Bəybala xankiŞİyev şahrza əLİyev


Mühasibat uçotunun beynəlxalq standartlara keçməyinin zəruriliyi



Yüklə 0,67 Mb.
səhifə41/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Mühasibat uçotunun beynəlxalq standartlara keçməyinin zəruriliyi

Uçot və hesabat sahəsində beynəlxalq standartların işlənib-hazırlanmasına və tətbiq edilməsinə tələbat aşağıdakı əsas səbəblərlə şərtlənmişdir:



  1. dünya təsərrüfat əlaqələrinin inkişafında transmilli şirkətlərin rolu;

  2. kapital bazarlarının inkişafına mühasibat uçotunun təsiri;

  3. mühasibat uçotunun regional sistemləri.
    1. Dünya təsərrüfat əlaqələrinin inkişafında transmilli şirkətlərin (TMŞ) rolu

Transmilli şirkətlər dünya iqtisadiyyatında liderlik edirlər. BMT-nin məlumatlarına görə, hazırda 37 mindən artıq TMŞ onların 170 min xarici törəmə firmaları və filialları ilə dünya özəl sektorun üçdə birinə nəzarət edirlər. TMŞ-nin xarici istehsalının həcmi 5,5 mlrd dollar təşkil edir, bu da dünya ixracatının həcmindən (4 mlrd doll.) artıqdır. Məhz TMŞ-lərin xarici iqtisadi fəaliyyətindən əksər inkişaf etmiş ölkələrin ixracatının həcmləri və istiqaməti asılıdır. Etiraf etmək lazımdır ki, TMŞ bütün dünyada iqtisadi inkişafın hərəkətvericisi kimi çıxış edir. TMŞ üçün müxtəlif ölkələrin şirkətlərinin birləşməsi və udulması prosesi səciyyəvidir, məsələn, yapon investorları ABŞ milli şirkətlərinin səhmlərini fəal surətdə alırlar, müxtəlif Avropa ölkələrinin şirkətlərinin birləşməsi prosesi gedir, onlar, öz növbələrində, Asiya regionu şirkətləri ilə səhmlərini

mübadilə edirlər və s. TMŞ xammal, işçi qüvvəsi, kapital bazarlarının daim dəyişən şərtlərinə yüksək uyğunlaşma dərəcəsi ilə fərqlənir, onların ehtiyat qüvvələri olduqca çevikdir. Həmçinin TMŞ-nin fəaliyyətində firmadaxili ticarətin və transfert qiymət əmələ gəlməsinin rolunu da qeyd etmək lazımdır.

TMŞ-lər öz kapitallarını investisiya etdikləri müəssisələrin maliyyə vəziyyəti barədə kifayət qədər tam və etibarlı informasiyaya malik olmadan öz iqtisadi və maliyyə siyasətlərini uğurla həyata keçirə bilməzlər. Dürüst maliyyə informasiyası olmadan TMŞ-lərin resurslarının yerləşdirilməsi üzrə müxtəlif ölkələrin bazarlarının təklif etdiyi alternativlərin təhlili mümkün deyil. Müxtəsər desək, TMŞ-lərin menecerləri bütün səviyyələrdə qərarlar qəbul edilməsi prosesini təmin edən inkişaf etmiş daxili informasiya və hesabat sisteminə ehtiyac duyurlar. Ancaq bu cür sistem yaradılarkən, məsələn, yerli uçot sisteminin qavranılmamasını, eləcə də kifayət qədər olmayan peşə hazırlığını və müəyyən anlayışlara, metodlara və formalara uyğunlaşa bilməməsini təyin edən mədəni və sosioloji amilləri nəzərə almaq zəruridir.

Mühasibat uçotunun firmadaxili aspektlərindən savayı, qəbul edən ölkələrin uçot və hesabat formaları və metodlarını bilmək böyük əhəmiyyət kəsb edir. Hər şeydən öncə, TMŞ-lərin törəmə şirkətləri milli normalara və standartlara əməl etməyə borcludurlar. Daha sonra, TMŞ-nin filialları və törəmə şirkətləri olduqları ölkənin iqtisadi infrastrukturu banklarla, maliyyə orqanları ilə qarşılıqlı fəaliyyətdə olurlar və yerli istifadəçilər üçün məqbul formada hesabat təqdim etməlidirlər. Eyni zamanda baş şirkətin xarici firmalarının hesabatı təqdim edilərkən hesabatların tərcüməsi və modifikasiyası zərurəti yaranır. Ümumi (cəmləşdirilmiş) hesabat tərtib olunarkən böyük mühasibat uçotunun və hesabatının hesabat məlumatlarının qarşılıqlı uzlaşdırılması zəruridir. Bu zaman fərqlər həm formal xarakterə (balansın təqdim olunmasının, nəticələrin hesabının müxtəlif modelləri), həm də əslində, zahirən eyni anlayışların şərhində fikir ayrılıqlarına malikdir.

TMŞ-lərin xarici iqtisadi fəaliyyəti, digər şirkətlərin xarici ticarət əməliyyatları, beynəlxalq investisiya prosesi, dünya fond birjalarındakı əqdlər xarici valyutada onu milli valyutaya çevirməklə hesablaşmalar aparmaq zərurəti yaradır. Bu cür çevirmələr TMŞ-nin ümumi (cəmləşdirilmiş) hesabatı tərtib olunarkən də zəruridir. Prinsipcə bu, texniki uçot problemləridir, lakin onlar da mühasibat uçotunun beynəlxalq standartlaşdırılması vasitəsi ilə həll edilməməlidir.

Burada bu nəticə çıxır ki, TMŞ-lər obyektiv olaraq uçotun beynəlmiləlləşməsinə təşəbbüs edir və onun beynəlxalq standartlaşdırılmasına fəal yardım göstərir.


    1. Kapital bazarlarının inkişafına mühasibat uçotunun təsiri

Beynəlxalq kapital bazarları milli bazarlardan əmələ gəlmişdir. Yaxın keçmişdə müəssisələrin borc kapitalına olan tələbatları milli kapital bazarları vasitəsi ilə ödənilirdi. Nümunə kimi müəssisələrin onlara lazım olan kapitalları ölkə daxilində ilkin və təkrar kapital bazarları vasitəsi ilə toplamaq imkanları olan ABŞ göstərilə bilər. ABŞ-ın qiymətli kağızların təkrar bazarı – dünyada ən böyük bazardır.

İkinci Dünya müharibəsindən sonra maliyyə bazarında vəziyyət köklü surətdə dəyişdi. Xüsusilə Amerika yardımı proqramı və öz iqtisadiyyatını bərpa edən müharibədən sonrakı Avropada dollar “aclığı” amerikan müəssisələrinin xarici investisiyalarının artımına səbəb oldu.

Hal-hazırda bir sıra amillər üzündən beynəlxalq kapital bazarlarının sürətli inkişafı və onların mövqelərinin möhkəmlənməsi müşahidə olunur. Bu cür amillərə aşağıdakılar aiddir: inkişaf planlarını və milli gəlirlərin dəstəklənməsi üzrə proqramlar həyata keçirən ölkələrin xarici maliyyə mənbələrinə artan tələbatı, maliyyə bazarlarında rəqabət, ölkələrin artıq maliyyə resurslarına malik olan və xarici investisiyalara ehtiyac duyan ölkələrə bölünməsi.

Digər tərəfdən, beynəlxalq standartlar bir çox birja əməliyyatlarını sadələşdirir və bununla da onların inkişafına təkan verirlər.


    1. Mühasibat uçotunun regional sistemləri

Qeyd etmək mühümdür ki, mühasibat uçotu heç vaxt onun tətbiqi dairəsini hər hansı bir sahə və ya ayrıca ölkə ilə məhdudlaşdırmamışdır. “İtalyan mühasibatı” çox sürətlə Almaniyanı, Fransanı, Niderlandı, sonra isə Böyük Britaniyanı fəth etdi. Böyük Britaniyanın 17-18-ci əsrlərdə hökmran üstün mövqeyi mühasibat uçotunu nəinki Şimali Amerikada, həm də Britaniya Birliyi ölkələrində yaymağa kömək etdi. Holland təsiri uçotun İndoneziya və Cənubi Afrikada “mənimsənilməsinə” imkan yaratdı. Fransız uçot sistemi Polineziyada və Afrikada fransız təsir zonasında yayılmışdır, Almaniya isə Yaponiyada, İsveçdə və keçmiş çar Rusiyasında uçotun inkişafına təsir göstərdi.

Birləşmiş ştatların iqtisadi qüdrətinin bizim yüzilliyin birinci yarısında artması amerikan modelinin nəzəri mövqelərinin və təcrübənin təkcə Almaniyada və Yaponiyada yox, həm də inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Braziliyada, İsraildə, Meksikada və Filippində təsirinin artması ilə nəticələndi.

Bu təsir hal-hazırda da xeyli hiss olunan dərəcədə qalır. Birləşmiş ştatlar mühasibat uçotu sahəsində elmi işləmələrə maliyyə ayırmaları və nəşrlərin sayına görə öndə gedirlər, onlar həmin profil yönümlü universitet təhsilinin yüksək inkişaf etmiş sisteminə malikdilər. Eyni zamanda heç də bütün ölkələr uçotun amerikan standartlarını və prinsiplərini həvəslə qəbul etmirlər.

Mühasibat uçotu mahiyyətcə universaldır, onun dili – “beynəlxalq ünsiyyət dilidir”, “balans”, “debet”, “kredit”, “konto” (hesab) kimi kateqoriyalar bütün dünyada başa düşülür və tətbiq olunur.

Artıq deyilmişdir ki, dünya təcrübəsində aktivlər qiymətləndirilərkən daha çox ilkin maya dəyərindən istifadə edirlər, baxmayaraq ki, bu metod modifikasiya edilmiş şəkildə tətbiq edilir. Belə bir nöqteyi-nəzər mövcuddur ki, balansda aparılan qiymətləndirmə əmlakın o zaman real dəyərinə maksimum yaxın olmalıdır, buna görə də cari dəyəri tətbiq etmək, yaxud gələcək əməliyyatlardan ehtimal olunan itkiləri və gəlirləri nəzərə almaq, qiymətlərin dəyişməsini əks etdirmək və i.a. vacibdir.

İnflyasiya ümumdünya hadisəsi olduğundan, onun nəticələri isə həm mikro, həm də makro səviyyələrdə duyulduğundan bu məsələ üzrə uçot problemlərinin həlli üçün maksimum səy göstərilməlidir. Aydındır ki, bu, Azərbaycanda müasir iqtisadi vəziyyət üçün də xeyli aktualdır.

Eləcə də balansa hansı vəsait və resurs növlərinin daxil edilməsi barədə məsələnin birmənalı olmayan həllini qeyd etmək lazımdır, xüsusilə də bu, “firmanın qiyməti” və ETTKİ-nə xərclər kimi aktivlər barəsində səciyyəvidir. Buradan bu kateqoriyalı vəsaitlərin silinməsinə müxtəlif baxışlar ortaya çıxır: bir qisim ölkələrdə onların faydalı istifadə müddəti ərzində amortizasiyasına, yaxud da öz kapitalının azaldılması hesabına dərhal silinməsinə icazə verilir. Bir sıra ölkələrdə alternativ seçimə yol verilmir (məsələn, ABŞ-da, Kanadada və Yaponiyada “firmanın qiymətinin” dərhal silinməsinə icazə verilmir, onun aktivdə məcburi “kapitallaşması” tələb olunur). Amortizasiya müddətlərinin təyin edilməsi təcrübəsi də fərqlənir. Ayrı-ayrı ölkələrdə “firmanın qiymətinin” silinməsinin maksimum müddətin məhdudlaşdırılması müəyyən edilir, məsələn ABŞ-da 40 il, Avstraliyada – 20 il, Hollandiya və İsveçdə – 10 il, Almaniya və Yaponiyada – 5 il. Ticarət markaları, ticarət nişanları, EHM üçün proqram təminatı və sair kimi duyulmayan aktivlərin uçotu və amortizasiyası zamanı da fərqlər mövcuddur.

Eynilə və öhdəliklərin uçot təcrübəsi də fərqlənir. Məsələn, Argentinada vergilər üzrə öhdəliklər hesablanmırlar, onlar yalnız kassa metodu üzrə hesaba alınırlar və əks olunurlar. Hollandiyada təxirə salınmış gəlir vergisinin məbləği (faktiki vergi ilə maliyyə uçotda müəyyən edilmiş mənfəətə uyğun hesablanmış vergi arasındakı fərq) diskontlaşır.

“Öhdəliklər” anlayışının müxtəlif təfsir edilməsi ona gətirib çıxarır ki, ayrı-ayrı Avropa ölkələrində və Cənubi Afrikada, məsələn, qiymətləndirmə ehtiyatları yaranılmır (hətta pensiya öhdəlikləri üçün də), əksinə Almaniya və İsveçrə “öhdəlik” termininin “gizli” ehtiyatlara tətbiq edilməsinin nümunəsidirlər, bununla da onlar həmin ehtiyatların yaradılasına bəraət qazandırırlar. Bu ölkələrdə

ehtiyatlılıq prinsipi ifrat ifadəsini tapır və bir sıra hallarda gələcəkdə mümkün itgilərin yenidən qiymətləndirilməsi mövcuddur.

Əməliyyatların xarici valyutada yenidən hesablanma zamanı da beynəlxalq uçotda zidiyyətli problemlər yaranır: hesablama zamanı hansı mübadilə məzənnəsi və hansı ana istinadən tətbiq edilməlidir, bunun nəticəsində yaranmış fərqləri necə şərh etməli və s.

Beləliklə, aydındır ki, beynəlxalq uçot sisteminin yaradılması üzrə iş aparılması üçün obyektiv tələbat və ilkin şərtlər mövcuddur. Bu iş müxtəlif ölkələrə mövcud olan uçot sistemlərinin tədqiqindən, müqayisəsindən və təsnifatından, uçotun, hesabatın və auditin unifikasiyası üzrə işləmələrdən və tövsiyələrdən ibarətdir.



    1. Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu standartları

Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında büdcə təşkilatları üçün tətbiq olunan aşağıdakı Milli Mühasibat Uçotu Standartları müəyyən edilmişdir.

Maliyyə hesabatlarının təqdimatı üzrə 1 №-li Milli Mühasibat Uçotu


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin