Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə49/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Kassa uçotu mövcud resurs axınının ölçülməsinə əsaslanmışdır, başqa sözlə bu sistemdə əməliyyat və ya hadisələr yalnız vəsaitlərin alınması, yaxud ödənilməsi zamanı qeydə alınır. Kassa uçotu əsasında maliyyə hesabatı vəsaitlərin ayrılması, daxil olmasını, kassa qalıqlarının bağlanılmasını və ya açılmasını əhatə edir. Maliyyə hesabatlarının kassa uçotu sisteminin əsas üstünlüyü onun sadəliyi və pul-kredit məlumatları ilə müqayisə edilə bilməsidir.

Əksər ölkələrdə hesabatlar kassa uçotu əsasında tərtib edilir və onlar ayrılmış vəsaitlərin məbləğlərinə uyğun olur. Lakin şəffaflığın təmin olunması üçün onlara büdcənin icrası zamanı yaranan öhdəliklər haqqında məlumatlar da

əlavə edilməlidir. Beləliklə, kassa uçotundan istifadə edən ölkələrdə ənənəvi olaraq ikili yanaşma tətbiq olunur: a) büdcə uçotu və ya təxsisat üzrə uçot. Bu zaman ayrılmış vəsaitlərə və onların müxtəlif xərc mərhələlərində, xüsusilə öhdəlik mərhələsində istifadə xarakterinə nəzarət edilir; b) kassa uçotu. Yuxarıda qeyd olunduğu kimi əməliyyatlar yalnız vəsaitlərin əldə edilməsi, ayrılması zamanı qeydə alınır. Kassa uçot sistemi həmçinin aşağıdakılarla tamamlanır: a) bəzi öhdəliklər (məsələn, müqavilə şərtlərinin yerinə yetirilməsinə təminat verən girovun deponentləşdirilməsi, ödənilməmiş hesab-fakturalar üzrə borclar və maliyyə aktivləri) üzrə aralıq, yaxud balanslararxası hesablar; b) hesablanma metodu əsasında borcların uçotu.

Kassa metodu əsasında modifikasiya edilmiş uçot variantlarının mahiyyəti ondan ibarətdir ki, adətən maliyyə ili başa çatdıqdan sonra “əlavə” dövrdə (məsələn, 30 və ya 60 gün) uçot kitabları bağlanılmır. Belə ki, maliyyə ilinin əvvəlində aparılan bəzi kassa əməliyyatları əvvəlki maliyyə ilinə aid olduğu üçün sistemin belə modifikasiyası əsasən hesabat əməliyyatları ilə büdcə smetalarının müqayisəsinin təmin olunmasına yönəldilir.

Xalis kassa uçotu ilə müqayisədə bu modifikasiyanın üstünlüyü ondan ibarətdir ki, büdcənin icrası zamanı yaranan debitor və kreditor borcların səviyyəsini nisbətən dəqiq müəyyən etməyə imkan verir. Lakin bununla belə əlavə dövrdə həm cari maliyyə ili, həm də əvvəlki il üzrə iki müxtəlif mühasibat kitablarının aparılması qarışıqlığa, bəzi hallarda isə “özfəaliyyət”ə səbəb olur.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin