Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 1,81 Mb.
səhifə3/15
tarix04.01.2017
ölçüsü1,81 Mb.
#4500
1   2   3   4   5   6   7   8   9   ...   15
Udin və Uti qədim Albaniyanın fərqli bölgələri, udinlər və utilər isə fərqli etnosları olmuşlar. Utilər Uti vilayətinndə saklarla (Sakasena ilə) qonşuluqda yaşamışlar və Bərdə şəhəri bu vilayətdə yerləşirdi. Bu vəziyyət Vll əsrdə qeydə alınmışdır. Həmin dövrdə albanlar aparıcı mövqedə idilər və bu üzdən də həm saklar, həm də utilər Albaniyanın digər soy və boyları kimi öz xüsusi adları ilə yanaşı, ümumiləşdirici "alban" adı ilə də tanınırdılar. Herodotun yazdıqlarından isə belə məlum olur ki, 1200 il öncə, yəni e.ə. V əsrdə də utilər eyni bölgədə yaşamışlar. Tarixin atası onların Araz çayı yaxınlarında yaşadıqlarını yazmışdır.

Biz bu mövzunun üzərinə kitabımızin “Albaniya dövləti” bölümündə yenidən qayıdacağıq.

Adların oxşarlığı üzündən həm əski, həm də çağdaş müəlliflər çox vaxt utilərlə udinləri qarışıq salmışlar. Gerçək isə budur ki, qafqazdilli udinlər adlarını bu günə qədər qoruyub saxladıqları kimi, türkdilli utilər də bu yaxın zamanlara qədər öz adları ilə (udulu) Şahsevən tayfalarının bir qolu kimi yaşamaqda davam etmiş və öz adlarını Şamaxı və Dəvəci rayonlarında mövcud olan və əhalisi Azərbaycan türkcəsində danışan Udulu kəndlərinin adında həkk etdirmişlər. Eyni türk xalqının adına "uduit" (udu + "it" cəm şəkilçisi, yəni udular) Fəzlullah Rəşidəddində də rast gəlinməkdədir. Fəzlullah Rəşidəddin bu xalqdan türk xalqlarından biri kimi danışmaqdadır.

Gördüyümüz kimi, kuti, uti və udin ayrı-ayrı xalqların adları olmuşdur. Bunlardan ilk ikisi türk, sonuncusu isə qafqazdilli idi. Odur ki, kutiləri udinlərlə eyniləşdirənlər səhvə yol verirlər.

Kutilərin türklüyünə zərrə qədər də şübhə etməyən və şumer-türk paralellərini kutilərin İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu yazır:



"Eyni sözləri türk - şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV - ll minilliklərdə şumerlərlə kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək mümkündür... "şumer - türk əlaqəsini də "dil ittifaqı" hesab etmək olar.

Türk dillərinin başqa sistemli dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer, dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur. Doğu və quzey-doğu istiqamətlərə miqrasiya edən türk boyları da çin, monqol və ural dilləri ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi üzərində qurulan qondarma "Altay nəzəriyyəsi" ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Türk etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər. Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru da təsdiq edir. Protoazər türkləri (Azərbaycan prototürkləri) isə ilkin Ata yurdda qalmışlar."

Məlumat üçün bildirək ki, Yusif Yusifov kutilərin türk olduqlarını təsdiqləsə də onları oğuzlarla yox, qədim türk soylarından kularla müqayisə etməyi daha düzgün saymışdır. Onun fikrincə “kuti” etnonimi “ku” etnonimi və qədim türk dilində siyasi birlik bildirən “-ut” cəm şəkilçisindən ibarətdir:



"...Həm kuçi, həm də quz (oğuz) etnonimlərinin kuti etnonimi ilə eyniləşdirilməsi şübhəli olaraq qalır. Mixi qaynaqlarda kuti adı ku kimi də yazılır. Etnonimin əsasını ku sözü təşkil edirmiş, -ti isə şəkilçi vəzifəsini yerinə yetirirmiş. Qətim türk dillərində -t cəm şəkilçisini bildirirdi. Ku sözü türk dilləri baxımından izah edilərsə, o “ağ, ağımtıl, sarı, ağımtıl sarı” mənalarını daşıyır. Belə halda kuti etnonimini “ağbəniz, ağımtıl” kimi mənalandırmaq olar. Bu məna onunla da təsdiq olunur ki, mixi sənədlərinin birində bir neçə “ağbəniz kuti qulu” yad edilmişdir.”

Yusif Yusifovun önə sürdüyü fərziyyə ağlabatan olsa da, inandırıcı deyil, çünki elə onun özünün yazdığı kimi, ku etnonimi e.ə. ll minilliyin ikinci yarsına aid mixi yazılarda kumen (kuman) etnoniminin sinonimi kimi çəkilmkdədir. Məhz bu variant (ku – kuman) türkoloji ədəbiyyatda qəbul edilmiş və təsdiqlənmiş variantdır. Kutilrə gəlincə isə, onlar haqqında mixi yazılarda söylənilənlər Rəşidəddin “Oğuznamə”sində söylənilənlərlə və Övliya Çələbinin Mahan ölkəsi və oğuzlar barədə yazdıqları ilə səsləşdiyindən bizə B. Landsberqer və K. Balkanın önə sürdükləri fikir daha doğru görünməkdədir. Bu mülahizlərdən hansının doğru olub – olmamasından asılı olmayaraq, hər iki mülahizənin müəllifləri kutilərin türk olduqlarını təsdiqləyir ki, bizim üçün önəmli olan da məhz budur.

Kutilərin tarix səhnəsindən çəkilməsinə paralel ayrı - ayrı dövrlərdə subarların (suvarların), kumenlərin (kumanların), turukların (türklərin) və digər türk soy və boyların üstün vəziyyətə yüksəlməsi müşahidə edilmiş və ən nəhayət, e.ə. Vlll əsrdən etibarən isə kimmerlər, iskitər və saklar Azərbaycan və Ön Asiya ərazisində aparıcı siyasi qüvvə rolunda çıxış etməyə başlamışdılar.

Mahan (Manna) əhalisindən, onun etnik tərkibindən danışarkən, lulular barədə də bir neçə söz demək vacibdir. Çünki onların da Azərbaycan tarixində silinməz izləri qalmışdır. E.ə. l minilliyə aid mənbələrdə lulular Mannanın (Mahanın) Zamua vilayətinin sakinləri kimi təqdim olunurlar. Eyni mənbələrdə Zamuada yerləşən Nisir dağının da adı çəkilir. Qədim Şumer mənbələrindən isə sözügedən dağın Nuhun (Utnapiştinin) endiyi dağ olduğu qeyd edilib. Şumer mənbələrindəki məlumatın Azərbaycan əfsanələri ilə tutuşdurulmasından söhbətin Naxçıvan ərazisindəki Nəhcir dağından getdiyi məlum olur. Bu isə o deməkdir ki, Zamua indiki Naxçıvan və ətrafını əhatə etmişdir və bu vilayəti Urmiya gölü yaxınında yerləşdirən alimlər, şübhəsiz ki, səhv edirlər. Lakin luluların adı e.ə. lll minilliyə aid mənbələrdə də çəkilməkdədir və onlar kuti (oğuz), turuk (türk), subar, kuman, su və digər türk soy və boyları ilə birlikdə Aratta sakinləri olmuşlar.

Məlum olduğu kimi, Azərbaycnın ən qədim soy və boylarının hamısı barədə ayrı – ayrı türk şəcərə əfsanəlrində bu və ya digər dərəcədə məlumat tapmaq mümkündür. Bu baxımdan lulular da istisna deyildir və onlar barəsində özbək “Xannamə”sində söz açılır. Fəqət digər soy və boylardan fərqli olaraq, bu xalq Nuh oğlu Yafəsin soyundan gələn xalqlar, yəni türk soylu xalqlar sırasına daxil edilmir, luluların türkmənlərlə birlikdə Nuhun qızı Vəjilənin soyundan gəldikləri qeyd edilir. Daha doğrusu, türkmənlər gerçək Vəjilənin, lulular isə Vəjilənin simasını alan köpəyin övladları kimi təqdim edilir:

Nuhun Ham, Sam, Yafəs adlı üç oğlu ilə bir də Vəjilə adlı bir qızı var idi. Nuh qızını tufanda gəmini qayıran dülgərlərə verməyi vəd etmişdi. Tufan qurtardıqdan sonra gəmini qayıran üç dülgər gəlmiş və Nuha bu sözünü xatırlatmışlar. Nuh peyğəmbər Allahn izni ilə bu vədi vermişdi. Lakin tufandan sonra bu vədi yerinə yetirmək ona çox çətin gəlirdi. Tanrı Cəbrayılı Nuhun yanna göndərir, bir eşşəklə bir it alıb, onları qızı Vəyilə ilə bir otağa salmağı əmr edir. Nuh Allahın əmrini yerinə yetirir və bir müddət sonra otağın qapısını açanda orada bir – birinə bənzəyən üç qız görür. Nuh bu üç qızı üç dülgərə ərə verir və maraqla nəticəni gözləyir...



Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular törəyir.”

Maraqlıdır ki, özbək “Xannamə”sində Azərbaycanın qədim sakinlərindən kimmerlərin də adına rast gəlinməkdədir. Bu isə buradakı süjetlərin bir çoxunun Ön Asiya və Qafqaz mənşəli olduğunu göstərməkdədir. Dastanda suriyalılardan da (aşşurlardan) söhbət açılması bu fikri möhkəmləndirir. Görünür, bu süjeti Orta Asiyaya özbəklərin etnogenezində yaxından iştirak etmiş matienlər (myutenlər) aparmışlar. Adlarına e.ə. ll – l minilliklərə aid mixi yazılarda Azərbaycan və Şərqi Anadoluda yaşayan türkdilli xalqlardan biri kimi rast gəlinən bu boyun əfsanələrində onların indiki Özbəkistan ərazisinə Urmiya gölü sahillərindən köç etdiklərini əks etdirən süjet də yer almaqdadır. Bu barədə məşhur rus türkoloqu L. Tolstova özünün “Xorəzm vadisinin tarixi onamastikasının bəzi məsələləri” adlı məqaləsində ətraflı məlumat verməkdədir.

Qeyd etmək lazmdır ki, Nuh peyğəmbərin qızı Vəjilə ilə bağlı eyni mifoloji süjet Azərbaycanda da mövcuddur və bu süyetdə də köpəyin qıza çevrilməsi və dülgərlərdən birinə ərə verilməsi barədə fraqment yer alır, fəqət bu “qızdan” lulu xalqının törəməsi barədə bir söz deyilmir.

Məlumat üçün bildirək ki, bu xalqın adına çox – çox sonralar hunların tərkibində hərbi birləşmələrdən biri kimi rast gəlirik. Sonralar isə onların Şərqi Türküstan və Tibet tərəfə köçdüyünü düşünmək olar. Bunu Şərqi Türküstan ərazisindəki Luluan (luluların məkanı) adlı yaşayış məntəqəsinin adı, eləcə də Tibet tayfalarından birinin lulu adlanması sübut edir. Tibetdəki luluların artıq çoxdan tibet dilinə keçməsinə baxmayaraq, onların XVl əsrə aid yazılı abidələri dövrümüzədək çatmışdır. Onların dili tibet dili deyil. Nə olduğu hələ müəyyənləşdirilməyib. İohannes Fridrix özünün “Yazı tarixi” kitabında bir neçə lulu sözünü vermişdir ki, həmin sözlər türk dilindəki analoqlarına çox bənzəyir:

Ka – qapı (şumercə ka)

Le = əl


Lou – qol

Yeri gəlmişkən qeyd edək ki, əski türk mənbələrində tübütlər adlandırılan tibetlilərdən söz açan Mahmud Kaşğarlı onları ikidilli kimi vəsf etmiş və danışdıqları iki dildən birinin türk dili olduğunu yazmışdır:

Ən təmiz və doğru dil yalnız bir dil bilən, farslarla qarışmayan və əcnəbi ölkələrə gedib - gəlməyən adamların dilidir. İki dil bilən şəhərlilərlə oturub – duran adamların dili nöqsanlıdır. Xaricə gedib - gələn və əcnəbilərlə qarışanlar isə xotən, tübüt və tanqutların bir qismidir. Bunlar türk elinə sonradan gəlmişlər. Mən bunların hər birinin dilindən danışacağam...

Tübüt və Xotənin ayrı dilləri və yazıları vardır. Onların ikisi də türk dilində yaxşı danışa bilmirlr...

Tübüt: Türk diyarında yaşayan qələbəlik bir qövmdür... “

“Qabusnamə”də isə türk xalqlarından söz açılarkən, oğuz, qıpçaq, xotən, tatar, xallux (karluq) və s. ilə yanaşı tibetlilərin adı da çəkilir.

Madam ki, Tibetdə (Tübütdə) yaşayan və sonralar tibet dilinə keçən luluların dili ən azı XVl əsrə qədər tibet dili olmamışsa və həmin dövrdə bu ölkədə tibet və türk dillərində danışılıbsa, eləcə də bu gün Tacikistanda yaşayan lulular tacik dili ilə yanaşı özbəkcə (türkcə) də danışırlar, demək, lulular türk idilər.

“Xannamə” də lulularla türkmənlərin yanaşı xatırlanması da diqqətəlayiqdir. Məsələ burasındadır ki, sözügedən dastanda “türkmən” adı oğuzlara şamil edilir. Ümumiyyətlə, “türkmən” adının “oğuz” etnoniminin sinonimi olduğu məlumdur. Bu barədə Mahmud Kaşğarlı da yazmışdr. E.ə. lll – ll minilliklərə aid mixi yazılardan gördüyümüz kimi, lulularla oğuzlar (kutilər) eyni və ya çox yaxın ərazilərdə yaşamışlar.

Q. Qeybullayev lulu hökmdarlarının mixi yazılı kitabəlrdə dövrümüzədək ulaşmş adlarını təhlil edərək, onların şumer adları olduğunu göstərmişdir. Lulu şahlarından birinin Cənubi Azərbaycan ərazisindən tapılan kitabəsi isə akkad dilində qələmə alınmışdır. Bu gün Özbəkistan və Tacikistanda (əsasən Tacikistanda) lulu adını daşıyan bir xalq da yaşamaqdadır. Onlar iki dildə - tacik və türk - özbək dillərində danışırlar. Taciklər onları “qaraçı” adlandırırlar. Hətta tacik dilində lulu etnonimi (luli) “qaraçı” (çingənə) sözünün sinoniminə çevrilmişdir. Bunun da səbəbi sovet dövründə köçəri həyat tərzi keçirn luluların pasportlarının zorla toplanaraq, onların milli adlarının qaraçı adı ilə əvəz edilməsi olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyaya görə, Manna dövlətinin e.ə l minillikdə, Cənubi Azərbaycan ərazisində, Urmiyə gölü hövzəsində formalaşdığı hesab edilir. Bu da ondan qaynaqlanır ki, öncəki dövrlərə aid mənbələrdə bu dövlət haqqında olduqca az məlumat vardır. E.ə l minilliyin başlarına aid mənbələrdə isə Manna (Mahan) haqında məlumatların sayı – hesabı yoxdur. Üstəlik də e.ə lll minilliyə aid mənbədə onun adı Mahan, e.ə l minilliyə aid Aşşur – Babil və Urartu mənbələrində Manna, Mana, Mannaş, Muna və ya Man şəklində çəkilir. Elə bu səbəbdən də Mahan və Mannanın eyni şey olduğu diqqətdən kənarda qalmış, Manna dövlətinin həmin dövrə, yəni e.ə. l minilliyə aid tarixi daha yaxşı öyrənilmişdir. Bu dövr artq Mannanın öncəki qüdrətini itirdiyi və önmli dərəcədə zəiflədiyi dövrdür. Həmin dövr bütünlüklə Aşşur (Assuriya) və Urartu dövlətlərinin işğalçılıq siyasətinə, eləcə də daxili separatizmə qarşı mübarizə şəraitində keçmişdir.


MAHAN (MANNA) DÖVLƏTİ E. Ə. l MİNİLLİKDƏ. MAHAN

DÖVLƏTİNİN SÜQUTU

Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın (Mahanın) sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğunu, Mənbələrdə adı artıq “Manna” (Manaş, Mana, Man, Muna) kimi çəkilməyə başlayan bu ölkənin ərazisinin düşünüldüyündən çox-çox böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını, saklar və iskitlər ölkəsi kimi tanınan Sakasenanın (Zikertu, Saqarta, Şakaşen) da bu dövlətin bir əyaləti olduğunu göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəssislərin, demək olar ki, hamısı (V. V. Struve, İ. M. Dyakonov, K. V. Trever, İ. Q. Əliyev, V . F. Minorski, A. P. Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər. Məsələn, İ. Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır. İ. Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir. M. İsmayıl da eyni fikirdə olmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan və Qərbi Azərbaycan (Ermənistan) ərazisi də daxil idi.

Məlum olduğu kimi, "Sakasena" adına antik müəlliflərin, "Şakaşen" adına isə erməni müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen - bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə Aşşur və Urartu mənbələrində paytaxtı Parta (Bərdə) olan Saqarta (Zikertu) toponimilə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir.

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir, lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları utilərlə birlikdə yad edir, utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir. Və məsələ təkcə bu faktla bitmir. İş birasındadır ki, sonrakı əsr mənbələrində Bərdə və ətrafı Uti, yəni utilər ölkəsi kimi qeyd edilmişdir.

Məlum olduğu kimi, Mannanın (Mahanın) əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir. Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar . Fəqət bu vilayətin guya Xəzərin cənub – qərbində yerləşdiyi bildirilmişdir.

Q. Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Partav şəhəri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çəkmiş, amma bunu mannalıların guya qafqazdilli olduqlarını "sübut" etmək üçün etmişdir. Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşmişdir, fəqət bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlumat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdədirlər. Fəqət sovet dövründə onların milli kimlikləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir. Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə "Avarskoye Koysu", digəri isə andilərin adı ilə "Andiyskoe Koysu" adlanmaqdadır.

Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna (Mahan) hökmdarına qarşı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil olmuşdu. Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də "Durdukka" olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur. Q. Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan "durdzuk" (Dağıstanda bu gün də çeçenlərə "durdzuk" deyirlər) etnonimi ilə bağlıdır. Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür. O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan didoyların da adını çəkmişdir. Maraqldır ki, “durdzuk” etnotoponiminə Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində də “druz” formasında ras gəlinməkdədir. Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində həmin şerdə işlnmiş “druz” (çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbaycan ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta (Zikertu, Sakasena) da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm də güney ərazilərini əhatə edirdi.

Mənbələrdə bundan başqa Mannanın digər ərazilərinin – Zamua (Naxçıvan və ətrafı), Mazamua (Balakən rayonu və Dağıstanın ona bitişik əraziləri, Mazımçay hövzəsi), Gilzan (Giləzi?), Allabria, Karalla, Meişta – Mesi, Alataye (qədim mənbələrdəki Aratta. Təbriz və ətrafı), Maday (Həmədan, Tehran və Qəzavin üçbucağı), Surikaş, Missi, Gizilbunda, Uişdiş, Parsua (Kürdüsan), Parsuamaş (Fars), Buştu, (Pəştu, Əfqanıstan) Bara – Sanqibutu, Simkur (Şəmkir), Darbani (Dərbənd) və s. vilayətlərinin adı çəkilir. Bu vilayətlərin adları dövrümüzədək yaddilli mənbələrdə çatdığı üçün onların türkcə adları məlum deyil. Şübhəsiz ki, onların bəzisinin əhalisi türk olsa da, çoxunun əhalisi etnik baxımdan yekcins deyildi. Məsələn, Parsua (Kürdüstan), Parsuamaş (Fars) və Biştu (Pəştu) əyalətlərinin əhalisi əsasən irandilli, Andiya, Mazamua və Durdukkanın əhalisi əsasən qafqazdili və qismən türkdilli, Maday, Zikertu, Simqur, Darbani və Alateyenin, eləcə də mərkəzi əyalətlərin əhalisi türk idi. Odur ki, Mannaya monoetnik dövlət kimi deyil, mərkəzi Azərbaycanda yerləşən, kutilərin (oğuzların) hakimiyyətdə olduğu böyük imperiya kimi baxmaq lazımdır. Bu impriya özünü ən qüdrətli çağlarında hakimiyyətini və sərhədlərini Andiya (bugünkü Dağıstan), Durdukka (bugünkü Çeçenistan), eləcə də Parsua (Kürdüstan), Parsuamaş (Fars) və Biştu (Pəştu, bugünkü Əfqanıstan) əraziləri hesabına genişləndirə bilmişdi. İmperiyanın mərkəzi isə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan ərazisi idi və dövlətin paytaxtı Urmiya gölünə yaxın bir yerdə yerləşirdi.

Bu vilayətlər keçmişdə Mahan dövlətinin tərkibində və kutilərin (oğuzların) hakimiyyəti altında olsalar da, əslində ayrı-ayrı ölkələr idi və onlar uğrunda Manna (Mahan), Aşşur və Urartu dövlətləri arasında mübarizə gedirdi və onlar gah bu, gah da o biri tərəfin əlinə keçirdi. Manna özünün ən güclü çağlarında onların üzərində hakimiyyətini bərqərar edə bilmişdi. Bu ölkələr bəzən müstəqil və yarımmüstəqil də olmuş, bəzən isə Aşşur və ya Urartu tərəfindən işğal edilərək, onların tərkibində yaşamaq məcburiyyətində olmuşlar. Fəqət bu gunə qədər siyasi məqsədli qondarma rus – sovet konsepsiyalarına əsaslanmaqda davam edən Azərbaycan tarixşünaslığı Mannanı Urmiya hövzəsində var olan kiçik bir dövlət, bu əyalətləri də həmin kiçik ərazidə səpələnmiş kiçik əyalətlər kimi təqdim edir. Halbuki, onların bəzisi Aralıq dənizi (Aşşur mənbələrində günbatan dəniz) sahillərində yerləşirdi. Bu üzdən də çıxarılan nəticələr də səhv olur. Məsələn, “Azərbaycan tarixi” kitablarında, eləcə də Solmaz Qaşqayın “Manna tarixi” kitabında belə bir fikir təkrar olunur:

Assurlar (aşşurlar) Uraş qalasını ələ keçirərək dağıtdılar, Gizilbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçü itirdi, özü isə 200 döyüşçü ilə əsir düşdü. Qaynağın məlumatna görə, assurlar (aşşurlar) Uraş şəhərinin küçələrini qırmızı yun kimi döyüşçülərin qanına boyanmışdı. Əsirlər tutuldu, əhalinin əmlakı talan olundu...V Şamsi – Adadın dediyinə görə, o, Günbatan dənizə (Xəzər) kimi əhali arasında vahimə yaratdı.”

Sözügedən kitabların hamısında cüzi dəyişikliklərlə yer alan bu sitatda hər yerdə “Günbatan dəniz” ifadəsinin ardınca mötərizədə “Xəzər” ifadəsi yazılmışdır ki, bu həmin kitabların müəlliflərinin həmin sitatı ağına – bozuna baxmadan hansısa rus müəllifindən və bir –birindən köçürdüklərini sübut edir. Şübhəsiz ki, bu fakt delitantizmin və savadsızlığın klassik nümunəsi hesab edilə bilər. Çünki bu halda müəlliflərin Aşşur dövlətinin ya coğrafi mövqeyini, ya da ümumiyyətlə coğrafiyanı bilmədiklərini göstərir. Məsələ burasındadırki, Akkad dövlətinin varisi və birbaşa davamı olan Aşşur dövlətinin mərkəzi indiki Suriya (Suriya adı Assuriya, yəni Aşşur adından törəmişdir) və qismən də İraq ərazisi idi. Paytaxtı Ninəviyə (indiki Mosul) İraq ərazisində yerləşirdi. Suriya və İraqdan günbatan tərəfdə, yəni qərbdə Xəzər yox, Aralıq dənizi yerləşir. Xəzər isə Aşşurdan gündoğanda, yəni şərqdə idi.

Həmin kitablarda eyni səhv başqa yerdə də təkrarlanır:

Bu zaman, yəni (e.ə) lX əsrin sonlarında Gizilbunda hökmdar tərəfindən idarə olunurdu və Mannadan hələ tam asılı deyildi. E.ə lX əsrin sonunda assur (Aşşur) hökmdarı lll Adadnirari (810 - 783 – cü illər) öyünür ki, Günbatan (Xəzər) dənizə kimi yerləşən ərazini işğal etmişdir.”

Gördüyümüz kimi, bu halda söhbət heç də Mannann Urmiya sahillərindki kiçik əyalətlərindən yox, Aralıq dənizinə yaxın yerlərdə yerləşən və Mannadan asılı olan ölkələrdən gedir. Həmin ölkələr Mannanın tərkibinə minillər öncə keçmişdi. Əgər kitablarda əks olunan yanlış konsepsiyaya istinad etsək, gəlcəyimiz nəticə bu olacaq: Mannada vahid mərkəzi hakimiyyət yox idi və o, tayfalar birliyindən ibarət idi, yəni yenicə dövlət olurdu. Daim qonşular tərəfindən işğal olunurdu. Bu, rus imperialistlərinin bizə təlqin etdikləri və alimlərimizin də kor – koranə qəbul və təbliğ etdikləri yanlış, qeyri – elmi və sırf siyasi məqsədli konsepsiyadır.

Gercək isə budur ki, Manna (Mahan) dövləti kökü e.ə. lll minilliyə qədər uzanan, kutilər (oğuzlar) tərəfindən idarə edilən və e.ə l minilliyin başlarında öz qüdrətini qismən qoruyub saxlayan güclü dövlət idi. Güclü olduğu üçün də sərhədlərini Aralıq dənizinə, eləcə də Fars və Əfqanıstana qədər genişləndirməyi bacarmış qüdrətli bir imperatorluq idi. Farsın (Parsuamaş) Hind okean sahilində yerləşdiyini nəzərə alsaq, tam qətiyətlə söyləyə bilərik ki, qüdrətli çağlarında Mannanın cənub sərhədləri Hind okenına qədər uzanmışdır.

Yuxarıda qeyd edildiyi kimi, Mahan (Manna) dövlətinin adına ilk dəfə e.ə. lll minilliyə aid Şumer - Akkad mətnlrində, daha sonra isə e.ə. ll minillikdə baş vermiş hadisələrlə əlaqədar Əhdi – Ətiqdə rast gəlinmişdir. Aşşur və Urartu mənbələrində isə həmin dövlətin adı e.ə. l minilliyin birinci yarsında baş vermiş siyasi və geosiyasi olaylarla bağlı hallanmaqdadır. Bir sözlə, söhbət Tunc və Dəmir dövrlərini, yəni ən azı 2 minillik bir dövrü əhatə edən uzun bir zaman kəsiyindən gedir ki, həmin zaman kəsiyinin başlanğıcı Azərbaycanda Kür – Araz mədəniyyətinin ortaya çıxdığı dövrlə üst –üstə düşür. Maraqlıdır ki, həmin mədəniyyətin izləri Mahan (Manna) imperatorluğunun yayıldığı geniş cöğrafi ərazinin tamamnı əhatə etməkdədir.

Məlumat üçün bildirək ki, tarixdə Eneolit dövründən sonra gələn dövr Tunc dövrü adlanır. Bu dövr e.ə. lV minilliyin sonu və lll minilliyin əvvəllərindən başlayaraq ll minilliyin sonu və l minilliyin əvəllərinə qədər davam etmişdir. Bu dövr xronoloji cəhətdən üç mühüm hissəyə bölünür: ilk, orta və son Tunc dövrləri. Mövzu ilə bağlı tanınmış arxeoloq alim Rəşid Göyüşovun yazdıqlarını bir daha yada salaq.:

İlk Tunc dövrü tuncun kəşfi ilə başlanır. Bu dövr üçün başlıca xarakterik xüsusiyyətlərindən biri həmin dövr mədəniyyətinin ümumi Qafqaz miqyasında eyniliyidir. Azərbaycanda ilk Tunc dövrü abidələri elmi ədəbiyyatda “Kür – Araz mədəniyyəti” adı ilə məşhurdur. Hazırda müəyyən olunmuşdur ki, ilk Tunc dövrünə aid Kür – Araz mdəniyyəti üçün xarakterik olan abidələrin yayılma ərazisi olduqca genişdir. Tədqiqatçılar Kür – Araz mədəniyyətinin izlərinə bütün Zaqafqaziyada (Güney Qafqazda), İranın şimal – qərbində (Güney Azərbaycanda və bugünkü İranın ona bitişik ərazilərində), Şərqi Anadoluda, Dağıstanda, Çeçen – İnquşetiyada və b. yerlərdə təsadüf etmişlər.”

Yuxarıda təqdim edilən sitatdan da göründüyü kimi, ilk Tunc dövrünü səciyyələndirən Kür – Araz mədəniyyətinin yayılma arealı mənbələrdə Manna (Mahan) vilayətləri kimi qeyd edilən coğrafi ərazilərin cəmini əhatə etmişdir. Yəni bu mədəniyyətin arealı ilə Manna dövlətinin əhatə arealı tamamilə üst – üstə düşmüşdür.

Rəşid Göyüşovun yazdığına görə, həmin dövrü səciyyələndirən abidələrin yayılma arealı və onların sıxlığı haqlı olaraq belə nəticəyə gəlməyə imkan vermişdir ki, ilk Tunc dövründə Azərbaycan ərazisində əhalinin sayı xeyli artmışdı. Bu dövr, başlıca olaraq, məişət abidələri – yaşayış məskənləri vasitəsilə izlənmişdir:

Naxçıvanda l Kültəpənin ll təbəqəsi, ll Kültəpənin alt təbəqəsi, Babadərviş yaşayış yerinin üst qatı, Mingəçevir abidələri kompleksinin ilk dövrü, Kültəpə, Meynətəpə, Uzuntəpə və digr abidələr Kür – Araz mədəniyyətini səciyyələndirən maddi – mədəniyyət qalıqları ilə olduqca zəngindir. Bu mədəniyyətin izlərinə Qobustan abidələri kompleksində də təsadüf olunmuşdur. Göstərilən abidələrdə aparılmış arxeoloji qazıntılar, həmin dövrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsini, yaşayış məskənlərinin xarakterik cəhətlərini, İlk Tunc dövrü üçün səciyyəvi olan bir sıra adət - ənənələri, həmçinin Kür – Araz mədəniyyəti sakinlərinin həyatında baş vermiş digər iqtisadi, ictimai və ideoloji dəyişiklikləri üzə çıxarmışdır...



1949 – cu ildən başlayaraq, Mingəçevirdə Kür çayının sol sahilində ilk Tunc dövrünə aid iri ölçülü dörd yaşayış binasının qalıqları öyrənilmişdir. Bu binaların ümumi uzunluğu 8 m – dən 14 m - ə qədər, eni isə 4 – 8 m – dir. Uzunsov, yarımqazma halında olan bu binalar saman qarışıqlı palçıqdan (möhrədən) tikilmişdir. Onların döşəməsində çoxlu ocaq yerləri vardır. Otaqların divarlar boyu dirək yerləri üzə çıxarılıb. Görünür, bu binaların tavanı sütunlar üzərində qurulmuşdur.”

Maraqlıdır ki, indiyə qədər üzə çıxarılan və alimlər tərəfindən Manna şəhər-ləri kimi xarakterizə edilən şəhərlərin binalarının böyük əksəriyyətində sütunlardan istifadə edilmişdir. Yəni bu, Manna (Mahan) memarlığının ayrılmaz elementlərindən biri idi. Mingəçevirdən tapılan və ilk Tunc dövrünə aid edilən tikililər sübut edir ki, bu elementdən istifadə edilməsi Kür – Araz mdəniyyətinin tarix səhnəsinə çıxdığı dövrdən başlamışdır. Deməli, bu mədəniyyət və incəsənət hadisəsi Kür – Araz mədəniyyəti ilə birbaşa bağlıdır. Eyni hala e.ə. l minilliyin əvvəllərinə, başqa sözlə, “Manna” adının Aşşur və Urartu mənbələrində peyda olduğu dövrə, yəni Dəmir dövrünə aid edilən arxeoloji abidələrdə rast gəlinmişdir. Yeri gəlmişkən qeyd edilməlidir ki, bu dövr Manna abidələri arxeoloqlar tərəfindən daha yaxşı öyrənilmiş və təsvir edilmişdir.

XX əsrin ortalarında indiki İran ərazisində - Urmiya gölünün şimal – qərbində, Xəzər dənizinin cənub sahillərində, bugünkü İranın Kaşan şəhəri yaxınlarında, eləcə də Loristanda maraqlı arxeoloji qazıntılar aparılmış və həmin ərazilərdən e.ə. 1300 – e.ə. 600 – cü illəri əhatə edən zəngin maddi mədəniyyət abidələri üzə çıxarılmışdır. Bu abidələrdən Kaşan yaxınlığındakı Təpə - Sialkdan (Sialk Təpədən), Tehran yaxınlğındakı Qaytariyə və Xurvindən, Gilan ərazisindəki (Xəzərin cənubu) Mərlik və Kalurazdan, Loristandakı Var – Kabud, Qali – Çinan, Qodin Təpə, Babacan Təpə, Təpə Giyan (Giyan Təpə), Sorxi - Dumb və Tattulbandan, Urmiya yaxınlığındakı (Güney Azərbaycan) Göytəpə, Dinha Təpə, Həsənlu və Ziviyədən, eləcə də Kürdüstandakı Nuşican Təpədən, Farsdakı Təpə - Maliandan (Malian Təpədən) və s. tapılmış abidələrin adını xüsusi çəkmək lazımdır.

Mövzu ilə bağlı M. Dandamayev və V. Lukonin yazırlar:

İranda Dəmir dövrünün dövrlər üzrə təsnifi 60 – cı illərdə, həmin dövrə aid çoxsaylı arxeoloji abidələr, ilk növbədə də Həsənlu abidəsi tədqiq edildikdən və müqayisəli təhlillər aparmaq üçün yetərincə material (keramika, silah, bəzək əşyaları, qəbir və memarlıq abidələri) əldə edildikdən sonra gerçəkləşdirilmişdir. Dəmir dövrünün dövrlərə bölünməsi istiqamətində gəldiyi nəticələri hər kəsdən daha yaxşı əsaslandıran T. Kayler – Yanq olmuşdur. O öz araşdrmalarının əsası kimi Həsənlu, Giyan və Göytəpə (bütün bu abidələr mürəkkəb sertifikasiyaya sahibdirlər) abidələrindən əldə edilən keramikanı götürmüş və nəticələri həmin nümunələri Sialk və Xurvin abidələri, eləcə də Əhəmənilərəqədərki bir sıra abidələr ilə müqayisə etdikdən sonra açıqlamaışdır.

Kayler – Yanqın gəldiyi ən əsas nəticə ondan ibarətdir ki, başlanğıcı e.ə. 1300 – cü ilə təsadüf edən Qərbi İran mədəniyyəti bütün region üçün yeni bir fenomen olmuş və həmin dövrdə “arxeoloji inqilab” baş vermişdir. Kayler – Yanqın fikrincə, bu “inqilab” keramik qabların forma və bəzəklərinin bütünlüklə dəyişməsi ilə səciyyələnir. Təsvirli keramika itir və yerində bütün Qərbi İran ərazisində monoxrom (tünd boz, qara, qırmızı oxralı və ya qırmızı) keramika geniş yayılır, ayrı – ayrı abidələrdə bir – birinə çox yaxın yeni formalar peyda olur, eləcə də dəfn adətləri dəyişir (Tunc dövrünə xas olan yaşayış evlrinin içindəki çox dəfə istifadə edilən qəbirləri yaşayış evlərindən kənarda dəfn edilmiş təknəfərli qəbirlər əvəz edir).”

Məlumat üçün bildirək ki, söhbət irandilli tayfaların sözügedən ərazilərdə peyda olmasından bir neçə əsr öncəki dövrdən və Dəmir dövrünün Tunc dövrünü əvəz etməsi ilə ortaya çıxan, yəni etno – mədəni dəyişikliklərlə bağlı olmayan “arxeoloji inqilab”dan gedir. Öz fikirlərini əsasən Güney Azərbaycan abidələri əsasında söyləyən T. Kayler – Yanq Dəmir dövrünün “keramik horizontlar” adlandırdığı periodlarını aşağıdakı kimi sıralamışdır:



  1. Erkən qərbi boz keramika horizontu (e.ə. 1300 – 1000 – ci illər);

  2. Son boz keramika horizontu (e.ə. 1000 – 800 –cü illər);

  3. Qırmzı keramika horizontu (e.ə 750/700 – 550 – ci illər).

Maraqlıdır ki, Mahan – Manna imperatorluğunun özəyi olan Güney Azərbaycanda müşahidə edilən bu hal bütünlüklə Quzey Azərbaycan üçün də xarakterik olmuşdur. Xatırladaq ki, antik yunan müəllifləri dəmirin kəşfini iskitlərin, yəni türklərin adına çıxmışlar. O da maraqlıdır ki, Eneolit, yəni Mis-Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir. Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır.

Bu yaxın zamanlara qədər rus dilində işlənmiş "bulat" (polad), bu gün də işlənməkdə olan "çuqun" (çuğun) "latun" ("altun" sözündən), eləcə də əksər Avropa dillərində işlənən "bronz" (rus dilində "bronza", bürünc), monqol dilinə

keçmiş "timur" (dəmir) və "timuçin" (dəmirçi), fars dilindəki "pulad" (polad), "berenc" (bürünc) kimi metallurgiya ilə bağlı türkizmlər də metallurgiya sənətinin banilərinin əcdadlarımız olduğunu sübut etməkdədir. Əldə olan məlumatlar türklərin Orta əsrlərdə də metallurgiya sahəsində öncül yerə sahib olduqlarını söyləməyə əsas verir. Təkcə İbn Fədlanın haqqında söz açdığı və dəmir ticarəti ilə məşğul olduğunu bildirdiyi türk Təkini yada salmaq kifayətdir.

Xl əsr gürcü tarixçisi Leonti Mrovelinin "Kartli çarlarını həyatı" əsərindən bir sitatla bağlı Y. S. Takayişvilinin yazdıqları da çox maraqlıdr:



"Gürcü salnaməsi "Kartlis sxobreba"nın yazdığına görə, buntürklər və ya türklər, başqa sözlə, turanlılar gələcək fars hökmdarı Kayxosronu və ya Kayxosroyu öz sərhədlərindən çıxarmaq üçün Gürgan, yəni Xəzər dənizindən Kür çayı boyunca yuxarı yürüyərək, Msxetiyə 28 (başqa varianta görə 28000 ailə) gəldi. Msxeta mamasxalisi, hökmdarı və bütün kartvellərin, yəni gürcülərin müsaidəsi ilə farslara qarşı mübarizədə öz köməklərini vəd edən buntürklər

Msxetidən qərbdə qaya kahalarında yerləşdirildilər. Onların möhkəm istehkama çevirdiyi bu yer nəticədə Sarkine və ya Sarkineti adını aldı ki, mənası "dəmir tapılan yer" deməkdir.

Diqqət edirsinizmi, haqqında söz açılan məkan məhz türklər oraya yerləşdikdən sonra "dəmir tapılan yer" oldu. Bu o deməkdir ki, türklər ora köçər - köçməz dəmir istehsalına başladılar.

Lev Qumilyov da özünün "Qədim türklər" kitabında Göytürklərin tarixlərinin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.

Deyilənlərə onu da əlavə edək ki, 2009 – cu idə Tovuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövrünə aid bir abidədən dəmir tapılmışdır ki, bu da Dəmir dövrü ilə bağlı qəbul edilmiş əski təsəvvürləri kökündən dəyişə bilər. O da maraqlıdır ki, T. Kayler – Yanqın haqqında söz açdığı abidələrdən iskit mədəniyyətinin ən qədim nümunələri üzə çıxmşdır və bu fakt Mahan dövlətinin əsas əhalisinin və qurucularınn etnik tərkibi barədə tam təsəvvür yaratmaqda və antik yunan müəlliflərinin iskitlərin dəmirin baniləri olduqları barədə söylədiklərini bütünlüklə təsdiqləməkdədir. İskitlərin Azərbaycanın və Avrasiyann geosiyasi səhnəsində oynadıqları möhtəşəm rol, onların etnik mənsubiyyəti, dili və qədim ədəbiyyatı barədə sonrakı bölümlərdə bir qədər ətraflı məlumat veriləcəkdir.

Yeri gəlmişkən qeyd edək ki, e.ə. 1300 – cü ildə baş verən “arxeoloji inqilab”ı Tunc dövrünün Dəmir dövrü ilə əvəzlənməsi ilə əlaqələndirən T. Kayler – Yanqdan fərqli olaraq, R. Dayson bu “inqilabı” sözügedən bölgədə baş verən etnik dəyişikliklə, yəni yerli avtoxton əhalinin yeni gələn etnoslarla əvəzlənməsi ilə izah etməyə çalışmışdır. Onun fikrincə, yeni gələnlər irandillilr idilər. Fəqət bu əsaslandırılmamış fikirdir və irandillilərin həmin ərazilərə çox – çox sonralar, yəni e.ə lX – Vlll əsrlərdə gəldiyi dəqiq məlumdur və biz bu barədə Atropatenanın əhalisindən söz açarkən danışacağıq. Üstəlik də irandillilərin özləri ilə yeni və üstün mədəniyyət gətirmədikləri və yerli əhalinin mədəniyyətini qəbul etdikləri məlumdur. Bu barədə də bir qədər sonra. R. Daysonun fikrini bir də o fakt inkar edir ki, istər e.ə. lll minilliyə aid Şumer - Akkad, istərsə də e.ə l minilliyə Aşşur və Urartu mənbələrində sözügedən ərazilərin əsas əhalisi kimi kutilərin (oğuzların) adı çəkilir, eyni dövlətlərdən; Aratta (Alateye), Qutium və Mahandan (Mannadan) söhbət açılır.

Onu da xüsusi qeyd etməliyik ki, eyni ərazidə daha bir “arxeoloji inqilab” e.ə. lV minilliyin başlarında, yəni Eneolit dövrü Tunc dövrü ilə əvəz edilərkən də baş vermişdi və o zaman da təsvirli keramikanı boz – qara rəngli keramika əvəz etmiş və müqabil olaraq bəzək əşyalarında və silahlarda da dəyişikliklər baş vermişdi. Bu da təbiidir. Çünki dövrlərin əvəzlənməsi həmişə “arxeoloji inqilab”larla müşayiət edilir və bu da texnoloji inqilablarla bağlı olur. Eyni hadisə e.ə. 1300 – cü ildə də baş vermişdir.

L. Vanden - Berqe Tunc dövrünün Dəmir dövrü ilə əvəzlənməsinə səbəb olan texnoloji inqilabın nəticəsi olan “arxeoloji inqilab”ı aşağıdakı kimi xarakterizə etmişdir:

1) Ölüləri artıq evlərin döşəmələri altında basdırmrlar, əksinə evlərdən bir qədər kənarda xüsusi qəbirstanlıqlar düzəldilir;

2) Bu qəbirstanlıqdakı qəbirlər daş qutular və ya qutu formasında kərpicdən hörülmüş qəbirlərdir, onların üstü daş pilitələrlə örtülür və qəbrin içinə müxtəlif əşyalar qoyulur:

3) Bu əşyalar əsasən məişətdə də istifadə edilən eyni formalı müxtəlif keramik qablardır;

4) Keramikadan başqa qəbrə metaldan, əsasən tuncdan düzəldilmiş müxtəlif bəzək əşyaları və silahlar da qoyulur. Metal əşyalara isə, istisnasız olaraq, ll Dəmir dövründən (Orta Dəmir dövrü) etibarən rast gəlinir.

5) Qəbir inventarı içərisində bəzi hallarda qızıldan düzəldilmiş incəsənət əsərlərinə, əsasən də iskit heyvani üslubunda düzəldilmiş əsərlərə rast gəlinir.

Manna mədəniyyətinin tipik xüsusiyyətlərindən söz açan bütün arxeoloq və tarixçilərin fikirlərini əsaslandırmaq üçün haqqında söz açdıqları ən önəmli abidələrdən biri Güney Azərbaycan ərazisindən, daha dəqiq desək, Urmiya gölü yaxınlğından tapılan Həsənlu abidəsidir. ABŞ – ın Pensilvaniya Universitetinin əməkdaşlarının Metropoliten Muzeyinin əməkdaşları ilə birlikdə 1951 – 1960, 1964, 1970 və 1972 – 1975 ci illərdə Həsənlu təpəsində apardıqları çoxillik arxeoloji qazıntılar nəticəsində e.ə Vl minillikdən, yəni Eneolit dövründən başlayaraq İslam dövrünə qədər uzanan təqribən 25 metrlik mədəni təbəqə aşkar edilmişdir. Mədəni təbəqənin öyrənilməsi nəticəsində məlum olmuşdur ki, burada 6 min ildən artıq bir dövrdə fasiləsiz oturaq həyat olmuş və Mahan (Manna) dövlətini quranlar da məhz bu fasiləsiz mədəniyyətin yaradıcıları olmuşlar.

Həsənludan üzə çıxarılan çoxminillik mədəniyyət qalıntılarının V – lll qatları Dəmir dövrünü əhatə etməkdədir. Məhz bu qatlar, xüsusən də e.ə. 1000 – e.ə. 800 – cü illəri əhatə edən lV qat Manna dövlətinin son dövrlərini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Onlardan sonuncusu Maday (Midiya) dövrünü də özündə birləşdirməkdə və fars – Əhəməni dövrünə qədər uzanan bir dövrü əhatə etməkdədir.

Həsənlunun mərkəzi hissəsində aparılan qazıntılar lV təbəqəyə aid nəhəng tikililər kompleksinin aşkar edilməsi ilə nəticələnmişdir. Bu binaların böyük əksəriyyəti odda yanmışdır və elmi ədəbiyyatda “BB” (burned building, yəni yanmış bina) kimi qeyd edilmişlər. Eyni dövrə aid 12 bürclü qala divarı da aşkarlanmışdır. Öz formasına görə dövrün Urartu qalalarını xatırladan bu qala bürcləri arasındakı məsafələr 10 metrdir. Qalanın Urartu qalalarını xatırlatması tapılan şəhərin Urartu şəhərlərindən biri olması barədə ehtimalların doğmasına səbəb olsa da sonradan müəyyən edildi ki, onun tarixi mənbələrdə Urartunun adı çəkilməyə başlayan dövrdən daha əvvəlki dövrlərə aiddir. Beləcə, qalıqları aşkarlanan bu möhtəşəm şəhərin Manna (Mahan) şəhərlərindən biri olduğu üzə çıxdı.

Eynən Kür – Araz mədəniyyəti dövrünə aid Mingəçevir tikilisində olduğu kimi burada da analoji sütun altlıqları tapılmışdır ki, bu da Manna (Mahan) dövləti və mədəniyyətinin köklərinin Kür – Araz mədəniyyəti ilə sıx bağlı olduğunu təsdiq etməkdədir. Həsənludan tapılan binaların həm dövr, həm də memarlıq baxımından analoqlarına Suriya ərazisindəki Zəncirli abidəsində də rast gəlinmişdir. Bu isə o deməkdir ki, Mannanın ərazisi müəyyən dövrlərdə indiki Suriya ərazilərini də əhatə etmişdir. Yəni bu analogiyanı biz qüdrətli çağlarında Manna ərazisinin günbatan dənizə, yəni Aralıq dənizinə qədər çatması barədə Aşşur mənbələrinin məlumatının arxeoloji təsdiqi hesab edirik. Maraqlıdır ki, Zəncirli abidəsi də Həsənlu abidəsi kimi çoxtəbəqəlidir və minillərlə ölçülən mədəni qata sahibdir. Fəqət bu abidənin müəyyən təbəqələrində hettlərin izinə də rast gəlinmişdir. Bu isə müəyyən dövrlərdə (e.ə. ll minillikdə) həmin ərazilərin Hett imperatorluğuna daxil olduğunu göstərir. Xatırladaq ki, Əhdi – Ətiqdə Şumer, Elam və Manna dövlətlərinin girişdikləri böyük müharibənin iştirakçılarından biri kimi hettlərin də adı çəkilməkdədir.

Kutilərin (oğuzların) hələ e.ə. lll minillikdə, yəni Aratta və Erkən Mahan dövrlərində bütün İkiçayarası, o cümlədən Şumer və Akkadla yanaşı, Suriya ərazisini də öz imperatorluqlarına daxil etdiklərini Rəşidəddin “Oğuznamə”si də təsdiqləməkdədir.

Yuxarıda qeyd edildiyi kimi, lV təbəqənin binaları yanaraq kül olmuşdur. Arxeoloqların fikrincə, bu binalar təqribən e.ə. 800 – cü ildə baş vermiş yadellilərin hücumları zamanı oda verilmişdir. Belə hesab edilir ki, şəhəri xarabalığa çevirənlər urartulular olmuşlar. Bunu şəhərdən tapılan və urartululara aid olan zəfər kitabəsi də təsdiq edir.

Faktlar Manna imperiyasının Urartuya qarşı çox zaman Aşşurla müttəfiq kimi çıxış etdiyini söylməyə tam əsas verir. E.ə lX əsrin ikinci yarısından etibarən Mannanın nəzərəçarpacaq dərəcədə zəiflədiyi, parçalandığı və Urartu işğallarına məruz qaldığı müşahidə edilir. Hətta həmin dövrdən Aşşur dövlətindən asılı vəziyyətə düşdüyü də danılmaz faktdır.

Urartu dövləti e.ə. lX əsrdən etibarən mənbələrdə haqqında söz açılan, Anadolunun şərqindəki Van gölü hövzəsində yaranan bir dövlət idi. Onun yerləşdiyi ərazi eynən Aşşurun yerləşdiyi ərazi kimi bir zamanlar (e.ə. lll minillikdə) Mahan imperatorluğunun tərkibində olmuşdur. Əhalisinin əksəriyyəti qafqazdilli xattlardan (kəttişlər - onların nəsilləri hazırda Quba rayonunun Xınalıq kəndində yaşayırlar, sayları bir neçə min nəfərdir), hürrilərdən (herlər – sonrakı əsrlərdə Albaniya və İberiyaya köçərək müasir gürcülərin etnogenezində yaxından iştirak etmiş, gürcülərin və ingiloyların içrəisində ərimişlərl) və otenlərdən (udinlər – hazırda Azərbaycann Oğuz – Qəbələ bölgəsində yaşayırlar, sayları bir neçə min nəfərdir) ibarət idi. Bu ölkədə qədimdən baranlu (qədim mənbələrdə abaren, barean, barn, parn) adlı oğuz tayfası da yaşamaqda idi. Olkənin adı elam dilində “Dağlıq ölkə” demək idi. Bu dövlət etnomədəni varislik baxımından Xatt (Xattuş) imperiyasının davamı hesab edilə bilər. Məlumat üçün bildirək ki, Xatt dövlətinə hind – Avropa xalqlarının ulu babası hesab edilən hettlər son qoymuş və onların ölkəsinə sahib olmuşdular. Dövrümüzədək ulaşmış Urartu kitabəlrinin dilini təhlil edən alimlərin fikrincə, bu dil Qafqaz dil ailəsinə daxil olan Dağıstan dillərinə yaxın olmuşdur və fikrimizcə, udin dili bu dilin birbaşa davamıdr.

İohanes Fridrixin yazdığına görə, mixi yazı sistemindən istifadə edən urartulular bu yazı sistemini aşşurlardan əxz etmişdilər. Bu fikirlə razılaşmayan İ. Dyakonov Urartu yazsının əsasnda hürri yazısının durduğunu iddia etməkdədir. Hazırda elmə bu dildə yazılmış onlarla kitabə məlumdur. Onların hamısı oxunmuş, tərcümə və nəşr edilmişdir. Fəqət bu gün “Urartu yazısı” kimi qəbul edilən, fəqət “oxuna bilinməyən” yazılar da mövcuddur ki, onlar barədə susmağa üstünlük verilir. Bu yazıların ya baranluların, ya da mannalıların yazıları olduğunu ehtimal edirik. Azərbaycan alimlərindən İlhami Cəfərsoy bu yazılardan bəzisini oxuduğunu və onların dilinin türkcə olduğunu iddia edir.

Urartu hökmdarları vaxtaşırı Manna əraziləri hesabına öz ərazilərini genişləndirməyə çalışırdılar. Məsələn, Urartunu birlikdə idarə edən İşpiuni və oğlu Menuanın dövründə (e.ə 810-781) urartulular Mannanın bir neçə qalasını ələ keçirməyə nail olmuşdular. Onlar e.ə. 812 – ci ildə Mannadan Meişta şəhərini qoparmağı və oradan da cənuba yürüş edərək Parsuanın (Kürdüstanın, Urartu mənbələrində Barşua) bir çox şəhərlərini işğal etməyi bacarmışdılar. Bu barədə Menuanın kitabəsində deyilir:

Tanrı Haldinin qüdrəti ilə İşpuni oğlu Menua Mana ölkəsinə yola düşdü, ölkəni dağıtdı, oda tutdu.”

Lakin mannalılar, aşşurların köməyi ilə işğal edilmiş torpaqları azad edə bildi. E.ə. Vlll əsrin birinci yarısında Aşşurun zəifləməsi ilə Urartu Ön Asiyanın ən qüdrətli ölkəsinə çevrildi. Urartu hökmdarı l Argişti (e.ə 781-760) 779, 777 və 774 –cü illərdə üç dəfə Mannaya hücuma keçdi və Biştuya (Pəştu, Əfqanıstan) qədər irəliləyərək böyük qənimət ələ keçirdi. Bir çox Manna şəhər və kəndləri, o cümlədən İrkuni yandırıldı, əhalisi əsir götürüldü. Argiştinin kitabəsində 777 – ci il yürüşü belə təsvir edilmişdir:

Tanrı Haldi Manna ölkəsinə qalib gəldi. Biştu ölkəsinə qalib gəldii... Mən Biştu ölkəsinə getdim. Aşkaya ölkəsinin vadisini tutdum. Uqişyini ölkəsinin Şatirarqani vilayətinə mərhəmət göstərdim, Uşna ölkəsini tutdum. Mən Alateye dağlıq ölkəsinə çatdım, ölkəni yandırdım, şəhərlərini dağıtdım, kişi və qadınlarını oradan apardım”.

Urartunun Mannaya qarşı işğalçılıq siyasəti ll Sardurinin (e.ə 760 – 730) hakimiyyəti illərində də davam etmişdir. Onun e.ə 745-ci ildə ucaltdırdığı kitabədə oxuyuruq:

Mən Manna ölksinə gəldim, ölkəni tutdum, şəhərləri yandırdım, dağıtdım, ölkəni taladım, kişi və qadınları Urartu ölkəsinə apardım. Darbani (Dərbənd, bu şəhər öz adını heç də fars dilindəki “dər” (qapı) və “bənd” (çəpər, hasar) sözlərinin birləməsindən deyil, qədim türk-tatar soyu derbentlərin adından almışdır. O dövrdə o, sadəcə bir qala idi ) qalasını, istehkamı döyüşlə tutdum. Orada hərbi dəstələr yerləşdirdim, ölkəni öz ölkəmə birləşdirdim”

Bu yazıdan göründüyü kimi, ll Sardurunun dövründə Manna dövlətinə müvəqqəti olaraq son qoyulmuş və onun ərazisi bütünlüklə Urartuya birləşdirilmişdi. Lakin Aşşur mənbələrindən belə aydın olur ki, Mannanın vilayətlərindən Maday Urartuya qarşı müqavimət göstərərək, müstəqil dövlətə çevrilə bilmişdi. E.ə Vlll əsrdə aşşur dövlətinin özünə gəlməsi və Urartuya qarşı uğurlu müharibələr aparması bütün bölgədə geosiyasi vəziyyəti dəyişdi.

Urartuya qarşı müharibədə qələbə ardınca qələbə çalan Aşşur hökmdarı lll Tiqlatpalasarın (e.ə. 744-727 –ci illər) dövründə aşşurlar Urartu işğalı altında olan keçmiş Manna vilayətlərindən Mazamuanı işğal etdi. Müstəqil siyasət yeridən, yəni müstəqil dövlətə çevrilmiş Maday (Midiya) ilə müharibə apardı, fəqət məğlub olaraq geri çəkildi.

Urartu ilə Aşşur arasında gedən müharibələrdən istifadə edən Manna yenidən istqlalını əldə etməyi bacardı. Manna hökmdarı İranzu (Oranəəzi) aşşurların yardımı ilə tez bir zamanda Sanqibutu, Zikertu (Saqarta, Kür – Araz ovalığı), Aza (Qərbi Azərbaycan), Darbani (Dərbənd), Andiya (Dağıstan) və Durdukka (Çeçenistan) üzərində hakimiyyətini bərpa etməyə nail oldu. Parsua (antik müəlliflərdə Qordiana, yəni Kürdüstan), Parsuamaş (Fars) və Biştu (Əfqanıstan), eləcə də Cənubi Azərbaycanın şərq ərazilrini, o cümlədən, Alateyeni öz içinə alan Maday (Midiya) dövləti müstəqil qaldılar. Bir müddət sonra isə Parsua, Parsuamaş və Biştu (yeni adı Ariana) Maday dövləti tərəfindən tutuldu.

İranzu (Oranəəzi e.ə 740-719) Mannanın ərazisinin müəyyən bir hissəsini birləşdirməyə nail olaraq Aşşurun müttəfiqi kimi Urartuya qarşı müharibələrə cəlb olunmuşdu, daxildə isə vəziyyət heç də sabit deyildi. Zikertu, Andiya və Durdukka da müstəqillik istəyirdilr və bu əyalətlərdə Urartunun təhrik və yardımı ilə tez – tez üsyanlar baş qaldırırdı. Tarixçi alim Yusif Yusifov həmin dövr haqqında yazır:

Bu dövrdə Mannada ikimeyilli xarici siyasət mövcud idi. Bir qrup Assuriya (Aşşur) ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlayır və Urartunun işğalçılıq niyyətlərinə sədd çəkirdi. İranzu Assuriya ilə müttəfiq kimi davranır və onun siyasi üstünlüyünü tanıyrdı. Uzun müddət Urartu müdaxiləsinə qarşı mübarizə aparan Mannaya əmin – amanlıq lazım idi. Digər qrup Urartu ilə ittifaqa meyl göstərir və Assuriya əleyhinə qüvvələri birləşdirməyə çalışırdı”

Solmaz Qaşqayın yazdığına görə, Assuriya (Aşşur) meyilli xarici siyasət Manna dövlətini Urartu işğallarından xilas edir, ölkənin mərkəzi hakimiyyətinin güclənməsinə şərait yaradırdı. Amma İranzunun (Oranəəzinin) mərkəzləşdirmə siyasəti əyalətlərdəki müstəqilliyə can atan yerli vali və hakimləri məmnun etmirdi. Onlar Urartu ilə separat danışıqlara girir və hər imkanda mərkəzi hakimiyyətə tabe olmamağa çalışırdılar. Əgər Andiya və Durdukka əhalisi bu halda Urartu əhalisi ilə etnik yaxınlığından çıxış edirdisə, Zikertunun (Saqartanın) kimmer – iskit –sak əhalisi kutilər kimi türk idilər və məqsədləri kuti (oğuz) hakimiyyətinə son qoyaraq öz hakimiyyətlərini bərqərar etmək idi. Bunu iqtidar uğrunda siyasi çəkişmə də adlandırmaq olar.

Mənbələrdən belə məlum olur ki, Urartu hökmdarı l Rusa (e.ə. 730-714) Mannada daxili vəziyyəti gərginləşdirmək üçün Zikertu hakimi Metatti (Mete) ilə sazişə girərək Manna vilayətlərində əhalini üsyana qaldırmaq üçün ona silah və digər lazımı vəsaitlə yardım etdi. Şuandahul və Durdukka əhalisi Metattinin təhriki ilə üsyan edərək bu əyalətdəki dövlət məmurlarının bir hissəsini öldürdülər, digər hissəsi isə qaçmağa məcbur oldu. Vəziyyətin öhdəsindən gəlməyi bacarmayan İranzunun yardımına Aşşur hökmdarı ll Sarqon (e.ə. 722-705) gəldi. O bu barədə öz kitabəsində yazmışdır:

Hakimiyyətimin üçüncü ilində Şuandahul və Durdukka (Çeçenistan) əhalisi öz ağalarına, mənim buyuruğum altında olan Manna hökmdarı İranzuya qarşı üsyan fikrinə düşdülər və zikertulu Metattiyə arxalandılar. Zikertulu Metati onlara öz döyüşçülərini və süvarilərini verməklə yardım göstərdi. Mən tanrı Aşşurun çoxsaylı qoşununu silahlandırıb bu şəhərləri tutmağa getdim.”

ll Sarqon Manna dövləti qarşısında üzərinə götürdüyü himayəçilik öhdəliyinə əsasən üsyançıların üzərinə qoşun çəkdi. Beləcə, İranzuya (Oranəəziyə) qarşı hazırlanmış üsyan qanlar içərisində yatırıldı. Bununla belə müstəqil sak dövlti yaratmaq üçün əlindən gələni edən Metatti (Mete) yenə də dinc durmur, fürsət gözlyirdi. Belə bir fürsət İranzunun vəfatı oldu. Metatti (Mete) İranzunu (Oranəəzinin) yerinə hakimiyyətə keçən oğlu Azanın (e.ə 718-716) vziyyətə hələ tam nəzarət etmədiyindən istifadə edərək, yenə də üsyan etdi. Urartu yenidən Mannann daxili işlərinə kobud surətdə müdaxilə edir və üsyançılara yardım etməyə ara vermirdi.

Uişdiş vilaytinin hakimi Baqdatti (Baqatur) və Zikertu (Saqarta) hakimi Metatti (Mete) l Rusanın təhriki ilə sui – qəsd təşkil edib Azanı qətlə yetirdilər.

ll Sarqonun kitabəsində bu barədə belə yazılıb:

Hakimiyyətimin altıncı ilində urartulu Ursa (l Rusa) Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metattini Şarukinə (ll Sarqona) və ağalarının (İranzunun) oğlu Azaya qarşı ayaqlandırdı... Onlar əlçatmaz Uauş (Şərurdakı Hauş qayası) dağında Manna ölkəsinə ölüm gətirdilər və ağaları Azanı ora atdılar.”

Azanın həlak olmasından sonra qardaşı, İranzunun digər oğlu Ullusunu (Ulu Toyon, e.ə. 715-680) Manna taxt – tacına sahib oldu. Mənbələrdən belə aydın olur ki, onu üsyançılar hakimiyyətə gətirmişdilər. Təbii ki, bunda Urartunun istəyi əsas rol oynamışdı. Yəni o, hakimiyyəti ələ keçirmək üçün urartulular və üsyançılarla əlaqəyə girmişdi. Görünür, elə bu səbəbdəndir ki, o, hakimiyyətə gələr – gəlməz, Urartuya 22 Manna qalasını peşkəş edir. Aşşur mənbələrində bu olay belə təsvir edilir:

Mannalı Ulusunu atasınn taxtına oturub urartulu Ursaya arxalandı və 22 qalasını ona rüşvət verdi.”

Ullusununun hakimiyyətə gəlməsi ilə Mannanın illərdən bəri davam edən siyasi orientasiyası 180 dərəcə dəyişdi. Bu dəfə Manna Urartunun müttəfiqinə çevrilərək, Aşşura qarşı cəbhə aldı. Bu barədə ll Sarqonun kitabəsində deyilir:

Ullusunu Aşşurun yardımından imtina etdi, urartulu Ursaya arxalandı, qonşu əyalətləri mənə qarşı qaldırdı. Sonra “Urartu ilə müttəfiq olmaq lazımdır” - deyə, onlara müraciət etdi.”

Mənbələrdən belə aydın olur ki, Ullusunu (Ulu Toyon) Aşşur dövlətinin əlində olan keçmiş Manna əyalətlərindən Karalla və Allabriyanın hakimlrini Aşşura qarşı üsyana təhrik etmişdi. Bu hal ll Sarqonu qəzəbləndirdi və o, Mannaya hücuma (e.ə. 616) keçdi.

Ullusunu (Ulu Toyon) ölkəsinin müdafiəsini təşkil edə bilməyərək, dağlara qaçır. Sarqon ölkənin paytaxtını və daha iki şəhəri ələ keçirərək oda verir və Azanın qətlində iştirak etmiş Baqdattini tutub dərisini soydurur və onun cəsədini Manna şəhərlərində nümayiş etdirir. Zikkertulu Metatti adamlarını ölümə verməmək üçün onlarla birlikdə qaçıb meşədə gizlənir. Beləcə, Mannadakı müxalif qüvvələrin bir qismi zərərsizləşdirildi, lakin tam məhv edilmdi. Ullusunu ağsaqqalları toplayıb onun yanına gəldi və mərhəmət dilədi. Sarqon yazır:

Mən onun (Ullusununun) saysız – hesabsıız günahlarını bağışladım, ona mərhəmət göstərdim və onu hökmdar taxtına oturtdum. Ursa və Metattidən aldığım 22 qalanı və 2 istehkamı ona verdim, onun məzlum ölkəsini bərpa etdim. Mən hökmdar təsvirimi düzəltdim, Aşşurun, mənim ağamın qələbələrini ora yazdırdım və gələcək günlər üçün onu paytaxt İzirtuda (Mannann paytaxtında) dikəltdim.”

Mənbədən də göründüyü kimi, ll Sarqon Mannanı ilkin sərhədləri içərisində bərpa edir və Ullusununu (Ulu Toyonu) bağışlayır. Fəqət dinc oturmayan zikertulular (saklar) və andiyalılar (dağlılar) yenidən üsyan qaldırdılar və ll Sarqonun üzərlərinə gəldiyini eşidib Urartu hökmdarına kömək üçün müraciət etdilər. l Rusa onlara köməyə gəlib, Uauş dağı yaxınlarnda (İndiki Şərur ərazisində) ll Sarqonun qarşısına çıxdı , fəqət uduzaraq döyüş meydanından qaçdı. Oradan Kür – Araz ovalığına, yəni Zikertuya (Saqartaya) gələn Sarqon bu ölkənin paytaxtı Pardanı (Bərdəni) yandırdı. Oradan Andiyaya (indiki Dağıstana) üz tutdu. Andiya hakimi Telusinanın qalası ələ keçirildi və burada yaşayan əhalidən qaçıb canını qurtara bilməyən 4200 nəfər əsir alındı. Andiyanın bütün mal – qara və qoyun sürüsü aşşurların əlinə keçdi. ll Sarqon üsyanı yatırdı və bir daş kitabdə bu sözləri yazdırdı:

Mən məzlum Manna ölkəsini bərpa etdim.”

Bundan sonra üzünü Mannann mərkəzi hakimiyyətinə tabe olmaq istməyən və müstqil siyasət yürütməyə çalışan Madaya, Parsuaya və digər Manna vilayətlərinə tərəf tutan ll Sarqon həmin ölkələri də ram edərək, Ullusununun hakimiyyətini tanımağa məcbur edir. Maday və digər əyalətlərin hakimləri Sarqonun yanına gəlib əfv diləyirlər.

Əfv diləyənlər içərisində Andirapatenu şəhərinin hakiminin də adı çəkilir. Bu o şəhərin hakimi idi ki, onun adı sonrakı dövrlərdə bütün Azərbaycanın adına (Atropatena) çevrilmişdir. “Andirapatenu” türklərin Azərbayqan (Azərbaycan bu adın ərəbləşmiş variantıdır) dedikləri yerin aşşur dilindəki adı idi ki, sonralar bu ad aşşur dilindən fars dilinə “Aturpatakan”, yunan dilinə isə “Atropatena” şəklində keçmişdir. Şəhər əfsanəvi Oğuz xanın qurdurduğu və adını verdirdiyi bir təpənin ətrafında yaranmışdı və adını da bu təpədən almışdı.

Mənbələrdən belə aydın olur ki, bundan sonra da Mannanın ayrı – ayrı vilayətləri Mannadakı mərkəzi hakimiyyətə qarşı baş qaldırmış və hər dəfə də onları Manna hökmdarı yox, ll Sarqon yatırmışdır. Yəni həmin dövrdə Manna dövləti o qədər zəiflmişdi ki, özü öz problemlərini həll etmk iqtidarında deyildi və Aşşur dövlətinin hesabına ayaqda qalırdı. Nəticədə mərkəzi hakimiyyət sakların (zikertuluların) əlində bir oyuncağa çevrildi. Bu Ahşerinin (Ajiray) dövründə (e.ə 675-650) baş verdi. Aşşurda Aşşurbanipal (e.ə. 669-627) hakimiyyətə gəldikdən sonra Ahşeri (Ajiray) sakların təhriki ilə Aşşura qarşı çıxdı. Vəziyyəti belə görən Aşşurbanipal Mannaya hücum etdi və tez bir zamanda ölkənin paytaxtını və bir neçə şəhərini tutub yandırdı, var – dövlətini talan etdi. Bu kutilərin (oğuzların) Ahşeriyə (Ajiraya) qarşı üsyan etmsinə, onu öldürməsinə, oğlu Uallini hökmdar elan etmələrinə səbəb oldu.

Ualli hakimiyyətə gələr – gəlməz, Aşşurla sülh müqavilsi imzaladı və əski Aşşurpərəst xarici siyasətə sadiq olacağına söz verdi. Fəqət o, ölkənin birliyini təmin edə bilmədi. Beləcə, daxili separatizmə, eləcə də Aşşur və Urartunun zərbələrinə tab gətirməyən Manna dövləti iki hissəyə parçalandı. Azərbaycanın ərazisində iki fərqli qədim türk xalqının adını daşıyan iki müstəqil və ya yarımüstəqil xanlıq yarandı. Bunlardan biri Aşşur-Babil mənbələrində “Madayya”, qədim yunan mənbələrində isə “Midiya” adlandırılan Maday dövləti, digəri isə Aşşur mənbələrində Zikertu və ya “Ska”(Sak), Babil mənbələrində “Qamirra”, antik mənbələrdə“Kimmer”, “İskit” (Skif) “Saqarta” və ya “Sakasin”, erməni mənbələrində “Şakaşen”, qədim yəhudi mənbələrində “Aşkenaz” adlandırılan Kimmer-İskit-Sak dövləti idi. O, Azərbaycanın Arazdan şimaldakı torpaqlarını əhatə edirdi.

Bunlardan birincisi ilk dövrlərdə Tehranla Cənubi Azərbaycanın Qəzvin və Həmədan şəhərləri arasında kiçik bir Manna vilayəti ikən, tez bir zamanda böyüyüb Azərbaycanın Arazdan cənubda yerləşən bütün ərazilərinə, eləcə də bütün indiki İran və Əfqanıstan ərazilərinə, sonralar isə Urartu dövlətinə son qoyaraq, Anadolunun şərq əyalətlərinə sahib oldu. Ölkənin paytaxtı Ögbatan (qədim türk dilində “Heyvan batan yer” deməkdir. Bugünkü Həmadan) şəhəri idi. Dövləti quranlar, yəhudi, xristian və müsəlman mənbələrinin türklərin ulu babası hesab etdikləri Nuh oğlu Yafəsin övladlarından biri Madayın soyu olan maday xalqı idi. Avropa alimlərinin əksəriyyəti tərəfindən türk və turanlı hesab edilən madayları irandilli xalq hesab edənlər də az deyil. Fəqət bu soyun Azərbaycan xalqının etnogenezində yaxından iştirak etdyi barədə hər kəs həmfikirdir. Eyni türk soyu qazax türklərini təşkil edən soylardan biri kimi, özü də türk-qıpçaq dilində danışan bir soy kimi də qeydə alınmışdır. Odur ki, onların türk olduqları heç bir şübhə oyatmır. Bu dövlət barədə bir qədər sonra söhbət açılacaqdır.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin