Mühafizəkarlıq cəngavəri
Rodenin mifologiya və ya tarixi mövzulara olan marağı bunu izah etməyə
kömək edir ki, niyə onun sənəti təkcə bütün növlərdən olan intellektuallara deyil,
bütövlükdə mədəni Avropa dairələrinə bir çağırış kimi səslənirdi. O, yuxarı sinfin
kosmopolitik elitasının əziz adamına çevrildi. Roden nəcib vicdanlılığa, insan
motivlərinin analizi sahəsindəki arzuya müraciət etdiyindən diqqəti cəlb etmişdi.
O, həyatın qiymətini məhz cəmiyyət çərçivəsində təqdim edirdi.
Roden bir rəssam kimi doğulmuşdu ki, «Könüllər» - həzz məftunları olan
kişilər və qadınların, İngiltərədə olduğu kimi “jardin d`amour” - «məhəbbət
bağında» məskunlaşmağı axtaranların arasında hamilərə malik olsun.
O, özlüyündə tarixin qabarmasını və çəkilməsini hiss edirdi, axı intuisiyalar
yaradıcısı idi. Rodenin sənəti indiyədək bizi əsir etmək gücünə malikdir.
Roden buqələmuna bənzər bir şəxsiyyət idi, gah romantik, gah realist, gah
dekorator, gah simvolist, həm də portretçi və erotizist olurdu. Lakin bu
şəkildəyişmələrində yalnız uğura xidmət edirdi, heç vaxt uğursuz olan və
bacarmadığı işlərə girişmirdi. Qadınlara münasibətdə olduğu kimi, sənətdə də heç
bir maneə, hədd tapılmırdı, çox asanlıqla şərtilik qaydalarını qırıb dağıda bilirdi. O,
məkanın radikal təşkilatçısı idi. Yaradıcı və manipulyator kimi onun rolu heyrət
doğururdu. Roden Allaha nəhayətsiz qaydada inanırdı və bu vaxt özlüyündə
müəyyən etmişdi ki, varlıq öz Allahına malik olmağa qadir deyildir.
Rodenin nailiyyətlərinə pərəstiş onun insan təbiətini müşahidə etmək
qabiliyyətinə əsaslanır, onun sənəti keçmişə böyük ehtiram üzərində qurulmuşdur.
Bu nöqteyi-nəzərdən o, konservatizmə meyl edirdi. O, insana inanırdı, özü də bu,
153
mücərrəd qaydada inam deyildi, lakin onun insana empirik baxış üzərində - öz dərk
etdiklərinə cavabın formulunu açmaq ehtiyacı üzərində qərar tuturdu. O, öz
vəzifəsini vətəninin keçmişinin dərslərini çatdırmaqda görürdü. O, bu mövqeyini
belə sözlərdə cəmləmişdi: «Bu uşaqlığın primitiv seçmə qaydasında düşünmək
deyildir, bu, olduqca çətindir, lakin ənənə ilə, onun tələb olunan qüvvəsi ilə və
bunların düşüncəsinin bütün məcmuu ilə düşünməkdir».
Ogyüsst Roden 1917-ci ildə doğma Parisində həyatla vidalaşdı, bu vaxt
onun 77 yaşı var idi. Həyatı vəsf etməkdən həzz alan daha böyük bir şəxsiyyət
gözlərini əbədi olaraq həyata yumdu, tarixə məxsus olmaq mövcudluğuna keçdi.
Rodeni fikir, ehtiras gücünə və xarakterinə görə titan hesab etmək olar, onun
istedadı və bu verginin saysız-hesabsız qiymətli bəhrələri məhz titanlara xas olan
qüvvədən, enerjidən və zəhmətdən xəbər verir. Rodenin özü barədə dediyi kimi, bu
tam çiçək açan ağacın bəxş etdiyi gözəllik bu gün də incə zövqə malik olan
insanların hamısını valeh etməkdə davam edir. Onun əsərlərinə müasir insanlar da
yaponlar sakuranın çiçəklənməsini sitayiş qaydasında seyr etdikləri kimi böyük
heyranlıqla tamaşa edirlər. İstedadı və yaradılığı ilə Roden onu dərk edənlərə məhz
özünün də bir «mütəfəkkir» olması təsirini bağışlayır, çünki onun yaratdığı incilər
dəyərini zamana tabe olmamaqla itirmir, həm də bütün bəşəriyyətə məxsusdur. O,
dahi Rafael kimi gözəlliyin təsvirində təbiətlə yarışa girməkdən də çəkinmir və onu
bu müsabiqədə məğlub təsəvvür etmək də düzgün olmazdı.
Mətnə izahlar
- Karpo, Jan Batist (1827-1875), fransız heykəltəraşı.
- Onore de Balzakın (1799-1850) «İnsan komediyası» adlı əsərində üç min
obraz təsvir edilmişdi.
- Madam de Pompadur, Janna Anduanetta Puasson (1721-1764), fransız
kralı XV Luinin məşuqəsi.
- Bakxanaliya - qədim Romada allah Dionisin (Bakxın) şərəfinə orgiya
xarakteri almış bayram mərasimi.
- Jeriko, Teodor (1791-1824), fransız rəssamı, fransız rəngkarlığında
romantizmin banisi
- Delakrua, Ejen (1798-1863), fransız rəssamı, fransız romantizminin
başçısı.
- eklektizm - müxtəlif prinsip və baxışların, təsviri sənətdə isə müxtəlif
üslubların mexanki birləşməsi.
- Qotye, Teofil (1811-1872), fransız yazıçısı, «Parnas»ı yaradanlardan biri,
«Yeni İncəsənət» nəzəriyyəsini təbliğ edirdi.
- Enqr, Jan Ogyüst Dominik (1780-1867). Fransız rəssamı. Parlaq
kompozisiya ustası.
- Kariatida - binalarda tirə dayaq kimi xidmət edən ayaq üstə dayanan qadın
bədəninin heykəltəraşlıq təsviri.
- Piqal, Jan Batist (1714-1785), fransız heykəltəraşı, klasssitsizmin
nümayəndəsi.
154
- Mediçilər - Orta Əsrlər İtaliyasında mühüm rol oynayan Florensiyadan
olan nəsil. Mediçilər üçün kiçik qəbir kilsəsinin fasadını Mikelancelo işləmişdi.
- Donatello (1386-1466), italyan heykəltəraşı. Erkən İntibah Florensiya
məktəbinin nümayəndəsi. Antik sənətdən ilhamlanaraq dəyirmi heykəllərin və
heykəl qrupunun yeni tipini yartmışdı. «Müqəddəm Georgi», «David», «Yudif və
Olofern» heykəllərinin müəllifidir.
- Bernini, Lorentso (1598-1680), italyan arxitektoru və heykəltəraşı, barokko
üslubunun nümayəndəsi. Romadakı Müqəddəs Pyotr kilsəsi meydanındaukı
kolonnadanın, bir sıra məşhur heykəllərin müəllifidir.
- Lonqrello. Henri Uolsuort (1807-1882). Amerikan şairi, «Havayat
haqqında şərqi» poemasının müəllifi.
- Tennison, Alfred (1809-1892), ingilis şairi, «Artur əfsanələri» əsasında
«Kral idilliyaları» poemalar siklinin müəllifi.
- Bellona - qədim Roma mifologiyasında müharibə ilahəsi.
- Dreyfus işi - 1894-cü ildə fransız irticaçı hərbi məhkəmə düzəldilmiş işə
görə fransız Baş qərargahının zabiti, yəhudi A. Dreyfusu saxta ittihamla
Almaniyanın xeyrinə casusluqda təqsirləndirib, ömürlük katorqa cəzasına məhkum
etmişdi.
- Barokko - XVI - XVIII əsrlərdə Avropa və Amerika incəsənətində əsas
üslub istiqaməti, «Böyük Üslubun» təntənəsinə meyl edirdi. Arxitekturada Bernini,
Borromini və Rastrelli yaradıcılığında əks olunmuşdur. Effektiv dekorativ
kompozisiya, parad portretləri bu üsluba məxsusdur.
- Yüzillik müharibə - 1337-1453-cü illərdə İngiltərə və Fransa arasında ərazi
işğalı üçtündə gedən mühribə. İngilis kralı III Eduardın fransız taxt-taxına iddiası
bu müharibə üçün bəhanə olmuşdu. Sonra İngiltərə Fransa ərazisində yalnız Kaleni
saxlaya bildi.
- sirenalar - yunan mifologiyasında yarımquş - yarımqadın olmaqla,
dənizçiləri öz mahnıları ilə cəzb etməklə, məhv edirdi.
- Mirbo, Oktav-Henri-Mari (1850-1957), fransız jurnalisti və yazıçısı.
- Tuluz-Lotrek, Anri de (1864-1901), fransız qrafiki və rəssamı. Mulen
Rujun tamaşalarına reklam plakatlarının müəllifi.
- Hammurabi - b.e.ə. 1792-1750-ci illərdə Köhnə Babilistan çarı. Yadigar
qalmış Hammurabi qanunları (Kodeksi) qədim Şərq hüququnun qiymətli
abidəsidir.
- Sarmyento, Dominqo (1811-1888), 1868-1874-cü illərdə Argentinanın
prezilenti olmuşdu. Qauçoların - Argentina çobanlarının ziyanlı davranışını ifşa
edən «Fakundo» əsərinin müəllifidir.
- Edmon de Qonkur. (1822-1896), fransız yazıçısı. Qardaşı Jyül öləndən
sonra ona əsər həsr etmişdi və vəsiyyətinə görə Qonkurlar akademiyası
yaradılmışdı.
- Satirlər - yunan mifologiysında meşə ilahi qüvvələri, Dionisin ətrafında
məhsuldarlıq şeytanları, şəhvət və şərab düşkünü idilər, nimfalarla meşələrdə
dolaşırdılar.
155
- Vakx - yunanların antik mifologiyasında şərabçılıq allahı Dionisin
adlarından biri.
- Debüssi, Klod (1862-1918). Fransız bəstəkarı.
- Vilyon, Fransua (1431-1463), fransız şairi, nizamsız həyat sürürdü, bir
keşişi öldürmüşdü. Quldurluqda iştirak etmişdi, həbs edilib ölümə məhkum
edilmişdi, sonra cəza Parisdən sürgünlə əvəz olunmuşdu.
- Fidi (b.e.ə. V əsrin əvvəli - 431-ci il), yüksək klassika dövründə qədim
yunan heykəltəraşı. Afinada Akropolun yenidən qurulmasında Periklin baş
köməkçisi. Onun rəhbərliyi altında Parfenonun heykəltəraşlıq bəzəyi icra
edilmişdi. Olimpiyalı Zevs və Afina Parfenos heykəllərinin müəllifidir.
- Praksitel (b.e.ə. - 330-cu illərdə) qədim yunan heykəltəraşı. Gec klassik
dövrün nümayəndəsi. «Kindli Afrodita» və «İstirahət edən satir» heykəllərinin
müəllifi.
- Şiva - Brahma və Vişnu ilə birlikdə brahmanizmdə və hinduizmdə üç ali
allahlardan biri.
- Minerva - Roma mifologiyasında sənət və incəsənətin hamisi olan ilahə.
Yunan Afina kimi nəzərdə tutulur.
- Dyagjlyev, Sergey Pavloviç (1872-1929) rus teatr və bədii sənət xadimi
xaricdə yaşayan dövrdə (1911-1922-ci illərdə) rus baleti truppası yaratmışdı.
- Aysedora Dunkan (1872-1927), amerikan rəqqasəsi. Modern rəqs
məktəbinin banilərindən bizi olmaqla, rəqsin klassik məktəbini inkar edirdi. Qədim
yunan plastikasından istifadə edirdi, balet kostyumunu xitonla əvəz etmişdi, yalın
ayaqla rəqs edirdi. 1921-c24-cü illərdə Rusiyada yaşamışdı, şair Sergey Yeseninin
arvadı olmuşdu. Sonra faciələrlə üzləşmiş, iki oğlu Cenevrədə suda boğulmuş, özü
isə açıq avtomobildə gedərkən, boğazındakı uzun şarf təkərlərə dolaşaraq onu
boğub öldürmüşdü.
- Psixeya - qədim yunan mifologiyasında insan könlünün təcəssümü,
kəpənək və ya qız şəklində təsvir olunurdu. Psixeya ilə Erotun (Amurun) sevgisi
ədəbiyyatda və təsviri sənətdə geniş yayılmış süjetdir.
- Meditasiya - latın dilində «düşüncə» deməkdir. İnsanın psixikasını dərin və
cəmlənmiş fikir vəziyyətinə gətirmək məqsədi güdən ağlın fəaliyyətidir, bu,
bədənin üzgünlük vəziyyətiqə düşməsi ilə, emosional reaksiyaların yoxluğu ilə
müşayiət olunur. Hind fəlsəfəsində və dinində, qədim Yunanıstandakı fəlsəfi
cərəyanlarda mühüm rol oynayırdı.
- Maler. Qustav (1868-1911), Avstriya bəstəkarı və dirijoru. Onun
simfoniyaları və «Torpaq haqqında nəğmə» simfoniya-kantatası musiqi sahəsində
mühüm hadisəyə çevrilmişdi.
- Vaqner, Rixard (1813-1883), alman bəstəkarı, dirijor. Opera islahatçısı
olmaqla, musiqinin, sözlərin və səhnə hərəkətlərinin üzvi surətdə birləşdərməyə
cəhd edirdi. Çox sayda operaların müəllifi idi.
- Berlioz, Ektor Lui (1803-1869) fransız bəstəkarı, dirijoru, romantik
proqramlaşdırılmış simfoniyaların yaradıcısı. Musiqi formaları, harmoniya
sahəsində novator. Vaqnerlə birlikdə yeni dirijorluq məktəbinin yaradıcısı.
156
- Ronsar, Pyer de (1524-1585), fransız şairi. «Odalar», «Himnlər»,
«Yelenaya sonetlər» külliyyatında İntibhın humanist ideayalarını ifadə etmişdir.
- İmpressionist rəssamlar, bu ad Klod Monenin “Impression, soleil levant” -
«Təəssürat. Günəşin çıxması» tablosunun adından götürülmüşdü. 1860-cı ildə
fransız rəngkarlığında E.Mane. O.Renuar, E.Deqa bu üslubu tətbiq etməklə,
rəssamlığa təravət gətirmişdilər. Peyzaj təsvirlərində K.Mone, K.Pisarro, A.Sisley
«plener» sistemini yaratmışdılar, açıq havada işləməklə parlayan günəş işığı,
təbiətin rəng zənginliyi, işıq və havanın titrəyişi hissini yaradırdılar. Kamill Koro
isə Barbizon məktəbinə daxil idi. Gümüşü-boz qammanın zərifliyini, əşyaları əhatə
edən hava tüstüsünün yumşaqlığını peyzajlarında göstərirdi. Pol Sezann isə
postimpressionizmin nümayəndəsi idi.
- Nijinski, Vatslav Fomiç (1889-1950). Rus balet artisti, baletmeyster. 1916-
17-ci illərdə S.P.Dyagilev Truppasında M.M.Fokinin tamaşaya qoyduğu baletlərdə
baş partiyaları ifa edirdi.
- Simvolizm - 1870-1910-cu illərdə Avropa incəsənətindəki cərəyan; diqqəti
«gündə olan əşyaların», hisslə duyulan hədlərindən kənarda olan ideyaların simvol
vasitəsilə bədii ifadə olunmasını verirdi. «Gizli reallıqlara», «dünyanın ideal
mahiyyətinə», «fani olmayan Gözəlliyə» nüfuz etməyə cəhd edirdi. Ədəbiyyatda
xeyli nümayəndələri var idi, təsviri sənətdə isə Pol Qogen və Mixail Vrubel bu
üslübdan istifadədə seçilirdi.
- Samson- Bibliya qəhrəmanı
Qadınlar zamanın yaddaş cədvəlində
Qadınlar haqqında yazılan ədəbi və musiqi əsərlərinin sayı-hesabı yoxdur.
Qadın ana kimi, məhəbbət ünvanı və hədəfi kimi tarix boyu pərəstiş, tərənnüm
obyekti olmuşdur. Bəşər övladının, sivilizasiyanın meydana gəlməsində,
böyüməsində və inkişaf etməsində analar, bitkini qidalandıran torpaq kimi böyük
qüdrətə malik olmaları ilə, həm də cəmiyyətin təşəkkülündəki iştiraklarında
kişilərdən heç də geridə qalmamaları ilə öyünə bilərlər.
Monogenezis nəzəriyyəsinə görə Həvva bəşəriyyətin ilk anası hesab olunur
və bu mülahizə Bibliyadan irəli gəlir. Bibliyanın iddiası üzrə olan zaman və məkan
hədlərində bəlkə də bu fikirlə razılaşmaq olar, çünki bu müqəddəs kitab dünyanın
və insanın meydana gəlməsi barədə elmi tələblərə əsaslanmayan müddəalar irəli
sürür, həm də ali məməlinin yaşını çox kiçildir. Əslində isə, hominidlərin daha
yüksək növü olan dik gəzən insanın milyon illə ölçülən yaşı vardır. Onun əcdadı
olan erkən dəqiq hominid qalıqlarının isə əsasən 4 milyon il, bəzən hətta 5,5
milyon il yaşı olduğu müəyyən edilmişdir.
İnsanlar digər növlərdən daha ağıllı qabiliyyətlərə malik idi, dili və
alətlərdən geniş istifadəni inkişaf etdirilmişdilər. Bu növ 2 milyon il əvvəl güman
ki, Afrikada avstralopitekdən inkişaf etmişdi. Onlar təkamülə məruz qalıb, qida
toplamaqda və onu bölüşdürməkdə birgə fəaliyyət göstərmişdilər, alətlər düzəldib
ondan istifadə etmişdilər, əlaqələri yaxşılaşdırmış, körpəyə qayğı və uşaqların
157
öyrədilməsi müddətini tərəqqi qaydasında genişləndirmişdilər. Axırıncı fəaliyyət
növündə isə əsas ağırlıq qadınların çiyninə düşürdü.
Homo-nun (insanın) dörd adda növü mövcud olmuşdur, onlardan üçü məhv
olub sıradan çıxmışdır. Homo habilis (bacarıqlı insan) Şərqi Afrikada və güman ki,
başqa bir çox yerlərdə 2-1,5 milyon il əvvəl meydana gəlmişdir. Ondan sonrakı
növün daha böyük bədənə malik olduğu güman edilir.
Homo erectus-un – dik gəzən növün də 1,8-1,6 milyon il əvəl meydana
gəldiyi güman edilir. İlk iki növ 1,7-1,5 milyon il əvvəl yoxa çıxmışdır. 700 min il
əvvəl isə dik gəzən insan Afrikadan kənara çıxmış, onların qalıqları hətta Yava
adasında və Çində tapılmışdır. Burada oddan istifadə edilməsi şəhadətləri də
vardır.
Homo sapienc – zəkalı insan və ya bizim öz növümüz, Neandertal insanı
(Avropada, Yaxın Şərqdə) kimi iri üzlü formalara malik idilər. Onlara yaxın
olanlar Afrikada və Asiyada olmuşdular.
Ən müasir insan olan Homo sapienc sapienc – daha zəkalı insan ilk dəfə
Afrikada 100-120 min il əvvəl meydana gəlmişdi, azacıq sonra isə Yaxın Şərqdə
peyda olmuşdu. Sonrakı növlər (40 min il bundan əvvəl) sümükdən, fil
sümüyündən və daşdan əvvəlkilərdən daha mürəkkəb olan, ixtisaslaşmış alətlər
düzəldirdilər. 10 min il bundan əvvəl Homo sapienc sapienc Antarktida istisna
olmaqla, bütün qitələrdə məskunlaşmışdı. Kənd təsərrüfatı, heyvanların
əhliləşdirilib ev heyvanlarına çevrilməsi və sivilizasiya kimi, daha yaxın vaxtlarda
isə sənayeləşmə və əhalinin sayının partlayış şəklində artması da daxil olmaqla
sonrakı inkişaflar baş vermişdir.
Mövcudluğu yüz min illəri əhatə edən insanın və onun yaşadığı dünyanın
yaşının altı min ilə kiçildilməsi müqəddəs kitabın ehkam kimi qəbul edilən
müddəalarına şübhə yatarmaya bilmir. Tarixin başlandığı yer kimi qəbul edilən
Şumerdən qalan təkcə yazılı məlumatların isə beş min ilə yaxın yaşı vardır. Zəkalı
insanlar yazıni icad edənə qədər on min illərə bərabər olan tarixi yol keçmişdilər.
Ona görə də milyon ildən az yaşı olmayan insanın meydana gəlməsi tarixinin və
onun məskunlaşması coğrafiyasını çox kiçildilməsinə görə bəşəriyyətin yeganə
ananın övladları olması ideyasının da yararsız olması düşüncəsindən qaçmaq
olmur.
İlkin insanlar təbiətlə mübarizədə böyük çətinliklərlə üzləşirdilər. Bu işdə
qadın zəif məxuq olaraq qalırdı. Lakin onun nəsli artırmaq sahəsindəki fəaliyyəti
nəzərə alınaraq icma ona daim qayğı göstərirdi. Yeni nəslin boya-başa çatması da
əsasən anadan asılı olurdu, sağlam olmayan, bədəncə zəif olan uşaq lazımınca
inkişaf edə bilmirdi. Ana öz övladını müstəqil həyata hazırlamaqda da müstəsna
rol oynayırdı. Hətta qrup şəklindəki ailələrdə uşağın mənsubluğu ana xəttinə görə
müəyyən olunurdu; axı atanın kim olduğu qarışıq cinsi əlaqələr ucbatından dəqiq
bilinmirdi. Uşağın anaya görə hansısa nəslə, xalqa aid olması indi də müasir
yəhudilərdə həmin millətə mənsubluq nişanəsi kimi qalmaqda davam edir.
Qadınlar əks cinsə görə əxlaqi saflıq, təmizlik rəmzləri hesab edildiklərindən
dini simvolların mühafizə edilməsi də onlara həvalə edilirdi. Qədim Romada ev-
158
ocaq ilahəsi olan Vestanın müqəddəs odunun qorunub saxlanması bakirə qızlara –
vestalkalara etibar edilirdi və onlara təcavüz ən ağır cinayət hesab edilirdi.
Miflərdəki qadınlar və Sparta qadınları
Qadınlar həm də məhəbbət simvolu, eşq ünvanı hesab edilirdilər. Əks
cinsdən olanlar qadına bəslənən yüksək hiss hesabına sadəcə əvvəlki adi erkək
cinsin nümayəndələri olmayıb, kişilərə çevrilirdilər. Kişi cinsinə mənsub olanlar
qadının hissi ilə mükafatlandıqda özlərini xoşbəxt hesab edir, hər cür sınaqlara
hazır olmaları ilə öyünürdülər.. Qadına sitayiş həm ilahələrə bəslənən ehtiram
şəklində, həm də məhəbbəti dadmağa çatmağın yollarından biri kimi meydana
çıxırdı.
Qədim yunan mifologiyasının çox sayda allahları arasında məhəbbət və
gözəllik ilahəsi Afrodita (qədim romalılar onu Venera adlandırırdılar) xüsusi yer
tuturdu. Lakin bu ilahəni təmiz namus, sədaqətli məhəbbət nümunəsi kimi qəbul
etmək də düzgün deyildir, çünki əri – axsaq Hefestə xəyanət edib, Areslə intim
yaxınlıq etməyə başlamış və ondan Erot adlı oğlunu doğmuşdu.
Ümumiyyətlə, qədim yunan allahları monoqamiyanı tanısalar da, ona əməl
etmək nümunəsi göstərmirdilər, onlar eşq macəraları barəsində heç bir
məhdudiyyət hiss etmirdilər. Ali allah Zevs başda olmaqla kişi cinsindən olan
Olimp allahları nikah, qadınla intim əlaqəyə girmək üçün heç bir maneə ilə
rastlaşmırdılar. Onlar ilahələrlə, istənilən öləri qadınla cinsi yaxınlıq etməkdən
çəkinmir, bu sahədə hansısa bir qaydanın mövcudluğunu da qəbul etmirdilər. Ona
görə də onlar qaydasız əlaqələrdən dünyaya çoxlu övlad gətirirdilər. Əslində bu
mifologiyadakı qadınları da öz ərlərinə bəslənən sədaqət nümunəsi hesab etmək
olmazdı, onlarda kiçik bir ehtiras qığılcımı meydana gəldikdə, bu, sönməyən alova
çevrilirdi və bütün hədləri yandırıb məhv edə bilirdi. Onlar öz qadın təbiətinin
təkcə haray çəkən səsinə deyil, kiçik bir çağırışına da çox həssaslıqla yanaşırdılar,
özlərini asanlıqla şəhvətin əsirlərinə çevirirdilər. Onlar həm də bu məsələdə gücsüz
olduqları qənaətinə gəlirdilər, yaxşı bilirdilər ki, ali yunan allahı Zevs eşqə
düşdükdə, hansısa bir qadınla yaxınlıq etmək istədikdə heç bir maneə tanımır, hətta
ən ağlasığmaz yollarla da öz məqsədinə nail olur. Əlbəttə, Zevsi yaxınlıq etdiyi
qadınların sayına görə tarixdəki nə İsrail çarı Solomonla, nə Çin imperatorları, nə
də türk sultanları ilə müqayisə etmək olmaz. Birincinin arvadlarının sayı, hər
üçünün kənizlərinin və hərəmlərinin ayrılıqda miqdarı Zevsin təxəyyülünün də
kasıblığını nümayiş etdirərdi. Türk sultanlarının hərəmxanalarında 400 hərəm
olurdu, rekord rəqəm isə 1600-ə bərabər idi.
Zevs öz bacısı olan arvadı Heradan savayı İonu, Letonu və çoxlarını özünün
kükrəyən ehtirasını bölüşməyə sövq etmişdi. Sparta çarı Tindareyin arvadı Leda ilə
yaxınlıq etmək üçün özünü qu quşuna çevirmiş, Leda Zevsdən füsunkar Yelenanı
və Dioskurları doğmuşdu. Bu həmin Yelenadır ki, Sparta çarı Meneların arvadı
olduğu halda, uzaqdan qonaq gəlmiş Troya printsi Parisə qoşulub qaçmış, Troya
müharibəsinin və gözəl İlion şəhərinin dağılmasının baiskarı olmuşdu.
159
Zevsin şəhvəti alovlandıqda, onu söndürmək üçün istənilən vasitəni yararlı
hesab edirdi. O, Finikiya çarının gənc qızı, sahildə gəzən Yevropanı ələ keçirmək
üçün özünü ağ əl öküzünə çevirmiş, onu belinə götürüb, dənizdən keçirərək Krit
adasına gətirmişdi. Adada onunla yaxınlıqdan Yevropa üç övlad dünyaya
gətirmişdi. Yaxud, Zevsin təcavüzünün qorxusundan Danaya yerin altındakı
zindanda gizlədilmişdi. Lakin bu üsul da qızın bəkarətini xilas edə bilmədi. Zevs
qızın üzərinə düşən qızıl yağış şəklində buraya girdi və həmin yaxınlıqdan Danaya
dünyaya Perseyi gətirmişdi.
Öz gələcək bənzərləri kimi Zevs çarpayısına uzandırdığı və ya başqa yollarla
yatağına girdiyi qadınların hesabına çox sayda övladlara malik idi. Avropada
gələcək bastardlar (haramzadalar) ordusunun meydana gəlməsində yəqin ki, Zevsin
və bol eşqli digər allahların da təsiri az olmamışdır.
Qədim yunan mifologiyasındakı Medeya özünü bütünlüklə məhəbbətə
qurban verməsinə görə digər qəhərmanlardan fərqlənir. Əsatirə görə, Medeyanı
dünyada hər şeyə hazır olmağa qadir edən məhəbbətindən güclü bir məhəbbət yox
idi və ondan yüksəkdə dayanan sevən bir qadın obrazı da olmamışdır. Burada
qadın hissi kosmik, ilahi bir miqyas kəsb edir. Məhəbbətin qüdrəti qarşısında
mümkün olan hər şeyin sərhədləri yoxa çıxır. Lakin hər bir qızğın məhəbbət kimi,
onun da faciəvi tarixçəsi vardır.
Devrilmiş çarın oğlu Yason öz komandası olan arqonavtlarla birlikdə
«Arqo» gəmisində uzaq Kolxidaya yollandı ki, orada sehrli qızıl yunlu dərini ələ
keçirsin. Bu qoyun dərisi öz sahibi üçün hər şeyə nail olmaq təminatı verirdi.
Hakimiyyəti qəsb etmiş ahıl yaşdakı əmisi bu dərinin köməyi ilə taxt-tacı ona
Dostları ilə paylaş: |