 
toxunması ilə ifadə olunur.  
Dini 
mövzudan 
bir  qədər  abstraksiya  edilsə,  «Əbədi  bahar» 
kompozisiyasında  «Öpüş»də  olan  kimi  qadın  məhəbbət  anında,  kişinin  hərarətli 
ağuşunda  təsvir  edilir.  Hər  ikisində  əsl  təmiz  məhəbbətdən  xəbər  verən,  bircə 
anlığa  mövcud  olsa  da,  hər  şeyi  öz  alovunda  məhv  edən  öpuş  vasitəsilə  kişi  ilə 
qadının birgə, qarşılıqlı bağlılıq hissləri təqdim edilir. Xüsusən «Əbədi bahar»dakı 
səhnə hər iki gəncin hissiyyatın fiziki ifadəsindən daha çox, onları özünə əsir etmiş 
yanğını söndürmək üçün bu vasitəyə əl atdıqlarını göstərir. Mərmərdən yonulmuş 
kompozisiyada  Roden  qeyri-adi  həll  yolunu  tapmışdır,  dizi  üstə  düşən  gənc  qızın 
füsunkar  bədəni,  bu  bədənin  bütün  ləyaqətləri  ecazkar  bir  ifadədə  təsvir  olunur. 
Qızın  sağ  qolunun  oğlanın  başını  özünə  tərəf  əyməsi,  onun  incə  bədənini, 
məhəbbətə  çağıran  döşlərini  seyr  etməyə,  əslində  bu  səhnəyə  heyran  olmağa 
çağırır.  Oğlan  isə  sağ  qolu  ilə  qızın  çiynini  qucaqlayıb,  başını  əymiş,  sol  qolunu 
həzzdən  məst  şəkildə  uzatdığı  tərzdə,  dodaqlarını  susuzluqdan  təşnə  adam 
səhradakı  vahədə  ağzını  soyuq  bulağa  qapadığı  kimi,  qızın  dodaqlarına 
möhürləmişdir.  
Məhəbbət  onları  elə  bil  ki,  bir  anlığa  könül  simbiozlarına  çevirmişdir. 
Kişinin və qadının bədənləri canlı kəndirlər kimi onları bir- birinə bağlamışdır. Bu 
emosional bağlar olmaqla könülün bədənə hakim kəsilməsindən xəbər verir. Bədən 
axını, bədənin qabarması heç də dənizinkindən zəif deyildir və həzz anının əmələ 
gətirdiyi  ekstazdan  xəbər  verir.  Hər  iki  bədən  eşq  ovu  üçün  vacib  olan  hisslərin 
tüğyanını, ehtirasın şahə qalxmasını bildirən cavanlıqdan xəbər verir. Hər iki bədən 
elə  bil  bu  anın  böyüklüyünü,  arzuların  apofeozunu  nümayiş  etdirmək  üçün 
yaranmışdır. Qızın bədəninin daşqını isə dözülmək həddindən kənardadır.  Roden 
qızın  bədənini  onun  tam  çiçəklənən  anında  təsvir  edir.  Həm  də  onlar  bu  səhnəni 
seyr  edənləri  öz  ehtiras  fiestalarına,  ziyafətlərinə  dəvət  edirlər.  Heykəldə  ağıl 
iradəsi  bədən  iradəsində  sönmüşdür.  Deyəsən,  məhəbbətin  şiddətindən  onlar 
məkanı  və  zamanı  da  hiss  etmirlər,  bəlkə  də  insanın  istəklərini  və  fəaliyyətini 
məhdudlaşdıran bu amillərə heç məhəl də qoymaq  istəmirlər.  
Bu  anda,  elə  bil  ki,  heç  kəs  onlara  mane  ola  bilməz,  onlar  heç  nədən 
qorxmurlar, axı arzularına çatmışlar, yaxşı anlayırlar ki, qızğın məhəbbət ölümdən 
də  qüvvətlidir.  Hətta  Adəm  və  Həvvanın  ilkin  təcrübəsi  də  göstərirdi  ki,  özünü 
dərketmə  anından  sonra  yerüstü  cənnətdən  qovulmaq  da  qorxulu  deyildir,  çünki 
əvəzində  onlar  Məhəbbət  bağı  adlanan  bir  cənnətə  qovuşdular,  həqiqi  bal  ayı 
cənnətinin meyvəsini daddılar. Bu ikisinin də ilk günahı, yixlması da sayıla bilər, 
lakin həm də onların qalxması, yüksəlməsidir. Bu anda onlar, elə bil ki, bir-bilərrni 
yaratmışlar, məhz bu təəccüb doğuran həzz balını dadmaq üçün dünyaya gəlmişlər. 
Bu,  ətrafdan,  ağıldan  kənarda  mövcud  olan  zamandır,  tamamilə  başqa  dünyadır. 
Bu şirinlikdə bəlkə də bir ağrı da vardır, lakin həmin ağrıya da haqq qazandırmaq 
mümkündür.  Axı  məhəbbət  anına  qovuşmaq  üçün  insanlar  qanlı  müharibədən  də 
betər sınaqlardan keçməli olur və anlayır ki, burada hisslərə təslim olma döyüşlərin 

142 
 
özündən də şirindir. Sevib-sevilənlərdə bir Samson gücü əmələ gəlir və onlar bircə 
zərbə ilə bütün maneələri dəf etmək qüdrətində olurlar.  
 
 
 
 
“Əbədi bahar” 
 
Roden  mərmərdə  adi  heykəl  qrupu  yartmamışdır,  («Öpüş»  əsərinin  isə  bir 
çox variantı mövcuddur), insanın ali hissinə, coşğun ehtirasına əsl oda söyləmişdir. 
Onun  təsvir  etdiyi  bədənlər  də  bu  hissləri  ifadə  etmək  üçün  dilə  gəlir,  danışır. 
Mübaliğəsiz demək lazımdır ki, «Əbədi bahar»a tamaşa edəndə eşq anının qızmar 
hisslərinin  səmadan  gələn  simfoniyasına  qulaq  asırsan,  burada  insana  əzab  verən 
və onu yüksəldən sevginin təntənəli, həm də elegiyadan xəbər verən melodiyasını 
eşidirsən. Buradan belə bir nəticəyə gəlirsən ki, heykəltəraşlıq da musiqi, rəqs və 
ya poeziya kimi əslində coşğun bir ehtirasdır. Roden yaradıcılığını isə bu mənada 
möcüzə saymaq olar.  
«Əbədi  bahar»  öz  həll  üslubunda  və  ifadə  tərzində  unikal  bir  əsərdir. 
Buradakı  hisslərin  tufanına  biz  heç  Rafaeldə,  Mikelanceloda  və  Leonardo  da 

143 
 
Vinçidə  də  rast  gəlmirik.  Roden  bu  əsərində  sevgi  anlarını  qeyri-adi  ustalıqla 
qələmə  alan,  Bibliyadakı  «Şərqilər  şərqisi»  kitabının  müəllifi  sayılan  Solomona, 
həmçinin  Şekspir,  Viktor  Hüqo  və  Tolstoy  kimi  dahilərə  də  uduzmur,  bəşər 
övladına  xas  olan  ən  ülvi  hissləri  tərənnüm  etməkdə  onlardan  da  yuxarı  qalxır. 
«Əbədi  bahar»  məhəbbət  anının  sadəcə  təcəssümü  deyildir,  insanın  hiss  və 
ehtirasının  himnidir.  Burada  ruhun  şadlanması,  bədənin  ilhamlanması  və 
canlanması təsvir olunur.  
Yəqin ki, Romeo və Cülyetta da bu əsəri, həm də öz şərəflərinə həsr edilən 
heykəli  görsəydilər,  ölməz  eşqi  daha  unikal  vasitələrlə  vəsf  edən  bu  inciləri  öz 
ruhlarına  bəslənən  əbədi  şərqi  kimi  qəbul  edər  və  Şekspirlə  yanaşı,  Rodenə  də 
minnətdar olardılar.  
Təsadüfi  deyildir  ki,  qadına  həyatda  düzgün,  bərabər  yerini  verən  Roden 
qadın  bədəninin  Homeri  adlandırırlırdı.  Bu  bədən  artıq  kişinin  ovu  olmağını 
dayandırır,  qadın  öz  füsunkarlığını  və  kübarlılığını  açıqca  bəyan  edir.  O,  heç  də 
qadını kişinin arzularına tabe olmağa hazır olan məxluq kimi nəzərdə tutmur, qadın 
daha  çox  öz  arzularına  malikdir.  Bunu  hissin  hökmü,  iradəsi  ilə  qəflətən  oğlanın 
qucağına  atılan,  öz  çoxdankı  arzusuna  qovuşan  «Əbədi  bahar»,  «Öpüş»  və  digər 
əsərlərdəki qadın bədəninin elə bil ki, dil açan ifadəsində görürük.  
Rodenin  bu  əsərlərini  «Kama  sutra»  səhnələri  ilə  müqayisə  etmək  də 
ədalətsizlikdir.  Hindlilərin  bu  qədim  traktatı  cinsi  həzzlər  mövzusuna  həsr 
olunmuşdur,  fiziki  yaxınlıqdan  həqiqi  həzz  olmaq  yollarını  araşdırmağa, 
təlimatlandırmağa  çalışır.  «Kama»  hissiyyat  arzularının  ödənilməsi  mənasını 
verirdi. Rodendə isə şəhvət səhnəsi deyil, ülvi hisslərin asimana yüksələn dalğası, 
coşan ehtirasları paradoksal qaydada ram edən tufanı təsvir olunur. Kişi ilə qadın 
burada öz könüllərin axtarıb tapmaq üçün ağuşlarını bir-birlərinə açırlar.   
Rodenə  görə,  «Əbədi  büt»də  təsvir  etdiyi    kimi,  qadın  müstəqil  rol 
oynadıqda  kişi  onun  qulu  ola  bilər.  Qadının  kişiyə  malik  olmaq  arzusunu  isə  o, 
«Xrist  və  Maqdalina»  kompozisiyasında  göstərir.  Burada  Maqdalina  İisusu  öz 
məhəbbətinin  gur  sobasında  əritmək  üçün  onun  üstünə  atılmış  şəkildə  təsvir 
olunur.  Yazıçı  Den  Braun  «Da  Vinçi  kodu»  adlı  məşhur  romanında  İisusun  bu 
yaxınlıqdan  qızı  olduğunu  da  iddia  edir.  Vatikan  əsəri  süngü  ilə  qarşılasa  da, 
Roden  bu  mövzunu  öz  heykəlində,  özü  də  qeyri-adi  ekspressiya  şəklində  təsvir 
etmişdi və Den Braunu bir əsrdən də artıq müddətdə qabaqlamışdı.  
Roden  qadın  bədənini  antomiyasına  yaxşı  bələd  olduğundan,  ona  məxsus 
olan bəzi cəhətləri qabartmğa çalışırdı. O, qadınların açıq ağızlarına məftun olurdu, 
ona  qadın  bədəninə  malik  olmağa  bir  dəvət  kimi  verməyə  çalışırdı.  Bunları  «Su 
pərisi»  əsərində,  həmçinin  «Danald»də  isə  sallanıb  axan  saç  vasitəsilə təsvir  edir. 
Saç həqiqətən də xüsusi cəzdedici təsirə malikdir. Kişini və qadını bir-birinə sarıya 
bilən zəncir kimi nəzərdə tutulur. Necə ki, qadının məhəbbət-nifrət simvolu olması 
XIX əsrin əlaməti idi.  
Rodendə məhəbbət mövzusu hədd tanımamaqla yanaşı, ilk növbədə insanın 
daxili  aləminin  təntənəsinə  həsr  olunmuşdur.  Axı  insanlar  arasındakı  ülvi  hisslər 
heç  də  heyvanlara  məxsus  olan  adi  fiziki  yaxınlıqla  eyni  şey  deyldir.  Axı 
məhəbbətdə  insan  ürəyi,  könlü  hərəkətə  gəlir,  ehtiras  nəbzinin  vurulması  heç  də 

144 
 
ürəyin  adi  pulsundan  az  əhəmiyyət  kəsb  etmir.  Axı  bəşər  övladı  məhəbbəti 
anlayan, onu yaşayan andan, bütün varlığını bu ali hissə tabe etdiyi vaxtdan sonra 
insan kimi formalaşmağa, meydana gəlməyə başlamışdır. Qədim Romanın böyük 
şairi Ovidi özünün “Ars amatoria” - «Məhəbbət elmi» əsərində qeyd edir ki, ibtidai  
insan dik gəzsə də, yaşayış tərzinə görə meşədə öz ətrafında dolaşan heyvanlardan 
heç  də  fərqlənmirdi.  Heyvanlar  kimi  o  da  tapdığı,  əsasən  zülal  mənbəyi  olan  hər 
şeylə  qidalanırdı.  Qədim  insan  heyvanlara  bənzər  qaydada  quru  torpağın  üstündə 
yatırdı,  yarpaqlar  bu  vaxt  onun  bədənini  yağışdan,  soyuqdan  qoruyan  yorğan 
rolunu  oynayırdı.  İlk  dəfə  iki  cins  arasında  məhəbbət  hissləri  baş  qaldıranda  o, 
digər  canlılardan  bütünlüklə  fərqlənən  insana  çevrilməyə  başladı.  Başqa  canlılar 
kimi  heyvanlar  da  nəsli  artırmaq  instiktinə  malik  olsalar  da,  ülvi  hisslərdən  xali 
idilər.  Kişi  və  qadın  öz  aralarındakı  çox  hallarda  qarşılıqlı, bəzən  hətta  birtərəfli, 
cavab tapmayan hisslərin təsiri altında insana çevrildilər, primitiv hədlərdə də olsa, 
onların daşıyıcıları oldular. Deməli, insanın fiziki məxluq kimi iki milyon ilə yaxın 
yaşı olsa da, mənəviyyata, daxili aləmə, onların ən bariz nümunəsi kimi məhəbbətə 
malik olmaqla bəşər övladı xeyli sonra meydana gəlmişdir, özünü və hissləri dərk 
etməyən əcdadından xeyli cavandır və müasir insan könülə malik olan varlıq kimi 
özünü məhz onun törəməsi hesab etməlidir.  
Freyd  ilk  dəfə  olaraq  valeh  olma  ilə  nifrətin  yaxın  üzvü  əlaqədə  olduğunu 
başa  düşmüşdü,  hissiyyatın  amili  kimi  yuxu  anatomiyasının  əksliyini  oxumuşdu, 
necə ki, Roden də hissiyyat anatomiyasının əksliyini oxumuşdu.  
Ədəb-ərkanın  əksinə,  özünün  ən  uğurlu  portretlərində  heykəltəraş  qadının 
kişiyə  əzab  verə  bilən  sirrli  keyfiyyətini  görürdü.  Burada  onların  sifətlərindəki 
təbəssümlər heç də müəyyən  olunmuş qaydada deyildi. Müəmmalı  şəkildə örtülü 
olan  dodaqlar  və  geniş  arzuları  ifadə  edən  gözlər  əbədi  ay  işığında  olan  gecənin 
içərisindəki keçmiş  hər  şeyə  baxırdı. Roden  qadının üzünü  onun gözəl bədəninin 
bir  hissəsi  kimi  verirdi,  onun gözləri  bədənin  gözləri  və  ağzı  bədənin  incisi  kimi 
meydana çıxırdı.  
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin