Maraqlıdır ki, bəzi ərəb müəllifləri Arandan (Arrandan) danışarkən onu iki hissəyə bölmüşlər. Məsələn, İbn Hövqəl (X əsr) “hər iki Arran” ifadəsini işlədərək, Kabk (Kazbek, Qafqaz) hakimlərinin Azərbaycan hökmdarına vergi verdiklrini qeyd edir, Azərbaycan hökmdarını isə “Azərbaycan, Ərməniyyə və hər iki Arranın şahı” adlandırır. Bu isə o deməkdir ki, həm Aran, o cümlədən bugünkü Gürcüstanın böyük bir hissəsi və tarixi Ərməniyyə (Van gölü və ətrafı) Azərbaycanın əyalətlərindən və tərkib hissəsindən başqa bir şey olmamış, Quzey Qafqaz xalqları da Azərbaycandan asılı olmuşlar. Yəni “Azərbaycan dedikdə, Arazdan güneydəki torpaqlarımzla yanaşı, Qafqazın bütünü – həm güneyi, həm də quzeyi başa düşülməlidir.
A. S. Sumbatzadə mövzu ilə bağlı yazır:
“Bizə elə gəlir və bu da tarixi gerçəkliyə uyğundur ki, bu “Arran”lardan birincisi dedikdə, Derbənddən Tiflisə qədər Xəzər sahili və Kürün sol sahili boyunca uzanan və tarixi Albaniya ərazisi ilə, demək olar ki, üst –üstə düşən geniş düzənlik parçası nəzərdə tutulur, İkinci “Arran” isə, Muğanı da əhatə etməklə, sağ sahil Albaniyasına uyğun gəlir. Bununla yanaşı qeyd etmək lazımdır ki, N. M. Vəlixanovanın yazdığı kimi, ərəb müəllifləri... Arran – Albaniya ərazisini də “Azərbaycan” adlandırmışlar. Faktlara müraciət edək. Əl – Kufiyə görə, “Əl –Adiyyə (ibn Adiyy əl – Kindi) ... Azərbaycan ölkəsinə yola düşdü və Beyləqanda düşərgə saldı... Əl – Həris ibn Əmr Azərbaycana yola düşdü və Bərdədə dayandı” Əl – Cərrah ibn Abdullah əl – Həkəmin Şəkidə olmasını xatırladan Əl – Kufi yazır: “O (xəlifə Hişam – A. S.), Əl – Cərrah ibn Abdullah əl – Həkimə Azərbaycanda qalmağı əmr etdi. Ət – Təbəri və İbn əl – Əsirin yazdıqlarına görə, 91 – ci (709 – 710) ildə Məsləmə ibn Əbdülmalik türklərə qarşı yeni yürüş təşkil etdi “və Azərbaycan diyarındakı Əl – Baba (Dərbəndə) çatdı və bir çox şəhər və qalaları fəth etdi.”
Bizcə, ərəb müəlliflərinin əsərlərində Aranın şərti olaraq iki hissəyə bölünməsinin və ya bəzi hallarda hətta iki Arandan, yəni mərkəzləri Bərdə və Tiflis olan “Aranlardan” söhbət açılmasının əsas səbəbi din fərqi olmuşdur. Bu Aranlardan birincisində, hələ də qıpçaqca danışılan Bərdə istisna edilməklə, bütünlüklə oğuz (Azərbaycan) türkcəsində danışılırdı və əhali də artıq bütünlüklə müsəlmanlaşmışdı. İkincisində isə qıpçaq (Aran) türkcəsi hələ də üstünlük təşkil edirdi və qıpçaqların müəyyən bir qismi xristianlaşmışdı, əksəriyyət təşkil edən digər hissəsi isə hələ də əski dinlərində (Tenqriçilik) qalırdılar. Təsadüfi deyil ki, əsərində qıpçaqları kuman adlandıran Xll əsr müəllifi Suriyalı Mixail onların nə Musanı, nə İsanı, nə də Məhəmmədi tanımadıqlarını yazmışdır. Əlbəttə, həmin dövrdə xristian qıpçaqlar da var idi. Bunlar, qıpçaq – qarqarlar idilər və Bərdə ətrafında yaşayırdılar.
Yuxarıda İbn Hövqəldən misal çəkdiyimiz məlumat sübut edir ki, artıq lX – X əsrlərdən etibarən, bəlkə də ondan çox – çox öncə həm Ərməniyyə, həm Aran, o cümldən bugünkü Gürcüstan və Abxaziya, həm də Albaniya tarixin arxivinə qarışaraq bir dəfəlik Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrilmişdilər. Çox güman ki, bu prosesin əsası artıq Sasani şahı l Qubadın dövründə qoyulmuşdur. Bu barədə Qiyasəddin Qeybullayev haqlı olaraq yazmşdır:
“Xatırladaq ki, l Qubad şahın dövründə Sasani imperiyası 4 vilayətə bölünmüşdü və Ərməniyyə Aturpatakan, İberiya və Albaniya ilə birlikdə paytaxtı Aturpatakandakı Gəncə şəhəri olan şimal bölgəsinə daxil idi.”
Mənbələrdə “Sünik”, “Sisakan” və ya “Sünestan” adlandırılan Qərbi Azərbaycan (bugünkü Ermənistan) ərazisinə gəlincə, Vl əsr Suriya müəllifi Zaxari Ritor bu əyaləti Aran, Qurzan və Ərməniyyə ilə yanaşı, ayrıca bir vilayət kimi yad edir. Eyni zamanda süniklilərin də Yafəsin soyundan olduqları, Aran vilayətinin ilk hökmdarı Aranın da sünikli (sisakanlı) olduğu bildirirlir. Fəridə Məmmədova haqlı olaraq yazır:
“”Vlll əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət imiş. Etnik, mədəni və siyasi baxımdan Ermənistandan çox Albaniya və Atropatenaya bağlı olmuşdur,.. gah Albaniyadan, gah da Atropatenadan asılı vəziyyətə düşmüş, arabir müstəqil olmuşdur”.
Vl əsdə Ərməniyyənin Bizans və Sasani imperatorluğu arasında bölüşdürülməsindən sonra farsların Süniki Ərməniyyə ilə eyni inzibati əraziyə daxil etmək cəhdinin Sünik əhalisi tərəfindən etiraz və üsyanla qarşılandığı məlumdur. Maraqlıdır ki, oranın xristian əhalisi Sasani şahı Ənuşirəvana müraciət edərək, Sünik torpaqlarının arxivlərinin Paytakarana (Aranın paytaxtına-Bərdəyə) köçürülməsini, onların üzərindən təhqiredici “erməni” adını götürməyi ərazilərini də Aturpatakana (Azərbaycana) daxil etməsini xahiş etmişdilər. Onların bu tələbi yerinə yetirilmişdi. Bu məlumatdan göründüyü kimi, həmin dövrdə Aranın paytaxtı artıq Bərdə şəhəri idi və o, Azərbaycanın şəhərlrindən biri, Aran da Azərbaycanın bir vilayəti hesab edilirdi.
Ziya Bünyadov Aranın qərb sərhədlərindən söz açarkən, haqlı olaraq, Sünikin (Sisakanın) bu vilayətin tərkib hissəsi olduğunu göstərmiş və onu Ərməniyyədən Araz çaynın ayırdığını bildirmişdir.
Aturpatakandakı, yəni Azərbaycandakı Bərdə şəhərindən idarə edilən bu vilayətin Aturpatakana, yəni Azərbaycana aid olduğunu Dərbənd qalası üzərindəki Sasani yazıları sübut etməkdədir. Ərəblər ölkəmizi ələ keçirdikdən sonra Aturpatakan “Azərbaycan” kimi tələffüz edilməyə başlanmışdır.
Şübhəsiz ki, aralarında əsrlərcə vaxt fasiləsi olan antik müəlliflərin söylədikləri ilə ərəb və müsəlman müəlliflərinin söylədiklərini tutuşduraraq irəli sürdüyümüz mülahizələr bəzilərinə bir o qədər də inandırıcı görünməyə bilər. Lakin bu metod tamamilə özünü doğruldur. Çünki ərəb elmi bütünlüklə qədim yunan elmi üzərində ucalmışdı. Tarixi mənbələrdən məlumdur ki, ərəblər qədim yunan alimlərinin əsərlərinə böyük önəm verir və onları sevə - sevə öz dillərinə tərcümə edirdilər. Evklid, Ptolomey, Hippokrat, Aristotel, Platon, Teofrast,, Porfiri, Halen, Arximed və s. alimlərin əsərləri də bu sırada idi. Bu baxımdan coğrafiyaşünas alimlərin əsərləri də istisna deyildir. Məsələn, İbn Xordadbehin ərəb - islam coğrafiya elminin klassikası hesab edilən “Kitab sürət əl - ərz” (Dünyanı əks etdirən kitab) adlı əsəri bütünlüklə Klavdi Ptolomeyin “Coğrafi rəhbər” əsərinin yenidən işlənmiş variantı, daha doğrusu, şərhidir.
Yenidən Strabona qayıdaq. O, daha sonra deyir:
“Parfiyanın sərhəddini Fərat çayı və çayn o biri tərəfindəki (şərq) əyalətlər təşkil edir. Çayın bu tərəfindəki torpaqlar isə Babilə qədər romalılara və ərəb qəbilə başçılarına məxsusdur.”
Qısa şərh:
Strabon Parfiya imperatorluğunun qərb sərhəddi barədə məlumat verərək, Fərat çayının bu dövlətlə Roma imperatorluğu arasında sərhəd olduğunu bildirsə də, bu böyük türk (sak) imperatorluğunun şərq sərhədlərindən söhbət açmır. Sözügedən dövlətin şərq sərhəddi isə bugünkü Əfqanıstan, Türkmənistan və qismən Özbəkistanı da içinə almaqla, bugünkü Əfqanstan - Pakistan sərhəddinə qədər uzanırdı. Oradan şərqə doğru isə şərq saklarının, sonrakı dövrdə isə ağ hunların (kuşan türklərinin) imperatorluğu başlayırdı və həmin imperatorluq bugünkü Pakistanı, Hindistanın şimalını, Özbəkistan və Tacikistanın bir hissəsini və Şərqi Türküstanı (Çinin Sincan – Uyğur Muxtar Vilayətini) əhatə edirdi.
Pompey Troq eramızın 7-ci ilində yazmşdır:
“Aşşur və midiyalıların (madayların) hakimiyyəti dövründə bütün şərq xalqları içərisində ən az tanınmış xalq parfiyalılar idilər. Eəlcə də Şərq üzərində hökmranlıq midiyalılardan farslara keçdikdə bu xalq adı bilinməyən bir xalq kütlə-si kimi qaliblərin şikarına çevrildi. Daha sonra Şərq makedoniyalıların əlinə keçdikdə onlar makedoniyalılara tabe oldular. Odur ki, onların öz qəhrəmanlığı ilə bir vaxt qulları olduqları Şərq xalqlarını necə fəth edib onların hakiminə çevrildiklərinə təəccüb etməmək mümkün deyildir. Onlar üç dəfə başlarında böyük Roma sərkərdələrinin durduğu Roma qoşunlarının təcavüzünə məruz qaldılar. O zaman Roma özünün ən qüdrətli çağlarını yaşayırdı və yalnız bir xalq (parfiyalılar) onlara müqavimət göstərməyi və onlara qalib gəlməyi bacardı. Fəqət onlara yadelli düşmənlər üzərində qələbələrdən daha çox minlərlə şəhərlərə sahib olan və vaxtilə şöhrət sahibi olmuş Aşşur, Midiya və Fars şahlıqlarından, eləcə Baktriyadan daha çox fərqlənə bilməsi şöhrət gətirmişdir. Üstəlik də onlar iskitlrin amansz hücumlarına məruz qalır, digər qonşuları ilə müharibələr aparırdılar. Bir sözlə, hər tərəfdən təhlükə ilə üz – üzə idilər.
O şəxsləri ki, daxili çəkişməlr nəticəsində İskitlər ölkəsindən (Kür və Araz ovalığındakı Sakasenadan) qovmuşdular (bardıqlar – partılar, yəni parfiyalılar) Qirkaniya (Xəzər dənizi) ilə daqlar (sak tayfalarından biri), apratanlar və marqianlar arasında, çöllük bir yerdə məskunlaşdılar. Sonra onlar öncə heç bir müqavimətə rast gəlmədən, daha sonra isə qonşuların müqavimətini qıra – qıra, öz torpaqlarını təkcə geniş çöllüklər hesabına deyil, qayalıq və dağətəyi ərazilər hesabına genişləndirdilər. Bu səbəbdəndir ki, parfiyalıların torpaqlarının bir hissəsində dözülməz istilər, başqa bir yerində isə sərt soyuqlar hakimdir: dağda əhali qardan, düzənlikdə isə nəfəs kəsən istilərdən əziyyət çəkirlər. Makedoniyalıların hakimiyyətindən azad olduqdan sonra Parfiyanı carlar (xaqan-lar) idarə edir. Çarlara ən yaxın olan silk probullardır (? Kitabın bu yeri pozuq olduğundan kəlmə əslində oxunmur, odur ki, “probullar” sözü şərtidir). Müharibələr dövründə sərkərdələr, dinc vaxtlarda isə hakimlər (xanlar) bu silkin nümayəndələri olur.
Parfiyalıların dili İskit dili ilə midiyalıların dilinin ortasında olan bir dildir və ikisinin qarışığından yaranıb. Bir vaxtlar onlar özlərinəməxsus geyim geyərdilər. Varlandıqdan sonra isə midiyalıların şəffaf və qırışlarsız paltarlarına keçdilər. Silahları isə əcdadları iskitlərin silahları kimidir.”
Qısa şərh:
Pompey Troq parfiyalıların dilini iskitlərin (işquzların) və midiyalılarn dilinin ortasında olan bir dil olduğunu söyləməklə, onların dilinin türk dilinin bir şivəsi olduğunu təsdiq edir. Bu dilin nə olduğunu isə biz yuxarıda nümunə kimi göstərdiyimiz Artaşesin sərhəd daşı üzərindəki yazıdan kimi gətirdiyimiz sitatdan artıq bilirik.
Müəllifin söylədiklərindən bizim üçün ən çox marağa səbəb olan məsələlərdən birisi onun “Şərq” və “Şərq ölkələri” ifadələrindən istifadə etməsi və onlara aydınlıq gətirməsidir. Onun dediklərindən belə aydın olur ki, o dövrdə “Şərq” və “Şərq ölkələri” dedikdə Atropatena, Albaniya, Böyük Midiya, Persiya, Parfiya və Baktriya nəzərdə tutulurmuş. İndiki dillə desək, bugünkü İran, Azərbaycan, Əfqanıstan, Türkmənistan və Özbəkistan əraziləri nəzərdə tutulur. Bunu bildikdən sonra Azərbaycanın xristian – alban mənşəli tarixçisi Musa Kağankatlının nədən Albaniyanı “Şərq ölkəsi” adlandırdığı daha yaxşı anlaşılır. Eyni zamanda, böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin türklərin ulu babası Yafəsin (Olcayın) hakim olduğu ərazidən söhbət edərkən Türküstanla yanaşı, “Şərq ölkəlləri”nin adını çəkməsinin nə anlama gəldiyi məlum olur. Maraqlıdır ki, bu günün özündə də Azərbaycan türkləri, xüsusən də yaşlı nəsil arasında “biz şərqliyik”, “biz şərq millətiyik” kimi tanmlamalar çox yayğındır.
Sözügedən geniş ərazi (Şərq ölkələri) üzərində hakimiyyət uğrunda daim bu ərazidə yaşayan türklərlə, xüsusən də Azərbaycan türkləri ilə farslar arasında mübarizə getmişdir. Firdovsidən sonra farslar içərisində yayğın olan və hazrda İranda tarix dərsliklərində təbliğ edilən fikrə görə, bu ərazilər guya “Böyük İran” ərazisidir. Bu mövzu üzərində xüsusi durmağımızın və Parfiya dövlətinə bu qədər geniş yer ayırmağımızın səbəbi aşağıdakılardır:
1) Sözügedən geniş ərazi vaxtilə mərkəzi indiki Azərbaycan (Cənubi Azərbaycan) ərazisində olmuş Manna və Midiya dövlətlrinin tərkibində olmuşdur;
2) Atropatena və Albaniya dövlətləri bu geosiyasi məkanla sıx bağlı olmuş, sonrakı əsrlərdə vücuda gələn və həmin ərazini içinə alan türk mənşəli Parfiya, Səlcuqlular və Elxanlılar imperatorluqları dövründə Azərbaycan yenə mərkəzi əyalətə, yəni imperatorluğun mərkəzinə və başına çevrilmişdir;
3) İldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar iqtidarları dövründə Azərbaycan imperatorluğu sözügedən ərazinin böyük bir qismini, bəzən isə tamamını əhatə etmişdir.
Pompey Troq davam edir:
“Parfiyalılara gəlincə, önlar öncələr Roma ilə dostluğa can atırdılar, amma buna baxmayaraq, onlara qarşı müharibəyə başlayan Krassdan müdafiə olunmağa məcbur olmuşdular. Eyni hal onların özlərinin müharibəyə başlayıb Pakoru Asiyaya qarşı göndərərkən də təkrarlanmışdır. Fəqət Ərməniyyə hökmdarının məsləhəti ilə hərəkət edən və sonda da onun xəyanəti ilə üzləşən (romalı) Antoni müharibədə uğursuzluğa uğradı. Pakorun varisi Fraat (Fərhad) Sezar Avqustla dostluğa o qədər çox can atırdı ki, hətta parfiyaların Roma üzərində qələbəsinin rəmzi olan qənimətləri ona göndərmişdi. Danışıqlar aparmaq üçün Suriya perefekti Titini dəvət edən Fraat ona dörd oğlunu: Seraspadananı, Rodaspanı, Fraatı və Bononu iki arvadı və övladları ilə birlikdə girov verdi. Səbəb isə o idi ki, o, özünə qarşı sui-qəsd edilə biləcəyindən qorxurdu. Parfiya xaqanı yaxşı başa düşürdü ki, Arsaklar sülaləsindən kimsənin yardımı olmadan heç kəs ona qarşı mübarizədə uğur qazana bilməz. Çünki parfiyalılar bu sülaləyə istisnasız bağlı və sədaqətlidirlər. Elə bu səbəbdən də o öz oğullarını sürgün etdirdi ki, özünə qarşı pis fikirlərdə olanların bütün ümidlərini puça çıxarsın. Onun övladlarından sağ qalanlar bu gün də Romada şahlara layiq hörmət görərək dövlət hesabına yaşamaqdadırlar. Digər Parfiya xaqanları da Romaya elçilər göndərər və danışıqlar aparadılar.”
Qısa şərh:
Bu sözlərdən göründüyü kimi, Arsaq sülaləsi parfiyallar, yəni saklar içərisində son dərəcə böyük nüfuz sahibi olmuşlar. Bu üzdən də Parfiya xaqanı Fərhad öz oğullarını Romaya girov kimi göndərmişdi ki, ölkəsində özündən başqa bu sülalənin başqa bir üzvü qalmasın və heç kəs də ona qarşı üsyan qaldırmağa cəsarət etməsin.
Məlumat üçün bildirək ki, bu sülalənin nümayəndələri, fars – Sasanilər tərəfindən devrildikdən sonra da Ərməniyyədə (ərəb işğalına qədər) və Albaniyada (Mehranilərə qədər) uzun müddət hakim olmuşlar.
İosif Flaviy məsələni başqa cür şərh edir və yazır:
“...Təqribən eyni dövrdə Parfiya xaqanı Fraat (Fərhad) oğlu Fraatakın əli ilə qətlə yetirildi. Bunun səbəbi isə bu idi: Baxmayaraq ki, Fraatın qanuni övladları var idi, o özünə Yuli Sezarın bir çox hədiyyələrlə birlikdə göndərdiyi Formusa adlı italik (italiyan) mənşəli bir kənizi arvad etmişdi. Əvvəllər o, kənizlə qeyri – qanuni yaşayırdı, lakin zamanla onun gözəlliyindən vəcdə gələrək onunla evləndi və onu özünə qanuni arvad etdi. Qadın ona Fraatakı doğdu. Qadın tez bir zamanda xaqan üzərində güclü təsir qüvvəsi əldə etdi və öz oğlunu vəliəhd edə bilmək üçün əlindən gələni əsirgəmədi. Lakin o, başa düşürdü ki, Fraatın qanuni övladlarından qurtulmayınca buna nail ola bilməyəcək. Bu səbəbdən də o, ərini öz qanuni övladlarını girov kimi Romaya göndərməyə dilə tutdu. Hər şey belə də oldu. (Fraat Formusaya heç bir şeydə etiraz etmək gücündə deyildi). Fraatak beləcə tək qalaraq, gələcək hakimiyyət üçün hazrlandırıldı. Bununla belə, Fraatakın taxta oturmaq üçün atasının ölümünü gözlməyə səbri çatmırdı və o, atasını, gəzən şayiəlrə görə, cinsi əlaqədə olduğu anasının köməyi ilə öldürmək qərarına gəldi.
Bütün bunlar, yəni ata qətli və ana ilə gizli evlilik ona qarşı təəbələri içərisində nifrət yaratdı və bu səbəbdən də o, həddi – büluğa çatmadan qiyam nəticəsində öldürüldü. Bundan sonra bir araya gələrək məsləhətləşən Parfiya zadəganları (xan və bəyləri) onların xaqansız yaşamasının qeyri – mümkün olduğu qərarına gəldilər. Xaqan isə törələrə görə Arsaqlar soyundan olmalı idi...”
Qısa şərh:
Çox güman ki, Xaqan Fraatın (Fərhadın) öldürülməsində farsların əli olmuşdur. Çünki əgər onun yad qızdan, kənizdən olan oğlunun öz doğma anası ilə cinsi əlaqədə olduğu barədə xəbər doğrudursa, bu o demkdir ki, Formusa da Fraatak da gizli olaraq, farsların dinini, yəni zərdüştüliyi qəbul etmişdilər, çünki zərdüştilik ana ilə oğulun, ata ilə qızının, bacı ilə qardaşın evliliyini savab elan etməkdə və bunu təşviq etməkdə idi. Əgər Formusa və Fraatak gizli zərdüştü idilərsə, deməli, farslarla sıx əlaqədə idilər. Farslar isə həmişə türklərə nifrət etmişlər və öz hakimiyyətlərini qurmağa çalışmışlar.
İosif Flaviyin verdiyi məlumatda diqqəti cəlb edən daha bir önəmli xüsus isə parfiyalıların əski türk törələrinə uyğun olaraq toy qurub (qurultay çağırıb), özlərinə xaqan seçmələridir. Fəqət deyilənlərdən belə aydın olur ki, xaqan yalnız Arsaqlar sülaləsindən olmalı idi. Bu fikir Pompey Troqun dedikləri ilə, yəni parfiyalıların Arsaqlar sülaləsinə bağlı və sədaqətli olduqları barədə söylədikləri ilə üst – üstə düşür.
İosif Flaviy daha sonra bildirir:
“...Sonra parfiyalılar Romaya özlərinə oradakı girovlardan (Fraatın qanuni oğullarından) xaqan tələbi ilə elçi göndərdilər. Digər qardaşlardan fərqli olaraq üstünlük Bonona verildi. O isə dünyanın iki ən böyük dövləti tərəfindən ona xaqanlıq təklif edildiyi üçün taleyin üzünə güldüyünü düşündü. Amma barbarlar (romalı olmayanlar) sabit adam deyillər və tez bir zamanda öz seçimlərindən, yəni başlarında yadelli bir qulun, - girovluluğu onlar qul olmaq hesab edirdilər, - durmasından... peşiman oldular və bunu şərəfsizlik hesab etdilr. Buna görə onlar təcili surətdə Arsaklar sülaləsindən olan Midiya (Maday) hakimi Artabanı (Ərdəbanı) xaqanlığa dəvət etdilər.
Artaban dəvəti qəbul edərək qoşunu ilə birlikdə gəldi. Lakin Bonon ona qarşı çıxdı və nəzərə alsaq ki, parfiyalılar ilk dövrlərdə hələ ona sadiq idilər, o, qələbə çaldı. Artaban Midiyaya qaçmağa məcbur oldu. Bir müddət sonra Artaban qoşun toplayıb Bonona qarşı vuruşdu və qalib gəldi. Bonon az sayda tərəfdarı ilə Selevkiyaya qaçdı. Daha sonra döyüşdən sonra özünə gələ bilməyən Parfiya ordusunun qalıqlarını qırıb çatan Artaban öz böyük qoşununun başında Ktesifona (Mədainə) üz tutdu və nəhayət, Parfiya taxtına oturdu. Bonon isə Ərməniyyəyə qaçdı. Burada o hakimiyyəti geri qaytarmaq üçün işlər görməyə başladı və romalılara elçilr göndərdi. Amma Tiberiy həm qorxaqlığı üzündən, həm də (Romaya elçilər göndərərək müharibə edə biləcəyini söyləyən) Artabanın hədələri üzündən ona mənfi cavab verdi.
Belə olan halda, taxt – tacın qaytarılmasının imkansız olduğunu, üstəlik də Nifata yaxınlığında yaşayan Ərməniyyə xanlarının Artabana sədaqət ifadə etdiklərini görən Bonon Suriya pretoru (canişini) Silana sığındı, sonuncu isə onu qəbul etdi. Artabana gəlincə o, Ərməniyyəni oğlu Oroda verdi...
Atropatena və Parfiya dövlətlərinin tarix səhnəsinə çıxması ilə təqribən eyni dövrdə Azərbaycanın Kürdən şimaldakı torpaqlarında da böyük dəyişiklik baş verdi. Orada massagetlərin əvəzinə başqa bir türk boyu – albanlar hakimiyyətə gəldilər və bundan sonra həmin ərazilər “Albaniya”, yəni albanlar ölkəsi adlandırılmağa başladı. Lakin bu, İskəndərdən sonra olmuşdur. Çünki həmin dövrdə sözügedən ərazidə massaget boyundan bir qadın hökmdar hakimiyyətdə idi. Antik mənbələr onu amazonkaların hökmdarı adlandırır. Eyni mənbələrdən belə məlum olur ki, Makedoniyalı İskəndər onun xahişi ilə dağ başında yerləşən Darbani (Dərbənd) qalasından dənizə qədər uzanan böyük daş səddin çatmayan hisssinidür. Yəni bu faktlar antik müəlliflərin əsərlərində təsbit edilmişdir və heç də, bəzilərinin iddia etdiyi kimi, orta əsr müəlliflərinin fantaziyası deyil. Məsələn, İskəndərin Dərbənd səddini çəkdirərək, dəmir qapı qoydurması barədə l əsrdə yaşamış İosif Flaviy özünün “Yəhuda müharibəsi haqqında” adlı əsərində məlumat verməkdədir.
ALBANİYA DÖVLƏTİ
Bu dövlətin adı barədə tarixi mənbələrdə müxtəlif maraqlı fikirlər mövcuddur. Tarixi rəvayətə görə, e.ə ll əsrdə (bəzi mənbələrə görə l əsrdə) həmin dövlətin ərazisində Ərən (Aran) adlı bir hökmdar taxt – taca yiyələnmiş və onun soyundan olanlar (Aranşahlar) bu ölkəni uzun müddət idarə etmişlər. Ölkənin gürcü, fars və ərəb mənbələrində “Aran” adlanmasının səbəbi də həmin Ərənin (Aranın) adı ilə bağlı idi. Ölkənin erməni mənbələrində “Ağvan” (Ağuan) kimi adlandrılmasına gəlincə, həm erməni müəllifi Moisey Xorenatsi, həm də alban tarixçisi Musa Kağankatlının yazdıqlarına görə, bu sözün kökündə “ağu” sözü durur ki, bu da Albaniya əhalisinin dilində “xoşxasiyyət, mehriban, comərd” deməkdir. Hökmdar Ərənin məhz belə adam olması səbəbindən ona “Ağu”, ölkəsinə isə “Ağuan - Ağvan” demişlər. Tarix elmləri doktoru, qədim dillər üzrə böyük mütəxəssis Yusif Yusifov haqlı olaraq yazır ki, “ağu” kəlməsi yuxarıda qeyd edilən anlamlarda yalnız türk dillərində qeydə alınmışdır. Həmin kəlmə, “aği” (aqi, axi, aki) formasında və eyni mənada V.V. Radlovun “Qədim türk lüğəti”ndə də qeydə alınmışdır.
“Albaniya” adına gəlincə isə, bu formaya antik mənbələrdə rast gəlinir və bu toponim ölkənin əsas etnosunun – türk mənşəli alban xalqının adından qaynaqlanır.
Tarixi mənbələrdən belə məlum olur ki, Aranşahlar sülaləsindən sonra bu ölkə başqa bir türk mənşəli sülalə - Parfiya Arsaklarının bir qolu olan Albaniya Arsakları tərəfindən idarə edilmişdir. V əsrdə Albaniya hökmdarı olan və xristianlığı öz ölkəsində dövlət dini səviyyəsinə qaldıran Cəsur Vaçaqanın da Arsaklar sülaləsindən olduğu məlumdur. O da dəqiq məlumdur ki, Albaniya – Aran dövləti eyni ərazidə özündən əvvəl mövcud olmuş Maskut (Massaget) xanlığının yerində peyda olmuşdu. Antik mənbələr keçmişdə albanlara massaget (maskut) deyildiyini söyləməkdədir. Maraqlıdır ki, Arsaklar sülaləsindən olan Sanatürk (Sanesan) xan mənbələrdə bəzən massagetlərin, bəzənsə Albaniyanın (Aranın) hökmdarı adlandırılır. Eyni zamanda ondan “çoxsaylı hun (türk) ordusunun başçısı” kimi də söz açılmaqdadır. Sanatürkün 337 – ci ildə Araz çayının qərb sahilinə keçərək Ərməniyyə (Armeniya) torpaqlarına girdiyi və Ərməniyyənin baş şəhəri Valarşapatı tutduğu, bir il əlində saxladığı məlumdur. Mövzu ilə bağlı Yusif Yusifov yazır:
“ Sanatürk / Sanesan Armeniyanın paytaxt şəhəri Valarşapatı tutdu və bir il Armeniyanı əlində saxladı. Qaynaqların biri Sanesanı “saysız – hesabsız hunların” hökmdarı adlandırır. Sanatürk / Sanesan eyni zamanda Armeniyanın bu hissəsində yaşayan türk etnoslarını xristian təbliğatçılarının təcavüzündən qoruyurmuş. Lakin 338 – ci ildə yunan (rum – B.T) və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan (Mamikonlar türk mənşəli idilər – Y.Y.) Sanatürkün dəstələrini məğlub etdi, qalanını isə Paytakarana sıxışdırdı. ll Şapur Albaniya taxtında Sasanilərə sadiq hökmdar görmək istəyirdi. Onun zənnincə, belə hökmdar Urnayr olmalı idi. Urnayrı ll Şapurla qohumluq əlaqələri bağlayırdı”.
Urnayr ll Şapurun bacısıyla evlənərək, onunla qohumluq əlaqələrinə malik olsa da, o da Sanatürk kimi türk – Arsak sülaləsindən idi. Ərməniyyədə də eyni sülalə hakimiyyətdə idi. Beləliklə, fars - Sasani şahının yardımı ilə Urnayr 359 – cu ildə Albaniya xanı oldu, 371 – ci ilə qədər hakimiyyətdə qaldı.
359 – cu ildə ll Şapur Ərmniyyəni himayə edən və ondan Sasanilərə qarşı sipər kimi istifadə edən Romaya qarşı hücuma keçdi. Amid (Diyarbəkr) yaxınlığında böyük bir döyüş oldu. Həmin döyüşdə albanlar Urnayrın başçılığı altında farsların yanında döyüşürdülər. Müharibə Sasanilərin Ağrıdağ və ətrafını tutması ilə sonuclandı. Azərbaycanın (Adərbayqanın) Naxçıvan vilayəti Sasani ordusunun ordugahı rolunda çıxış edirdi. Döyüşdə əsir düşən erməni sərkərdəsi Vasaq edam edildi. Ərməniyyənin xanı ll Arsak zindana salındı.
Tarixi mənbələrdən belə məlum olur ki, Urnayr 371 – ci il müharibəsində də romalılara qarşı farslarn müttəfiqi kimi çıxış etmişdi. Fəqət bu dəfə müharibə romalıların qələbəsi ilə bitdi. Döyüşdə Urnayr yaralandı. Romalılar nəinki Ərməniyyəni qaytardılar, hətta Adərbayqan (Azərbaycan) və Albaniyanın bəzi bölgələrini işğal edib Ərməniyyəyə qatdılar. Ermənilər isə Muşeq Mamiqonyan (Muşeq Mamikon) adlı erməni mənşəli Roma sərkərdəsinin başçılığı ilə işğal edilmiş ərazilərdə əhaliyə divan tutdu. Qadın – uşaq demədən minlərlə insanı qırıb tökdü. Kəndləri, şəhərləri oda verdi. Lakin bu uzun sürmədi, işğal olunmuş torpaqlar tezliklə geri qaytarıldı.
Tarixi mənbələr dövrümüzədək türk – Arsak sülaləsindən olan sonrakı alban xanlarının da adını çatdırmışdır. Bunlardan biri də Arsvaqen (430 - 440) idi. Onun dövründə alban əyanlarının önəmli hissəsi xristian idilər. Mənbələrin yazdığına görə, onun hakimiyyəti dövründə Ərməniyyə və Albaniyaya (Arana) gələn suriyalı xristian maarifçisi Mesrop Maştots öncə ermənilər üçün yeni əlifba düzəltmiş, daha sonra isə Albaniyaya (Arana) keçərək əski alban yazısını yenisiylə əvəz etmişdir.
Arsvaqendən sonra onun oğlu, fars - Sasani şahı ll Yəzdəgirdin bacısı oğlu ll Vace (440 - 463) Albaniya xanı oldu. O, Yəzdəgirdin təkidi ilə Albaniyada atəşpərəstliyi yaymağa çalışsa da, xalqın buna qarşı çıxması ilə istəyinə nail ola bilməmişdi. Sasani imperatorluğunda daxili çəkişmələrdən istifadə edən ll Vaçe sonradan siyasətini dəyişərək, xristianlara arxalanmağa, farslara qarşı çıxış etməyə başladı. Fəqət farsların yeni şahı Firuz alban tayfalarından onuyğurları (onoqurları) öz tərəfinə çəkərək, onu hakimiyyətdən əl çəkməyə məcbur edə bildi.
Bundan sonra 30 illiyə müstəqilliyini tam itirən Albaniya (Aran) həmin dövrdə fars canişinləri tərəfindən idarə edildi. 30 il sonra isə ll Vaçenin qardaşı, ölkədə farsların dinini, yəni zərdüştiliyi (atəşpərəstliyi) yaymağa boyun olan Qarabağ bəyi lll Cəsur Vaçaqan (493 - 510) qohumu, fars şahı Balaşın köməyi və dəstəyi ilə Albaniyanın (Aranın) xanı oldu. Fəqət o, zərdüştiliyi yaymaq sözünə sadiq qalmayaraq, xristianlığı ölkənin dövlət dininə çevirdi. Onun dövründə bütün digər dinlərin nümayəndələri təqib edilməyə başlandı. Kitabları yandırıldı. Vaçaqan 498 – ci ildə Aquen məclisini çağıraraq, xristian dini qanunlarını rəsmiləşdirdi. Ölkənin hər yerində məktəb açaraq, albanların yeni əlifbası ilə alban dilində yazılmış dini kitabları öyrətməyə başladı.
lll Vaçaqan tarixə Albaniyanın türk – Arsak sülaləsindən olan sonuncu xanı və ümumiyyətlə son alban xanı kimi düşmüşdür. Arsaklardan sonra xristian albanların başına keçən fars (tat) mənşəli Mehranilər sülaləsi xristianlığı qəbul edərək, Girdiman ərazisində bəylik şəklində siyasi fəaliyyət göstərməkdə idilər. Ən tanınmış nümayəndələri Cavanşir olmuşdur. Azərbaycanın ərazisi İslam xilafətinin tərkibinə keçdikdən sonra həm Ərməniyyə (Van gölü və ətrafı), həm də Aran, yəni Albaniya birdəfəlik Azərbaycana birləşdirildi. Bununla belə, albanlar bir müddət Qarabağ və Qərbi Azərbaycanda, əsasən də Zəngəzurda Azərbaycandan asılı muxtar bəyliklər şəklində siyasi yaşamlarını sürdürmüşlər. Sevad xanın və oğlu Senekərim xanın dövründə (Xl əsr) isə Zəngəzur və Qarabağda Albaniya xanlığını bərpa etməyə və bir müddət müstəqil yaşamağa cəhd də etmişdilər. XVl əsrdə, dəqiq desək, Şah Abbasın dövründə isə onlara Qarabağ ərazisində 5 məliklik (Xəmsə) qurmaq və dini ibadətlərini azad şəkildə icra etmək icazəsi verilmişdi.
Albanların sonradan islamı qəbul edən əksər hissəsi Azərbaycan xalqınn etnogenezində yaxından iştirak etmişlər. Xristian dinində qalan çox kiçik hissəsi isə XlX əsrə qədər dillərini qorumuş olsalar da, sonradan etnik şüurlarını tədricən qeyb etmiş və ruslar tərəfindən Azərbaycana, o cümlədən Qərbi Azərbaycan və Dağlıq Qarabağa kütləvi şəkildə köçürülən ermənilərin içində ərimişlər.
Xll əsrin böyük alban mütəfəkkiri Mxitar Qoşun “Alban salnaməsi” və Xlll əsrin böyük alban tarixçisi və ilahiyyatçsı Kirakos Gəncəlinin “Alban ölkəsinin qısa tarixi” əsərlərindən göründüyü kimi, albanlar müsəlman soydaşlarndan fərqli olaraq, həmdinləri olan ermənilərə və gürcülərə həmişə xoş münasibət bəsləsələr də, Xll – Xlll əsrlərdə də alban etnik kimliyini unutmamışdılar. Təsadüfi deyil ki, onların hər ikisi əsərlərini doğma alban dilində yazmışlar və onların ana dilində qələmə aldıqları əsərlrinin bəzi hissələri dövrümüzədək çatıb. Qərbi Azərbaycanın (indiki Ermənistan) Sisian rayonunun Urud kəndindən tapılan, XVl əsrə aid olan, albanlara məxsus qəbirlərin üstündəki kitabələr də bunu bütünlüklə təsdiq etməkdədir. O da danılmaz faktdır ki, alban katalikosluğu XlX əsrə qədər mövcudluğunu sürdürmüş və onun mərkəzi kimi Qarabağ ərazisi çıxış etmişdi.
XVl – XVll əsrlərə aid çoxsaylı alban əlyazmalarını yaratmış mirzələrin o dövrdə, hələ də dillərini unutmadıqları, bəzi hallarda onu “tatar dili” adlandırdqları müşhidə edilir. Bəzi əlyazmaların mətnlərinin məzmunundan onlarn özlərini “erməni” adlandırdıqları, erməni kimi düşündükləri təəssüratı yaranır. Fəqət bu halda söhbət alban müəlliflərinin orijinal əsərlərindən yox, erməni müəlliflərinin alban, yəni qıpçaq – qarqar dilinə tərcümə edilmiş əsərlərindən gedir. Alban müəlliflərinin orijinal əsərlərində bənzər haldan əsər – əlamət belə yoxdur və ola da bilməz. Bununla belə, həmin əlyazmaların (XVl – XVll əsrlər) bəzilərinə ermənilər tərəfindən çox – çox sonralar (XX – XXl əsrlərdə) “erməni” sözü daxil edilmişdir. Bu da həmin əsərlərin müəlliflərinin guya erməni olduğu təəssüratı yaratmaq üçün edilmişdir. Yəni erməni saxtakarlığı hər yerdə olduğu kimi, burada da özünü göstərmişdir.
Əldə olan məlumatlara görə, həmin dövrdə Albaniyada 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar, qazaxlar, kərkilər və s. türk soy və boyları idilər və ölkənin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (bu gün avar adı ilə tanınırlar), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər), poxlar (ubıxlar), saxurlar və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün də Dağıstan və Azərbaycanın şimal dağlıq ərazilərində yaşamaqdadırlar.
Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri olan albanların adı Yafəsin soylarından biri kimi miladdan sonrakı yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrin sonlarında baş vermiş olaylarla əlaqədar yad edilirlər.
Azərbaycan türklərinin etnogenezində iştirak etmiş albanlar əsasən, Azəbaycanın Kür çayından şimaldakı ərazilərində və Dağıstanda məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını - qarqarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları və sairə öz ərafında birləşdirərək tarixi mənbələrdə "Albaniya" adı altında yad edilən dövlət qurmuşdular.
"Kitabi - Dədə Qorqud"da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır:
""Dədəm Qorqud" kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-tarixi inkişafın yeni, "gözlənilməz" bir axarını üzə çıxarmışdır.
Drezden nüsxəsində 4 - cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: "Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar."
"Alpanlar" etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7 - ci boyda oxuyuruq: "Ağ - boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum.
Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən "alpanlar" sözünü "alplar" kimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olan "vityazi" şəklində çevrilmişdir.
Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı "alpanlar" sözünü "alplar" sözü ilə əvəz emişdir, lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda "alpanlar" yazıldığını bildirmişdir.
Kitabda "alpanlar" etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.
Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür.”
Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdüdlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, Vl əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq - aydın görünür ki, albanlar iskitlər, yəni türklər ölkəsinin son hüdudlarına qədər, yəni Çinə qədər yayılmışdılar . Təsadüfi deyil ki, bu gün qazaxların "alban" adlandırılan qolu məhz Çin ərazisindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda, eləcə də, Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar.
Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun "Seçilmiş əsərləri"nin lV cildinin 326 - cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" məcmuəsinin 1960 cı il, 4 - cü buraxılışında dərc edilmiş "Qırğızların etnik tərkibi..." adlı məqaləsində tapmaq olar.
Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16 - cı səhifəsindəki 2 - ci cədvəlidə isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır.
Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41 - ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir.
Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi idi. Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, "Kitabi - Dədə Qorqud"da oğuzlarla yanaşı qıpçaqlardan da gen - bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diqtə edir.
Fakt budur ki, məşhur qırğız-türk dastanı "Manas"da əsərin qəhrəmanı Manasın atasının adı Qarqardır. Manasın mənsub olduğu xalq isə dastanda gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərləinin toplandığı 4 cildliyin ll cildinin l hissəsinin 541- ci səhifəsində, 55 - ci qeyddə təsbit edilmişdir. Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri" adlı kitabının 46 - cı səhifəsində isə XVl əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.
Nizami Cəfərov deyir:
"Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü lX - X əsrləri əhatə edir. Həmin dövrün etnosiyasi, linqvokulturoloji proseslərini əks etdirən "Kitabi - Dədə Qorqud"da qıpçaq - oğuz münasibətləri ümumi şəkildə qeyri - müəyyən coğrafiyada deyil, Azərbaycan miqyasında təqdim olunur.
Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim olunur ki, bunun da əsas səbəbi qıpçaqların Şimali Qafqaz və ətraf regionları əhatə edən Xəzər siyasi birliyinin, dövlətinin mövcudluğu idi. Ümumiyyətlə, qıpçaqlar l minilliyin sonu, ll minilliyin əvvəllərindən mənbələrdə müxtəlif adlarla adlanmışlar: beçeneqlər, kumanlar, polovetslər, xəzərlər və sairə."
Çox təssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun "Alban salnaməsi" adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2 - si üzərində xüsusi durmağımıza ehtiyac var.
1.Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir.
2.Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə "akxazur" etnonimi əvəzinə "son dərəcə uyumsuz bir dil" ifadəsi işlədilmişdir.
Biz bu məsələnin üzərinə bir qədər sonra yenidən qayıdacağıq.
Deməli, Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir.
Bu isə o deməkdir ki, "Alban yazılı ədəbiyyatı" adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlanmışdır. Fəqət bu yazılı mətnlərin Alban ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, "erməni qıpçaqacası" adı altında daxil edilmişdir.
Bu mətnlər barədə Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə görkəmli Azərbaycan türkoloqu mərhum Fərhad Zeynalov məlumat vermişdir:
"Xalis qıpçaq abidələri azdır. Qərbi qıpçaq tayfalarının dilini əks etdirən "Kodeks - Kumanikus", Məmlük qıpçaqcasını əks etdirən ərəbcə - qıpçaqca lüğətlər və eləcə də erməni qıpçaqcasına aid abidələr bir növ istisnalıq təşkil edir...
Xalis qıpçaq xüsusiyyətləri daşıyan abidələrdən bir qismi də erməni qıpçaqcası kimi tanınan abidələrdir. Bu abidələrin əksəriyyəti Ukraynada, Kiyev Universitetinin kitabxanasında mühafizə olunurdu. Onların böyük bir qismi 1944-
cü ildə alman - faşist işqalçıları tərəfindən məhv edilib. İndi isə cəmi 28 erməni qıpçaqcası ilə yazılmış abidə qeydə alınıb."
Yeri gəlmişkən qeyd edək ki, mərhum türkoloq ana dilimizin oğuz mənşəli olması, lakin qıpçaq təsirinin də açıq - aydın şəkildə sezilməsi barədə də maraqlı fikirlər söyləmişdir:
"Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiy-yətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir. Lakin unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu gün də dilimizdə qıpçaq və qismən də karluq-uyğur qrupu dillərinin ünsürləri də qalmaqdadır."
Moisey Xorenatsi və Musa Kağankatlının sözlərindən belə çıxır ki, qarqarların daha bir adı olmuşdur - ağ xəzərlər. Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin ağ xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Əlbəttə ki, bu halda söhbət Albaniya xəzərlərindən - ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir.
Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını lll əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl Vll əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır.
Maraqlıdır ki, şərti olaraq "erməni qıpçaqcası" adlandırılan qıpçaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi - əsasən müxtəlif "İncil" nüsxələri, dua kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda qorunur.
Murad Aci yazır:
"Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?...Bu sualların cavablarını onların divarlarında tapmaq olar - orada türk tamğaları təsvir edilmişdir.
Zvartnotsda, Dvində, Cvaridə, Kotavankda, digər yerlərdə türk run yazıları var."
Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban - türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə ən gözəl sübut kimi Qarbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilaytinin Artik bölgəsinin XX əsrin 40 – cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (Xll əsrdə tikildiyi söylənilir) göstərmək olar.
Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq - qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” (İrəvan, 1987) adlı kitabının 66 - 67 - ci səhifələrində yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur.
Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastr kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283 – cü il) daha çox Məyəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.
Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (Vlll əsr) Qarqar düzənliyinin, Böyük Vardan (Xlll əsr) isə Qarqar vilayətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır.
Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır.
Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XlX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlrində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanr) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. Xlll əsr ərəb müəllifi Yaqut əl – Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (lX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (ll əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır.
Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində) olan xristian ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr erməni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban dilinə tərcümə edilmişdi. Vlll əsr erməni tarixçisi Gevond özünün “Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə yanaşı alban dilində də tədris edilirdi və alban dilində olan dini kitablar ciddi cəhdlə qorunurdular.
Ermənistanın əlyazmalar fondunda araşdrmalar aparan A. D. Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində - Albaniyadakı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər.
Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa bir şey deyildir. Bu ədə-biyyatın qələmə alındığı əlifbanın erməni əlifbası ilə eyni mənşəli olması, eləcə də ortaq din xristian albanların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə səbəb olmuşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə səhifə) Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Fransa, Ukrayna və Ermənistanda qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını tədqiqatlara cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini, Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərindən başa düşmək baxımından çox vacibdir. Biz "Kitabi-Dədə Qorqud" sayəsində Azərbaycanda oğuz-qıpçaq münasibətlərində oğuzların rolundan xəbərdarıq. İndi isə qıpçaqdilli alban ədəbiyyatını araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı çatıb. Üstəlik də bu ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi gözdən keçirməyin də vaxtı artıq çoxdan çatmışdır.
Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışmaların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505 – ci ildə bugünkü İran ərazisində yaşayan xristianlara ünvanlanmış erməni dilində olan bir məktubda deyilir:
“Biz sizə daha öncə öz aramızda razılaşaraq, erməni, gürcü və alban dillərində, həmin dillərin yazısı ilə məktub yazmışdıq. İndisə eyni şeyi təkrar edirik.”
Artıq qeyd etdiyimiz kimi, sözügedən mətnlər elm aləmində “erməni qıpçaqcası” adı altında tanınmaqdadır. Bu həqiqətdən uzaq ifadənin geniş yayılmasının əsas səbəblərindən biri Ukrayna ərazisində bir vaxt özləri kimi köçkün olan ermənilərlə iç – içə yaşayan albanların (qıpçaqların) yerli erməni məhkəməsinin xidmətlərindən istifadə etməsi və onun bütün sənədlərini ana dillərində tərtib etmələri, bir qismini isə erməni dilindən tərcümə etmələri olmuşdur. Elə bu da həmin mətnlərin tədqiqatçılarını çaşdırmışdır. Halbuki, sözügedən sənədlərin bir qisminin erməni dilindən tərcümə olduğu həmin sənədlərin üzərində qeyd edilmişdir. Elə bu fakt da mətnləri ilk dəfə ətraflı tədqiq edən görkəmli rus şərqşünası, əslən karaim türklərindən olan A. Krımskini yanıltmış və o, məsləhətçiləri qismində çıxış edən erməni köməkçilərinin təlqin və təşviqi ilə bugünkü Ukrayna ərazisində yaradılmış mühacir alban ədəbiyyatının dilini “erməni qıpçaqcası” kimi təsbit etmiş, həmin ədəbiyyatın yaradıcılarının isə guya ana dillərini unudaraq, qıpçaq türkcəsinə keçən ermənilər olduğunu söyləmişdir.
Şübhəsiz ki, onun bu fikri yanlışdır. Əgər sözügedən ədəbiyyatın yaradıcıları gerçəkdən də dillərini unutmuş ermənilər olmuşsa, bəs, çox sayda erməni mətnlərini öz “yeni” dillərinə necə tərcümə etmişlər? Bilmədiyin, unutduğun bir dildən çox sayda tərcümə etmək mümkündürmü? Və niyə guya “tərcümə” edilən əsərlərin böyük əksəriyyətinin müəllifi erməni yox, məhz albanlardır? Söhbət tanınmış hüquqşünas və ilahiyyatçı alim Mxitar Qoş, onun şagirdi Vardapet Vanağan, Vanağanın şagirdi, tanınmış tarixçi Kirakos Gəncəli, Albaniya katalikosu Nerses və s. bu kimi məşhur alban müdriklərindən gedir.
Elm aləmində “erməni qıpçaqcası” adlandırılan yazıların və ədəbiyyatın gerçəkdən də albanlara məxsus olduğunu təkzibedilməz şəkildə sübut edə bilməmiz üçün hər hansı bir alban müəllifinin həmin dildə, yəni qıpçaq türkcəsində və erməni (əslində alban) əlfbası ilə yazılmış sadəcə bircə sətirini əldə etməmiz yetərli idi. Bizim isə əlimizdə hər hansı bir alban müəllifin bircə sətri yox, çox sayda tanınmış alban müəllifinin əsərləri, eləcə də çox məşhur bir albanın, ayrıca bir “Alban salnaməsi” yazmış böyük alban maarifçisi Mxitar Qoşun “Törə bitiki” (Qanunlar toplusu) adlı kitabının bütöv bir parçası, eləcə də Kirakos Gəncəlinin “Tarix” kitabının ll fəslinin böyük bir hissəsi kimi təkzibedilməz dəlillər var.
Mxitar Qoşun “Törə bitiki”, Vanağanın, Kirakosun əsərləri, eləcə də alban dilində (qıpçaq – qarqar dilində) dövrümüzədək çatmış müxtəlif dualar, lüğətlər ən azı V əsrdən Albaniyanın (Quzey Azərbaycanın) dövlət, ədəbiyyat və təhsil dili olmuş qıpçaq - qarqar dilinin qrammatika, fonetika və leksikasını öyrənmək baxımından son dərəcə zəngin material verməkdədir.
Yeri gəlmişkən qeyd edək ki, erməni müəlliflərinin yazdığına, görə guya bu dilin və yazıların sahibləri özlərini türkcə “ermənilər” adlandrmışlar və sözügedən əsərləri yaradanlar ana dillərini unudub qıpçaq dilinə keçmiş ermənilərdir. Bunun belə olmadığını irəlidə görəcəyik.
Ermənilər, ümumiyyətlə, albanların guya artıq V – Vl əsrlərdə erməniləşdiyini söyləyirlər. K. V. Treverin və İ. A. Orbelini kimi alimlərin fikrincə isə albanların erməniləşməsi Vlll - X əsrlərdə baş vermişdir. Z. Bünyadov və F. Məmmədova isə bu iddiaları inkar etsələr də, albanlarn artıq Xll əsrdə erməni dilində yazdıqlarını söləyir və dolayısı ilə “erməniləşmə”nin başlanğıcınıı həmin dövrlə bağlayırlar.
Xll – Xlll əsrlərə aid alban müəlliflərinin, o cümlədən Mxitar Qoş və Kirakos Gəncəlinin əsərlərinin tədqiqi bu iddiaların heç birinin doğru olmadığını ortaya qoymuşdur, yəni bu iddialar digər erməni saxtakarlıqları kimi uydurmadan başqa bir şey deyil. Bizim alimlərimizin də təqribən eyni mövqedən çıxış etməsinə, sadəcə vaxt məsələsində erməni alimlərindən fəqli mövqe sərgiləməsinə gəlincə isə, bu, məlumatsızlıqdan qaynaqlanmışdır. Məhz məlumatsızlıq ucbatından Azərbaycan tarixşünaslığında albanların guya qafqazdilli olmaları barədə kökündən səhv bir fikir də möhkəmlənmişdir. Bu yanlış fikrin qızğın tərəfdarlarından biri də Fəridə xanımdır.
Həm Mxitar Qoş, həm də Kirakos Gəncəli özlərini alban adlandırıblar, Albaniyadan “bizim ölkə”, “bizim Alban ölkəsi” və ya “bizim Şərq ölkəsi” deyə söz açıblar.
Məsələn, “Törə bitiki” nin Xlll əsrdə Smbat Sparapetini tərəfindən erməni dilinə edilən tərcümə mətnindən Mxitar Qoşun belə yazdığı məlum olur:
“Biz bu işə erməni təqviminin 633 – cü ilində - bundan bir dövr (532 il) çıx, bizdə (albanlarda – B.T.) kiçik təqvim adlanan (alban təqvimi – B.T) təqvimin 101 – ci il edəcək, - rum tarixi ilə... Bizim xanlıqda (Alban xanlığında – B.T.) dərəbəyliyin hökm sürdüyü, Xaçında bəzi bəylərin – Əsən adlanan bəy və oğlu Vaxtanqın Xayterk adlanan qalada oturub başqa bəylərə hökm etdikləri, Kilikiyada böyük bəy Rubenin hakim olduğu dövrdə, müzəffər Georgi xanın öldüyü, Ərməniyyədə Qriqorinin, bizim Albaniya ölkəsində isə Stefannosun patriarx olduqları ildə...”
Kirakos Gəncəli isə Özünün “Alban ölkəsinin qısa tarixi” (“Tarix”) adlı kitabnın “Yadellilər tərəfindən sıxışdırılan alban katalikoslarının böyük bəylərə sığınmaları barədə” başlıqlı Vl fəslində belə yazmışdır:
“Cənub qəbilələrindən - İsmayloğullarından (ərəblərdən – B.T.) ən çox pislik görən və təqiblərə məruz qalan... Albaniya idi. Belə ki, bizim hökmdarlarımız qırılmış, alban katalikosları isə orada – burada daldalanmağa məcbur olmuşdular və daimi yerləri yox idi...”
Qeyd etmək lazımdır ki, əldə olan əlyazmaların böyük əksəriyyəti Qafqazdan indiki Ukrayna ərazisinə köçmüş xristian qıpçaqların (albanların) həmin ərazidə ərsəyə gətirdikləri sənədlərdir. Bu sənədlərdə həmin xalq öz ana dilini nə “erməni dili”, nə də “alban dili” adlandırır. Danışdıqları dili bəzən “xıpçax tili” (qıpçaq dili), bəzən sadəcə “bizim til”, XVl əsrdən etibarən isə bəzən həm də “tatarca” adlandırırlar və özlərini ermənilərdən ayırırlar:
“Tügəlləndi Boğos arakelninq bitiki tarkmanel bolğan ermeni tilindən xıpçax tilinə xolu bilə yazıxlı da arzanisiz Mikayel kahananınq Kosta oğlununq ...”
“Tamamlandı həvvari Pavelin məktublarının erməni dilindən qıpçaq dilinə tərcüməsi günahkar və layiq olmayan kahin Mikayıl Kosta oğlunun əli ilə...”
Başqa bir misalı gözdən keçirək:
“...Tilindən ermenininq latingə çıxarğandır, Latindən polskiygə, a polskiydən bizim tilgə ...”
“...Dilindən ermənilərin latın dilinə tərcümədir, latıncadan polyak dilinə, polyak dilindən isə bizim dilə...”
-
Qarkavets haqlı olaraq yazır:
“Tərcüməçilər öz doğma qıpçaq dilini təkcə monqol – tatar hücumlarından sonra “tatar” adlandırılmağa başlanan türk qardaşlarının dilinə çox yaxın olduğuna görə “tatarca” adlandırmırdılar, həm də, ən əsası” onu ... erməni dilindən... fərqləndirmək üçün edirdilər”.
Eyni zamanda ermənilərin də onları özlərindən ayrı bir millət saydıqlarını əldə olan sənədlər, məsələn, dövrümüzədək ulaşmış beş erməni (hay) – qıpçaq lüğətinin birinin titul vərəqəsində erməni dilində yazılmış aşağıdakı sözlər də təsdiqləyir:
“Batmutiun hayi ev xipçax lezui” (hay və qıpçaq dillərində izahlar)
Alban, yəni qarqar – qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə söylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq – xıpçax, qayıtmaq – xaytmax, qar – xar və s. Eyni zamanda söz önlərindəki cingiltili samitlərin karlaşması baş verir: daş – taş, dil – til və s. Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən ibarətdir və bizimki ilə tam eynidir. “Və” bağlayıcısı məqamənda “da” və fars dilindən alınma “u” bağlaycılarının paralel işlənmsi müşahidə edilir. Cəm şəkilçisi də Azərbaycan türkcəsindəki kimidir: -lar, -lər.
Alban dilində ismin, eynən Azərbaycan dilində olduğu kimi, 6 halı olub. Yiyəlik hal şəkilçilərinin “-inq”, “-ınq”, yönlük hal şəkilçilərinin “-gə”, “-ğa”, təsirlik hal şəkilçilərinin isə “-nqi”, “-gi”, “-nqı”, “ğı” olduğu məlumdur. Digər hal şəkilçiləri bunlardır: “-də”, “-tə”, “-da”, “-ta” (yerlik hal) və “-dən”, “-tən”, “-dan”, “-tan” (çıxışlıq).
Miqdar sayları: bir, eki, üç, dört (tört), beş (biş), altı, yeti, sekiz (saqiz), doquz, un (on).
Sıra sayları: burungi, ekinçi, üçünçü, törtünçü, bişinçi, altınçı və s.
Dövrümüzədək bu dildə yetişən mətnlərdə diqqət çəkən ən maraqlı məqamlardan biri həmin mətnlərdə bir neçə qədim yunan və qədim suryani, eləcə də orta fars mənşəli alınma sözlərə rast gəlinməsidir. Bunlar əsasən dini terminlərdir. Suryani dilindən keçən sözlərə eyniylə erməni dilində də rast gəlinir. Məsələn: arakel (həvvari), markare (peyğəmbər), axpaş (yepiskop), Errortutiun (üç üqnum), surp (müqəddəs), qoys (təmiz, bakirə), Asduacacin (Tanrı anası), Avedaran (Incil), xosdovanel (təmizlənmək, arınmaq), xosdavanitiun (tövbə) və s.
Eyni şeyi orta fars dilindən keçmiş vartabed (dini rütbə, rahib), hşerğapet (böyük mələk), friştə (mələk) və s. kimi sözlər barədə də söyləmək olar.
Alban dilində işlənən yunan mənşəli sözlərsə “katağiqos” (katalikos), “Krisdos” (İsa Məsih, yağlanmış), “Soğmos” (Solmos, Zəbur), arhiebisgobos (arxiyepiskop), paxesos və sairədir.
Ukraynada məskunlaşmış mühacir albanların XVl - XVll əslərdə yaratdıqları ədəbiyyatın dilində isə “korol” (kral), “kerabl” (gəmi), “priçina” (səbəb), “stol” (masa), “pokolena” (nəsil, soy), “materiya”, “duxovnıy” (mənəvi, ruhani), obıçay (adət, ənənə) və s. kimi slavyan mənşəli sözlərə də bol – bol rast gəlinməkdədir.
Maraqlıdır ki, indiyə qədər türk dilinin qıpçaq ləhcəsinin tədqiqinə girişən alimlər əsasən “Codex Cumanikus”a istinad etmişlər. Bu lüğətdə isə qıpçaq materialı vur – tut 82 tam olmayan səhifə həcmindədir. Qarqar - qıpçaq (alban) materialı isə onminlərlə səhifə ilə ölçülür ki, bu da həmin ləhcənin daha dərindən öyrənilməsi üçün böyük imkanlar açır. Doğrudur, bu materialın böyük əksəriyyəti indiki Ukrayna ərazisində ərsəyə gətirilmişdir və onların yalnız müəyyən bir hissəsi Azərbaycanda (Albaniyada) yazılmışdır, fəqət bunun bir o qədər də fərqi yoxdur, çünki dil eynidir. Əldə olan materiallar içərisində İsraildə yaşayan alban icmasına məxsus sənədlərə də rast gəlinməkdədir.
Qeyd etmək lazımdır ki, artıq rus, qazax və tatar alimləri bu istiqamətdə müəyyən işlər görməyə başlamışlar. Türkiyədə də bu istiqamətdə tədqiqat əsərləri yazılmşdır. Biz isə bu böyük irsin gerçək sahibləri olmamıza və bu irsdən yararlanaraq ermənilərə qarşı ideoloji mübarizədə güclü silah əldə etmək imkanımıza baxmayaraq, hələ də yuxudayıq. Məlumat üçün bildirək ki, artıq sözügedən dilin tədqiqi istiqamətində yetərincə iş görülmüşdür və bu işlərdə həmin dil hələ də “erməni qıpçaqcası” kimi təqdim olunmaqdadır.
“Kitabi - Dədə Qorqud”da albanların oğuzlarla birlikdə yad edilməsi və Qazan xanın da onların başçısı kimi təqdim edilməsi, qıpçaqdilli alban ədəbiyyatı ilə yanaşı oğuzdilli alban ədəbiyyatının da mövcudluğu ehtimalını ortaya çıxarır. Məsələ burasındadır ki, İrəvandakı M. Maştots adına Əlyazmalar fonunda onlarla oğuz türkçəsində alban (erməni qrafikası ilə eyni köklü) əlifbası ilə yazıb - yaratmış ədibin əsərləri qorunur. Təmiz türk adları daşıyan bu ədiblərin əksər əsərləri həm Ermənistanda, həm də Azərbaycanda dərc olunmuş, fəqət onlar türkcə yazan erməni müəllifləri kimi təqdim olunmuşlar. Gerçək isə budur ki, sözügedən ədiblər albandırlar və əsərlri də oğuzdilli alban ədəbiyyatı nümunələridir. Qeyd etmək lazımdır ki, “Koroğlu” dastanının da alban (oğuz türkcsində) variantı dövümüzədək ulaşmışdır. Fəqət bu variant elm aləminə “Koroğlu”nun erməni variantı kimi təqdim edilmişdir. Çox güman ki, albanlar zamanla qıpçaq türkcəsini tərk edərək oğuz türkcəsinə keçmişlər və bu proses fərqli ləhcə və şivələrdə danışan ayrı – ayrı türk soy və boylarının oğuz türkcəsinə əsaslanan vahid Azərbaycan (türk) ədəbi dilinin yaranması ilə paralel getmişdir.
Elmi ədəbiyyatda Mxitar Qoşun “Törə bitiki” (Qanunlar kitabı və ya Qanunnamə) əsəri yanlış olaraq, “Erməni qanunnaməsi” (rusca: Armyanskiy sudebnik) və ya “Erməni – qıpçaq qanunnaməsi” adı ilə tanınmaqdadır. Eyni zamanda bu kitabın orijinalının guya erməni dilində olduğu və sonradan qıpçaq türkcəsinə (erməni qıpçaqcasına) tərcümə edildiyi bildirilir və sonra da təəssüflə qeyd edilir ki, guya erməni dilində olan orijinal itirilmişdir. Gerçəkdə isə belə bir “orijinal” heç vaxt olmamışdır. Əsərin orijinalı alban, yəni qıpçaq dilində olan “Törə bitiki”dir ki, o da dövrümüzədək məhz üç müxtəlif əlyazma (Polşa, Avstriya, Fransa) nüsxəsi şəklində ulaşmışdır. Ermənilərin “ermənicə əlyazma” və ya “orijinal” kimi qələmə verdikləri isə Mxitar Qoşdan bir əsr sonra, yəni Xlll əsrdə yaşamş Kilikiyalı Smbat Sparapetini tərəfindən yaradılmış “Qanunnamə” əsərindən müəyyən parçalardan başqa bir şey deyil. Məsələ burasndadır ki, Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən biri də Mxitar Qoşun “Törə bitiki” əsəri olmuşdur və o, bu əsərin bəzi parçalarını erməni dilinə tərcümə edərək, öz əsərinə daxil etmişdir. Lakin o mətnlər də dövrümüzədək tam şəkildə yetişməmişdir.
Eyni zamanda, sözügedən əsər 1519 – cu ildə Van arxiyepiskopu Kirkorun başçılığı ilə tərtib edilən və Polşa kralı Sziqmund tərəfindən təsdiq edilən 124 maddəlik “Erməni qanunnaməsi”nə də ciddi təsir göstərmişdir.
Haqqında söz açılan uydurma iddianın ilk müəllifi isə əsəri rus dilində nəşr etdirən V. Bastamyantsdır. Məhz o, əsəri tərcümə edərkən, onun guya “ermənidilli orijinal” əsasında dərc edildiyini iddia etmiş, əsərin adını da “Datastanagirk hayos” (Eməni Qanunnaməsi) kimi tərcümə etmişdir. Maraqlıdır ki, orijinalın əslində qıpçaq türkcəsində olduğundan bixəbər olan və bu üzdən də erməni saxtakarlığını axıra qədər anlaya bilməyən Ziya Bünyadov “Ön söz”də (söhbət V. Bastamyansın 1954 – cü ildə İrəvanda rus dilində nəşr etdirdiyi “Armyanskiy sudebnuk Mxitara Qoşa” adlı kitabının “ön söz”ündən gedir) “Datastangirk hayos” əvəzinə bir neçə dəfə sadəcə “Datastangirk” (Qanunnamə) ifadəsinin işlədilməsindən, eləcə də Smbat Sparapetinin əsərində də həmin kitabın məhz “Datastangirk” kimi yad edildiyindən çıxış edərək, əsərin əslində “Qanunnamə” adlandığını, ermənilərin ona “hayos” (ermənilərin) sözünü əlavə etdiklərindən şübhələnmiş və yazmışdır:
“Mxitar Qoşun “Qanunnamə”sinin də taleyi Moisey Kalankatuklunun (Musa Kağankatlının – B.T.) “Alban tarixi”nin taleyinə bənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı “Datastangirk”, yəni “Qanunnamə” dir və onu müəllif təxminən 1184 – cü ildə tərtib etmişdir. Lakin Qoşun bu əsərinin naşirləri, nədənsə, əlyazmasında olmayan “hayos” sözünü onun adına əlavə etmiş və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma ad: “Datastangirk hayos, yəni “Erməni qanunnaməsi” adını uydurmuşlar.”
Çox təəssüflər olsun ki, Ziya Bünyadov ümumiyyətlə nə “Datastangirk”, nə də “Datastangirk hayos” adlı orijinal əsərin olmadığını, bunu ermənilərin uydurduğunu başa düşməmiş və erməni yalanlarına uymuşdur. Bununla belə, onun bu fikri erməniləri pis vəziyyətə salmış və onlar “hayos” (ermənilərin) ifadəsini əlavə etdiklərini etiraf etmiş, fəqət əsil həqiqəti isə gizlətməkdə davam etmişlər. Eynən Ziya Bünyadov kimi kitabın (“Törə bitiki”nin) orijinalının alban (qarqar – qpçaq) dilində olduğundan bixəbər olan Fəridə Məmmdova bu barədə belə yazır:
“Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən saylan Mxitar Qoşun “Qanunnamə”sində o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır.
Vaxtilə Z. M. Bünyadov Qoşun bu əsərininin başlığı barədə haqlı olaraq belə bir düzgün qənaətə gəlir, bu əsər əlyazma haılnda “Dastangirk – Qanunnamə” adı ilə tanınır; naşirlər onun adına “hayos” (erməni) sözünü əlavə edərək yeni ad yaratmışlar: “Dastangirk hayos”, yəni “Erməni qanunnaməsi”. Buna, habelə Qoşun öz qanunnaməsini “alban kilsəsinin alicənab başçısı”, Albaniyanın katalikosu lll Stepannosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də “qanunnamənin Roma imperiyasının (Bizansın – B.T.) və Albaniyanın kilsə qanunları əsasında yazılmasına istinad edən Z. M. Bünyadov tamamilə haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun “Qanunnamə” əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı nümunəsidir.
Z. M. Bünyadovun çıxardığı nəticəni səhv sayan və onu təkzib etməyə “çalşan” A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki, Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” kimi tanınır və V. Bastamyants (Qoşu nəşr edən) əsərin adındakı “erməni” (hayos) sözünü “mətnə düzgün olmayaraq sonradan əlavə etmişdir”.
Məlumat üçün bildirək ki, çox sayda didaktik hekayə, təmsil, eləcə də “Alban salnaməsi” və “Gəncəli Xosrovun şəhid olması” əsərlərinin müəllifi olan, böyük yazıçı, maarifçi, pedaqoq, filosof və hüquqşünas kimi şöhrət tapan Mxitar Qoş 1130 – cu ildə “şəhərlərin anası”, “şəhərlərin ən üstünü” adlandrdığı Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Tovuzlu keşiş Yəhyadan (Tavuşlu Yohanna) alan Qoş daha sonra Qaradağa gedərək, təhsilini orada davam etdirmiş və vardapet rütbəsində vətəninə dönmüşdür.
Dövrünün böyük xristian ilahiyyatçılarından biri səviyyəsinə çatan və əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı Qoşavəng kilsəsinin və xristian ilahiyyat məktəbini yaratmış, ölənədək, yəni 1213 – cü ilə qədər orada yaşamış və orada da dərs verərək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini – “Törə bitiki”ni (“Qanunnamə”sini) də həmin sırada (1184 – cü ildə) qələmə almışdır. Qoş onun əsl adı deyil, kosa olduğu üçün müasirlərinin verdikləri ləqəbdir. Mənbələrdə adı bəzən “vardapet Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVl əsrdə “Törə bitiki”nə giriş və şərhlər yazmış, ona bəzi əlavələr və redaktələr etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”, bir yerdəsə “vardapet Mikayıl” adlandırır. M. E. Şedrin adına Sankt – Peterburq Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində qorunan və üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı (Dorn 636) alban (qarqar – qıpçaq) dilində edilmiş bir qeyddə isə onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli əlyazmalarda da rast gəlinir.
Fəridə Məmmədova haqlı olaraq Mxitar Qoşun kitabının ermənilərə deyil, albanlara aid olduğunu vurğulayaraq yazmşdır:
“Mxitar Qoşun “Qanunnamə”si yalnız albanlar üçün yaradılmışdı və bu, heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi, ermənilərin özlərinin hüquqşünaslıqla bağlı qədim kitabları var: Vlll əsrdə Odzinetsinin yazdığı “Erməni qanunları” kitabı (Kononagirk), Xlll əsrdə...Smbat Sparapeti tərəfindən yaradılmış “Qanunnamə”. Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən biri Mxitar Qoşun “Qanunnamə” əsəridir. Məlum olduğu kimi, erməni tarixçilərinin hamısı Mxitar Qoşun “Qanunnamə”sini özlərininki sayırlar. Onda sual oluna bilər ki, XX əsrə qədər erməni xalqının ehtiyaclarına cavab verib onu mənəvi cəhətdən tam təmin edən Odzinetsinin “Kanongirk”i mövcud olduğu halda, Xll əsrdə yeni bir “Qanunnamə”(Qoş) yaradılmasına nə ehtiyac vardı? Onu da deyək ki, Qoş öz əsərini yazanda başqa mənbələrlə yanaşı, “Kanongirk”dən də istifadə etmişdir. Qoşun “Qanunnaməsinin” Xll əsrdə ermənilər üçün yaranması ilə razılaşsaq, belə bir sual ortaya çıxır ki, cəmi yüz il keçdikdən sonra Smbat Sparapetinin Kilikiya erməniləri üçün daha bir “Qanunnamə”ni Qoşun “Qanunnamə”sindən istfadə ilə yaratmasına nə ehtiyac vardı?
Bizim fikrimizcə, bunu alban və erməni gerçəkliyinə istinad edərək çox sadə və məntiqi şəkildə belə izah etmək olar ki, Odzinetsinin erməni”Kanongirk”i alban xristian əhalisinin ictimai quruluşuna, hüquq normalarına, məhkəmə quruluşuna və icrasına uyğun gəlmədiyi kimi, Qoşun “Qanunnamə” əsəri də Kilikiya... məhkəmə quruluşuna yaramırdı”.
Şübhəsiz ki, məntiqli görünsə də, bu cür fikirlərlə ermənilərə nəyisə sübut etmək mümkün deyildir. Ən əsas sübut alban dilində, yəni qarqar - qıpçaq türkcəsində qələmə alınmış “Törə bitiki”nin özü ola bilər.
Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcəsində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı Xll əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun Xlll əsrdə də belə olduğunu həmin əsrdə yaşamış erməni tarixçisi Hetum da özünün “Qayton” adlı əsərində təsdiq etməkdədir.
Məlumat üçün bildirək ki, “Törə bitiki”nin hansısa nüsxəsini Xlll əsrdə Azərbaycandan Ukraynaya köç edən albanlar özləri ilə aparmış və sonrakı əsrlərdə ona ön söz, bir neçə maddə, şərhlər və “Erməni qanunnamə”sini əlavə edərək aralarındakı məhkəmə - hüquq məsələlərini onunla tənzimləmişlər. Sonra isə əlavələr edilmiş variantın üzünü köçürərək çoxaltmışlar.
XVl əsrdə Ukraynada yaşayan erməni icması öz qanunları ilə yaşamlarını davam etdirmək məqsədilə tərtib etdikləri 124 maddəlik qanunnaməni öncə latın, daha sonra polyak dilinə tərcümə edərək, tərcüməsi ilə birlikdə Polşa kralı Sziqmunda təsdiq etdirmişdilərlər. Sonradan bu qanunlar alban (qarqar – qıpçaq) dilinə tərcümə edilərək, “Törə bitiki” nə daxil edilmişdir. Kitab da dövrümüzə bu halda, yəni müxtəlif əlavələrlə gəlib çıxmışdr. Fəqət onun Mxitar Qoş tərəfindən yazılmış hissəsini əlavələrdən ayırmaq heç bir çətinlik törətmir.
V-Vll əsrlərdə alban (qıpçaq – qarqra) dilinə tərcümə edilən və dövrümüzədək ulaşan çoxsaylı alban yazılı ədəbiyyat nümunələrindən biri də “Atamız bizim” (Matta “incil”indən bir parça) müraciəti ilə başlayan məşhur xristian duasının alban variantıdır.
Dostları ilə paylaş: |