Hesablar planı və Baş mühasibat kitabı. Hesablar planı özündə iqtisadi, hüquqi və ya uçot xarakterinə uyğun olaraq əməliyyat və hadisələrin təsnifatını əks etdirir. Bu planda dövlət idarəetmə orqanlarının baş mühasibat kitablarının təşkili müəyyən olunur və kitablarda dövlət idarəetmə orqanlarının maliyyə vəziyyəti və təsərrüfat fəaliyyətinin nəticələri barədə qısa məlumat əldə etmək üçün həyata
keçirilən əməliyyatlar və digər hadisələr əks etdirilir. Büdcə təsnifatı sistemində
büdcə əməliyyatları ilə bağlı olan hesab və subhesabların strukturu müəyyənləşdirilir.
Kassa uçotu sistemində hesablar planı çox vaxt ödənişlər üzrə büdcə hesabları, daxili maliyyə əməliyyatlarının qeyd edilməsi və maliyyələşmə üzrə əməliyyatlar üçün bir neçə hesablar, habelə öhdəliklər üzrə hesablarla məhdudlaşdırılır. Hesablanma metodu üzrə uçot sistemində yoxlama mərhələsində xərclər öhdəlik kimi qəbul edilir. Ona görə də onlar mühasibat kitablarında qeyd edilməlidir ki, bura aktivlər, öhdəliklər, xərc və məsrəflər, gəlirlər və s. üzrə hesablar daxil edilir.
Keçid iqtisadiyyatına malik olan bir sıra ölkələrdə artıq aktivlərin (natamam olsa da) və xərclərin (yoxlama mərhələsində) uçotu aparılır. Lakin bu uçot mexanizmi səthi xarakter daşıyır. Belə ki, bu ölkələrin əksəriyyətində hesablar planı xəzinədarlıq tərəfindən idarə edilirsə, hesablanma metodu üzrə uçot sistemi büdcə təşkilatlarında təşkil olunur. Başqa sözlə, yoxlama mərhələsində büdcə təşkilatları tərəfindən xərclərin aparılmasına baxmayaraq xəzinədarlıq dövri olaraq yaranmış və ödənilməmiş borclar barədə məlumat təqdim edə bilmir. Bu cür hallarda kompleks hesablar planı uçot sistemlərini birləşdirməyə imkan vermiş olur.
Hesablar planındakı spesifikasiyaya (büdcə təsnifatı sistemi daxil olmaqla) uyğun olaraq bütün əməliyyatların qeyd olunduğu kitablar dəsti və ya məlumatlar bazası Baş mühasibat kitabı adlanır.
Xəzinədarlığın hesab kitabları və mühasibat hesabatları
Xəzinədarlıq idarəetmə sistemini həyata keçirən xəzinədarlığın müvafiq işçiləri aşağıdakı əsas prinsiplərin gözlənilməsini təmin etməlidirlər:
Xəzinədarlığa dair hesabatlar və ya digər məlumatlar hazırlanarkən XHK- dakı yazılışlar əsas kimi götürülməlidir. Məhz buna görə XHK-dakı yazılışlar mühüm əhəmiyyət kəsb edir. XHK-lar işlənərkən xəzinədar əmin olmalıdır ki, yazılışlar təlimatlara cavab verir. XHK-larda təlimata uyğun olmayan yazılışlar aparan işçilər buraxılan səhvlərə görə inzibati məsuliyyət daşıyırlar.
Gəlirlərin müxtəlif səviyyəli büdcələr arasında bölünməsi xəzinədarlığın vəzifəsinə aid edilir. Əvvəllər bu mühüm vəzifəni banklar yerinə yetirirdi. Vəsaitlərin düzgün bölünməsinə görə xəzinədarlıq işçiləri ciddi məsuliyyət daşıyırlar.
Büdcədənkənar vəsaitlər də xəzinədarlığın nəzarəti altında olur. Ləğv olunmuş büdcədənkənar bank hesablarının hər birinin əvəzinə xəzinədarlıqda bir XHK açılır. Beləliklə, büdcədənkənar vəsaitləri ayrıca bank hesablarına köçürülməsinə ehtiyac qalmır. Bütün büdcə və büdcədənkənar daxilolmalar xəzinədarlığa daxil olur və müvafiq XHK-da öz əksini tapır. BT büdcədənkənar vəsaitlərin daxilolmasının uçotunu aparır. BT malik olduğu depozitlər haqqında siyahını YXO-ya təqdim edir və onların büdcədənkənar vəsait olduğunu əsaslandırır.
Büdcədənkənar vəsaitlərin xərclənməsi zamanı büdcə vəsaitləri üçün nəzərdə tutulan təsnifatdan istifadə edilir.
XHK-larda kredit qalığının təmin edilməsi YXO rəhbərinin ən əsas vəzifələrindən biridir.
XHK-larda yazılışlar aşağıdakı sənədlər əsasında aparılmalıdır: 1) gündəlik əməliyyatlar haqqında bank çıxarışları; 2) Xəzinə daxilində vəsaitlərin köçürülməsi haqqında Xəzinədarlığın köçürmə sərəncamı (XKS); 3) Xəzinələr arasında vəsaitlərin köçürülməsi haqqında Xəzinələrarası Köçürmə Sərəncamı (XAKS). XHK-ların yazılışı üçün digər heç bir sənəd istifadə edilməməlidir.
Qalıqları çıxarılmaqla bütün XHK-lar gündəlik bağlanılmalı və onların əsasında Baş Kitabın İcmal Hesabat balansı tərtib edilməlidir.
Bütün mühasibat hesabatları yalnız XHK-lar əsasında hazırlanmalıdır.
Büdcənin icrası və xərclərə nəzarət üçün əsas vasitə xərc XHK-larıdır. Xərclər üzərində nəzarətin səmərəli təşkilinə yalnız xərclər XHK-nı düzgün aparmaqla nail olmaq mümkündür.
MX-nin birbaşa əməliyyatları üzrə aşağıdakı uçot yazılışları aparılır və YXO-lara aid AB-lərlə sərəncam əməliyyatları istisna olmaqla, bütün əməliyyatlar MX-nin birbaşa əməliyyatları adlanır.
MX özünə aid XHK-ların işlənilməsinə Xəzinədarlığın Cari Hesabı (XCH) adlanan Vahid Xəzinə hesabının açıldığı gündən başlayır. Xəzinədarlığın II mərhələsi mərhələlərlə əvvəlcədən tərtib edilmiş qrafikə uyğun olaraq, əvvəl bir və bir neçə rayonda, sonra isə zonalar üzrə bütün respublika ərazisində tətbiq olunur. Nəzərdə tutulur ki, aralıq dövrdə aşağıdakı XHK-lar işlənilmir: “Respublika gəlirləri”, “Respublika bölüşdürülməyən”, “Mərkəzi Bankın müvəqqəti hesabı”. Lakin buna baxmayaraq aralıq dövrdə mümkün ola biləcək müvafiq əməliyyatları əks etdirmək məqsədilə həmin XHK-lar aparıla da bilər. Xəzinədarlıq sisteminin II mərhələsinin respublikanın bütün ərazisində tətbiqindən sonra bütün XHK-ların tam şəkildə işlənilməsinə başlanılır.
Bank hesablarının bağlanılmasına gəldikdə isə Xəzinədarlığın respublikada tətbiq olunduğu andan etibarən həmin regionlarda bütün bank hesabları bağlanaraq onların qalıq vəsaitləri YXO-nun tranzit hesabına, oradan isə MX üçün açılmış XCH-yə köçürülür. YXO-ların əhatə etmədiyi bütün bank hesablarının son qalıqları MX-də açılmış müvafiq XHK-ların ilkin qalığı kimi götürülür. Bu hesablar hər gün sıfır balansla bağlanaraq XCH-yə və “Respublika bölüşdürülməyən Maliyyə Nazirliyinin ümumi resursları” XHK-ya verilir. Bütün bu hesabların qalıq məbləğləri ilə birlikdə “Mərkəzi Bankın müvəqqəti hesabı” XHK-nın qalığını təşkil edir (debet sütununda). Qeyd etmək lazımdır ki, bütün bank hesablarının qalıqları sonrakı günün səhəri üçün MB-nin Əməliyyat İdarəsində açılmış Xəzinədarlığın Cari Hesabının qalığını təşkil edir. Bütün düzgünlüyünə istər MX, istərsə də YXO-lar eyni məsuliyyət daşıyırlar. XHK-da yazılışlar MX tərəfindən birbaşa əməliyyatlara dair bank tərəfindən verilmiş bank çıxarışları, YXO-larla hesablaşmalara dair XAKS, MX daxili əməliyyatlara dair XKS-lər əsasında aparılır. Başqa sənədlər XHK-ların işlənməsi üçün əsas kimi istifadə edilməməlidir.
Hər ay müxtəlif səviyyəli xəzinədarlıqlar tərəfindən aşağıdakı mühasibat hesabatları icmal şəkildə hazırlanmalı və təqdim edilməlidir.
Baş Kitabın (BK) icmal hesabat balansı
Aylıq hesabatlar
YXO-lar hesabatları zona xəzinədarlıq orqanına (ZXO) təqdim edirlər. ZXO-lar öz növbəsində zona üzrə ümumiləşdirilmiş icmal hesabatları YXO-ların hesabatlarının sürəti ilə birlikdə MX-yə təqdim edirlər. YXO-lar üçün hesabatların təqdim olunma müddəti hər sonrakı ayın 10-u, ZXO-lar üçün isə 12-si sayılır, MX sonrakı ayın 15-dən gec olmayaraq MN-ə icmal hesabat təqdim edir.
İcmal hesabat xəzinədarlığın baş kitabın bağlanılmasına xidmət edən registrin əsasında tərtib olunur.
Hesabatlar XHK əsasında hazırlandığı üçün yerli xəzinədarlıqların aylıq hesabatları ilə bu hesabatları ümumiləşdirən Zona Xəzinədarlıq Orqanlarının icmal hesabatları arasında fərq ola bilməz və onlar bunu təmin etməlidirlər.
Aylıq hesabatların formaları aşağıdakılardır:
YXO tərəfindən yerli xərclərin icrasına dair aylıq hesabat hazırlanır və təqdim edilir.
MX tərəfindən dövlət büdcəsinin icrasına dair aylıq hesabat hazırlanır və təqdim edilir.
YXO tərəfindən xüsusi vəsaitlərin icrasına dair aylıq hesabat hazırlanır və təqdim edilir.
MX tərəfindən xüsusi vəsaitlərin icrasına dair aylıq hesabat hazırlanır və təqdim edilir. Bu hesabat özündə dövlət büdcəsindən maliyyələşməni əks etdirir.
Dövlət büdcəsinin xərclərinin icrasına dair illik hesabat
|
Bölmə
|
k/bol
|
Fəsil
|
Paraqraf
|
Maddə
|
Təyinat
|
Dürüstləşdirilmiş təyinat
|
İcra
|
Xərclərin cəmi: O cümlədən
1.Mərkəzləşdirilmiş xərclər
2. Yerli xərclər
|
|
|
|
|
|
|
|
|
Dostları ilə paylaş: |