-Sənə nə oldu?
Mən ona iki il ərzində öz ölkəmdən heç kəsə rast gəlmədiyimi, indisə bir qonşumu gördüyümü söylədim. O mənə dedi:
-Get, onunla söhbət et.
Mən dedim:
-Qoy, dərsimi bitirim, sonra”
O dedi:
-Dur, mən səni gözləyərəm.
Mən qalxdım və onunla (qonşmla) “azərbicidə”ilə danışdım və məni maraqlandıran hər şey barədə onu sorğu – sual etdim. Sonra qayıdıb onun (Abdullanın) önündə oturdum. O, danışdığımız dilin hansı dil olduğunu soruşdu. Mən cavab verdim:
-Bu, Azərbaycan əhalisinin dilidir.
O dedi:
-Mən bu dili bilmirəm və başa düşmürəm, amma danışdıqlarınızın hamısını əzbərlədim.
Sonra o bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum onun bütün bunları əzbərləməsinə təəccübləndi”
Bu hekayətdən öz məqsədləri üçün istifadə edən və saxta konsepsiyanı sübut etmək istəyən saxtakarlar mətndəki “Azərbicidə” kəlməsini “azəri dilində” kimi tərcümə edir, bu dilin Azərbaycan əhalisinin dili olduğunu deyərək, bu halda söhbətin talış (və ya tat) dilindən getdiyini iddia edirlər. Halbuki, mətndə “azəri dilində” yox, “azərbicidə ilə” ( ڊﻼﺯﺮڊﻴﺠﻴﺪﻩ ) yazılıb və bu halda “azərbi” istilahından istifadə edilib. “Azərbi”nin isə nə anlama gəldiyini Yaqut əl - Həməvidən sitat gətirməklə yuxarıda göstərdik. Bu dilin nə olduğunu, eyni zamanda, mətnin ərəb dilində qələmə alınmış olmasına baxmayaraq, “azərbi” kökünə qoşulan və ərəb dilində heç bir məna ifadə etməyən, türk dilinə xas sözdüzəldici “-ci” (-cə, -ca) və “-də” yerlik hal şəkilçilərinin qoşulması açıq – aşkar ortaya qoymaqdadır. Buradakı “-ci” (-cə, ca) şəkilçisi ana dilimizdə etnonimlərin arxasına artılaraq həmin etnosun dilini göstərməyə xidmət edən sözdüzəldici şəkilçidir: rusca, türk-cə, almanca və s. Yerlik hal şəkilçisin artırılması isə bu və ya digər dildə danışıldığına işarədir: ruscada (rus dilində), türkcədə (türk dilində), azərbicədə (azərbi dilində). Bizcə artıq bir şərhə ehtiyac yoxdur. Hər şey göz qabağındadır.
Xətib Təbrizlinin yaşamış olduğu Xl əsrdə “azəri”, “azərbi” və ya “Azərbaycan əhalisinin dili” dedikdə məhz Azərbaycan türkcəsinin nəzərdə tutulduğunu Xətib Təbrizlinin müasiri və həmşəhərlisi olan Qətran Təbrizlinin qələminə məxsus “Fars dilinin izahlı lüğəti” birmənalı və təkzibedilməz şəkildə sübut etməkdədir. Fars dilinin ayrı –ayrı istilahlarnın izahı zamanı bu böyük alim öz ana dilinin, yəni türk dilinin materialından da gen – bol istifadə etmiş və “dağ”, “tağ”, “ataq”, “sürmə”, “xan”, “muncuq”, “tuğ”, “tapança”, “xatun”, “xıl”, “bol”, “qar”, “qır”, “çöp”, “cağan”, “bəkməz”, “çuval” və s. sözləri misal çəkmişdir.
Bənzər halla Nizami Gəncəli, Xaqani Şirvanlı və Fələki Şirvanlının da əsərlərində də üzləşmək mümkündür. Xll əsrdə yaşamış Rəvəndinin “Rahət əs – südur və ayət əs – sürur” adlı əsərində isə türk sözlərinin sayı yüzlərlədir. Görkəmli türkoloq alim Fərhad Zeynalov yazmışdır:
“Xlll əsrdən qabaq Azərbaycan ədəbi dilinin olmasını, bu dildə bədii əsərlərin (xüsusilə nəzm əsərlərinin) yazıla biləcəyinə dəlalət edən çoxlu məlumatlar vardır. Əvvələn, bu dövrdə dünya miqyasında parlayan Qətran Təbrizinin, Ə. Xaqaninin, N. Gəncəvinin və farsca yazıb yaradan başqa azərbaycanlı mütəfəkkir – şairlərin əsərlərində dilimiz üçün səciyyəvi olan yüzlərlə söz , söz birləşmələri, atalar sözü, zərb – məsəllər, rəngarəng frazeoloji birləşmələr fikrimizi sübut üçün əsas ola bilər. İkincisi isə Şirvanşah Əxsitanın “Leyli və Məcnun”u türkcə (azərbaycanca) deyil, farsca yazmağı tələb etməsi, Nizaminin bundan qəzəblənməsi, “Beyninə qan vurması, dodağı əsməsi” fikri də dilimizdə bu qəbildən olan əsərlər yaratmağın mümkünlüyünə dəlalət edir.
Bundan əlavə, X – Xlll əsrlərdə farsca yazılmış tarix əsərlrində, iki və üçdilli lüğətlrdə dil faktlarının bol – bol işlənməsi də Azərbaycan ədəbi dilinin çox – çox qədimlərdən fəaliyyət göstərdiyini sübut edən tutarlı dəlillərdəndir.”
Şübhəsiz ki, bu faktlar “azəri”, “azərbi” və “Azrbaycan əhalisinin dili”nin türk dilindən, daha doğrusu onun yerli şivəsndən başqa bir şey olmadığını göstərməkdədir. Deyilənləri dövrün, demək olar ki, bütün ərəb müəlliflərinin Azrbaycanda danışılan dilin fars (orta fars, yəni pars, başqa sözlə, tat dili nəzərdə tutulur) və dəri (yeni fars) dillərindən əsaslı surətdə fərqləndiyini qeyd etmələri də sübut edir. Onların yazdıqlarından belə məlum olur ki, o dövrdə bugünkü İran (Əcəm) ərazisində farslar hələ pars, yəni orta fars (tat) dilində danışırdılar, dəri (yeni fars) dilində danışanlar da var idi. Bu barədə ətraflı məlumat verən Əl – Məqdisi (lX əsr) yazır ki, Azərbaycan əhalisinin dili bu dillərdən fərqlənir və çətin başa düşülür.
Yaqut əl - Həməvi isə yazır:
“Azərbaycanın əhalisi səmimi, çəhrayı sifətli, zərif dərili bir xalqdır. Onlar başqalarının başa düşmədiyi bir dildə - azəri dilində danışırlar.”
Bununla belə, “azəri dili”nin guya fars dilinin bir ləhcəsi olduğunu “sübut etməyə” çalışanlar hələ də var və onlar faktları təhrif etməkdən də çəkinmirlər. Məsələn, bir çox hallarda X əsr ərəb müəllifi Yaqubinin Azərbaycan şəhərlərinin əhalisindn danışarkən işlətdiyi “azəriyyə əcəmləri” (ərəblər ərəb olmayanlara “əcəm” deyirdilər) ifadəsi “azəriyyə farsları” kimi tərcümə edilərək təqdim edilir. Bu saxtakarlığa və ya səhvə ilk dəfə Əl – Yaqubinin kitabı 1908 – ci ildə rusca nəşr edilərkən yol verimişdir. Ümumiyyətlə, ərəbdilli mənbələrin tərcüməsi zamanı “əcəm” (qeyri - ərəb, ərəb olmayan) sözünü “İran” və “fars” kimi tərcümə etmək geniş dəb halını almışdır. Bu isə kökündən səhvdir və səhv nəticələrin əldə edilmsinə gtirib çıxarır. Halbuku, ərəb müəllifləri əcəmləri “fars əcəmləri” və “azəri (Azərbaycan) əcəmləri” deyə iki yerə ayırırdılar və onlar arasındakı fərqi də dəqiq bilirdilər. Eyni dövrə aid olan, klassik fars nəsrinin şedevri hesab edilən və farslar tərəfindən yaradıldığı heç bir şübhə oyatmayan “Qabusnamə”də farslarla əcəmlər bir – birindən fərqləndirilir:
“Əcəmi tapsan fars alma”.
Bu fakt “əcəm” kəlməsinin ayrı – ayrı müəlliflərin fərqli mənalarda işlətdiklərini sübut etməkdədir. Bəzi hallarda “əcəm dili” ifadəsinin bilavasitə Azərbaycan türkcəsini ifadə etdiyini də söyləyə bilərik. Belə ki, Xlll əsrdə tərtib edilən, müəllifi bilinməyən, T. Hautsman tərəfindən nəşr edilən “Kitabi – məcmu – e –tərcüman türki və əcəmi və moğoli və farsi” adlanan lüğətdə Misirin Məmlük türkcəsi “türk dili”, Türküstan türkcəsi, yəni uyğur dili “moğol dili”, Azəbaycan türkcəsi isə “əcəm dili” kimi təqdim edilir. Lüğətin adından da gördüyümüz kimi, əcəm dili ilə fars dili tamam fərqli dillər kimi tqdim edilir.
“Əcəm” termini ilə bağlı Yeni Türk Ensiklopediyasında yazılıb:
“Əcəm. Ərəblərə görə özlərindən, yəni ərəb olmayan kimsə və ya topluluq... Osmanlılarda iranlı azəri türklərinə də... “əcəm” deyilirdi”.
Yuxarıda Yaqut Həməvidən misal gətirərək göstərdik ki, ərəblər “azəri” və ya “azərbi” kəlmələrini “Azərbaycan” adının qısaltması kimi işlətmişlər və bu kəlmələrlə azərbaycanlıları və onların dilini ifadə etmişlər.
Opponentlrimiz haqlı olaraq sual verə bilərlər ki, ərəblərə “türk dili” anlayışı məlum ola – ola, nədən onlar Azərbaycan əhalisinin dilini “türk dili” yox, məhz “azəri” dili adlandırıblar? Bəli, ərəblər bunu bilirdilər və bildikləri üçün də Müaviyənin Azəbaycana hücum ərəfəsində bu ölkə barəsində verdiyi suala Azrbaycanın ən qədim zamanlardan türklər ölkəsi olduğu cavabı verilmişdi. Bəs, görəsən, Azərbaycan türkləri birdən – birə nə üçün azəriyə çevrildilər? Sualın cavabı çox sadədir və onun cavabını Türkiyə alimi, professor Osman Turanıın “Türk Cahan hakimiyyəti məfkurəsi” kitabında tapırıq. Görkəmli alim yazır:
“...X əsr coğrafiyaçıları “türk” adını sadəcə şamanist (müsəlman olmayan) türklərə şamil elədiyi və müsəlman türkləri onlardan ayırdığı üçün “Türküstan” adını İslam hüdudlarından kənarda qalan və Fərab, hətta Talasın o tayında bulunan türk məmləkətlərinə verirdilər. İslamiyyətin yayılması və hüdudların dəyişməsi ilə bu xəta qaynaqlarda da təkrarlanmışdır.”
X əsrdə Azərbaycan əhalisi artıq çoxdan müsəlman idi və bu üzdən də onlar “türk” yox, “azəri”, yəni azərbaycanlı adlandırılırdılar. Türk adı isə müsəlman olmayan qıpçaqlara, o cümlədən xəzərlərə aid edilirdi. Xəlifə Müaviyənin dövründə isə Azərbaycan türkləri hələ müsəlman olmadığı üçün adları mənbələrə “türk” kimi düşmüşdür.
Azərbaycan xalqının guya öncə türk olmadığını və guya sonradan, yəni Səlcuqlulardan sonra türkləşdiyini iddia edənlər ərəb müəlliflərinə istinad edərək başqa bir “arqument” də ortaya qoyurlar. Söhbət Əl – İstəhrinin Bərdədə arran (aran) dilində danışıldığını söyləməsi faktından gedir. Bir çoxları buradakı “Arran dili”nin Qafqaz mənşəli bir dil, daha dəqiq desək, guya udin dili olduğunu önə sürmüşlər. Biz bu fikrin sahiblərinin adını sadalamaq və onların cəfəng fikirlərindən sitatlar gətirmək düşüncəsindən uzağıq. Çünki “Arran” dili dedikdə, alban dilinin nəzərdə tutulduğunu bilirik. Çünki Atropatenanın (Azərbaycanın) Arazdan cənub hissəsi fars – Sasanilər tərəfindən tutulduqdan sonra onun tərkib hissəsi olan Arran vilayəti və Bərdə şəhəri Albaniyann tərkibinə keçmişdi. Bərdə də bir müddət Albaniyanın paytaxtı olmuşdu. Alban ədəbi və rəsmi dilinin əsasında isə, məlum olduğu kimi, qıpçaq – qarqar dili dururdu. Qıpçaq türkcəsi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin ortaq dili rolunda çıxış edən oğuz türkcəsindən (azəri, azərbi dilindən) fərqlənirdi. Elə bu fakt da Əl – İstəhrini Bərdədə danışılan türkcəni Azərbaycan türkcəsindən fərqləndirməyə və “Arran dili” ifadəsindən istifadə etməyə məcbur etmişdi. Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcəsində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı Xlll əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun belə olduğunu həmin əsrdə yaşamış erməni tarixçisi Etum da “Qayton” adlı əsərdə təsdiq etməkdədir.
İslamdan öncə manixeizm qısa bir zamanda Azərbaycanın həm cənbunda, həm də qismən şimalında yayılmışdı və türkləri fars hakimiyyətinə qarşı səfərbər etmişdi. Fəqət hər şey Maninin dərisinin soyulması və manixeistlərin qəddarcasına təqibi ilə nəticələnmişdi. Bu dinin tərəfdarlarının bir qismi Albaniyaya, bir qismi isə Orta Asiya tərəflərə mühacirət etməli olmuşdular. Albaniyada xristianlığın qəbulundan sonra orada da təqiblərə məruz qalırdılar.
Sasani hakimiyyətinə qarşı Məzdəyin başçılığı ilə Xorasanda baş qaldıran və tez bir zamanda Azərbaycanı da bürüyən üsyançılar da eyni dinin daşıyıcıları idilər. Onlar tez bir zamanda söz sahibinə cevrilib, bir müddət hakim kimi davransalar da, üsyan tezliklə qanlar içində boğuldu. Məzdək də Maninin taleyini yaşamalı oldu. Yalnız İslamın tarix səhnəsinə çıxmasından sonra vəziyyət dəyişdi. Ərəblər farsların hakimiyyətinə son qoyub tədricən onların imperiyalarının ərazilərini ələ keçirməyə başladılar.
Ərəblər Azərbaycanda yerli əhalinin çox güclü müqaviməti ilə rastlaşdılar. Albaniyadakı müqavimətə xəzərlərin yardımına arxalanan Cavanşir başçılıq edirdi. Bu, mahiyyətcə dini və milli bir müqavimət idi, müsəlman ərəblərə qarşı xristian albanların müqavməti idi. Cənubda isə öncə Cavidanın, daha sonra isə Babəkin başçılıq etdikləri böyük bir üsyan baş qaldırdı. Xürrəmilər adlandırılan üsyançılar da məsələyə dini və milli prizmadan yanaşırdılar. Onların dini görüşlərinin əsasında Maninin və onun davamçsı Məzdəkin təlimi dururdu. Əslində Babəkin dövründə müqavimət hərəkatı artq dinilikdən və millilikdn çıxaraq beynənmiləlləşmişdi, çünki bu hərəkata tədricən başqa milltlərin və dinlərin nümayndələri də qatılmışdılar.
Babək illərcə ərəb xəlifələri ilə döyüşdü. Nə Harun ər-Rəşid, nə də oğlu Məmunun dövründə ərəblər üsyançılarla bacara bilmədilər. Vəziyyət yalnız Harun ər-Rəşidin digər oğlu, xəlifə Mütəsimin dövründə dəyişdi. Mütəsimin anası Zübeydə Xatun Təbrizdən olan bir türk qızı idi. Mütəsimin də uşaqlığı türklərin əhatəsində keçmişdi. Odur ki, o, yalnız türklərə güvənirdi və ordusu da türklərdən ibarət idi. Təsadüfi deyil ki, sözügedən xəlifənin saray şairi Əli ibn Cəhmə onu “ox atmaqda cəld olan 20 min türkün xidmtində durduğu imam” kimi vəsf etmişdir. Bu barədə F. M. Əsədov özünün “Ərəb mənbələri erkən orta əsrlər türkləri barədə” adlı kitabnda yazır:
“Türk hərbi komandanlar xilafət ordusunda çox erkən vaxtlardan xidmt etməkdə idilr. Dövrümüzədək Əl – Mənsurun (754 - 775) hərbi komandanı olmuş Həmmad ət – Türki və Əl – Məhdinin (775 – 785) xidmətində olmuş Mübarək ət – Türki və digərlərinin adı çatmşdr. Türk hərbi hissələrinin yaradılması və geniş istifadə edilməsini xəlifə Əl – Mütəsimin adı ilə bağlayırlar. Əl - Mütəsimin türk qvardiyasının nüvəsi, çox güman ki, Əl – Məmunun hakimiyyəti illərində təşkil edilmişdi... Əl – Mütəsimin taxta oturmasından sonra (833 -842) türk qvardiyası xəlifəyə ən yaxın hərbi qüvvəyə çevrilir...
Türk qvardiyasının ölkənin hərbi gücündəki rolu artdqca, türk ordu əmirlərinin də nüfuzu artırdı. Məsələn, xəlifə Mütəsim şəxsən Məhdi bin Əlvana qarşı müstəqil hərbi əməliyyatlar aparmış Aşinası böyük hörmətlə öz yanında oturtmuş və onun başına zəfər çələngi taxmışdı. Xəlifə Əl – Vasiqin dövründə türk əmirlər xilafətin böyük əyalətlərinin canişinlərinə çevrildilər. Elə sözügedən Aşinas xəlifə sarayının qapısından xilafətin ən qərbdəki torpaqlarna qədərki ərazilərin hakimi təyin edilmişdi. Başqa bir türk hərbi əmiri İtaxa Xorasan və Sind verilmişdi”.
Bütün xilafət ordusuna türk komandanlar başçılıq edirdilər. Mütəsimin hakimiyyəti dövründə bir çox türk, ilk növbədə də oğuzlar könüllü surətdə və kütləvi şəkildə İslamı qəbul etməyə başlamışdılar ki, bu da Babəkin işini çətinləşdirirdi. Üsyançıların sırası daralırdı. Üstəlik də üsyanı yatırmaq üçün göndərilən qoşunlara Buğa əl-Kəbir, Əbu Sac Dəvdad və Afşin kimi müsəlman türk sərkərdələr başçılıq etməyə başlamışdılar. Müsəlman ordusunun əsgərləri də öncələr olduğu kimi ərəb yox, türk idilər. Bu məsələni kökündən dəyişirdi. Odur ki, üsyanı yatırmaq mümkün oldu və Babək qətl edildi. Azərbaycanın cənubu da, şimalı da tez bir zamanda müsəlmanlaşdı.
Bu hadisənin son dərəcə böyük tarixi əhənmiyyəti var idi. Ölkənin bütünləşə bilməsi üçün etnik birlik yanında dini birliyə də ehtiyac vardı və bu birliyi məhz İslam təmin etdi. Ərəblərin ilk dövrlərdə soy və boy fərqi qoymadan bütün qeyri – müsəlman türkləri bir adla adlandırması da ümumi türk şüurunun yaranmasında önəmli rol oynamışdır.
Nizami Xudiyev haqlı olaraq yazır:
“İslam dininin qəbulu təkcə Azərbaycanda deyil, ümumən türk dünyasında təbəddülat yaradır. Mərkəzi (Orta) Asiyada, Ural – Volqa boyunda, Qafqaz – Kiçik Asiyada islam türk xalqlarının yeganə dini olur və onların mədəniyyətindəki etnik ümumiliyi funksional ümumiliklə tamamlayır. İslamın əsas müddəaları qədim türk (Tanrı) dininin əsas müddəaları ilə uyğun gəlir. Bu tipoloji oxşarlıq türklərə islamı nisbətən ağrısız qəbul etməyə imkan verir.”
Qeyd etmək lazımdır ki, İslam Xilfətinin yaranmasından bir müddət sonra Ərməniyyənin mövcudluğuna son qoyulmuş və onun ərazisi Azərbaycana qatılmışdı. Həmin ərazi 1514 – cü ilədək, yəni məşhur Çaldıran döyüşünə qədər Azərbaycanın tərkib hissəsi kimi qalmış, həmin dövrdən isə Osmanlıların əlinə keçmişdi və bu gün Türkiyənin tərkibindədir.
Babək üsyanının yatırılmasından sonra Azərbaycanın müxtəlif ərazilərində Xilafətə tabe olan və Bağdaddan idarə edilən bir neçə inzbati qurum yarandı ki, Azərbaycan tarixşünaslığında onlar yanlış olaraq ayrıca və hətta müstəqil dövlət kimi təqdim edilir. Məsələn, Şirvanda, xəlifə tərəfindən buranın ilk məliyi təyin edilmiş ərəb Heysəm ibn Xalidin nəvəsi Yəzid ibn Məzyəd tarixə çox-çox sonralar Şirvanşahlar dövləti kimi düşəcək inzibati qurumun əsasını qoymuşdu. Azərbaycanın Kürdən şimaldakı topaqlarında bərqərar olan bu inzibati ərazinin hakim sülaləsi Məzyədilər adlanırdı.
Ölkənin Kürdən cənubda yerləşən torpaqları isə xəlifə tərəfindən Əbu Sac Dəvdada verilmişdi. O buna Babəkə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə layiq görülmüşdü. Babəki əsir edib Afşinə təhvil verən bıyük islam sərkərdəsi kimi çox məşhur idi. Müsəlman türk idi. O, Ərdəbili özünə paytaxt etmişdi. Əbu Sac və övladları 889 - cu ildən 942-ci ilə qədər Ərdəbil ətrafı torpaqlarımızın hakimi olmuşdur. 942 - ci ildə Saciləri başqa bir müsəlman türk sülaləsi – Salarilər əvəz etdi (bu sülalənin ərəb mənşəli olduğunu yazanlar da var, fəqət onların arqumentləri inandırıcı deyil). Kür və Araz arasındakı torpaqlarımız isə Şəddadın əlinə keçdi. Təbriz və ətrafına isə ərəb mənşəli olduğu ehtimal edilən Rəvvadilər başçılıq edirdilər. Eyni dövrdə Tiflisdə də başqa bir əmirlik qurulmuşdu. Bu hal Səlcuqluların tarix səhnəsinə çıxışına qədər (Xl əsr) davam etdi.
Məlumat üçün bildirək ki, təkcə Azərbaycan ərazisi deyil, xilafətin bütün ərazisində eyni hal mövcud idi. Onun bütün ərazisi müxtəlif sərkərdələr arasında bölüşdürülmüşdü. Sərkərdələrin çoxu türk mənşəli idilər. Məsələn Misir və Suriyada da türk hakim hökm sürməkdə idi və bu iki ölkə ingilis işğalına qədər əsrlərcə türk sülalələri tərəfindən idarə edilmişdir. Əslində Mütəsimin dövründən başlayaraq xilafətin gerçək hakiminə türk komandanlar çevrilmişdilər. İş o yerə çatmışdı ki, türklər istədikləri adamı hakimiyyətdən yıxır, yerinə isə istədiklərini xəlifə edirdilər. F. M. Əsədov mövzu ilə bağlı yazır:
“Türklər tərəfindən qətlə yetirilən xəlifə Əl – Mütəvəkkilin (847 -861) ölümündən sonra, ərəb müəlliflərinin özlərinin etirafına görə, türklər dövlətin və xəlifələrin talelərinin hakiminə çevrilirlər. Onlar dinin hökmlərinə əsaslanmadan və müsəlmanlarla məsləhətləşmədən istədiklərini taxta çıxarmağa, istədiklərini isə taxtdan salmağa başlayırlar. Hətta o dövrdə belə bir lətifə də geniş yayılmışdı: Münəccimdən xəlifə Mütəəzzənin neçə il yaşayacağını və hökm sürəcəyini soruşurlar, o, isə cavab verir ki, türklər nə qədər istəsələr, o qədər”.
Səlcuqluların tarix səhnəsinə çıxışı ilə xilafətin Nil çayına qədər olan bütün ərazisi oğuz türklərinin əlinə keçdi. Azərbaycanı və İraqı öz imperatorluqlarının mərkəzinə çevirən Səlcuqlular onlara qədər, formal da olsa, həm dini, həm də dünyəvi hakimiyyəti əllərində cəmləmiş xəlifələrin dünyəvi hakimiyyətlərini əllərindən aldılar. Onlarda sadəcə dini hakimiyyət saxlanıldı.
Səlcuqlular Ön Asiyanın hakiminə çevrilməmişdən öncə Türkmənistan və Xorasan ərazisində yaşayırdılar. Onların mənşəyi barədə Əbülqazinin “Türkmənlərin şəcərəsi” kitabında bunlar yazılmışdır:
“Səlcuqluların “Biz türkmənik, biz sizin qardaşınızıq” elanının nə elə, nə də xalqa xeyri oldu. Onlar hökmdar olana qədər “Biz türkmənlərin kınığ uruğundanıq” deyirdilr. Hakimiyyətə gəldikdən sonra isə “Əfrasiyabın (Alp Ər Tonqanın) oğlu, Keyxosrovdan (Kiaksardan, Kööskaradan) qaçaraq, türkmənlərin kınığ böyuna sığındı, o, həmişəlik onların içində qaldı. Biz onun nəslindənik, biz Əfrasiyab (Alp Ər Tonqa) nəsliyik” – dedilər.”
Bu məlumatdan göründüyü kimi, Səlcuqlular Alp Ər Tonqanın soyundan idilər. Təbii ki, oğuz idilər. Belə hesab edilir ki, onların hakimiyyəti dövründə oğuz türkcəsinin Azərbaycanda ümumxalq dilinə çevrilməsi prosesi bütünlüklə tamamlandı. Lakin bu, tam doğru fikir deyildir. Çünki Xlll əsrdə Azərbaycanda qələmə alınmış İbn Mühənnanın “Tərcümani farsi, türki və moğoli” adlı lüğətdən də göründüyü kimi, Səlcuqluların müəllif tərəfindən “türkmən dili” adlandırılan dili oğuz türkcəsinin bir şivəsi olsa da, müəllifin “bizim ölkənin türkcəsi” adlandırdığı Azərbaycan şivəsindən fərqlənmişdir. Bu isə Azərbaycan türkcəsinin lV – Vlll əsrlərdə formalaşdığını və Vlll əsrdə artıq ümumxalq dilinə çevrildiyini söyləyən görkəmli Azərbaycan dilçisi Dəmirçizadənin haqlı olduğunu sübut edir. Belə olmasa idi, X əsr ərəb müəllifləri vahid “azəri” (azərbi, Azərbaycan) dilindən söz açmazdılar. Elə bu səbəbdəndir ki, siyasi səhnədə Səlcuqluları əvəz edən Elxanlılar, daha sonra isə Çobanlılar və Cəlairlər dövrlərində uyğur (xaqaniyyə) türkcəsi rəsmi dövlət dili olsa da, onların hakimiyyəti illərində Azərbaycanda yaranmış bütün ədəbi əsərlər məhz oğuz türkcəsində yazılmışdır. Görkəmli Azərbaycan dilçisi İbn Mühənna isə özünün məşhur lüğətində Azərbaycan türkcəsini “bizim türkcə”, yəni Azərbaycan türkcəsi, Səlcuqluların danışdıqları şivəni “türkmən dili”, uyğur türkcəsini isə “moğol dili” və ya “Türküstan türkcəsi” adlandırmışdır. Azərbaycan türklərinin şivəsi Səlcuqluların danışdıqları türkmən (təmiz oğuz) şivəsindən qıpçaq və qismən də uyğur türkcələrinin xüsusi qat təşkil etməsi ilə fərqlənir.
Bütün bu qlobal dəyişiklikərin və misilsiz renesansın kökləri İslamın tarix səhnəsinə çıxışı ilə bağlı idisə, Səlcuqlularn Tarixin üfüqündə görülməsi ilə bütün bölgədə və hətta, demək olar, bütün dünyada misli görünməmiş ikinci geosiyasi inqilab baş verdi. Xl əsrin ortalarında İslam Xilafətinin tərkib hissəsi olan Azərbaycanın Şəddadilər, Rəvvadilər və Şirvanşahlar arasında siyasi çəkişmələr meydanına çevrildiyi bir dövrdə gözlənilmədən haradansa Alp Ər Tonqanın övladları – Səlcuqlular peyda oldular.
Köklərinin eyni zamanda Oğuz xanın nəvəsi Kınıq bəyə qədər uzandığı hesab edilən türkmən – oğuz mənşəli Səlcuqlu sülaləsi adını Dudaq bəyin oğlu Səlcuq bəy Sübaşının adından almışlar. Sülalənin soy babası olan Səlcuq bəy, deyilənlərə görə, bir əsrdən çox ömür yaşamış, islamı qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması üçün əlindən gələn hər şeyi etmişdir.
Bu sülaləni “Türk tarixini oluşduran bir neçə xanədandan biri “ adlandıran Yeni Türk Ensuklopediyasının lX cildində, 3470 – ci səhifədə bunlar yazılmışdır:
“Səlcuqoğulları, eyni zamanda, İslam tarixi baxımından ələ alınarsa, Əməvi və Abbasilərdən sonra İslam tarixinin üçüncü böyük imperatorluq xanədanıdır. İslam tarixində ərəb üstünlüyü dövrünün sonu və Türk hakimiyyəti dövrünün başladığıcıdır. Xl əsrdən XX əsrə qədər İslam aləmində Türk üstünlüyünü təmin edən və ya başladan və öncüllüyünü yapan Səlcuqlulardır. Zəifləmiş və müdafiyəyə keçmiş İslamın təərrüz gücünü canlandrmışlar. Anadolunu İslam aləminə qazandıraraq tarixin seyrini dəyişmş və Osmanlı cahan dövlətinin uzaq təməllərini atmışlar. Səlcuqlular olmadan Osmanlını düşünmək belə mümkün deyildir.”
Heç bir mübaliğəyə yol vermədən eyni sözləri Azərbaycan imperatorluğu haqqında da söyləmək olar. Yəni tərəddütsüz və tam əminliklə söyləmək olar ki, Səlcuqlular Azərbaycan imperatorluğunun tarix səhnəsinə çıxması üçün optimal təməl yaradanlar olmuşlar və İldəgizlərin Xll əsrdə əsasını qoyduqları Azərbaycan səltənətini onlarsız təsəvvür etmək mümkün deyildir.
Sözügedən ensiklopediyada daha sonra deyilir:
“...(Səlcuqoğulları) Abbasi xəlifəliyini İslam birliyinin simvolu kimi qorumuş, fəqət xəlifələrə dünyəvi iqtidar (hüququ) tanımamışlar, səltənəti bütünlüklə öz əllərinə almşdılar. İslam aləmini içəridən parçalayan şiə qiyamlarına və (şiələrin xilafətdəki üstün vəziyyətlərinə) son qoymuşlar, sünni məzhəbinin qalib gəlməsini təmin etmiş və bugünkü məzhəblər coğrafiyasının ana cizgilərini müəyyən etmişlər. Hənəfi məzhəbini ən yayğın məzhəb halına gətirmişlər.”
Məlumat üçün bildirək ki, bu gün Azərbaycan və Xorasan türklərinin, eləcə də İranda yaşayan digər türklərin şiə olan hissəsi dışında bütün müsəlman türklər sünni – hənəfi məzhəbindəndirlər. Səfəvilərin Azərbaycan imperatorluğunda iqtidara gəlməsinə və şiəliyi qılıncla, zor gücünə yaymasına qədər Azərbaycan türkləri də bu məzhəbin mənsubları idilər. Lakin bu məzhəbin coğrafiyasının bəlirlənməsini bütünlüklə Səlcuqluların ayağına bağlamaq doğru deyildir. Bu işdə Səlcuqluların ilk dövrlərdəki əsas rəqibləri olan Qaraxanlıların rolu onlardan heç də az olmamşdır. Osmanlıların xidmətini də unutmaq olmaz.
Səlcuqluların İslam dünyasına gətirdikləri yeni, dünyəvi idarəçilik üsulu Əyyubilər, Məmlüklər kimi sonrakı türk dövlətləri və eləcə də Sultan Səlimə qədər Osmanlı dövləti üçün bir örnək olmuşdur. Bu baxımdan Şah İsmayla qədərki Azərbaycan imperatorluğu da istisna deyildi. Yəni Azərbaycan imperatorluğu istər İldəgizlərin, istər Hülakülərin, istərsə də Qaraqoyunlu və Ağqoyunluların iqtidarları dövründə eyni prinsiplərlə idarə edilmişdir. Lakin Səlcuqluların bu tutumu heç də anti – din mahiyyəti daşımamışdır. Əksinə, bu sülalənin mənsubları Əyyubilərlə birlikdə İslam dünyasını xristian Avropanın xaçlı yürüşlərindən qəhrəmancasına və fədakarlıqla müdafiə etmişlər.
Səlcuqluların ümumtürk tarixi qarşısındakı ən böyük xidmətlərindən biri də ən azı Oğuz xan və kutilər dövründən başlayaraq Ön Asiyanın əsas etnik ünsürlərindən biri olmuş yerli oğuzları və digər türk soy və boylarını ərəbləşmək təhlükəsindən qurtarmaları və Oğuz xan və Alp Ər Tonqa dövrünün siyasi və geosiyasi ruhunu yenidən dirçəltmələri və canlandırmaları idi. Onlar farsların taleyində də misilsiz rol oynamış, tarixi İran (Əfqanıstan və indiki Tacikistan) ərazisində formalaşan və ən parlaq nümayəndəsi Əbülqasim Firdovsi olan dəri (yeni fars) dilini indiki İran ərazisində hakim vəziyyətə gətirmişdilər. Bununla da geniş bir bölgədə hegemon olan ərəb dili və kültürü qarşısında yeni fars dilinin simasında alternativ bir kültürün bərqərar olmasını təmin etmişdilər. Bundan öncə isə farsların böyük əksəriyyəti elm aləmində “pəhləvi dili” adlanan tat (orta fars) dilində danışırdılar.
Azərbaycan sovet tarixşünaslığında belə bir mövqe hakim idi ki, guya Azərbaycan Səlcuqluların dövründə türkləşmişdir və ondan öncə Azərbaycanda türklər ya heç yaşamamış, ya da çox azsaylı olmuş və əhəmiyyətli rol oynamamışlar. Bir vaxt siyasi məqsədlərlə Kremldə işlənib hazırlanmış bu konsepsiyanın Azərbaycanda bu gün, demək olar ki, tərəfdarı qalmayıb. Maraqlıdır ki, eyni fikir Atatürk Türkiyəsində də uzun müddət təbliğ edilmişdir. Qurucusu Atatürk olan Türk Dil və Tarix Qurumu tərəfindən müdafiə və təbliğ edilən bu konsepsiya Kremldə işlənib hazırlanmış konsepsiyalarla eynilik təşkil edən yeganə konsepsiya deyildir. Bu qurum da eynən əski Sovetlər Birliyində və bu günkü Rusiyada olduğu kimi, türk tarixinin guya hunlarla başladığını, türklərin ata yurdlarının guya Altay olduğunu və Səlcuqlulardan öncə Anadoluda türklərin olnadığını müdafiə və təbliğ etməkdədir. Təsadüfi deyil ki, içindən sitatlar gətirdiyimiz ensiklopediyada həqiqətlə heç bir əlaqəsi olmayan bu sözlər də qeyd edilmişdir:
“...(Səlcuqoğulları) Türklugü bir Orta Asiya kavmi olmakdan kurtarıb ilk defa açık denizlere, Akdenize, Karadenize, Hind Okyanusuna çıkarmışlar, Batı Türklügünü, Türkiyə Türklügünü oluşdurmuşlardır.”
Eyni ensiklopediyanın yazdığına görə, Azərbaycanın bir türk ölkəsi halına gəlməsi də guya Səlcuqlularn adı ilə bağlıdır. Azərbaycanda, yuxarıda qeyd edildiyi kimi, bu fikir artıq köhnəlmiş və əsassız fikir hesab edilir. Təsadüfi deyil ki, 1994 – cü ildə akademik Ziya Bünyadov, AMEA – nın müxbir üzvləri Teymur Bünyadov və Əliyar Səfərli, eləcə də tarix elmləri doktoru, professor Yusif Yusifovun redaktəsi ilə dərc edilən “Azərbaycan tarixi” kitabında məsələ ilə bağlı fərqli mövqe sərgilənmişdir:
“Xl əsrin əvvəllərində oğuzların bir hissəsi Səlcuğun varislərinin başçılığı ilə Xorasan tərəfdən Yaxın Şərq ölkəlrinə, digər hissəsi Xəzərin şimalndan keçməklə Şərqi Avropaya və Balkan yarımadasına yayıldı. Azərbaycana gəlmiş Səlcuqlular yerli türklərlə eyni dil yaxınlığına malik idilər. Tarixi həqiqətdir ki, Azəbaycanın ən qədim və ilk sakinləri türk tayfaları idi. Geniş ərazidə yaşayan türklər vaxtaşırı yerdəyişməyə məruz qalırdılar.”
Qeyd etdiyimiz kimi, Səlcuqlular özlərini Alp Ər Tonqanın (Partatua, Əfrasiyab) soyundan sayırdılar və özlərinin dediyinə görə, onlar Maday (Midiya) hökmdarı Keyxosrovun (Kiaksar, Kööskara) təqiblərindən yaxa qurtarb Xəzərin şərqinə köç edən Alp Ər Tonqanın övladlarından birinin soyundan idilər. Bu barədə məlumat verən Əbülqazi söhbətin böyük Turan hökmdarının hansı oğlundan getdiyini bildirməmişdir. Alp Ər Tonqanın oğullarından Barsğan və Barmanın adlarını və onların öz adları ilə adlandırdıqları şəhərlər saldırdğını Mahmud Kaşğarlı sayəsində öyrənmiş oluruq. Bu barədə o bunları yazmışdır:
“Barsğan. Əfrasiyabın oğlunun adıdır. Barsğan şəhərini də o qurmuşdur. Bu şəhər Mahmudun atasının şəhəridir...
Dostları ilə paylaş: |