Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə45/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Standartı
Bu standart aşağıdakıları əhatə edir:


  1. torpaq, tikili və avadanlıqlar obyektinin tanınması üçün meyarları;

  2. onların balans dəyərlərinin və onlar ilə müqayisədə tanınmalı olan amortizasiya xərclərinin müəyyən edilməsini.

Bu Standart təşkilatlar tərəfindən hazırlanan həm maliyyə hesabatlarına, həm də birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına tətbiq edilməlidir.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.




“Seqment Hesabatları” üzrə 18 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standart seqmentlər üzrə maliyyə məlumatlarının təqdim edilməsi üçün müvafiq prinsiplərin yaradılmasını müəyyən edir. Sözügedən məlumatların açıqlanması:



  1. Təşkilatın keçmiş fəaliyyətini daha yaxşı başa düşməkdə və təşkilatın əsas fəaliyyətinin dəstəklənməsi istiqamətində ayrılan vəsaiti müəyyən etməkdə maliyyə hesabatlarının istifadəçilərinə yardım edəcək;

  2. Maliyyə hesabatlarının şəffaflığını artıracaq və təşkilata hesabatlılıq öhdəliyinin daha yaxşı yerinə yetirilməsinə imkan verəcəkdir.

Maliyyə hesabatlarını mühasibat uçotunun hesablama metodu əsasında hazırlayan və təqdim edən təşkilat bu Standartı seqment məlumatının təqdim edilməsi zamanı tətbiq etməlidir.

Bu standart İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edilmiş maliyyə hesabatlarının dərc edilmiş bütöv toplusu ilə təşkilatlara tətbiq edilməlidir.

Təşkilatın və ya digər iqtisadi qurumun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları və əsas təşkilatın fərdi maliyyə hesabatları birlikdə təqdim edildikdə seqment məlumatları yalnız birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üzrə təqdim edilməlidir.

Bu standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.


“Qiymətləndirilmiş Öhdəliklər, Şərti Öhdəliklər və Şərti Aktivlər” üzrə 19

-li Milli Mühasibat Uçotu Standartı
Bu Standart təsvir edir:


  1. Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlərlə bağlı tətbiq olunan tanınma meyarının, qiymətləndirmə əsaslarının və maliyyə hesabatlarında açıqlanmalı olan məlumatın müəyyən edilməsini;

  2. Maliyyə hesabatlarının qeydlərində şərti öhdəliklər və şərti aktivlər haqqında məlumatın açıqlanmasını.

Bu Standart hər hansı hallar istisna olmaqla, qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlərin uçotuna tətbiq etməlidir:

  1. Təşkilat tərəfindən verilən və qarşılığında, birbaşa olaraq, sosial yardım alan şəxslərdən təmin edilən məhsul və xidmətlərin dəyərinə təqribən

bərabər olan vəsaitlər alınmayan sosial yardımlar üzrə yaranan qiymətləndirilmiş öhdəliklər və şərti öhdəliklər;

  1. Ədalətli dəyər əsasında əldə edilən maliyyə alətləri üzrə yarananlar;

  2. Standartın hazırkı maddəsinin digər müddəalarını qəti şəkildə əhatə edənlər istisna olmaqla, digər icrası icbari olan müqavilələr üzrə yarananlar;

  3. Sığorta müəssisəsində sığorta olunanlar ilə müqavilə üzrə yarananlar;

  4. Digər Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı ilə əhatə olunanlar;

  5. Mənfəət vergisi və ya mənfəət vergisi ekvivalenti üzrə yarananlar və

  6. Hazırkı standartda qeyd edildiyi kimi, struktur dəyişiklikləri səbəbindən işdən çıxarılmağa görə ödənilən müavinətlər istisna olmaqla, işçilərin mükafatlandırılması üzrə yarananlar.
“ƏLAQƏLİ TƏRƏFLƏR HAQQINDA MƏLUMATIN AÇIQLANMASI”


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin