Bəybala xankiŞİyev şahrza əLİyev


№-li “Digər qısamüddətli aktivlər” hesabında



Yüklə 0,67 Mb.
səhifə59/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

145 №-li “Digər qısamüddətli aktivlər” hesabında əvvəlki sintetik hesablar qruplarında əks etdirilməyən sair qısamüddətli aktivlər uçota alınır. Digər qısamüddətli aktivlər alındıqda 145 №-li hesabın müvafiq subhesablarının debeti, 301, 302, 309 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Digər qısamüddətli aktivlərin silinməsi 122-9 №-li subhesabın debeti və 145 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
VI FƏSİL. BÜDCƏ TƏŞKİLATLARINDA UZUNMÜDDƏTLİ AKTİVLƏRİN UÇOTU

6.1. Uzunmüddətli aktivlərin uçotu (maliyyə aktivləri), 6.2. Əsas fondların amortizasiyasının (köhnəlməsinin) uçotu, 6.3. Qeyri-maddi aktivlərin (maliyyə aktivləri) uçotu.



    1. Uzunmüddətli aktivlərin uçotu (maliyyə aktivləri)

“Uzunmüddətli aktivlər” bölməsi təşkilat tərəfindən nəzarət edilən və gələcəkdə iqtisadi səmərənin əldə edilməsi gözlənilən xidmət (istehsal) prosesində bir ildən artıq müddətə istifadəsi müəyyən olunan aktivlər barədə məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu bölmə aşağıdakı maddələrdən ibarətdir.



  1. – “Sair uzunmüddətli maliyyə aktivləri”;

  2. – “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər”; 24 – “Qeyri-maddi aktivlər”;

25 – “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri”.


Sair uzunmüddətli maliyyə aktivlərinin uçotu

Sair uzunmüddətli maliyyə aktivlərinin uçotu Hesablar Planının 22-ci maddəsində əks etdirilir. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş uzunmüddətli borclar, digər uzunmüddətli investisiyalar və sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu maddə aşağıdakı hesablardan ibarətdir:



  1. №-li “Verilmiş uzunmüddətli borclar”;

  2. №-li “Digər uzunmüddətli investisiyalar”;

  3. №-li “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər”.

  1. №-li “Verilmiş uzunmüddətli borclar” sintetik hesabında təşkilat tərəfindən verilmiş uzunmüddətli borclar barədə hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Təşkilat tərəfindən verilmiş uzunmüddətli borclar 222 №-li hesabın debeti və 103, 104, 105 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

  2. №-li “Digər uzunmüddətli investisiyalar” sintetik hesabında təşkilat tərəfindən verilmiş digər uzunmüddətli investisiyalar barədə hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Təşkilat tərəfindən digər uzunmüddətli investisiyalar verildikdə 223 №-li hesabın debeti və 103, 104, 105 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

  3. №-li “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” sintetik hesabında təşkilatın sair uzunmüddətli maliyyə aktivlərinin dəyərdən düşməsi səbəbindən həmin aktivlərin dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti ilə bağlı əməliyyatlar əks etdirilir. Bu düzəlişlər müəyyən edildikdə 224 №-li hesabın debeti, 222, 223 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir. Həmin düzəlişlər hesabat dövrünün xərclərinə aid edilərək 701, 702, 703, 731, 732, 733, 741, 742, 743 №-li hesabların debetində və 224 №-li hesabın kreditində uçota alınır.

Verilmiş uzunmüddətli borcların, digər uzunmüddətli investisiyaların qaytarılması zamanı 103, 104, 105 №-li hesabların müvafiq subhesablarının debeti, 222, 223 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.
    1. Əsas fondların amortizasiyasının (köhnəlməsinin) uçotu. Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin uçotu

Torpaq, tikili avadanlıq və digər uzunmüddətli aktivlərin uçotu Hesablar Planının 23-cü maddəsində əks etdirilir. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmət (istehsal) prosesində bir ildən artıq istifadəsi nəzərdə tutulan aktivlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu maddə aşağıdakı hesablardan ibarətdir:



  1. №-li “Torpaq, tikili və avadanlıq”;

  2. №-li “Torpaq, tikili və avadanlığın amortizasiyası”;

  3. №-li “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər”; 234 №-li “Bioloji aktivlər”;

235 №-li “Bioloji aktivlərin amortizasiyası”; 236 №-li “Daşınmaz əmlaka investisiyalar”;

  1. №-li “Daşınmaz əmlaka investisiyaların amortizasiyası”;

  2. №-li “Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər”.

  1. №-li “Torpaq, tikili və avadanlıq” hesabında təşkilatın mülkiyyətindəki istismarda və ya ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (investisiya məqsədli daşınmaz əmlak istisna olmaqla) torpaq, tikili və avadanlıqların mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Torpaq, tikili və avadanlıqlar əldə edilən zaman 231 №-li hesabın müvafiq subhesablarının debeti və 233, 301, 309 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Torpaq, tikili və avadanlıqlar əvəzsiz olaraq alındıqda digər əməliyyat gəliri kimi uçotda əks etdirilərək 231 №-li hesabın müvafiq subhesablarının debeti və 631 №-li hesabın müvafiq subhesablarının kreditində göstərilir. Satış məqsədi ilə saxlanılan torpaq, tikili və avadanlıqlar “Satış məqsədi ilə saxlanılan digər aktivlər” hesabına keçirildikdə 125 №-li hesabın debeti və 231 №-li hesabın müvafiq subhesablarının

kreditində əks etdirilir. Eyni zamanda, 232 №-li hesabın debeti 125 №-li hesabın krediti ilə müxabirləşir. Satış məqsədi ilə saxlanılan torpaq, tikili və avadanlıqların satılması və ya əvəzsiz verilməsi nəticəsində xərclərin tanınması 125 №-li hesabın krediti və 741,742, 743 №-li hesabların debetində uçota alınır. Satılmış və ya əvəzsiz verilmiş torpaq, tikili və avadanlıqlar üçün hesablanmış gəlirdən xərclər çıxıldıqda 631 №-li hesabın müvafiq subhesablarının debeti və 741, 742, 743 №-li hesabların krediti üzrə mühasibat yazılışı aparılır. Tam aşılanmış və ya istifadəsi mümkün olmadığından yararsız hala düşmüş torpaq, tikili və avadanlıqlar silindikdə 231 №-li hesabın müvafiq subhesablarının krediti və 232 №-li hesabın müvafiq subhesablarının debeti ilə müxabirləşir. Aşılanmış və ya istifadəsi mümkün olmadığından yararsız hala düşmüş torpaq, tikili və avadanlıqlar xərcə silindikdə 231 №-li hesabın müvafiq subhesablarının krediti və 741, 742, 743 №-li hesabların debetində əks etdirilir. Eyni zamanda, aşağıdakı mühasibat yazılışı verilir:

  1. №-li hesabın müvafiq subhesablarının debeti və 741, 742, 743 №-li hesabların krediti üzrə;

631-3 №-li subhesabın debeti və 741, 742, 743 №-li hesabların krediti

üzrə;

801 №-li hesabın debeti və 631-3 №-li subhesabın krediti üzrə. Bu sintetik hesab üzrə aşağıdakı subhesablar açıla bilər:



    1. №-li “Torpaq”;

    2. №-li “Tikili və avadanlıq”; 231-3 №-li “Nəqliyyat vasitəsi”;

231-4 №-li “Sair torpaq, tikili və avadanlıq”.

    1. №-li “Torpaq” subhesabında təşkilatın mülkiyyətində olan torpaq

sahələri uçota alınır.

    1. №-li “Tikili və avadanlıq” subhesabında təşkilatın mülkiyyətində olan aşağıdakı aktivlərin uçotu aparılır:

“Binalar”;

“Qurğular (tikintilər)”;



“Ötürücü qurğular” ; “Maşınlar və avadanlıqlar”.

    1. №-li “Nəqliyyat vasitəsi” subhesabında təşkilatın mülkiyyətində olan bütün növ nəqliyyat vasitələri uçota alınır.

    2. №-li “Sair torpaq, tikili və avadanlıq” subhesabında 231-2 №-li subhesabın “Maşınlar və avadanlıqlar” qrupuna daxil edilməyən sair maşın və avadanlıqlar uçota alınır.

Hesab № 232 “Torpaq, tikili və avadanlığın amortizasiyası”. Bu hesabda əsas vəsaitlərin köhnəlmə dəyərinin uçotu aparılır.

Elmi-tədqiqat təşkilatlarında, ali və orta ixtisas təhsili müəssisələrində ləğv edilən əsas vəsaitlərdən əldə olunan gəlir büdcəyə köçürülmür, onların müəssisələrin özündə saxlanılır və müəssisənin maddi bazasının möhkəmləndirilməsinə sərf edilir.

Əsas fondların uçotunun mühüm şərti həmin vəsaitin maddi-texniki vəziyyətinə nəzarət etməkdən ibarətdir. Bu nəzarət isə büdcə idarələrində əsas vəsaitlərin hər il köhnəlmə dəyərini hesablayaraq inventar kartoçkalarında və müvafiq hesablarda uçota almaq yolu ilə həyata keçirilir.

Əsas vəsaitlərin təkrar istehsalının iqtisadi mexanizmi öz aralarında bir- birilə əlaqədar olan daxili proseslər əsas vəsaitlərin köhnəlməsi, istifadədən, çıxması və bərpa edilməsinə, yəni istifadədən çıxanların əvəzində yenisinin əldə edilməsinə əsaslanır. Təsərrüfat prosesində fəaliyyət göstərən əsas vəsaitlər fiziki köhnəlməyə məruz qalır, yəni tədricən öz texniki-iqtisadi xassələrini və deməli, öz istehlak dəyərlərini də itirirlər. Eyni zamanda əsas fondların dəyəri də azalır. Əsas fondların fiziki köhnəlməsi iki cür olur. Bunlardan biri istifadə olunması prosesində, ikincisi isə təbiət və atmosfer təsiri nəticəsində baş verir. Əsas fondlara yaxşı xidmət edildikdə fiziki köhnəlmə amilləri zəifləyir və əksinə, pis xidmət edildikdə daha da güclənir ki, bu da əsas vəsaitlərin vaxtından əvvəl sıradan çıxmasına və itkiyə səbəb olur.

Əsas fonların fiziki köhnəlməsi ilə yanaşı onların mənəvi köhnəlməsi də baş verir; bu halda onların texniki-iqtisadi xassələrinin itirilməsi dərəcəsindən asılı olmayaraq dəyərlərinin bir hissəsi itir. Mənəvi köhnəlmənin iki forması var. Mənəvi köhnəlmənin birinci forması onunla ifadə olunur ki, əsas vəsaitlərin dəyəri onların istehsal edildikləri sahədə əmək məhsuldarlığının yüksəlməsi nəticəsində itir. Bu forma fəaliyyətdə olan avadanlığın yenisi ilə əvəz edilməsi zərurətini doğurur. Belə ki, fəaliyyətdə olan avadanlığın və yeni avadanlığın texniki səviyyəsi eyni olaraq qalır.

Mənəvi köhnəlmənin ikinci forması daha mükəmməl və məhsuldar maşın və avadanlıqların geniş yayılması ilə əlaqədardır ki, bu da əvvəllər quraşdırılmış daha az qənaətli əsas fondlar dəyərinin itməsinə gətirib çıxarır. Bu formada mənəvi köhnəlməyə məruz qalan maşınlar fiziki surətdə, yəni köhnələnə qədər istifadədən çıxarılır və yeniləri ilə əvəz olunur.

Əsas fondların istifadə prosesində onların fiziki köhnəlməsinə əsas vəsaitlərin yüklənmə dərəcəsi və keyfiyyəti texnoloji proseslərin xüsusiyyətləri və xarici şəraitin təsirindən əsas fondların qorunma dərəcəsi, əsas fondlara qulluğun keyfiyyəti və onlara xidmət edən fəhlələrin ixtisası kimi bir çox amillər təsir göstərir. Əsas fondlar köhnəlmə dərəcəsinin düzgün uçotu onların təkrar istehsalı üçün tələb olunan vəsaitlərin dəyərini və ölçüsünü müəyyən etmək üçün mühüm əhəmiyyətə malikdir. Bir sözlə, əsas vəsaitlərin köhnəlməsinin iqtisadi mahiyyəti ondan ibarətdir ki, onlar öz dəyərlərini tədricən itirir.

Odur ki, büdcə idarələrində xüsusi normativlərə əsasən ildə bir dəfə və hər ilin sonunda müəssisənin balansında olan əsas vəsaitlər üçün köhnəlmə məbləği hesablanır.

“Torpaq, tikili və avadanlığın amortizasiyası” hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin amortizasiyası haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

01 iyul 1997-ci ilədək əsas vəsaitlərin tam bərpası üçün köhnəlmə (amortizasiya) keçmiş SSRİ Nazirlər Sovetinin 22 oktyabr 1990-cı il tarixli 1072№-li əmri ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1990-cı il tarixli 536 №-li qərarı ilə Azərbaycan SSR-də tətbiqinə icazə verilən “SSRİ Xalq Təsərrüfatında əsas fondların tam bərpasına hesablanan amortizasiya ayırmalarının vahid normaları” əsasında hesablanırdı. 01 iyul 1997-ci ildən əsas vəsaitlərə (fondlara) köhnəlmə (amortizasiya) hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli 3 iyul 1997-ci il tarixli qərarı ilə həyata keçirilir. Bu qərarın 2-ci bəndində deyilir: “1997-ci il iyul ayının 1-dən mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələr (fondlara) köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunu tətbiq etsinlər. Bu metod üzrə amortizasiya olunan əmlak və onların tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normaları aşağıdakı qaydada qruplaşdırılsın və göstərilən hədlər daxilində müəyyən edilsin:



      1. binalar və onların struktur komponentləri – 5 faizə qədər;




      1. qurğular və onların struktur komponentləri – 7 faizə qədər;




      1. ötürücü qurğular və onların struktur komponentləri – 9 faizə qədər; ç) maşın və avadanlıqlar – 13 faizə qədər;

      2. nəqliyyat vasitələri – 15 faizə qədər;




      1. istehsal alətləri (ləvazimatları) və təsərrüfat inventarları – 25 faizə qədər;

ə) torpaq sahələrinin yaxşılaşdırılması üzrə sərmayə qoyuluşları, iş heyvanları, çoxillik əkmələr və digər əsas vəsaitlər (fondlar) – 25 faizə qədər;



      1. qeyri-maddi aktivlər isə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq.

Bu qərarın 5-ci bəndinə əsasən büdcə idarələri əsas vəsaitlərin (fondların) balans (ilkin) dəyərinə yalnız bu qərarda göstərilən normalar daxilində köhnəlmə (amortizasiya) hesablayır.

Binalara, qurğulara (tikililərə), ötürücü qurğulara, maşın və avadanlıqlara, istehsalat alətlərinə (ləvazimatlarına) və təsərrüfat inventarlarına, işçi heyvanlara, istismar vaxtına çatmış çoxillik əkmələrə və digər köhnəlmə (amortizasiya) hesab əsas fondlara yuxarıda adıçəkilən normativlər əsasında amortizasiya hesablanaraq, 232 №-li “Torpaq, tikinti və avadanlığa amortizasiyası hesabında uçota alınır.”

Aşağıdakı əsas fondlara köhnəlmə (amortizasiya) hesablanmır.
Nadir memarlıq və incəsənət abidəsi olan binalara və qurğulara (tikintilərə); elmi, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyada istifadə edilən avadanlıqlara, eksponatlara, nümunələrə, fəaliyyətdə olan və olmayan modellərə, maketlərə və başqa əyani vəsaitlərə; məhsuldar heyvanlara (damazlıq inəklərə, camışlara, madyanlara, dəvələrə, marallara, donuzlara, qoyunlara, keçilərə; döllük buğalara, kəllərə, ayğırlara, nərlərə, marallara, qabanlara, qoçlara, təkələrə və bunlar kimi digər məhsuldar heyvanlara); heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatlarına; istismar vaxtı çatmayan çoxillik əkmələrə; kitabxana fondlarına, kinofondlara, səhnə rekvizitlərinə, muzey sərvətlərinə (eksponatlarına); incəsənət işlərinə (bədii yaradıcılıq əsərlərinə); tam amortizasiya olunmuş əsas vəsaitlərə (fondlara), onlar istismara yararlı olduğu hallarda; anbarda olan və quraşdırılması tələb olunan (istismara verilməmiş) əsas vəsaitlərə (fondlara); müəssisənin xarici ölkələrdə olan nümayəndəlikləri, törəmə müəssisələri, şöbələri, istehsalatları, təsərrüfatları və digər bölmələri müstəqil balansa ayrıldığı üçün onların xarici ölkələrdə olan əsas vəsaitlərinə öz ölkələrində köhnəlmə (amortizasiya) hesablanmır. Həmin vəsaitlərə onların istifadə olduğu ölkələrin normativ sənədləri əsasında köhnəlmə (amortizasiya) hesablana bilər.

Büdcə idarələrində ildə bir dəfə, ilin sonunda əsas vəsaitlərə (obyektlərə) onların ilin hansı ayında əldə edilməsindən, yaxud tikilməsindən və quraşdırılmasından asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş normalarla tam təqvim ili üçün köhnəlmə (amortizasiya) hesablanır. Bir sözlə, əsas vəsaitlərə köhnəlmə (amortizasiya) “Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat”a uyğun həyata keçirilir.

Tam amortizasiya olunmuş (yəni dəyərinə 100% köhnəlmə hesablanmış) əsas vəsaitlər istismara yararlı olduqları hallarda onlara köhnəlmə hesablanmır.

Dəyərinə 100% köhnəlmə hesablanmış istismara yararlı olduğu halda onu sıradan çıxarmaq olmaz.

Əsas fondlar ləğv edildikdə, əvəzsiz verildikdə və ya digər sıradan çıxarılma hallarında onlara hesablanmış köhnəlmə məbləği 232 №-li hesabdan azaldılır.

Əsas vəsaitlərin köhnəlməsinin analitik uçotu əmlakın (qiymətlilərin) uçotu kartı f. №1Q-də aparılır.

Əsas fondlar bütün xidmət müddəti ərzində saz və normal vəziyyətdə saxlanması üçün vaxtaşırı təmir edilir. Təmir işi həcmindən asılı olaraq cari təmirə və əsaslı təmirə bölünür.

Cari təmir zamanı müşahidə edilən hər hansı bir nasazlıq ləğv edilir və ya köhnəlmiş hər hansı bir hissə və ya şəbəkə dəyişdirilir. Əsaslı təmir zamanı obyektin bütün xarab olmuş və eləcə də köhnəlmiş hissə, detal və şəbəkələri dəyişdirilir və o əvvəlki texniki gücünə və görkəminə qaytarılır.

Əsaslı təmir edilən obyekt əvvəlcə komissiya tərəfindən nəzərdən keçirilir, nöqsan aktı yazılır və bu aktın əsasında da əsaslı təmirin smeta dəyəri müəyyənləşdirilir. Həmin smeta yuxarı kredit sərəncamçısı, baş idarə və ya nazirlik tərəfindən təsdiq olunmalı və əsaslı təmirin başlanmasına icazə verilməlidir.

Əsas fondlar əsaslı təmiri iki üsulla – təsərrüfat üsulu və podrat üsulu ilə həyata keçirə bilər. Təsərrüfat üsulu zamanı obyektin əsaslı təmiri müəssisənin öz qüvvəsi ilə yerinə yetirilir. Podrat üsulunda obyektin əsaslı təmiri müqavilə əsasında hər hansı bir ixtisaslaşmış təmir təşkilatlarına tapşırılır. Burada əsas fondun sahibi sifarişçi, təmir təşkilatı isə podratçı kimi çıxış edir.

Əsaslı təmirdən əsas fondlar təhvil-qəbul aktı üzrə komissiya tərəfindən qəbul edilir. Əsas təmir üçün podratçı təşkilat ilə hesablaşma mütləq qaydada əsaslı təmirin smeta dəyəri əsasında aparılır.

Büdcə idarələrində bina və qurğuların əsaslı təmiri xərclər smetası üzrə nəzərdə tutulmuş təxsisata əsasən maliyyələşdirilir.

Əsas fondların inşaatı və satın alınması büdcə təşkilatlarında büdcədən və xərc smetasının nəzərdə tutulan büdcə təxsisatı əsasında maliyyələşdirilir.

Maddi-məsul şəxslər dəyişdirilən zaman onun öhdəsində olan əmlakın inventarizasiyası aparılır və idarə rəhbəri tərəfindən təsdiq edilmiş qəbul-təhvil aktı hazırlanır.

Əsas fondların bütün növ təmir xərcləri əsas fondlar dəyərinə daxil edilmir.
Uçota alınan kitabların bərpası (təmiri) xərcləri kitabların dəyərinə daxil edilmir. Belə xərclər idarənin smeta xərclərinə daxil edilərək silinir.

İdarəyə əsas fondlar (anbara və ya istismara) daxil olduqda maddi-məsul şəxs öhdəsinə götürdüyü əsas fondlar mədaxil sənədlərinə imza edir və onları qəbul edir.

Əsas fondlar anbardan istismara idarə rəhbərinin təsdiq etdiyi qaimə (tələbnamə) əsasında buraxılır.

Əvəzsiz olaraq alınmış və ya verilmiş əsas fondlar uçotda balans dəyəri ilə əks etdirilir.

Əsas fondların ləğvi idarə rəhbərinin əmri ilə təyin edilmiş komissiya tərəfindən qüvvədə olan normativ sənədlərə uyğun tərtib edilmiş akt əsasında həyata keçirilir. Ləğv aktı idarə rəhbəri tərəfindən təsdiq edildikdə və ya yuxarı təşkilat tərəfindən razılıq alındıqdan sonra qüvvəyə minir.

Ləğv edilmək üçün aktlaşdırılmış əsas fondlar akt qüvvəyə mindikdən sonra sökülə və detallaşdırıla bilər. Akt təsdiq edilməzdən və ya yuxarı təşkilat tərəfindən razılıq alınmazdan əvvəl əsas vəsaitlərin sökülüb detallaşdırılmasına yol vermək olmaz.

Sökülmə zamanı qiymətli metalı olan detallar və qovşaqlar Dövlət fonduna, yaxud əlvan metalı olan qovşaqlar və detallar isə əlvan metalların təkrar istehsalı ilə məşğul olan müəssisələrə təhvil verilməlidir.

Söküntüdən alınan və idarənin təsərrüfat fəaliyyətində istifadə üçün yararlı olan detallar, hissələr (materiallar, vəsaitlər) mümkün istifadə qiyməti ilə qiymətləndirilərək mədaxil edildikdə idarənin maliyyələşmə vəsaitinə və ya müvafiq fonduna aid edilir.

Əsas fondlar və başqa əmlakın ləğvindən əldə edilən material qiymətliləri idarənin öz ehtiyaclarına istifadə edilmədikdə onlar qüvvədə olan normativ sənədlərə uyğun qaydalarla kənara satılmalıdır. Əsas vəsaitlərin, həmçinin əsas vəsait obyektlərinin ləğvi zamanı söküntüdən əldə edilən material qiymətlilərinin satışından gələn gəlirdən qanunvericilikdə nəzərdə tutulan vergilər tutulduqdan sonra qalan məbləğ idarənin sərəncamında qalır. Lakin binaların və qurğuların satışından əldə edilən gəlir isə müvafiq büdcələrə köçürülür. Bir sözlə, əsas vəsaitlərin hesabdan silinməsi “Əsas vəsaitlərin (fondların) və digər əmlakların (qiymətlilərin) hesabdan silinməsi haqqında təlimat”a uyğun həyata keçirilir.

Əsas fondlar və digər əmlaklar balansdan silindiyi zaman mövcud qaydaları pozan, material qiymətliləri üzrə təsərrüfatsızlığa yol verən (ləğv zamanı məhvetmə, yandırma və başqa əməliyyatlar aparan) günahkar şəxslər qüvvədə olan qanunvericiliklərlə məsuliyyətə cəlb edilirlər.

Binalar və qurğular əvəzsiz olaraq verildikdə və alındıqda mövcud müvafiq qaydalardan istifadə edilir.

Əsas fondlar maddi-məsul şəxslər tərəfindən saxlandığı yerlər və hər bir inventar obyektləri üzrə ayrı-ayrılıqda uçota alınır.

Ayrıca inventar obyekti dedikdə layihədə nəzərdə tutulmuş konstruksiyaların, qurğuların, obyektə aid olan bütün hissələrin, predmetlərin komplekt tikintisi və quraşdırılması, yəni başa çatdırılmış obyektlər (əmək vasitələri) başa düşülür.

Binalar sinfində aktivin ayrıca inventar obyekti dedikdə tikilmiş hər bir binalar nəzərdə tutulur.

Binanın tərkibinə onun daxilindəki faydalı istifadəyə yararlı bütün kommunikasiyalar aiddir. Bunlardan binanın daxilindəki qızdırıcıları (qazanxanalarla birlikdə), su-qaz ötürücüləri, kanalizasiya qurğuları, işıqlandırma üçün lazım olan bütün elektrik qurğuları, daxili telefon şəbəkələri, siqnalizasiya qurğuları, havatəmizləyici qurğuları, liftləri və başqalarını başa düşmək olar.

Əgər binalar bir-birinə bir divarla birləşdirilibsə və onların daxilindəki faydalı istifadəyə yararlı kommunikasiyalar ayrı-ayrı binalara xidmət edirsə, onda həmin binalar ayrı-ayrı inventar obyekti kimi uçota alınır.

Hər hansı bir binanın xaricindəki (həyətindəki) hasarlar, saraylar, quyular və s. qurğular yalnız bir binaya xidmət edirsə, onda onlar həmin binanın üzərində bir inventar obyekti kimi uçota alınır. Əksinə həmin hissələr bir neçə binaya xidmət etdikdə isə ayrıca inventar obyekti kimi uçota alınır.

İdarələr öhdələrində əsas fondların uçotu üzərində lazımi nəzarəti təmin etmək məqsədilə onlara inventar nömrələri tətbiq edə bilər (kitabxana fondundan başqa). Bu zaman onlar 8 rəqəmli göstəricidən istifadə edirlər. Bu 8 rəqəmli göstəricinin 1-ci 3 rəqəmi obyekti uçota alan subhesabın şifrini, 4-cü rəqəmi həmin əsas fondun qrupunu və sonuncu 4 rəqəm isə obyektin sıra nömrəsini göstərir. Hər

hansı bir əsas vəsaitin qrupunu müəyyən etmək mümkün olmadıqda o zaman 4-cü rəqəm “sıfır” kimi göstərilir. Məsələn, inventar nömrə 01010001 belə oxunur.

İnventar nömrələri metal lövhələrlə obyektə bərkidilir, ya da yağlı boyalarla əsas vəsaitlərin müəyyən yerinə yazılır.

İnventar obyektləri bir neçə hissədən ibarət olduqda həmin obyekt üçün müəyyən edilmiş inventar nömrəsi ona aid olan bütün hissələrə yazılır.

Obyektin inventar nömrəsi həmin obyektin ömrü boyu ona aid edilir. Obyekt idarədən çıxarıldıqda (silindikdə, satıldıqda, əvəzsiz verildikdə və s.) o zaman ona aid olan inventar nömrəsi də ləğv edilir. Ləğv edilmiş inventar nömrələri yenidən istifadə edilə bilməz (ümumiyyətlə, əsas vasitələrə inventar nömrələrinin yazılması məcburi deyil).

Kitabxana fondunun uçotu əmlakın (qiymətlilərin) uçot kartı f № 1 Q-də yalnız məbləğ uçotu üzrə aparılır. Kitabxana fondunun dəqiq uçotu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada hazırladığı müvafiq təlimatı əsasında aparılır.

Əsas fondların hərəkətinin (daxil olması, sıradan çıxması, daxili yerdəyişməsi) uçotu əmlakın (qiymətlilərin) uçot kartı f № 1 Q-də əks etdirilir.

Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1 Q bu təlimatdakı hesab planı üzrə uçota alınan bütün əmlakın uçotunun aparılması üçün nəzərdə tutulmuşdur.

Bu kart (f №1Q) subhesablarda uçota alınan hər bir qiymətli üzrə açılır və hər bir subhesab üzrə qruplaşdırılır. Qruplaşdırma kartlarında məbləğ uçotu gedir. Bu kart (f №1Q) qiymətli əldə edildiyi vaxt açılır və sıradan çıxdığı vaxt bağlanır. Əmlakın (qiymətlilərin) uçot kartı (f №1Q) ilkin uçotda sərbəstlik yaradır və baş vermiş təsərrüfat faktlarının düzgün əks etdirilməsi üçün bir qədər düşünmək tələb edir. Uçotun xarakterindən asılı olaraq baş vermiş təsərrüfat əməliyyatları il ərzində bir karta sığmadıqda həmin adda olan qiymətliyə əlavə kart açmaq olar. Qruplaşdırılmış hər bir uçot kartından başqa bu kartın özündən birini də yekun

kartı kimi açmaqla sintetik hesab üzrə baş kitabın göstəricilərini məbləğ uçotu ilə əks etdirməklə bütün əmlakın mədaxilini, məxaricini, qalığını və başqa məbləğlər üzrə göstəricilərini müəyyən etmək mümkündür.

Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-ni tətbiq etməklə əmlakın anbarda, istismarda və mühasibatda uçotunu eyniləşdirmək və bu sahədə uçotun avtomatlaşdırılması işini xeyli asanlaşdırmaq mümkündür.


Əsas fondların daxil olması mənbələri, onların xarakteri və sənədləşdirilməsi

Büdcə təşkilatlarının sərəncamına əsas fondlar iki mənbədən daxil olur:


        1. Büdcədən maliyyələşdirmə hesabına kapital qoyuluşu nəticəsində əsas vəsaitin inşaatı və satın alınması yolu ilə;

        2. Yuxarı təşkilatın sərəncamı ilə əvəzsiz olaraq verilmə yolu ilə.

Birinci halda ölkə miqyasında əsas vəsaitlərin ümumi həcmi artır, ikinci hal isə əsas vəsaitlərin daxili dövriyyəsi kimi davam edir.

Birinci halda müəssisəyə tam mənasında yeni və təzə əsas vəsait daxil olur, ikinci halda daxil olan vəsaitlər isə qismən istifadə edilmiş, köhnəlmiş əsas vəsaitlərdir.

Büdcə təşkilatları tərəfindən istifadəyə qəbul edilən əsas fondların qəbulu aktı üzrə sənədləşdirilir. Bu akt hər bir obyekt üzrə ayrıca və xüsusi komissiya tərəfindən tərtib edilir. Komissiyanın tərkibi müəssisə müdirinin əmri ilə müəyyənləşdirilir və bu tərkibə mütəxəssislər, maddi-məsul şəxslər və təhvil- qəbulda maraqlı olan digər vəzifəli şəxslər daxil edilir. Həmin akt müəssisənin rəhbəri tərəfindən təsdiq edildikdən sonra mühasibata təhvil verilir. Akta obyektin bütün texniki sənədatı və yuxarı təşkilatın əmr-sərəncamı əlavə edilir. Bu sənədlər əsasında əsas vəsait üçün inventar kartoçkası açılır, obyekt inventar siyahısına daxil edilir.

Əsas fondların inventar kartoçkasında obyekt barədə aşağıdakı məlumatlar

verilir:



  1. Əsas fondun istifadə olunduğu bölmə, vəsaitin ilk dəyəri, inventar nömrəsi, amortizasiya norması, istifadəyə verildiyi tarix, buraxıldığı tarix və s.;

  2. Əsas fondların yerini dəyişməsi barədə məlumatlar;

  3. Köhnəlmə məbləğinin hesablanması, cari və əsaslı təmir barədə məlumat;

  4. Əsas fondların modernləşdirilməsi və yenidən qurulması barədə məlumat;

  5. Əsas fondların fərdi-texniki xarakteristikası və s. Əsas fondların istər analitik və istərsə də sintetik uçotunun düzgün təşkili mühasibat uçotunun ən mühüm vəzifəsi hesab edilir.

Hər bir idarə, təşkilat və müəssisənin, eləcə də büdcə müəssisələrinin normal fəaliyyətinin həyata keçirilməsi üçün torpaq, tikili və avadanlıqları olmalıdır. İnflyasiyanın sürəti nəzərə alınmaqla istismar müddətinə 1 ildən çox olan binalar, qurğular, maşın və alətlər və başqa qeyri-maddi aktivlər daxildir.

Qiymətindən asılı olmayaraq bir sıra vəsaitlər də tərkibinə daxil edilir ki, bunlar yaşlı və məhsul verən mal-qara, çoxillik əkmələr, kitabxana fondu, eksponatlar, kinofilmlər və bir sıra əyani vəsaitlərdən ibarətdir.

Əsas fondlar bir neçə cür təsnifləşdirilir:


    1. Xidmətetmə sferasına görə

    2. Növünə görə

    3. Maddi əşya formasına görə

    4. İstifadə edilmə xüsusiyyətlərinə görə və i.a

Əsas fondların əldə olunması, müəssisəyə gətirilməsi (nəqliyyat xərcləri) və quraşdırılma xərcləri ilə birlikdə onun ilk dəyərini, yaxud balans dəyərini təşkil edir. Bu dəyər yeni bərpa dəyəri verilməsi ilə dəyişə bilir ki, bərpa dəyəri də

sonrakı dövrlər üçün balans dəyəri kimi qəbul edilir. Belə bir tədbir isə son 3-4 ildə inflyasiya və qiymət miqyasının dəyişməsi ilə əlaqədar çox tez-tez aparılır.

Əsas fondların uçotu qarşısında duran başlıca vəzifələr aşağıdakılardan ibarətdir:


  1. Əsas fondların təsnifləşdirilməsi, inventar obyektlərinin seçilməsinə və onların qorunub saxlanılmasına nəzarət;

  2. Əsas fondların daxil olmasının, müəssisə daxilində yerdəyişməsinin və istifadədən çıxmasının (əvəzsiz verilmə, yaxud satılma) sənədləşdirilib uçota alınması;

  3. Xidmət müddəti başa çatmış və tam amortizasiyalaşmış silinməsinin sənədləşdirilməsi və uçotda əks etdirilməsi;

  4. Köhnəlmə məbləğlərinin vaxtında hesablanıb uçota alınması;

  5. Təmir işlərinə nəzarətin həyata keçirilməsi.

231 №-li “Torpaq, tikinti və avadanlıqlar” hesabı idarənin (müəssisənin) mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (icarəyə götürülənlərdən başqa) əsas fondların mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Əsas fondların aid edilən obyektlər və onların tərkibi qanunverici və digər normativ aktlarla imzalanır.

Binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları (avadanlıqları), ölçü tənzimləyici cihazlar (qurğular), hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, istehsalat-təsərrüfat (inventarları) ləvazimatları, işçi-məhsuldar heyvanlar, çoxillik əkmələr, daxili təsərrüfat yolları, öz mülkiyyəti olan torpaq sahələri, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s.) həmçinin başqa işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları və başqa vəsaitlər (əmək vəsaitləri) aid edilir.

İdarənin (müəssisənin) 231 №-li hesabında müxtəlif səbəblərdən uçota alınan bəzi lüzumsuz (faktiki) olaraq istehsal (xidmət) sferasında iştirak etmək

imkanı olmayan, vəsaitlər olarsa və onların sferasından çıxarılması zərurəti yaranarsa, o zaman müvafiq qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri bu barədə qərar qəbul edir. Bu qərar müəssisənin uçot siyasəti barədəki əmrində öz əksini tapmalıdır.

İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürülən tərəfindən faktiki xərclər məbləğində özünü əsas fondlara daxil edir (icarə müqaviləsində başqa şərtlər nəzərdə tutulmadıqda).

İdarənin (müəssisənin) öz mülkiyyətində olan torpaq sahələri uçotda onların alınmasına çəkilən faktiki xərclər üzrə əks etdirilir.

Torpaq, tikinti və avadanlıqlar uçotda ilkin dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlanmasına çəkilən faktiki xərc məbləğində (əlavə dəyər vergisiz) əks etdirilir. Öz mülkiyyətində olan torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.

Torpaq, tikili və avadanlığın satışı və s. xaric olması hallarında (əvəzsiz olaraq verilənlərdən və alınanlardan başqa) bu əməliyyatlar üzrə mənfəət, yaxud zərər müəssisəsinin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.

Torpaqların yaxşılaşdırılmasına, çoxillik əmtəələrə kapital qoyuluşları hər il meydançaların istismarına çəkilən faktiki xərclər (məsrəflər) həcmində (kompleks işlər başa çatmasa da) əsas vəsaitlərin tərkibinə daxil edilir.

Müqavilədə başqa hallar nəzərdə tutulmadıqda icarəyə götürənlər tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərə (binalara, qurğulara, avadanlıqlara və başqa əsas vəsait obyektlərinə) qoyulan kapital qoyuluşları başa çatdıqdan sonra

faktiki xərclər (məsrəflər) həcmində özlərinin əsas vəsaitlərinin tərkibinə daxil edilir. Əsaslı təmir xərcləri isə idarənin faktiki xərclərinə aid edilərək silinir.

Torpaq tikinti və avadanlığa aid edilməyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə material ehtiyatlarının tərkibində uçota alınır:





əşyalar;

  1. dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan



  1. istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini

tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;

  1. dəyərindən və xidmət müddətindən asılı olmayaraq kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidin və dəstin dəyəri;

ç) dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri (trallar, bütün növ torlar və s.);

  1. benzin motorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağac daşınması üçün müvəqqəti asılma yollar, iki il müddətinə istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı evlər, qazanxana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər (əmək vəsaitləri);

  2. dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;

ə) vahidin və ya dəstin dəyərindən və xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;

h) vahidin və ya dəstin xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;



  1. dəyəri kompleks-tikinti quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan kənar) tikintilər;

  2. anbarda əmtəə material qiymətlilərinin saxlanılmasında və ya texnoloji prosesdə iştirak edən, aşağı olan taralar;

x. dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş

əşyalar;


i) cavan və kökəldilməkdə olan heyvanlar, quşlar, dovşanlar, xəzli

heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;

i) tikintidə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr.

Binalar sinfində bütün növ islahat və təsərrüfat təyinatlı binalar, o cümlədən idarə heyətinin yerləşdiyi binalar, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları, internat evləri, qocalar və əlillər evləri, uşaq müəssisələri, kitabxana, klub, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalatlar və təsərrüfat yerləşdikləri bütün növ binalar uçota alınır.

“Qurğular (tikintilər)” sinfində videokaçkalar (suçıxaranlar), stadionlar, hovuzlar, yollar, körpülər, xatirələr (heykəllər, lövhələr), parkların hasarları, bağçalar və ictimai bağlar və bu kimi başqa qurğular (tikintilər) uçota alınır.

“Ötürücü qurğular” sinfində elektrik ötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatıdırlacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) uçota alınır.



Qeyd. Elektrik stansiyalarının, qazkompressor stansiyalarının, nasos stansiyalarının və bu kimi başqa stansiyaların yerləşdiyi binalar “Binalar” sinfində və bu binalardakı qurğulara və ötürücü qurğulara aid olmayan sair avadanlıqlar “Maşınlar və avadanlıqlar” sinfində uçota alınır.

“Maşınlar və avadanlıqlar” sinfində güc maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar uçota alınır. Bunlar təqribən aşağıdakı qaydada siniflərə bölünür:



  1. Güc maşınları və avadanlıqlarına – elektrik enerjisi və istilik hasil edən maşın – generatorlar və müxtəlif növ enerji (su elektrik, külək enerjisi, istilik enerjisi, elektrik enerjisi və i a.) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları aiddir;

  2. İş maşınları və avadanlıqlarına – istehsalat prosesində mexaniki mühərriklərin, insan və heyvan gücünün köməyilə əmək predmetlərinin yerdəyişməsinə və istehsalat xarakterli işlərin (xidmətlərin) görülməsində, yaxud məhsul hazırlığı prosesində əmək predmetlərinə, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir;

  3. Ölçü cihazlarına – dozatorlar, ampermetrlər, barometrlər, vattmetrlər, suölçənlər, vakuummetrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvonometrlər, geodeziya cihazları, hidroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları aiddir;

  4. Tənzimləyici cihazlara və qurğulara – oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar, avtomatik idarəetmə pultları, blakirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli qurğular və bu kimi tənzimləyici cihazlar və qurğular aiddir;

  5. Labaratoriya avadanlıqlarına – pirometrlər, nizamlayıcılar, kalorimetrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, mikrokoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar və başqa labaratoriya avadanlıqları aiddir;

  6. Hesablama texnikasına – elektron-hesablayıcılar, idarəçi və analoji maşınlar, rəqəmli hesablayıcı maşınlar, qurğular və bu kimi başqa hesablama texnikası aiddir;

  7. Tibbi avadanlıqlara – diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanköçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar aiddir;

  8. Sair maşın və avadanlıqlara – yuxarıdakı qruplarda adları çəkilməyən maşınlar, aparatlar və avadanlıqlar, yəni idman meydançalarının, binalarının, stadionlarının avadanlıqları və idman alətləri, təhsil müəssisələrində, emalatxanalardakı, kabinetlərdəki, otaqlardakı avadanlıqlar, kinoaparatlar, işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar, radioaparatlar, elmi-tədqiqat müəssisələri və başqa müəssisələr üçün xüsusi elmi-tədqiqat avadanlıqları, avtomat telefon stansiyalarının avadanlıqları, avtomobillərdə, at arabalarında yerləşdirilən yanğınsöndürən maşınlar, avadanlıqlar, mexanikləşdirilmiş yanğın nərdivanları, paltaryuyan və paltartikən maşınlar, soyuducular, tozsoranlar və bu kimi başqa maşın və avadanlıqlar aiddir.

“Nəqliyyat vasitələri” sinfində bütün növ nəqliyyat vasitələri uçota alınır. Nəqliyyat vasitələri aşağıdakı qruplara bölünür:

  1. Dəmiryol, su, avtomobil nəqliyyat vasitələri (elektrovozlar, teplovozlar, parovozlar, motovozlar, motodrezinlər, vaqonlar, platformalar, sistemlər, teploxodlar, paroxodlar, dizel-elektroxodları, yedəklər, barjlar, baraklar, qayıqlar, xidmətedici və köməkçi gəmilər, yük və minik avtomobilləri, qoşqular, öz yükünü boşaldan avtomobillər, avtosistemlər, avtobuslar, traktorlar və bu kimi başqa nəqliyyat vasitələri);

  2. Hava nəqliyyat vasitələri (təyyarələr, vertolyotlar və başqaları);

  3. Araba nəqliyyatı (araba, xizək və başqaları);

  4. İstehsalat nəqliyyatı (elektrokarlar, motorollerlər, velosipedlər və başqaları);

  5. Bütün növ idman nəqliyyatları (idman atlarından və digər iş heyvanlarından başqa);

231-4 sair torpaq tikili avadanlıq subhesabında istehsal alətləri (ləvazimatları) və təsərrüfat inventarları aşağıdakı qaydada qruplaşdırılaraq uçota alınır:



  1. Alətlər – ümumi təyinatlı mexanikləşdirilmiş və mexanikləşdirilməmiş əmək vəsaitləri, həmçinin materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri. Bunlara aiddir: kəsmək, zərbə endirmək, əzmək və bərkitmək kimi işləri görmək üçün nəzərdə tutulmuş əl əməyi alətləri, elektrik enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən mexanikləşdirilmiş əl əməyi alətləri (elektrik dreli, kreskapult, elektrovibratorlar və başqaları), həmçinin tikinti-quraşdırma işlərinə material emalı üçün uyğunlaşdırılmış bütün növ qurğular və başqaları (məngənələr, patronlar, mühərriklərə quraşdırılmış xüsusi bölücü başlıqlar və avtomobillərdə olan kardavalını çevirmək üçün xüsusi qurğular və başqaları);

  2. İstehsalat inventarları və ləvazimatları: iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri (iş stolları, verstaklar, kafedralar, partalar və s.), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar, maye və dənəvər halda səpələnən şeylərin saxlanması üçün qablar (baklar, novlar, yeşiklər, hovuzlar, çənlər və başqaları), ticarət şkafları və stellajları, inventar taralar, texniki təyinatlı predmetlər və başqaları istehsalat inventarları və ləvazimatlarına aiddir;

  3. Təsərrüfat inventarları: dəftərxana və ləvazimat inventarları adı daşıyan predmetlər (müxtəlif dəftərxana mebelləri, daşınan qoruyucu sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və

yeşiklər, yazı makinaları, hektoqraflar və başqa əl ilə surətçoxaldan və nömrəvuran aparatlar, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər və başqa təsərrüfat inventarları, əl nərdivanları və başqaları) təsərrüfat inventarlarına aiddir.

234 №-li “Bioloji aktivlər” hesabında işçi və məhsuldar heyvanlar aşağıdakı qruplara bölünərək uçota alınır:



  1. İşçi heyvanlar – atlar, öküzlər, dəvələr və başqa işçi heyvanlara (idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) aiddir;

  2. Məhsuldarlıq və damazlıq heyvanlar – inəklər, çöl öküzləri, camışlar, döl kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr, döl nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar, damazlıq qoyunlar, damazlıq keçilər, döllük qoçlar, döllük təkələr və başqaları məhsuldar və damazlıq heyvanlara aiddir.

251 №-li “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri hesabına” vahidin (nüsxəsinin) qiymətindən asılı olmayaraq bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar və başqa nəşrlər uçota alınır.

251 №-li “Sair uzunmüddətli maliyyə aktivləri” (vəsaitlər) aşağıdakı kimi quraşdırılaraq uçota alınır:



  1. Çoxillik əkmələr – yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və dekorativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədilə əkilən çoxillik əkmələr, elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi başqa yerlərdə tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr;

  2. Torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər – kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötükdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan

və başqa lüzumsuz bitkilərdən təmizlənməsi və s. bu kimi qeyri-inventar xarakterli işlər və torpaqların yaxşılaşdırılması işləri (tikinti və quraşdırma işləri ilə əlaqəsi olmayan işlər) əsaslı məsrəflərə aiddir;

  1. Muzey sərvətləri – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq normativ sənədləri üzrə uçota alınan muzey sərvətləri (qiymətindən asılı olmayaraq);

  2. Heyvanxanalarda və digər analoji təşkilatlarda olan dünya heyvanlarının eksponatları (qiymətindən asılı olmayaraq);

  3. Dəyəri əsas vəsaitlərin dəyərinin təyin edilmiş minimum həddinin 1/20 hissəsindən çox olan səhnə vəsaitləri (dekorasiyalar, butaforlar, milli teatr geyimləri, pariklər və başqa rekvizitlər);

  4. Qiymətindən asılı olmayaraq nümunəvi layihələr üzrə sənədlər;




  1. Tədris kinofilmləri, maqnit lentləri (disklər), kasetlər və başqa texniki proqram daşıyıcıları (qiymətindən asılı olmayaraq);

  2. Başqa inventarlar (uşaq oyuncaqları, xüsusi xizəklər və başqaları).

Qeyri-maddi aktivlər: idarənin (müəssisənin) qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən, torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar; “Nou-Hou” proqram məhsulları inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir.

Qeyri-maddi aktivlər uçot və hesabatda onların alınmasına və planlı məqsədlərə işlənməsi üçün düzəldilib, yararlı hala salınmasına çəkilən xərclərlə (ilkin dəyərlə) əks etdirilir və istifadə edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq idarə (müəssisə) tərəfindən müəyyən edilmiş xüsusi köhnəlmə normaları əsasında hər ay (bərabər ölçüdə) köhnəlmə hesablanaraq

məhsulun (işin, xidmətin) maya dəyərinə, tədavül xərclərinə silinməklə ödənilir.

Büdcə idarələrində isə bunlar sair əsas vəsaitlər qrupunda uçota alındığı üçün analoji olaraq ilin hansı vaxtında əldə edilməsindən asılı olmayaraq ilin sonunda idarə tərəfindən müəyyən edilmiş illik köhnəlmə (amortizasiya) normalarına uyğun olaraq köhnəlmə (amortizasiya) hesablanır. Bu zaman əsas vəsaitlərin fondu azaldılır.

231 №-li “Torpaq, tikili və avadanlıqlar hesabında” aşağıdakılar da uçota alınmalıdır: müəssisələrin istifadəsinə verilmiş torpaq, meşə və su sahələrinə, yeraltı sərvətlərə inventar xarakterli kapital qoyuluşları, müəssisələrin istifadəsinə verilmiş torpaq, meşə və su sahələri, faydalı qazıntı hövzələrinin özləri sistemli uçotda əks etdirilmir;



Qeyd. Müvafiq qanunvericiliklə müəssisələrin istifadəsinə verilən torpaq, meşə və bu sahələrin faydalı qazıntı hövzələri 01 №-li hesabında xüsusi qaydada ayrıca uçota alınır.

İcarəyə götürülmüş əsas vəsaitlərin qurtarmış əsaslı işləri üzrə məsrəflər. Bu zaman icarəyə götürülmüş əsas vəsaitlər icarəçilər tərəfindən balansarxası hesabında uçota alınır.



  1. №-li “Torpaq tikinti və avadanlıqlar hesabında” maddi aktivlər ilk dəyəri ilə uçota alınmalıdır.

Həmin dəyərlər obyektlər üzrə belə müəyyən edilir:
Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün – tərəflərin müqavilə qiyməti üzrə;

Müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslərdən pulla alınmış obyektlər üçün – daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;

Dövlət orqanlarından maddi yardım kimi və digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün – ekspert yolu ilə, yaxud qəbul təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə.

Maddi aktivlərin köhnəlməsi 232 №-li “Torpaq, tikili və avadanlığın amortizasiyası” hesabında uçota alınır.

Faydalı istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlər üzrə köhnəlmə normaları 10 il müddətinə (müəssisənin fəaliyyət müddətindən çox olmayaraq) müəyyən edilir.

Muzey qiymətliləri, qiymətli metalları olan laboratoriya avadanlıqları, cihazları, alətləri və başqa bu kimi predmetləri olan idarələr Maliyyə Nazirliyinin müvafiq normativ sənədləri əsasında əlavə uçot aparır.

Bütün növ əsas vəsaitlər idarə (müəssisə) rəhbərinin əmri ilə təyin edilmiş maddi-məsul şəxslərin öhdəsində saxlanılır. Maddi-məsul şəxslər əmlakın (qiymətlilərin) uçot kartı forma №1Q əsasında öhdələrində olan əmlakın mövcudluğu və hərəkətinin uçotunu aparırlar.


  1. №-li “Torpaq, tikili və avadanlığın amortizasiyası” hesabında təşkilatın mülkiyyətində olan və icarəyə verilən əsas vəsaitlərin köhnəlməsi üzrə amortizasiya məbləğlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır. Hesabat dövrünün sonunda (dekabr ayının sonuncu iş günü) torpaq, tikili və avadanlıq üzrə hesablanmış amortizasiya məbləği 122-5 №-li subhesabın debeti və 232 №-li subhesabın kreditində əks etdirilir. Tikili və avadanlıqlar ləğv edildikdə, əvəzsiz verildikdə və ya digər xaricolma hallarında, onlara hesablanmış amortizasiya məbləği 232 №-li hesabdan azaldılır. Bu hesab üzrə aşağıdakı subhesablar açıla bilər:

232-2 №-li “Tikili və avadanlığın amortizasiyası”; 232-3 №-li “Nəqliyyat vasitəsinin amortizasiyası”;

232-4 №-li “Sair torpaq, tikili və avadanlığın amortizasiyası”.



    1. №-li “Tikili və avadanlığın amortizasiyası” subhesabı tikili və avadanlıqlar üzrə amortizasiya ayırmalarının hərəkətini əks etdirir.

    2. №-li “Nəqliyyat vasitəsinin amortizasiyası” subhesabı nəqliyyat vasitələri üzrə amortizasiya ayırmalarının hərəkətini əks etdirir.

    3. №-li “Sair torpaq, tikili və avadanlığın amortizasiyası” subhesabı sair torpaq, tikili və avadanlıqlar üzrə uçota amortizasiya ayırmalarının hərəkətini əks etdirir.

  1. №-li “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” hesabında torpaq, tikili və avadanlıqların balans dəyərini artıran (kapitallaşdırılan) məsrəflər uçota alınır. Tikinti işləri podrat üsulu ilə aparıldıqda torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər 233 №-li hesabın debeti və 301, 305, 309 №-li hesabların kreditində əks etdirilir. Tikinti işləri təsərrüfat üsulu ilə həyata keçirildikdə torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər 233 №-li hesabın debeti və 121, 126, 301, 305, 307, 308, 309, 335 №-li hesabların kreditində uçota alınır. Podrat və ya təsərrüfat üsulu ilə hazırlanmış torpaq, tikili və avadanlıqlar sifarişçi tərəfindən uçota (balansa) alındıqda 231 №-li hesabın debeti və 233 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

  2. №-li “Bioloji aktivlər” hesabında təşkilatın mülkiyyətindəki işçi və məhsuldar heyvanlar (südlük mal-qara), çoxillik əkmələr və sair bioloji aktivlərin, habelə onların balans dəyərini artıran (kapitallaşdırılan) məsrəflərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bioloji aktivlər əldə edilən zaman 234 №-li hesabın müvafiq subhesablarının debeti və 234-3, 301, 309 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Bioloji aktivlər əvəzsiz olaraq alındıqda digər əməliyyat gəliri kimi uçotda əks etdirilərək 234 №-li hesabın müvafiq subhesablarının debeti və 631 №-li hesabın müvafiq subhesablarının kreditində göstərilir. Bioloji aktivlər satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə 125 №-li hesabın debeti və 234 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda 235 №-li hesabın debeti 125

№-li hesabın krediti ilə müxabirləşir. Satış məqsədi ilə saxlanılan bioloji aktivlərin satılması, əvəzsiz verilməsi üzrə xərclər 125 №-li hesabın krediti və 741, 742, 743

№-li hesabların debetində uçota alınır. Satılmış və ya əvəzsiz verilmiş bioloji aktivlər üçün hesablanmış gəlirlərdən xərclər çıxıldıqda 631 №-li hesabın müvafiq subhesablarının debeti və 741, 742, 743 №-li hesabların krediti üzrə mühasibat yazılışı aparılır. Tələf olmuş bioloji aktivlər silindikdə 741, 742, 743 №-li hesabların debeti və 234 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, 235 №-li hesabın debeti 741, 742, 743 №-li hesabların krediti ilə müxabirləşir. Tələf olmuş bioloji aktivlər üzrə zərər 801 №-li hesabın debeti və 631-3 №-li subhesabın kreditində əks etdirilir.



Bioloji aktivlərin kapitallaşdırılması podrat üsulu ilə aparıldıqda məsrəflər 234-3 №-li subhesabın debeti və 301, 309 №-li hesabların kreditində əks etdirilir. Bioloji aktivlərin kapitallaşdırılması təsərrüfat üsulu ilə həyata keçirildikdə məsrəflər 234-3 №-li subhesabın debeti və 121, 301, 307, 308, 309, 335 №-li hesabların kreditində uçota alınır. Podrat və ya təsərrüfat üsulu ilə əldə olunmuş bioloji aktivlər sifarişçi tərəfindən uçota (balansa) alındıqda 234 №-li hesabın müvafiq subhesablarının debeti və 234-3 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. 234 №-li sintetik hesab üzrə aşağıdakı subhesablar açıla bilər:

    1. №-li “Bitkilər”;

    2. №-li “Heyvanlar”;

    3. №-li “Bioloji aktivlər üzrə kapitallaşdırılmış məsrəflər”.

    1. №-li “Bitkilər” subhesabında yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, plantasiyada əkilmiş ağaclar, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr (eləcə də köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr) uçota alınır.

    2. №-li “Heyvanlar” subhesabında işçi (atlar, öküzlər, dəvələr, idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) və məhsuldar heyvanlar (inəklər, döllük buğalar, camışlar, döl kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr, döl nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar, damazlıq qoyunlar, damazlıq keçilər,

döllük təkələr və başqa məhsuldar heyvanlar), habelə qiymətindən asılı olmayaraq heyvanxanalarda və digər analoji təşkilatlarda olan dünya heyvanlarının eksponatları uçota alınır.

    1. №-li “Bioloji aktivlər üzrə kapitallaşdırılmış məsrəflər” subhesabında bioloji aktivlərin balans dəyərini artıran (kapitallaşdırılan) məsrəflərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

  1. №-li “Bioloji aktivlərin amortizasiyası” hesabında bioloji aktivlər üzrə amortizasiya məbləğlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır. Hesabat dövrünün sonunda (dekabr ayının sonuncu iş günü) bioloji aktivlər üzrə hesablanmış amortizasiya məbləği 122-5 №-li subhesabın debeti və 235 №-li subhesabın kreditində əks etdirilir. Bioloji aktivlər tələf olduqda, əvəzsiz verildikdə və ya digər xaricolma hallarında, onlara hesablanmış amortizasiya məbləği 235 №-li hesabdan azaldılır. 235 №-li sintetik hesab üzrə aşağıdakı subhesablar açılır:

    1. №-li “Bitkilərin amortizasiyası” subhesabında bitkiçilik aktivləri üzrə toplanmış amortizasiya məbləğləri öz əksini tapır.

    2. №-li “Heyvanların amortizasiyası” subhesabında işçi və məhsuldar, eləcə də digər heyvan növləri üzrə toplanmış amortizasiya ayırmaları əks etdirilir.

Aşağıdakı bioloji aktivlərə amortizasiya hesablanmır:


    • məhsuldar heyvanlara (damazlıq inəklərə, qoyunlara, keçilərə; döllük buğalara, kəllərə, ayğırlara, nərlərə, marallara, qabanlara, qoçlara, təkələrə və bunlar kimi digər məhsuldar heyvanlara);

    • heyvanxanalarda və digər analoji təşkilatlarda olan heyvanat aləminin eksponatlarına;

    • istismar vaxtı çatmayan çoxillik əkmələrə.

  1. №-li “Daşınmaz əmlaka investisiyalar” hesabında təşkilatın mülkiyyətində olan icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması yaxud hər iki məqsəd üçün saxlanılan əmlaklar barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. İnvestisiya məqsədli daşınmaz əmlak əldə edilən zaman

236 №-li hesabın müvafiq subhesablarının debeti və 238, 301, 309 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. İnvestisiya məqsədli daşınmaz əmlak əvəzsiz olaraq alındıqda digər əməliyyat gəliri kimi uçotda əks etdirilərək 236 №-li hesabın müvafiq subhesablarının debeti və 631 №- li hesabın müvafiq subhesablarının kreditində göstərilir. İnvestisiya məqsədli daşınmaz əmlak satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə 125 №-li hesabın debeti və 236 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda 237 №-li hesabın debeti 125 №-li hesabın krediti ilə müxabirləşir. Satış məqsədi ilə saxlanılan investisiya məqsədli daşınmaz əmlakın satılması və ya əvəzsiz verilməsi ilə bağlı xərclər 125 №-li hesabın krediti və 741, 742, 743 №-li hesabların debetində əks etdirilir. Satılmış və ya əvəzsiz verilmiş investisiya məqsədli daşınmaz əmlak üçün hesablanmış gəlirdən xərclər çıxıldıqda 631 №-li hesabın müvafiq subhesablarının debeti və 741, 742, 743 №-li hesabların krediti üzrə mühasibat yazılışı aparılır. İnvestisiya məqsədli daşınmaz əmlak silindikdə 236 №-li hesabın müvafiq subhesablarının kreditində və 741, 742, 743

№-li hesabların debetində mühasibat yazılışı aparılır. Eyni zamanda 237 №-li hesabın müvafiq subhesablarının debeti 741, 742, 743 №-li hesabların müvafiq subhesablarının krediti ilə müxabirləşir. Silinmiş və əvəzsiz verilmiş investisiya məqsədli daşınmaz əmlak üzrə zərər 801 №-li hesabın debeti və 631 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.



  1. №-li “Daşınmaz əmlaka investisiyaların amortizasiyası” hesabında təşkilatın mülkiyyətində olan investisiya məqsədli daşınmaz əmlakların köhnəlməsi üzrə amortizasiya məbləğlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır. Hesabat dövrünün sonunda (dekabr ayının sonuncu iş günü) investisiya məqsədli daşınmaz əmlak üzrə hesablanmış amortizasiya məbləği 122-5 №-li subhesabın debeti və 237 №-li hesabın kreditində əks etdirilir. İnvestisiya məqsədli daşınmaz əmlak ləğv edildikdə, əvəzsiz verildikdə və ya digər xaricolma hallarında, onlara hesablanmış amortizasiya məbləği 237 №-li hesabdan azaldılır.

  2. №-li “Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər” hesabında təşkilatın mülkiyyətində olan investisiya məqsədli daşınmaz əmlakın balans dəyərini artıran (kapitallaşdırılan) məsrəflər uçota alınır. Tikinti işləri podrat üsulu ilə aparıldıqda investisiya məqsədli daşınmaz əmlak üzrə kapitallaşdırılmış məsrəflər 238 №-li hesabın debeti və 301, 309 №-li hesabların kreditində əks etdirilir. Tikinti işləri təsərrüfat üsulu ilə həyata keçirildikdə investisiya məqsədli daşınmaz əmlak üzrə kapitallaşdırılmış məsrəflər 238 №-li hesabın debeti və 121, 126, 301, 305, 307, 308, 309, 335 №-li hesabların kreditində uçota alınır. Podrat və ya təsərrüfat üsulu ilə hazırlanmış investisiya məqsədli daşınmaz əmlak sifarişçi tərəfindən uçota (balansa) alındıqda 236 №-li hesabın debeti və 238 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.
    1. Qeyri-maddi aktivlərin uçotu (maliyyə aktivləri)

Qeyri-maddi aktivlərin uçotu Hesablar Planının 24-cü maddəsində əks etdirilir. Bu maddədə uzun müddət istifadə edilən, fiziki formaya malik olmayan və müəyyən edilə bilən digər qeyri-pul (qeyri-monetar) aktivləri ilə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu maddə aşağıdakı hesablardan ibarətdir:



  1. №-li “Qeyri-maddi aktivlər”;

  2. №-li “Qeyri-maddi aktivlərin amortizasiyası”;

  3. №-li “Qeyri-maddi aktivlərlə bağlı kapitallaşdırılmış məsrəflər”.

241 №-li “Qeyri-maddi aktivlər” hesabında təşkilatın birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi üzrə uzun müddət istifadə edilən, fiziki formaya malik olmayan və müəyyən edilə bilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, proqram təminatı, ticarət markaları və digər qeyri-maddi aktivlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Qeyri-maddi aktivlər əldə edildikdə 241

№-li hesabın müvafiq subhesablarının debeti və 243, 301, 309 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Qeyri-maddi aktivlər əvəzsiz olaraq alındıqda 241 №-li hesabın müvafiq subhesablarının debeti və 631 №-li hesabın müvafiq subhesablarının kreditində göstərilir. Qeyri-maddi aktivlər satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə 125 №-li hesabın debeti və 241 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda 242 №-li hesabın debeti 125 №-li hesabın krediti ilə müxabirləşir. Satış məqsədi ilə saxlanılan qeyri-maddi aktivlərin satılması və ya əvəzsiz verilməsi ilə bağlı xərclər 125 №-li hesabın krediti və 741, 742, 743 №-li hesabların debetində uçota alınır. Satılmış və ya əvəzsiz verilmiş qeyri-maddi aktivlər üçün hesablanmış gəlirdən xərclər çıxıldıqda 631 №-li hesabın müvafiq subhesablarının debeti və 741, 742, 743 №-li hesabların krediti üzrə mühasibat yazılışı aparılır.

Qeyri-maddi aktivlər silindikdə 241 №-li hesabın müvafiq subhesablarının kreditində və 741, 742, 743 №-li hesabların debetində mühasibat yazılışı aparılır.

Eyni zamanda 242 №-li hesabın müvafiq subhesablarının debeti 741, 742, 743 №- li hesabların müvafiq subhesablarının krediti ilə müxabirləşir. Silinmiş, əvəzsiz verilmiş qeyri-maddi aktivlər üzrə zərər 801 №-li hesabın debeti və 631 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. 241 №-li “Qeyri-maddi aktivlər” hesabına aşağıdakı subhesablar açıla bilər:

241-1 “Elmi-tədqiqat və təcrübə-konstruktor işləri”; 241-3 “Proqram təminatı” ;


    1. “Patentlər”;

    2. “Müəllif hüquqları”;

    3. “Lisenziyalar”;

    4. “Ticarət markaları”;

    5. “Digər qeyri-maddi aktivlər”.

241-1 №-li “Elmi-tədqiqat və təcrübə-konstruktor işləri” subhesabında elmi-tədqiqat və təcrübə-konstruktor işləri üzrə yaradılmış qeyri-maddi aktivlərin dəyəri əks etdirilir.

    1. №-li “Proqram təminatı” subhesabında təşkilatın mülkiyyətində olan alınmış və ya yaradılmış proqram təminatlarının dəyəri əks etdirilir.

    2. №-li “Patentlər” subhesabında təşkilatın sahib olduğu patent hüquqlarının dəyəri əks etdirilir.

    3. №-li “Müəllif hüquqları” subhesabında təşkilat tərəfindən əldə edilmiş müəlliflik hüquqlarının dəyəri uçota alınır.

    4. №-li “Lisenziyalar” subhesabında təşkilatın hər hansı fəaliyyət növünün həyata keçirilməsi üzrə xüsusi razılığın əldə edilməsi dəyəri əks etdirilir.

    5. №-li “Ticarət markaları” subhesabında təşkilatın həyata keçirdiyi fəaliyyətlə bağlı ticarət markaları və əmtəə nişanlarının dəyəri əks etdirilir.

    6. №-li “Digər qeyri-maddi aktivlər” subhesabında yuxarıdakı subhesablarda göstərilməyən digər qeyri-maddi aktivlər uçota alınır.

242 №-li “Qeyri-maddi aktivlərin amortizasiyası” hesabında təşkilatın mülkiyyətində olan qeyri-maddi aktivlər üzrə amortizasiya məbləğlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Hesabat dövrünün sonunda (dekabr ayının sonuncu iş günü) qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya məbləği 122-5 №-li subhesabın debeti və

242 №-li hesabın kreditində əks etdirilir. Qeyri-maddi aktivlər ləğv edildikdə, əvəzsiz verildikdə və ya digər xaricolma hallarında, onlara hesablanmış amortizasiya məbləği 242 №-li hesabdan azaldılır. 242 №-li “Qeyri-maddi aktivlərin amortizasiyası” hesabına aşağıdakı subhesablar açıla bilər:

242-1 №-li “Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin amortizasiyası”;

242-3 №-li “Proqram təminatının amortizasiyası”; 242-4 №-li “Patentlərin amortizasiyası”;

242-5 №-li “Müəllif hüquqlarının amortizasiyası”; 242-6 №-li “Lisenziyaların amortizasiyası”;



    1. №-li “Ticarət markalarının amortizasiyası”;

    2. №-li “Digər qeyri-maddi aktivlərin amortizasiyası”.

242-1 №-li “Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin amortizasiyası” subhesabında elmi-tədqiqat və təcrübə konstruktor işləri nəticəsində yaradılmış qeyri-maddi aktivlər üzrə amortizasiya məbləğləri əks etdirilir.

    1. №-li “Proqram təminatının amortizasiyası” subhesabında proqram təminatları üzrə amortizasiya məbləğləri uçota alınır.

    2. №-li “Patentlərin amortizasiyası” subhesabında təşkilatın sahib olduğu patentlərin amortizasiyası üzrə məbləğlər uçota alınır.

    3. №-li “Müəllif hüquqlarının amortizasiyası” subhesabında təşkilat tərəfindən əldə edilmiş müəlliflik hüquqlarının dəyəri üzrə amortizasiya ayırmaları uçota alınır.

    4. №-li “Lisenziyaların amortizasiyası” subhesabında təşkilatın hər hansı fəaliyyət növünün həyata keçirilməsi üzrə xüsusi razılığın amortizasiya ayırmaları əks etdirilir.

    5. №-li “Ticarət markalarının amortizasiyası” subhesabında ticarət markaları və əmtəə nişanlarının dəyəri üzrə amortizasiya ayırmaları əks etdirilir.

    6. №-li “Digər qeyri-maddi aktivlərin amortizasiyası” subhesabında təşkilatın mülkiyyətində olan digər qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları uçota alınır.

243 №-li “Qeyri-maddi aktivlərlə bağlı kapitallaşdırılmış məsrəflər” hesabında təşkilatın mülkiyyətində olan qeyri-maddi aktivlər üzrə yaradılan və ya balans dəyərini artıran (kapitallaşdırılan) məsrəflər uçota alınır. Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması podrat üsulu ilə aparıldıqda 243 №- li hesabın debeti və 301, 309 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir. Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması təsərrüfat üsulu ilə həyata keçirildikdə həmin məsrəflər 243 №-li hesabın debeti və 301, 307, 308, 309, 335 №-li hesabların kreditində uçota alınır. Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması üzrə işlər təşkilat tərəfindən uçota (balansa) alındıqda 241 №-li hesabın debeti və 243№-li hesabın krediti üzrə mühasibat yazılışı aparılır.
VII FƏSİL. BÜDCƏ TƏŞKİLATLARINDA QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏRİN UÇOTU



    1. Qısamüddətli kreditor borcların uçotu, 7.2 Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu, 7.3 Qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu, 7.4 Sair qısamüddətli öhdəliklərin uçotu.

    1. Qısamüddətli kreditor borcların uçotu

Hesablar Planının “Qısamüddətli öhdəliklər” bölməsində təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı qısamüddətli kreditor borcları, qısamüddətli faiz xərcləri yaradan öhdəlikləri, qısamüddətli qiymətləndirilmiş öhdəlikləri və sair qısamüddətli öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu bölmə aşağıdakı maddələrdən ibarətdir:



      • “Qısamüddətli kreditor borcları”;

      • “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər”;

      • “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;

      • “Sair qısamüddətli öhdəliklər”.


Qısamüddətli kreditor borclarının uçotu

Qısamüddətli kreditor borclarının uçotu Hesablar Planının 30-cu maddəsində əks etdirilir. “Qısamüddətli kreditor borcları” maddəsində 12 ay ərzində təşkilatın malsatan və podratçılara, törəmə (asılı) müəssisələrə, icarə və tikinti müqavilələri üzrə, faizlər üzrə, əməyin ödənişi üzrə, vergi və sair məcburi ödənişlər üzrə, həmçinin digər yaranmış borcları üzrə məbləğlər barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Bu maddəyə aşağıdakı hesablar daxildir:

301 №-li “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”; 302 №-li “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”;



  1. №-li “İcarə ilə bağlı qısamüddətli kreditor borcları”;

  2. №-li “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”; 306 №-li “Faizlər ilə bağlı qısamüddətli kreditor borcları”;

307 №-li “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”; 308 №-li “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”; 309 №-li “Digər qısamüddətli kreditor borcları”.

Əldə olunmuş qısamüddətli və uzunmüddətli aktivlərə görə qısamüddətli kreditor borcları hesablandıqda 121, 126, 231, 233, 234, 236, 238, 241, 251 №-li

hesabların müvafiq subhesablarının debeti və 301, 302, 305, 309 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır. Qısamüddətli kreditor borcları birbaşa məsrəflərə hesablandıqda 122,123 №-li hesabın müvafiq subhesablarının debeti və 301, 302, 304, 305, 306, 307, 308, 309 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.

Faizlər ilə bağlı qısamüddətli kreditor borclarının faiz xərcləri hesablandıqda 721-1 №-li subhesabın debeti və 306 №-li hesabın krediti ilə müxabirləşir.

Qısamüddətli kreditor borcları əmək haqqından tutulmalar şəklində hesablandıqda 307 №-li hesabın müvafiq subhesablarının debeti və 308 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.

Ödənilmiş qısamüddətli kreditor borcları 301, 302, 304, 305, 306, 307,

308, 309 №-li hesabın müvafiq subhesablarının debeti və 101, 103, 104 №-li hesabların müvafiq subhesablarının kreditində uçota alınır.


  1. №-li “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabında təşkilatın alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malsatan və podratçılara 12 ay ərzində ödənilməli olan məbləğləri uçota alınır.

  2. №-li “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları” hesabında təşkilatın alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə törəmə müəssisələrə 12 ay ərzində ödənilməli olan məbləğləri əks etdirilir.

  1. №-li “İcarə ilə bağlı qısamüddətli kreditor borcları” hesabında təşkilatın əməliyyat icarəsi nəticəsində yaranan qısamüddətli öhdəlikləri uçota alınır.

  2. №-li “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları” hesabında təşkilatın tikinti müqaviləsi üzrə alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malsatan və podratçılara 12 ay ərzində ödənilməli olan məbləğləri uçota alınır.

  3. №-li “Faizlər ilə bağlı qısamüddətli kreditor borcları” hesabında təşkilatın 12 ay ərzində həyata keçirilməli olan faiz ödənişləri üzrə öhdəlikləri uçota alınır.

  4. №-li “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabında təşkilatın əməyin ödənilməsi üzrə məbləğləri uçota alınır.

  5. №-li “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər” hesabında təşkilatın vergi, sosial sığorta və təminat haqları, gömrük rüsumları və başqa məcburi ödənişlər üzrə məbləğləri uçota alınır. Bu sintetik hesab üzrə aşağıdakı subhesablar açılır:

    1. №-li “Vergi öhdəlikləri”;

    2. №-li “Sosial sığorta və təminat üzrə öhdəliklər”; 308-3 №-li “Digər məcburi ödənişlər üzrə öhdəliklər”.

    1. №-li “Vergi öhdəlikləri” subhesabında təşkilatın hesabat dövründə büdcəyə ödənilməli olan vergilər üzrə məbləğlərin hərəkəti göstərilir.

    2. №-li “Sosial sığorta və təminat üzrə öhdəliklər” subhesabında təşkilatın hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan məcburi sosial sığorta öhdəlikləri üzrə məbləğlərin hərəkəti əks etdirilir.

    3. №-li “Digər məcburi ödənişlər üzrə öhdəliklər” subhesabında əvvəlki iki subhesabda nəzərdə tutulmayan təşkilatın hesabat dövründə büdcəyə ödənilməli olan məcburi ödənişlər üzrə məbləğlərin hərəkəti uçota alınır.

309 №-li “Digər qısamüddətli kreditor borcları” hesabında təşkilatın yuxarıda müvafiq hesablara aid edilməyən sair kreditor borcları üzrə məbləğlərin hərəkəti əks etdirilir.

Büdcə idarə və təşkilatları özlərinin maliyyə-təsərrüfat fəaliyyətlərinin gedişində bir sıra idarə, təşkilat, müəssisə və şəxslərlə mal-pul, kredit və təəhhüdlü ödəniş münasibətlərində olurlar və bu münasibətlərin gedişində onların arasında qarşılıqlı hesablaşma əməliyyatları baş verir.

Maliyyələşdirmə üzrə hesablaşmalar yuxarı kredit sərəncamçıları ilə smeta üzrə xərclərin maliyyələşdirilməsi gedişində meydana çıxan hesablaşmalardır.

Büdcə idarə və təşkilatlarında alğı-satqı üzrə hesablaşmalara malsatan və podratçı təşkilatlarla hesablaşmalar, alıcı və sifarişçi təşkilatlarda hesablaşmalar da daxildir.

Təəhhüdlü ödənişlər üzrə hesablaşmalara sosial sığorta üzrə hesablaşmalar, büdcəyə ödənişlər üzrə hesablaşmalar, tapşırıqlar üzrə xərclənməyə alınmış vəsaitlər üzrə hesablaşmalar, fəhlə, qulluqçu və təqaüdçü tələbə və aspirantlarla hesablaşmalar daxildir.

Sair hesablaşmalara təhtəlhesab şəxslərlə hesablaşmalar, maddi zərərlərin ödənməsi üzrə hesablaşmalar, deponentlərlə hesablaşmalar, təqaüd və yardım verilməsi üzrə hesablaşmalar daxildir.

Bir qayda olaraq, yuxarı kredit sərəncamçıları və başqa idarə, təşkilat, müəssisələr arasındakı hesablaşmalar üzrə ödənişlər qeyri-nağd yolla bank təşkilatları tərəfindən həyata keçirilir və bu hesablaşmaların gedişinə bank bilavasitə nəzarət edir.

Lakin ayrı-ayrı şəxslərlə olan hesablaşmalarda ödənişlər nağd yolla mühasibatyanı kassa vasitəsilə icra olunur.

Bank tərəfindən icra edilən hesablaşma əməliyyatları eynişəhərli və müxtəlifşəhərli hesablaşmalara bölünür. Eyni inzibati ərazidə yerləşən və eyni bank şöbəsi tərəfindən xidmət göstərilən idarə və təşkilatlar arasındakı hesablaşma eynişəhərlidir. Bankın şöbələri tərəfindən icra olunan hesablaşmalar müxtəlifşəhərlidir. Müəssisə və təşkilatlar arasındakı hesablaşmaların təşkili və

onların gedişinə bank nəzarətinin əsas prinsipi hesablaşma, alğı-satqı və ödəmə müddətlərinin minimum qısaldılması, sürətləndirilməsi və əsassız debitor və kreditor borclarının yaranmasına yol verməməkdən ibarətdir. Bu məqsədlə idarə və təşkilatlar arasındakı hesablaşmaların bir sıra formalarından istifadə edilir ki, bunlara aksept forma, akkreditivlər, xüsusi hesablar, planlı ödənişlər, ödəmə tapşırıqları, poçt köçürmələri (baratları), hesablaşma çəkiləri, inkassa tapşırıqları və s. daxildir.

Hesablaşmaların aksept forması, əsasən, malsatan və podratçılarla hesablaşmalarda ən geniş tətbiq edilən fomadır. Bu hesablaşma müqaviləli alğı- satqı və mal göndərilməsi zamanı malsatan təşkilatın bankın inkassasına təqdim etdiyi ödəmə tələbnaməsi üzrə bank tərəfindən həyata keçirilir.

Hesablaşmanın akkreditiv formasının mahiyyəti ondan ibarətdir ki, malalan təşkilat qabaqcadan özünün cari hesabından malsatan təşkilatın adına akkreditiv qoyur.

Müxtəlifşəhərli mal alışı üzrə hesablaşmalar üçün malsatan təşkilatlara xidmət edən bank şöbələrində xüsusi hesab açılır və alınan malın pulu həmin hesabdan ödənilir.

İnternat məktəbləri, uşaq bağçaları, xəstəxanalar və buna uyğun müəssisələr material, dərman, ərzaq məhsulları və sair almaq üçün daimi olaraq satıcı təşkilatlara təhkim olunur. Həmin təşkilatlar onları ahəngdar olaraq həmin məhsullarla təchiz edir. Onlar arasında mal göndərilməsi məsələsini müqavilələr əsasında qabaqcadan şərtləndirir. Belə olan şəraitdə həmin təşkilatlar arasında hesablaşma planlı ödənişlər üzrə aparılır.

Sosial sığorta orqanlarına və büdcəyə ödənişlər, əsasən, ödəmə tapşırığı yolu ilə cari hesabdan pul köçürülməsi ilə ödənilir. Ödəmə tapşırığı hesab sahibinin bank şöbəsinə sərəncamını ifadə edir.

Başqa şəhərlərdə yaşayan şəxslərə çatası pul vəsaitini təşkilat poçt baratı formasında, poçt rüsumu pul alan şəxsin hesabına ödənilməklə yola sala bilər.

Büdcə təşkilatları bir sıra mal və xidmətlərin dəyərini limitli çəkilərlə ödəyir. Çekləri təşkilatlar özlərinin cari hesabları olan bank şöbəsindən alır.

Alğı-satqı və ya mal-pul münasibətləri nəticəsində təşkilat ilə malsatan təşkilatlar arasında baş verən hesablaşmalara malsatan təşkilatlarla hesablaşmalar deyilir. Bu zaman büdcə təşkilatı bir alıcı kimi çıxış edir, başqa təşkilatlardan müxtəlif materiallar, ərzaq məhsulları və sair maddi qiymətliləri satın alır. Hesablaşmanın bu formasında büdcə və elmi idarə satıcı kimi də çıxış edə bilir. Bu zaman o, özünün köməkçi istehsalat sahəsində istehsal etdiyi məhsulu kənara satır. Belə olduqda müəssisə ilə alıcı və ya sifarişçi təşkilatlar arasında hesablaşma baş verir.

Hesablaşmaların qalan bütün növlərinə əmtəə üzərində olmayan hesablaşma deyilir. Burada hesablaşma ancaq pul vəsaiti üzərində davam edir. Büdcə təşkilatı özünün bank, büdcə, sosial təminat, fəhlə və qulluqçular qarşısında olan borcunu ödəməli olur.

Hesablaşma münasibətləri dedikdə tərəflərin öz öhdəliklərini vaxtında və düzgün yerinə yetirmələri nəzərdə tutulur. Misal üçün, malsatan təşkilat malı alıcı təşkilata vaxtında, keyfiyyətli qaydada və müqavilədə nəzərdə tutulan şərtlərə müvafiq olaraq yükləyib yola salmalıdır. Alıcı təşkilat isə həmin malın pulunu gecikdirmədən malsatan təşkilatın hesabına göndərməlidir.

Büdcə idarə və təşkilatlarında malsatan, podratçı qısamüddətli kreditor borclarla hesablaşmaların mühasibat uçotu 301 №-li “Malsatan podratçılar qısamüddətli kreditor borcları üzrə hesablaşmalar” hesabında aparılır.

Bu bölmədə hesab planı üzrə “Yerinə yetirilən işlərə, göstərilən xidmətlərə görə malsatan və podratçılar və sifarişçilərlə hesablaşmalar” adlı sintetik hesabın bütün subhesabları üzrə nəzərdə tutulan hesablaşmalar, “Təhtəlhesab şəxslərlə

hesablaşmalar” adlı sintetik hesabın eyniadlı subhesabı üzrə hesablaşmalar, “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” adlı sintetik hesabın bütün subhesabları üzrə nəzərdə tutulan hesablaşmalar, 307 №-li “Əməyin ödənişi üzrə olan borclar” adlı hesabın bütün nəzərdə tutulan hesablaşmalar, “Pensiya-müavinət ödəncləri ilə əlaqədar müəssisələrlə hesablaşmalar” adlı sintetik hesabın bütün subhesabları üzrə nəzərdə tutulan hesablaşmalar və digər növ hesablaşmalar üzrə mühasibat uçotunun aparılması qaydaları ümumi şəkildə açıqlanır.

Alınmış mallara, görülmüş işlərə, göstərilmiş xidmətlərə görə malsatanlarla, podratçılarla və sifarişçilərlə hesablaşmalar, bir qayda olaraq, bank idarələri vasitəsilə həyata keçirilir (xəzinədarlıq tətbiq edilən sahələrdə xəzinədarlığın təlimatına uyğun).

Büdcədən maliyyələşən idarələr bir-birinə, həmçinin təsərrüfat təşkilatlarına və digər müəssisələrə kömək məqsədi üçün qaytarılmaq şərti ilə köçürəcəkləri avanslara Azərbaycan Respublikası Maliyyə Nazirliyi icazə verdikdən sonra həyata keçirə bilər.

Büdcədən və büdcədənkənar fondlardan alınmış borclar və kreditlər (müqavilədə nəzərdə tutulmuş vaxt ərzində geri qaytarılmadıqda) vaxtı keçmiş borclar və kreditlər kimi hesaba alınsa da həmin borclar və kreditlər hökmən alındığı büdcəyə və ya büdcədənkənar fonda qaytarılmalıdır.

Belə borclar və kreditlər vaxtı keçdikdən sonra da alındığı mənbələr üzrə uzun müddətə geri qaytarılmazsa, o zaman günahkar şəxslər qüvvədə olan qanunlarla cəzalandırılırlar.

Material qiymətlilərindən əskikgəlmələr və itkilər üzrə borclar, həmçinin sair ümidsiz borclar mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununa uyğun qaydada maliyyələşmənin və fondların azaldılmasına silinir.

Büdcə təşkilatları özlərinin əmək ehtiyatlarının tərkibi, təsnifatı, əməyin xarakteri, hazırlıq səviyyəsi və əməyin ödənişi prinsipi və metodlarına görə xalq təsərrüfatının başqa sahələrindən köklü sürətdə fərqlənir.

Adətən, büdcə idarə və təşkilatlarında çalışan işçilər xüsusi elmi-pedaqoji, ali və orta ixtisas təhsili almış zehni əmək sahibləridir. Buna görə də bu təşkilatlarda sərf olunan əmək yüksəkixtisaslı və xüsusi hazırlıqlı əməkdir. Bu əmək elmi işçilərin, professor və dosentlərin, ən aşağı ali texniki və ali pedaqoji təhsilə malik işçilərin əməyidir. Bu əmək əksər hallarda yüksək nəzəri bilik və təcrübə hazırlıq versə də, ancaq intellektual, elmi-potensial dəyərlər yaratsa da, maddi dəyər yaratmır. O ancaq maddi nemətlərin tərkibində mücərrəd, keçmiş əmək kimi təzahür edir. Ona görə də həmin əməyin əhəmiyyət və keyfiyyət ölçüsü, ödənişin prinsip və metodları maddi istehsal sahələrindən fərqlənir.

Doğrudur, burada da hər kəsə sərf etdiyi əməyinin kəmiyyəti və keyfiyyətinə görə əmək haqqı verilir. Lakin bu kəmiyyət və keyfiyyət ölçüsünün özündə bir şərtilik, bərabərləşdiricilik kimi mənfi xüsusiyyət vardır. Belə ki, eyni savad dərəcəsinə və staja malik olan işçinin tarif stavkası (məvacibi) eyni götürülür, beləliklə də həmin şəxslərin fərdi xüsusiyyətləri nəzərə alınmır.

Büdcə idarə və təşkilatlarında işçilərin sərf etdikləri əməyin kəmiyyət və keyfiyyəti uçotda ancaq sərf edilmiş vaxtın uçotunun aparılması yolu ilə müəyyən edilir. Sərf edilmiş əməyin kəmiyyətinə əsasən və mövcud vəzifə və ya tarif maaşlarına əsasən işçilərin əmək haqqı müəyyənləşdirilir. Demək olar ki, bu zaman əməyin iqtisadi cəhətcə həvəsləndirilməsi, hər bir kollektiv üzvü ilə ümumiyyətlə kollektivin maddi marağı və maddi məsuliyyətinin əlaqələndirilməsi məsələsi unudulur.

Son illərdə həyata keçirilməkdə olan yenidənqurma və bazar iqtisadiyyatına keçid bu nöqsanın aradan qaldırılmasına yönəldilmişdir. Bu tədbir elm, təhsil, səhiyyə və mədəniyyətin xalq təsərrüfatı kompleksində yeri və əhəmiyyətinin düzgün qiymətləndirilməsinə, kollektivin maddi marağının

yüksəldilməsi məsələsinin dövrü tələbləri səviyyəsinə qaldırılmasına yönəldilmişdir. Bu sahələrin işçilərinin əməyi, məhsuldar əmək kimi, məcmu ictimai əməyin tərkibində yeri və rolu şübhəsizdir. Lakin bu vaxta qədər bu məsələ diqqətdən kənarda qalmış və öz həllini tapmamışdır. Bu sübuta ehtiyacı olmayan bir həqiqətdir ki, sosial sahədə çalışan işçilərin əməyi maddi və qeyri-maddi nemətlər yaradan işçilərin əməyinin tərkib hissəsidir. Beləliklə də, sosial sahə işçilərinin əməyinin qiymətləndirilməsi, onlara əmək haqqının hesablanması və əməyin stimullaşdırılması maddi istehsal sahələrində mövcud olan qayda və metodlara uyğunlaşdırılmalıdır.

Əmək haqqı eyni zamanda hər bir fəhlə və ya qulluqçunun yeganə həyat vəsaitidir; hər bir işçinin, hər bir ailənin həyat səviyyəsi onun əmək haqqının nominal məbləği və real dəyərindən asılıdır. Ona görə də əməyin stimullaşdırılmasının yeganə amili əmək haqqının səviyyəsidir.

Bununla yanaşı, hər bir vətəndaşa əmək haqqı onun sərf etdiyi əməyin kəmiyyəti və keyfiyyətinə görə hesablanır.

Məlum məsələdir ki, büdcə idarə və təşkilatları əsasən, öz fəaliyyətləri üçün zəruri olan pul vəsaitini büdcədən alır. Ona görə ki, onların özlərinin gəlirləri yoxdur. Belə olduqda onların xərcləri, o cümlədən, əmək haqqı mərkəzləşdirilmiş qaydada əvvəlcədən hesablanaraq planlaşdırılır. Həmin xərclərin belə planlaşdırılması və maliyyələşdirilməsini nizamlayan sənəd smetadır. Bir tərəfdən, büdcə təşkilatının əmək haqqı fondu smeta üzrə hesablanır, digər tərəfdən də həmin vəsaitin buraxılması smeta göstəricilərinə uyğun olaraq nizamlanır.

Büdcə idarə və təşkilatlarında fəhlə və qulluqçular üçün əmək haqqının yeganə mənbəyi büdcədən maliyyələşdirilən əmək haqqı fondu deyildir. Bir sıra iş və xidmətlər üçün işçilər büdcədənkənar vəsaitlər hesabına da əmək haqqı ala bilərlər. Büdcə təşkilatları və idarələrin büdcədənkənar gəlirləri istehsalat (tədris) emalatxanalarının, köməkçi kənd təsərrüfatının məhsul və məmulatlarının satışından, müqavilə üzrə yerinə yetirilmiş elmi-tədqiqat və təcrübə-konstruktor

işlərinin sifarişçilərə təhvilindən, digər pullu xidmətlər üçün valideynlərdən, digər idarə, müəssisə və şəxslərdən əldə edilir. Ona görə də bu sahədə çalışan işçilərin əməkhaqları həmin vəsaitlər hesabına ödənilir.

Mühasibatlıqda işçi heyətinin tərkibinin uçotu və iş vaxtından istifadənin uçotu əmək və əmək haqqının uçotunun ilkin şərtləri hesab edilir. İşçilərin işə qəbulu, yerlərinin dəyişdirilməsi, işdən çıxarılması, aylıq məvaciblərin həcmi və dəyişməsi, məzuniyyət vaxtı və sair bu kimi məlumatlar mühasibata kadrlar şöbəsindən daxil olur. İş vaxtından istifadənin uçotu isə iş vaxtının uçotu tabellərində gündəlik qeydiyyat yolu ilə müəssisənin ayrı-ayrı bölmələrində xüsusi cavabdeh şəxslər tərəfindən aparılır. Bu tabellər hər yarım ayın sonunda müəssisə rəhbəri tərəfindən təsdiq edilərək mühasibatın hesablaşma şöbəsinə təhvil verilir.

Əmək və əmək haqqının uçotunun ən başlıca şərtlərindən biri əmək haqqının hesablanması və ödənilməsi əməliyyatlarının sənədlər üzərində rəsmiləşdirilməsidir. Sənədləşmə mühasibat uçotu metodunun əsas elementi olmaqla uçot informasiyalarının əsas mənbə və daşıyıcısıdır. Heç bir təsərrüfat əməliyyatı sənədlərdə rəsmiləşdirilməmiş uçot obyekti ola bilməz. Sənədlər əməliyyatların baş verdiyini, qanuniliyini sübut edən yeganə şərtdir.

Hesablama əməliyyatları üzrə tərtib edilən sənədlər təkcə mühasibat uçotu üçün informasiya daşıyıcısı olaraq qalmır, eyni zamanda tərəflər arasında vasitəçi və sübut rolunu da ifa edir. Hesablaşmanın doğruluğu, etibarlılığı və müddəti barədəki bütün məlumatlar ancaq sənədlər vasitəsilə təşkilatlara və şəxslərə çatdırılır. Hesablaşmanın başa çatması üçün də yeganə sübut ancaq sənədlərdir.

Əməyin ödənişi üzrə fəhlə və qulluqçulara hesablaşmaların gedişi çoxlu miqdarda və müxtəlif forma və məzmunlara malik sənədlər, dövlətin idarə orqanlarının, nazirliklərin və baş idarələrin, Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Nazirliyinin normativ sənədləri vasitəsilə nizamlanır.

Əsas əmək haqqına aşağıdakılar daxildir:

1. Həqiqi yerinə yetirilmiş işlər üçün tarif və vəzifə məvacibləri üzrə hesablanmış işəmuzd və vaxtamuzd əmək haqqı;


  1. Uzunmüddətli xidmət üçün verilən əlavə;

  2. Əvəzçilik üçün hesablanmış əmək haqqı;

  3. Əmək haqqı fondu hesabına və ən yaxşı əmək göstəriciləri üçün mükafatlar;

  4. Növbədənartıq, gecə işləri, müəssisənin günahı üzündən boşdayanma üçün verilən əlavələr.

Əlavə əmək haqqına aşağıdakılar daxildir:


  1. Südəmər körpəsi olan analara və yeniyetmə gənclərə güzəşt saatları üçün verilən əlavələr;

  2. Dövlət və ictimai xidmətlərin icrası dövrü üçün ödəniş;

  3. Hər cür məzuniyyət üçün hesablanmış məzuniyyət haqları;

  4. İstifadə edilmiş məzuniyyət üçün ödəniş.

Əmək ödənişləri, müvəqqəti əmək qabiliyyəti itirildiyi üçün uşaqlara qulluğa görə və sair müavinətlər, maddi yardımlar, mükafatlar, habelə təqaüdlər üzrə hesablanılmış məbləğlər əks etdirilir.

307 №-li “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabında əmək ödənişləri, müvəqqəti əmək qabiliyyəti itirildiyi üçün uşaqlara qulluğa görə və sair müavinətlər, maddi yardımlar, mükafatlar və digər əmək ödənişləri üzrə hesablanmış məbləğlər əks etdirilir.

Əmək ödənişləri və müavinətlər ayda bir dəfə hesablanılır və uçotda ayın sonuncu günü əks etdirilir.

Əməkhaqları, əsasən, aşağıdakı sənədlər əsasında hesablanılır:




    • işçilərin işə qəbulu, işdən azad edilməsi, iş yerlərinin (vəzifələrinin) dəyişdirilməsi barədə idarə rəhbərinin əmrləri (əmrlərdə ştat cədvəli üzrə işçilərin əməkhaqları, tarif dərəcələri və digər əmək ödənişləri normaları öz əksini tapmalıdır);

    • iş vaxtının uçotunu özündə əks etdirən tabellər (tabellərdə işçilərin işə davamiyyəti dəqiq göstərilməlidir);

    • işçilərin ştat cədvəlləri və digər normativ sənədlər.

Tabellər üzrə iş vaxtının uçotu idarə rəhbərinin əmri ilə həvalə edilmiş şəxs tərəfindən aparılır. İdarə rəhbərinin razılığı ilə tabellər sexlərdə, şöbələrdə, laboratoriyalarda, kafedralarda və digər struktur bölmələrdə işçilərin işə davamiyyəti üzrə tərtib edilə bilər. Belə hallarda struktur bölmənin rəhbərləri tabel uçotunun düzgünlüyünə cavabdeh olurlar.

Tabellər hər ay müəyyən edilmiş müddətlərdə doldurulur, müvafiq şəxslər tərəfindən imzalanır və əmək haqqının hesablanması üçün mühasibatlığa təhvil verilir.

Əmək ödənişləri üzrə hesablaşmalar, bir qayda olaraq, şəxsi hesabda həyata keçirilir. Sonra hesablaşma-ödəmə cədvəlinə köçürülür və ödənilir.

Ödənişin müddəti qurtardıqdan sonra hesablaşma-ödəmə cədvəlində, əmək haqqını almamış şəxslərin soyadlarının qarşısında kassir “deponentləşdirilib” qeydiyyatı aparmalıdır və deponentləşdirilmiş məbləğlərin reyestrini tərtib etməlidir. Cədvəlin sonunda kassir faktiki ödənilmiş məbləğlər və alınmamış əmək haqqının məbləği haqqında qeydlər etməli, bu məbləğləri hesablaşma-ödəmə cədvəllərinin ümumi yekunu ilə tutuşdurmalı və yazılışı öz imzası ilə təsdiq etməlidir. Əgər pullar kassir tərəfindən deyil, digər şəxs tərəfindən verilibsə, onda cədvəldə əlavə olaraq (pullu cədvəl üzrə verilibdir – vəzifəsi, imzası, imzanın şərhi) yazılış edilir.

Ödəniş və hesablaşma cədvəllərində kassir tərəfindən edilmiş qeydlərin ciddi yoxlanışından verilmiş və deponentləşdirilmiş məbləğlərin hesablanmasından sonra verilmiş əmək haqqı məbləğlərinə, müəyyən olunmuş qaydada rəsmiyyətə salınan və kassa mədaxil və məxaric sənədlərinin qeydiyyatı jurnalında qeydiyyata alınan kassa-məxaric orderi tərtib olunur. Hesablaşma-ödəmə cədvəllərində kassa

üzrə pulların silinməsi həyata keçirilmiş “kassa-məxaric orderi”nin tarixi və nömrəsi qoyulur.


    1. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu Hesablar Planının 31-ci maddəsində əks etdirilir. Bu maddədə 12 ay ərzində ödənilməsi tələb olunan (qısamüddətli) bank kreditləri, işçilər üçün bank kreditləri, borclar və digər faiz xərcləri yaradan öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu maddəyə aşağıdakı hesablar daxildir:

311 №-li “Qısamüddətli bank kreditləri”; 312 №-li “İşçilər üçün bank kreditləri”; 314 №-li “Qısamüddətli borclar”;

317 №-li “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər”.

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər baş verdikdə 103 №-li hesabın müvafiq subhesablarının debeti və 311, 312, 314, 317 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə faiz xərcləri hesablandıqda 721-1 №-li subhesabın debeti və 311, 312, 314, 317 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır. Ödənilmiş qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 311, 312, 314, 317 №-li hesabların müvafiq subhesablarının debeti və 103 №-li hesabın müvafiq subhesablarının kreditində uçota alınır.


  1. №-li “Qısamüddətli bank kreditləri” hesabında 12 ay ərzində ödənilməli olan bank kreditləri uçota alınır. Bu hesab üzrə 311-1 №-li “Bank overdraftı” subhesabı açılır.

311-1 №-li “Bank overdraftı” subhesabında təşkilat müvafiq hesablaşma hesabında mövcud məbləğdən artıq məbləği istifadə etdiyi zaman onun fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün bank tərəfindən bankın müştərisi olan həmin təşkilata müəyyən qısa müddət ərzində təqdim edilən qısamüddətli (faizli) kredit məbləğləri əks etdirilir.

  1. №-li “İşçilər üçün bank kreditləri” hesabında təşkilatın öz işçiləri üçün bankdan götürdüyü və 12 ay ərzində ödənilməsi nəzərdə tutulan məbləğlərin

hərəkəti uçota alınır.

314 №-li “Qısamüddətli borclar” hesabında təşkilat tərəfindən əldə olunan və 12 ay ərzində ödənilməli olan borclar üzrə məbləğlərin hərəkəti uçota alınır.

317 №-li “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında yuxarıdakı hesablarda nəzərdə tutulmayan 12 ay ərzində ödənilməsi tələb olunan digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə məbləğlərin hərəkəti əks etdirilir.

    1. Qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu

Qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu Hesablar Planının 32-ci maddəsində əks etdirilir. Bu maddədə təşkilatın gələcəkdə yaranacaq məsrəflərinin ödəniş vaxtı və məbləği qeyri-müəyyən olan, lakin xidmət potensialını təcəssüm etdirən resursların xaric olması ehtimalı səbəbindən cari öhdəlik olduğu üçün etibarlı qiymətləndirilə bilən və öhdəlik kimi tanınan məbləğlərin hərəkəti uçota alınır. Bu maddəyə aşağıdakı hesablar daxildir:

321 №-li “İşdən azadolma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər”;


  1. №-li “Qısamüddətli zəmanət öhdəlikləri”;

  2. №-li “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”.

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər hesablandıqda 122 №-li hesabın müvafiq subhesablarının debeti və 321, 323, 324 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır. Ödənilmiş qısamüddətli qiymətləndirilmiş öhdəliklər 321, 323, 324 №-li hesabların müvafiq subhesablarının debeti və 103 №-li hesabın müvafiq subhesablarının kreditində uçota alınır.

321 №-li “İşdən azadolma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabında təşkilatın işdən azad olunma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər üzrə məbləğlərinin hərəkəti uçota alınır.



  1. №-li “Qısamüddətli zəmanət öhdəlikləri” hesabında təşkilatın qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı məbləğlərinin hərəkəti uçota alınır.

  2. №-li “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabında təşkilatın qısamüddətli qiymətləndirilmiş öhdəlikləri ilə bağlı məbləğlərinin hərəkəti uçota alınır.
    1. Sair qısamüddətli öhdəliklərin uçotu

Sair qısamüddətli öhdəliklərin uçotu Hesablar Planının 33-cü maddəsində əks etdirilir. Bu maddədə təşkilatın 12 ay müddətində ödənilməsi nəzərdə tutulan pensiya öhdəlikləri, gələcək hesabat dövrlərinin gəlirləri, alınmış avanslar, məqsədli maliyyələşmələr və daxilolmalar, habelə digər qısamüddətli öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu maddəyə aşağıdakı hesablar daxildir:

331 №-li “Qısamüddətli pensiya öhdəlikləri”; 332 №-li “Gələcək hesabat dövrlərinin gəlirləri”; 333 №-li “Alınmış qısamüddətli avanslar”;

334 №-li “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”; 335 №-li “Digər qısamüddətli öhdəliklər”.

Sair qısamüddətli öhdəliklər məsrəflərə hesablandıqda 122 №-li hesabın müvafiq subhesablarının debeti və 331, 335 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.

Ödənilmiş qısamüddətli öhdəliklər 331, 335 №-li hesabların müvafiq subhesablarının debeti və 103 №-li hesabın müvafiq subhesablarının kreditində uçota alınır.

Gələcək hesabat dövrlərinin gəlirləri, alınmış qısamüddətli avanslar üzrə daxil olmuş pul vəsaitləri 103 №-li hesabın müvafiq subhesablarının debeti və 332,

333 №-li hesabların müvafiq subhesablarının kreditində uçota alınır. Gələcək hesabat dövrlərinin gəlirləri, alınmış qısamüddətli avanslar cari hesabat dövründə gəlir kimi tanındıqda 332 və 333 №-li hesabların müvafiq subhesablarının debeti və 111 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.

Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən məqsədli maliyyələşmələrin açılması üçün sifariş verildikdə 111-10 №-li hesabın debeti 334

№-li hesabın krediti ilə müxabirləşir.

Cari hesabat dövründə dövlət büdcəsindən maliyyələşən təşkilata verilmiş məqsədli maliyyələşmələr üzrə məbləğlər gəlir kimi tanındıqda 334 №-li hesabların debeti 621 №-li hesabın müvafiq subhesablarının krediti ilə müxabirləşir.


  1. №-li “Qısamüddətli pensiya öhdəlikləri” hesabında təşkilat tərəfindən keçmiş işçiləri, onların təqaüdə çıxmasından sonra pensiya öhdəliyi qəbul edildikdə, həmin qısamüddətli öhdəliklərin dəyərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

  2. №-li “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabında təşkilatın hesabat dövründən sonrakı dövrə aid edilən, lakin cari dövrdə əldə olunmuş gəlirlərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatları uçotda əks etdirilir.

  3. №-li “Alınmış qısamüddətli avanslar” hesabında təşkilat tərəfindən satılacaq mallara, işlərə və ya xidmətlərə görə tam və ya qismən əvvəlcədən alınmış məbləğlər əks etdirilir.

  4. №-li “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabında təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı dövlət büdcəsindən, büdcədənkənar fondlardan və digər büdcələrdən alınmış vəsaitlərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

  5. №-li “Digər qısamüddətli öhdəliklər” hesabında yuxarıdakı hesablarda göstərilməyən digər qısamüddətli öhdəliklərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
VIII FƏSİL. Büdcə təşkilatlarında uzunmüddətli öhdəliklərin uçotu

8.1. Uzunmüddətli kreditor borcların uçotu, 8.2. Uzun müddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu, 8.3. Xalis aktivlərin uçotu, 8.4. Kapital ehtiyatların uçotu



    1. BÜDCƏ TƏŞKİLATLARINDA UZUNMÜDDƏTLİ KREDİTOR BORCLARIN UÇOTU

Uzunmüddətli öhdəliklər bölməsində təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı uzunmüddətli kreditor borcları, uzunmüddətli faiz xərcləri yaradan öhdəlikləri, uzunmüddətli (qiymətləndirilmiş) öhdəlikləri və sair uzunmüddətli öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu bölmə aşağıdakı maddələrdən ibarətdir:



  1. – “Uzunmüddətli kreditor borcları”;

  2. – ”Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”; 42 – “Uzunmüddətli (qiymətləndirilmiş) öhdəliklər”.

Uzunmüddətli kreditor borclarının uçotu Hesablar Planının 40-cı maddəsində əks etdirilir. “Uzunmüddətli kreditor borcları” maddəsində 12 aydan artıq müddətə təşkilatın malsatan və podratçılara, törəmə (asılı) müəssisələrə, tikinti müqavilələri üzrə, faizlər üzrə, həmçinin digər yaranmış borclar üzrə ödənilməli olan məbləğləri barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Bu maddəyə aşağıdakı hesablar açılır:

401 №-li “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”; 402 №-li “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”; 403 №-li “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”; 404 №-li “Faizlər üzrə uzunmüddətli kreditor borcları”;

405 №-li “Digər uzunmüddətli kreditor borcları”.

Əldə olunmuş qısamüddətli və uzunmüddətli aktivlərə görə uzunmüddətli kreditor borcları hesablandıqda 121, 122, 123, 126, 231, 233, 234, 236, 238, 241,

251 №-li hesabların müvafiq subhesablarının debeti və 401, 402, 403, 405 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.

Faizlər üzrə uzunmüddətli kreditor borclarının faiz xərcləri hesabat dövründə hesablandıqda 721-2 №-li subhesabın debeti və 404, 405 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.

Ödənilmiş uzunmüddətli kreditor borcları 401, 402, 403, 404, 405 №-li hesabların müvafiq subhesablarının debeti və 103 №-li hesabların müvafiq subhesablarının kreditində uçota alınır.

401 №-li “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” hesabında təşkilatın alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malsatan və podratçılara 12 aydan artıq müddətə ödənilməli olan məbləğləri uçota alınır.

402 №-li “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları” hesabında təşkilatın alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə törəmə müəssisələrə 12 aydan artıq müddətə ödənilməli olan məbləğləri əks etdirilir.

403 №-li “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları” hesabında təşkilatın tikinti müqaviləsinə əsasən alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malsatan və podratçılara 12 aydan artıq müddətə ödənilməli olan məbləğləri uçota alınır.

404 №-li “Faizlər üzrə uzunmüddətli kreditor borcları” hesabında təşkilatın

12 aydan artıq müddətə ödənilməli olan faiz ödənişləri üzrə öhdəlikləri uçota alınır.

405 №-li “Digər uzunmüddətli kreditor borcları” hesabında yuxarıdakı hesablarda göstərilməyən digər uzunmüddətli kreditor borcları üzrə məbləğlərin hərəkəti əks etdirilir.

    1. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu Hesablar Planının 41-ci maddəsində əks etdirilir. Bu maddədə 12 aydan artıq müddətə ödənilməsi tələb olunan (uzunmüddətli) bank kreditləri, işçilər üçün bank kreditləri, uzunmüddətli borclar və digər faiz xərcləri yaradan uzunmüddətli öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər baş verdikdə 103 №-li hesabın müvafiq subhesablarının debeti və 411, 412, 414, 416, 418 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərə görə hesabat dövrü ərzində faiz xərcləri hesablandıqda 721-2 №-li hesabın müvafiq subhesablarının debeti və 411, 412, 414, 416, 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır. Ödənilmiş qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 411, 412, 414, 416, 418 №-li hesabların müvafiq subhesablarının debeti və 103 №-li hesabın müvafiq subhesablarının kreditində uçota alınır.

411 №-li “Uzunmüddətli bank kreditləri”;

412 №-li “İşçilər üçün uzunmüddətli bank kreditləri”; 414 №-li “Uzunmüddətli borclar”;

416 №-li “İcarə üzrə uzunmüddətli öhdəliklər”;

418 №-li “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”. Bu maddə üzrə aşağıdakı hesablar açılır:

411 №-li “Uzunmüddətli bank kreditləri” hesabı 5 №-li Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan bank kreditlərini uçota almaq üçün nəzərdə tutulub. Burada müvafiq qanunvericiliyə uyğun olaraq maddi-texniki bazanın təşkili, genişləndirilməsi və başqa məqsədlər üçün bank idarələrindən alınmış uzunmüddətli kredit məbləğləri uçota alınır.

412 №-li “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabında təşkilatın öz işçiləri üçün bankdan götürdüyü uzunmüddətli bank kreditləri üzrə banklara olan öhdəliklər barədə məlumatlar ümumiləşdirilir.

414 №-li “Uzunmüddətli borclar” hesabında təşkilat tərəfindən əldə olunan və hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan borclar əks etdirilir.

416 №-li “İcarə üzrə uzunmüddətli öhdəliklər” hesabında təşkilatın əməliyyat icarəsi üzrə yaranan uzunmüddətli öhdəlikləri uçota alınır.

418 №-li “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında yuxarıdakı hesablarda göstərilməyən bütün digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar göstərilir.

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu Hesablar Planının 42- ci maddəsində əks etdirilir. Bu maddədə təşkilatın gələcəkdə yaranacaq məsrəflərinin ödəniş vaxtı və məbləği qeyri-müəyyən olan, lakin xidmət potensialını təcəssüm etdirən resursların xaric olması ehtimalı səbəbindən cari öhdəlik olduğu üçün etibarlı qiymətləndirilə bilən və öhdəlik kimi tanınan məbləğlərin hərəkəti uçota alınır. Bu maddəyə aşağıdakı hesablar daxildir:

422 №-li “Uzunmüddətli zəmanət öhdəlikləri”;

424 №-li “ Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”.

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər hesablandıqda 122 №-li hesabın müvafiq subhesablarının debeti və 422, 424 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər üzrə məsrəflər hesabat dövründə xərcə aid edildikdə 701, 702, 703, 731, 732, 733, 741, 742, 743 №-li hesabların müvafiq subhesablarının debeti və 122 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.

Ödənilmiş uzunmüddətli qiymətləndirilmiş öhdəliklər 422, 424 №-li hesabın müvafiq subhesablarının debeti və 103 №-li hesabın müvafiq subhesablarının kreditində uçota alınır.

422 №-li “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabında təşkilatın uzunmüddətli zəmanət öhdəlikləri ilə bağlı məbləğlərin hərəkəti uçota alınır.

424 №-li “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesabında təşkilatın uzunmüddətli qiymətləndirilmiş öhdəlikləri ilə bağlı məbləğlərin hərəkəti uçota alınır.


    1. Xalis aktivlərin uçotu

“Xalis aktivlər (kapital)” bölməsində təşkilatın kapital ehtiyatlarının və bölüşdürülməmiş mənfəətinin və ya ödənilməmiş zərərinin uçota alınmasına dair ümumiləşdirilmiş məlumatları əks etdirir.

Təşkilatın xalis aktivləri (kapitalı) səhmdarların müəssisəyə yönəldilən investisiyalarının dəyərini artıran və ya azaldan, habelə bölüşdürülə bilən və ya bölüşdürülməyən müvafiq olaraq səhmdarlara ödənilməli olan kapital ehtiyatları və bölüşdürülməmiş mənfəətdən (ödənilməmiş zərərdən) ibarətdir.

Bu bölmə aşağıdakı maddələrdən ibarətdir:

50 – “Ödənilmiş nizamnamə (nominal) kapitalı”; 52 – “Geri alınmış kapital (səhmlər)”;


  1. – “Kapital ehtiyatları”;

  2. – “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”.


Ödənilmiş nizamnamə (nominal) kapitalının uçotu

Bu maddədə təşkilatın ödənilmiş nizamnamə (nominal) kapitalının hərəkəti üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Maliyyə vəziyyəti haqqında hesabatda nizamnamə (nominal) kapitalının yalnız ödənilmiş hissəsinin ümumi məbləği göstərilməlidir. Bu kapitalın ümumi dəyəri və ödənilməmiş hissəsi komponentləri barədə məlumat isə uçot siyasəti və izahlı qeydlərdə açıqlanmalıdır. Bu maddə üzrə aşağıdakı hesablar açılır:

501 №-li “Nizamnamə (nominal) kapitalı”;

502 №-li “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi”.

501 №-li “Nizamnamə (nominal) kapitalı” hesabında təşkilatın nizamnamə (nominal) kapitalı barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Təşkilatın nizamnamə (nominal) kapitalının ümumi dəyəri müəyyən edildikdə 111-10 №-li hesabların debeti və 501 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Təsisçi (təşkilat) tərəfindən nizamnamə (nominal) kapitalının ödənilməsi üzrə

məbləğlər 103-7 №-li hesabın debeti və 111-10 №-li hesabın kreditində uçota alınır.

502 №-li “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabında təşkilat tərəfindən nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Təşkilatın nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi 502 №-li hesabın debeti və 111-10 №-li hesabın kreditində əks etdirilir.


Geri alınmış kapitalın (səhmlərin) uçotu

Bu maddədə təşkilatın geri alınmış kapitalının (səhmlərin) hərəkəti üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Geri alınmış kapital (səhmlər) barədə məlumat təşkilatının uçot siyasəti və izahlı qeydlərində açıqlanmalıdır. Bu maddə üzrə 521 №-li “Geri alınmış kapital (səhmlər)” hesabı açılır.

521 №-li “Geri alınmış kapital (səhmlər)” hesabında təşkilat kapitalının (səhmlərinin) geri alınması barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Təşkilata məxsus olan kapital (səhmlər) geri alındıqda 105 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.


    1. Kapital ehtiyatlarının uçotu

Bu maddədə təşkilatın kapital ehtiyatları yenidən qiymətləndirmə üzrə ehtiyat, qanunvericiliklə nəzərdə tutulmuş ehtiyat fondundan və digər ehtiyat fondlarından ibarətdir.

Maliyyə vəziyyəti haqqında hesabatda kapital ehtiyatlarının yalnız ümumi məbləği göstərilməlidir. Bu ehtiyatların ayrı-ayrı komponentləri barədə məlumat isə uçot siyasəti və izahlı qeydlərdə açıqlanmalıdır.

Bu maddə üzrə aşağıdakı hesablar açılır:

531 №-li “Yenidən qiymətləndirmə üzrə ehtiyat”; 532 №-li “Məzənnə fərqləri üzrə ehtiyat fondları”;

533 №-li “Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları”; 535 №-li “Digər ehtiyat fondları”.

531 №-li “Yenidən qiymətləndirmə üzrə ehtiyat” hesabında ilkin tanınmadan sonrakı qiymətləndirmə nəticəsində təşkilat tərəfindən seçilmiş uçot siyasətinə əsasən aktivin ədalətli dəyərinin onun balans dəyərindən artıq olan hissəsi barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Aktivlərin ayrı-ayrı kateqoriyaları üzrə aparılmış yenidənqiymətləndirmənin nəticələrini tam əks etdirmək üçün 531 №-li hesab üzrə aşağıdakı subhesabları açmaq olar:


  1. №-li “Daşınmaz əmlakın yenidənqiymətləndirilməsi”;

  2. №-li “Torpaq, tikili və avadanlıqların yenidənqiymətləndirilməsi”; 531-3 №-li “Qeyri-maddi aktivlərin yenidənqiymətləndirilməsi”.

Yenidənqiymətləndirmə nəticəsində yaranmış və aktivin ilkin dəyərindən artıq olan məbləğ 231, 234, 236, 241 №-li hesabların debetində və 631-2 №-li subhesabın kreditində əks etdirilir. Eyni zamanda, 631-2 №-li subhesabın debeti və 531 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Yenidənqiymətləndirilmiş aktiv üzrə yaranmış qiymətdəndüşmə zərəri əvvəlki dövrlərdə həmin aktivin yenidənqiymətləndirməsi nəticəsində yaranmış artım məbləği qədər kapital ehtiyatlarının azalmasına, qalan məbləğ isə dövr üzrə xərclərə aid edilir. Bu zaman 531 №-li hesabın müvafiq subhesablarının debeti,

631-2 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir. Yenidənqiymətləndirmə üzrə zərər məbləğləri yaradılmış yenidənqiymətləndirmə üzrə kapital ehtiyatlarından artıq olduqda 70, 73, 74 №-li maddələrin müvafiq hesabının debeti və 631-2 №-li subhesabın kreditində əks etdirilir.

532 №-li “Məzənnə fərqləri üzrə ehtiyat fondları” hesabında təşkilatın məzənnə fərqləri üzrə ehtiyatın hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Təşkilatın xarici valyutada əməliyyatlarının aparılması nəticəsində pul vəsaitlərinin manata çevrilməsi zamanı yaranmış gəlir (və ya zərər) həmin hesabın kreditinə (və ya debetinə) yazılmalıdır.

533 №-li “Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları” hesabında təşkilatın qanunvericilik aktları ilə müəyyən edilmiş ehtiyat fondları üzrə vəsaitlərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar göstərilir. Belə fondlar yaradılarkən 801 №-li hesabın debeti 533 №-li hesabın kreditində uçota alınır. Fondların istifadəsi zamanı 533 №-li hesabın debeti və müvafiq hesabların krediti üzrə mühasibat yazılışı verilir.

535 №-li “Digər ehtiyat fondları” hesabında təşkilat tərəfindən yaradılan sair ehtiyat fondları üzrə vəsaitlərin hərəkətinə dair ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 801 №-li hesabın debeti, 535 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Fondların istifadəsi 535 №-li hesabın debeti və müvafiq hesabların kreditində əks etdirilir.


Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin uçotu

Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin uçotu Hesablar Planının 54-cü maddəsində əks olunur. Bu maddədə təşkilatın bölüşdürülməmiş mənfəəti və ya ödənilməmiş zərəri barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Bu maddəyə aşağıdakı hesablar açılır:

541 №-li “Hesabat dövründə xalis mənfəət (zərər)”;

542 №-li “Uçot siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər”;

543 №-li “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş

zərər)”.


541 №-li “Hesabat dövründə xalis mənfəət (zərər)” hesabında təşkilatın

hesabat dövründə həyata keçirdiyi birja və qeyri-birja fəaliyyəti ilə bağlı əldə edilmiş maliyyə nəticəsinin (mənfəətin və ya zərərin) hərəkəti üzrə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Bu zaman 801 №-li hesabın debeti, 541

№-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Hesabat dövründə xalis mənfəət istifadə edildikdə 541 №-li hesabın debeti müvafiq hesabların kreditində əks etdirilir.

542 №-li “Uçot siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabında təşkilatın uçot siyasətinin dəyişdirilməsi və yeni uçot siyasətinin retrospektiv şəkildə tətbiq edilməsi nəticəsində hesabat dövrünün mənfəət və ya zərərinə tələb olunan dəyişikliklər əks etdirilir. Bu düzəlişlər 542 №-li hesabın debetində və ya kreditində əks etdirilir.

543 №-li “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabında təşkilatın keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti və ya ödənilməmiş zərəri uçota alınır. Hesabat dövrünün sonunda (31 dekabr daxil olmaqla) istifadə edilməmiş xalis mənfəət qalığı 541 №-li hesabın debeti, 543 №-li hesabın kreditində əks etdirilir. Təşkilatın keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətdən istifadəsi zamanı 543 №-li hesabın debeti və müvafiq hesabların krediti üzrə mühasibat yazılışı verilir.

IX FƏSİL. Büdcə idarə və təşkilatlarda gəlirlərin, xərclərin və mənfəətin (zərərin) uçotu

9.1 Büdcədən maliyyələşən təşkilatlarda gəlirlərin uçotu, 9.2 Büdcədən maliyyələşən təşkilatlarda xərclərin uçotu, 9.3 Büdcədən maliyyələşən təşkilatlarda mənfəətin (zərərin) uçotu



    1. Büdcədən maliyyələşən təşkilatlarda gəlirlərin uçotu

Hesablar Planının “Gəlirlər” bölməsində maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təqdim edilməli olan gəlir növləri barədə ümumiləşdirilmiş məlumat təqdim olunur.

Bu gəlirlər təşkilatın hesabat dövründə həyata keçirdiyi fəaliyyəti ilə bağlı müvafiq olaraq aşağıdakı növlərə bölünür:


  1. – “Birja əməliyyatlarından gəlirlər”;

  2. – “Qeyri-birja əməliyyatlarından gəlirlər”; 63 – “Digər gəlirlər”.


Birja əməliyyatlarından gəlirlərin uçotu

Birja əməliyyatlarından gəlirlərin uçotu Hesablar Planının 61-ci maddəsində aparılır. Bu maddədə əməliyyat gəliri olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatın fəaliyyətindən əldə olunan əsas gəliri hesab edilmir və həmin maddə üzrə aşağıdakı hesablar açılır:

611 №-li “Satış”;

612 №-li “Satılmış malların qaytarılması”; 613 №-li “Verilmiş güzəştlər”.

611№-li “Satış” hesabında təşkilatın birja əməliyyatlarının həyata keçirilməsi nəticəsində əldə etdiyi gəlirlər uçota alınır. Birja əməliyyatları üzrə tanınmış gəlirlər 111 №-li hesabın müvafiq subhesablarının debetində və 611 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin gəlirlər üzrə xərclər tanındıqda 611 №-li hesabın müvafiq subhesablarının debeti və 701, 702, 703, 721, 722, 725 №-li hesabların krediti üzrə mühasibat yazılışları verilir. Bu əməliyyat üzrə əldə olunmuş mənfəət 611 №-li hesabın müvafiq subhesablarının debetində və 801 №-li hesabın kreditində, zərər isə müvafiq olaraq 801 №-li hesabın debetində və 611 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Bu hesab üzrə aşağıdakı subhesablar açıla bilər:


    1. №-li “Malların satışı”;

    2. №-li “Xidmətlərin göstərilməsi üzrə gəlir”; 611-3 №-li “Tikinti müqavilələri üzrə gəlir”;

611-5 №-li “İcarə üzrə gəlir”; 611-6 №-li “Sair satış”.

    1. №-li “Malların satışı” subhesabında təşkilatın birja əməliyyatlarından gəlirləri əks etdirilir.

    2. №-li “Xidmətlərin göstərilməsi üzrə gəlir” subhesabında təşkilatın xidmətlərin göstərilməsindən gəlirləri uçota alınır.

    3. №-li “Tikinti müqavilələri üzrə gəlir” subhesabında təşkilatın tikinti müqavilələri nəticəsində əldə edilmiş gəlirləri əks etdirilir.

611-5 №-li “İcarə üzrə gəlir” subhesabında təşkilatın əməliyyat icarəsindən daxil olmuş gəlirləri göstərilir.

631-6 №-li “Sair satış” subhesabında yuxarıdakı subhesablarda uçota alınmayan digər gəlirlər uçota alınır.

612 №-li “Satılmış malların qaytarılması” hesabında təşkilatın satılmış malların geri qaytarılması ilə bağlı qaytarılan mallar üzrə məbləğlərin hərəkəti uçota alınır. Satılmış malların qaytarılmasına görə əməliyyatlar üzrə məbləğlər 612 №-li hesabın debeti, 111 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

613 №-li “Verilmiş güzəştlər” hesabında təşkilat tərəfindən alıcılar və sifarişçilərə mallara (xidmətlərə) görə verilmiş güzəştlər uçota alınır. Alıcılar və sifarişçilərə təşkilat tətbiq etdiyi güzəştlərə görə 613 №-li hesabın debeti və 111 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir.


Qeyri-birja əməliyyatlarından gəlirlərin uçotu

Qeyri-birja əməliyyatlarından gəlirlərin uçotu Hesablar Planının 62-ci maddəsində aparılır. 62 “Qeyri-birja əməliyyatlarından gəlirlər” maddəsində dövlət büdcəsindən alınmış vəsaitlər, digər büdcələrdən alınmış vəsaitlər və sair transferlərdən əldə edilən gəlirlər uçota alınır. Bu maddə üzrə aşağıdakı hesablar açılır:

621 №-li “Dövlət büdcəsindən alınmış vəsaitlər”; 622 №-li “Digər büdcələrdən alınmış vəsaitlər”;

623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”; 624 №-li “Digər təşkilatlardan köçürmələr”;

625 №-li “Sair gəlirlər”.

621 №-li “Dövlət büdcəsindən alınmış vəsaitlər” hesabında dövlət büdcəsindən alınmış subsidiya, dotasiya, hökumət qrantları və digər əvəzsiz alınmış maliyyə yardımları üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Qeyri- birja əməliyyatları üzrə tanınmış gəlirlər 334 №-li hesabın müvafiq subhesablarının debetində və 621 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin gəlirlər üzrə xərclər tanındıqda 621 №-li hesabın müvafiq subhesablarının debeti və 731. 732, 733, 721, 722, 725 №-li hesabların krediti üzrə mühasibat yazılışları verilir. Bu əməliyyat üzrə əldə olunmuş mənfəət 621 №-li hesabın müvafiq subhesablarının debetində və 801 №-li hesabın kreditində, zərər isə müvafiq olaraq 801 №-li hesabın debetində və 621 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

622 №-li “Digər büdcələrdən alınmış vəsaitlər” hesabında müvafiq normativ hüquqi aktlara əsasən dövlətə məxsus olan, lakin dövlət büdcəsinə daxil olmayan büdcədənkənar fondlardan daxil olmuş əvəzsiz maliyyə yardımları uçota

alınır. Digər büdcələr hesabına ayrı-ayrı tədbirlərin həyata keçirilməsi üçün ayrılmış maliyyələşmə məbləğləri 111 №-li hesabın müvafiq subhesablarının debetində və 334 №-li hesabın kreditində əks etdirilir. Digər büdcələr hesabına ayrı-ayrı tədbirlərin həyata keçirilməsi üzrə tanınmış gəlirlər 334 №-li hesabın müvafiq subhesablarının debetində və 622 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin gəlirlər üzrə xərclər tanındıqda 622 №-li hesabın müvafiq subhesablarının debeti və 731, 732, 733, 721, 722, 725 №-li hesabların krediti üzrə mühasibat yazılışları verilir.

623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr” hesabında təşkilatın xalis aktivini (kapitalını) artırmayan köçürmələr əks etdirilir. Bu mənbələr hesabına əldə edilmiş gəlirlər 111 №-li hesabların müvafiq subhesablarının debetində və 623 №-li hesabın kreditində əks etdirilir.

624 №-li “Digər təşkilatlardan köçürmələr” hesabında xarici və daxili mənbələr hesabına alınmış qrantlar və digər təşkilatlardan köçürmələr əks etdirilir. Bu mənbələr hesabına əldə edilmiş gəlirlər 111 №-li hesabın debetində və 624 №- li hesabın kreditində uçota alınır.

625 №-li “Sair gəlirlər” hesabında yuxarıdakı qruplara daxil edilməyən digər qeyri-birja əməliyyatları üzrə gəlirlər əks etdirilir. Belə gəlirlər 111 №-li hesabın debetində və 625 №-li hesabın kreditində əks etdirilir.


Digər gəlirlərin uçotu

Sair əməliyyatlardan gəlirlərin uçotu Hesablar Planının 63-cü maddəsində aparılır. Belə gəlirlər həm birja əməliyyatlarından, həm də qeyri-birja əməliyyatlarından əldə oluna bilər. 63 “Digər gəlirlər” maddəsində təşkilatın adi fəaliyyətlərindən əldə olunan, lakin əsas əməliyyat gəliri kimi təsnifləşdirilməyən və ya təşkilatın adi fəaliyyətində mütəmadi yaranmayan gəlirlər üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu maddə üzrə aşağıdakı hesablar açılır:

631 №-li “Digər əməliyyat gəlirləri”;

632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar”; 633 №-li “Maliyyə gəlirləri”.

631 №-li “Digər əməliyyat gəlirləri” hesabında digər əməliyyat gəlirlərinə aid edilən uzunmüddətli aktivlərin silinməsi, onların yenidən qiymətləndirilməsi üzrə əvvəlki yenidənqiymətləndirmə azalmasını artıran məbləğlər, cərimələr, əvvəlki illərin gəliri, silinmiş ümidsiz borcların və uyğun olaraq silinmiş material ehtiyatlarının bərpa olunması üzrə məbləğlər, habelə əldə olunmuş bunlara oxşar digər gəlirlər uçota alınır. Hesab üzrə aşağıdakı subhesablar açılır:


  1. №-li “Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin satışından gəlirlər”;

  2. №-li “Yenidən qiymətləndirilmədən gəlirlər”; 631-3 №-li “Əvəzsiz olaraq alınmış aktivlər”;

631-4 №-li “Cərimələr və digər oxşar ödənişlər”; 631-5 №-li “Keçmiş illər üzrə gəlirlər”;

631-6 №-li “Ümidsiz borcların bərpası”; 631-7 №-li “Silinmiş ehtiyatların bərpası”; 631-8 №-li “Məzənnə fərqləri üzrə gəlirlər”.



    1. №-li “Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin satışından gəlirlər” subhesabında birja əməliyyatları üzrə torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin xaric olmasından gəlirlər əks etdirilir. Belə gəlirlər birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilir. Bu zaman, 111 №-li hesabın müvafiq subhesabının debeti və 631-1 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

    2. №-li “Yenidən qiymətləndirilmədən gəlirlər” subhesabında birja və qeyri-birja əməliyyatlarından əldə edilmiş torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi üzrə əvvəlki yenidənqiymətləndirmənin nəticəsində maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda tanınmış azalmasını artıran məbləğlər uçota alınır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Bu

zaman 121, 126, 231, 234, 236, 241, 251 №-li hesabın debeti, 631-2 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

    1. №-li “Əvəzsiz olaraq alınmış aktivlər” subhesabında natural formada alınmış məhsul və xidmətlərin, mirasların, hədiyyələrin dəyəri uçota alınır. Belə gəlirlər qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilir. Bu zaman 121, 126, 231, 234, 236, 241, 251 №-li hesabın debeti, 631-3 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

    2. №-li “Cərimələr və digər oxşar ödənişlər” subhesabı müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğlərini uçota almaq üçün nəzərdə tutulmuşdur. Belə gəlirlər qeyri-birja əməliyyatlarından əldə olunmuş gəlirlərə aid edilir. Bu zaman, 111 №-li hesabın müvafiq subhesabının debeti, 631-4 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

    3. №-li “Keçmiş illər üzrə gəlirlər” subhesabında əvvəlki illərə aid edilən, lakin həmin dövrdə gəlir kimi tanınmayan məbləğlər uçota alınır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Bu zaman 333, 334, 335 №-li hesabın debeti, 631-5 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

    4. №-li “Ümidsiz borcların bərpası” subhesabında əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar tərəfindən borcların qaytarılması şəklində əldə edilən gəlirlər əks etdirilir. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Bu zaman 111 №-li hesabın debeti, 631-6 №- li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, 631-6 №-li hesabın debeti 801 №-li hesabın krediti ilə müxabirləşir.

    5. №-li “Silinmiş ehtiyatların bərpası” subhesabında ehtiyatların qiymətində düzəlişlər edilməsi ilə əlaqədar azaldılmış dəyərin bərpa edilməsi şəklində gəlirlər uçota alınır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Belə əməliyyatlar üzrə 121, 124, 126 №-li hesabların müvafiq subhesablarının debeti və 127 №-li hesabın

krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, 127 №-li hesabın debeti 631- 7 №-li subhesabın krediti ilə müxabirləşir.

    1. №-li “Məzənnə fərqləri üzrə gəlirlər” subhesabı xarici valyuta məzənnələrində yaranan dəyişikliklərdən əldə edilən gəlirləri uçota alır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə olunmuş gəlirlərə aid edilir. Bu zaman, 103-8 №-li subhesabın debeti, 631-8 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar” hesabında təşkilatın fəaliyyətinin bir hissəsinin satılması nəticəsində əldə edilən gəlir məbləği əks etdirilir. Belə gəlirlər birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilir. Bu zaman 111 №-li hesabın müvafiq subhesablarının debeti və 632 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

633 №-li “Maliyyə gəlirləri” hesabında təşkilatın maliyyə fəaliyyətindən əldə edilən gəlir məbləği əks etdirilir. Belə gəlirlər birja və qeyri-birja əməliyyatlarından əldə olunmuş gəlirlərə aid edilir. Bu hesab üzrə aşağıdakı hesablar açılır:



  1. №-li “Faiz gəliri”;

  2. №-li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”; 633-3 №-li “Dividend üzrə gəlir”.

    1. №-li “Faiz gəliri” subhesabında təşkilatın faiz gəlirlərinin əldə edilməsi ilə bağlı gəlir məbləği əks etdirilir.

    2. №-li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri” subhesabında təşkilatın qiymətdən düşmüş borclar üzrə faiz gəlirlərinin əldə edilməsi ilə bağlı gəlir məbləği uçota alınır.

    3. №-li “Dividend üzrə gəlir” subhesabında təşkilatın digər təşkilatlardan, onlara məxsus səhmlər üzrə əldə edilmiş dividendlərə görə gəlir məbləği uçota alınır. Bu zaman 111 №-li hesabın müvafiq subhesablarının debeti və 633-3 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.
    1. Büdcədən maliyyələşən təşkilatlarda xərclərin uçotu

Hesablar Planının “Xərclər” bölməsində maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilən xərclər üzrə məlumatlar ümumiləşdirilir. Bu bölmə aşağıdakı maddələri özündə birləşdirir:

70 – “Birja gəlirləri üzrə xərclər”; 72 – “Maliyyə xərcləri”;

73 – “Qeyri-birja gəlirləri üzrə xərclər”; 74 – “Sair mənbələr hesabına xərclər”.



Birja əməliyyatları üzrə xərclərin uçotu

Birja əməliyyatları üzrə xərclərin uçotu Hesablar Planının 70-ci maddəsində aparılır. Bu maddədə təşkilatın məhsulun (iş və xidmətin) satışından gəlirin əldə olunması üçün onlara sərf olunmuş xərclər barədə ümumiləşdirilmiş məlumatlar göstərilir. Bu maddə aşağıdakı hesablardan ibarətdir:

701 №-li “İstehsal olunmuş məhsulların (məmulatların) dəyəri”; 702 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”;

703 №-li “Göstərilmiş xidmətlərin dəyəri”.

Hesabat dövründə birja əməliyyatları üzrə tanınmış xərclər 701, 702, 703

№-li hesabların debetində və 122 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda bu məbləğlər üzrə 611 №-li hesabın debeti və 701, 702, 703 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir.

701 №-li “İstehsal olunmuş məhsulların (məmulatların) dəyəri” hesabında təşkilatın birja fəaliyyəti ilə bağlı satılmış məhsul üzrə tanınmış məbləğlərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

702 №-li “Yerinə yetirilmiş işlərin dəyəri” hesabında təşkilatın birja fəaliyyəti ilə bağlı satılmış işlərə görə tanınmış məbləğlərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

703 №-li “Göstərilmiş xidmətlərin dəyəri” hesabında təşkilatın birja fəaliyyəti ilə bağlı satılmış xidmətlərlə bağlı tanınmış məbləğlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.


Maliyyə xərclərinin uçotu

Maliyyə xərclərinin uçotu Hesablar Planının 72-ci maddəsində aparılır. Bu maddədə təşkilatın hesabat dövründə çəkilmiş və həmin dövrə aid olan maliyyə xərcləri uçota alınır. Bu maddə üzrə aşağıdakı hesablar açılır:

721 №-li “Faiz xərcləri”;

722 №-li “İşçilər üçün bank kreditləri üzrə faiz xərcləri”; 725 №-li “Digər maliyyə xərcləri”.

Maliyyə xərclərinin uçotu təşkilatın bilavasitə gəlirlərinin əldə edilməsi ilə bağlı olmadığı üçün həmin tanınmış xərclər üzrə 721, 722, 725 №-li hesabların debeti və 309, 335 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda bu məbləğlər 633 №-li hesabın müvafiq subhesablarının debeti və 721, 722, 725 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

721 №-li “Faiz xərcləri” hesabında təşkilatın hesabat dövründə müəyyən edilmiş qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri uçota alınır.

722 №-li “İşçilər üçün bank kreditləri üzrə faiz xərcləri” hesabında işçilər üçün qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri əks etdirilir.

725 №-li “Digər maliyyə xərcləri” hesabında yuxarıdakı hesablarda nəzərdə tutulmayan digər maliyyə xərcləri uçota alınır.


Qeyri-birja gəlirləri üzrə xərclərin uçotu

Qeyri-birja gəlirləri üzrə xərclərin uçotu Hesablar Planının 73-cü maddəsində əks etdirilir. Bu maddədə təşkilatlar tərəfindən smetalar üzrə nəzərdə tutulmuş tədbirlərə, digər büdcələrdən alınmış vəsaitlər üzrə çəkilən faktiki xərclər əks etdirilir. Bu maddə aşağıdakı hesablardan ibarətdir:

731 №-li “İstehsal olunmuş məhsulların dəyəri” hesabı; 732 №-li “Yerinə yetirilmiş işlərin dəyəri” hesabı;

733 №-li “Göstərilmiş xidmətlərin dəyəri” hesabı.

Hesabat dövründə qeyri-birja əməliyyatları üzrə tanınmış xərclər 731, 732, 733 №-li hesabların debetində və 122 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda bu məbləğlər üzrə 621, 622, 623, 624, 625

№-li hesabların debeti və 731, 732, 733 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir.




Sair mənbələr hesabına xərclərin uçotu

Sair mənbələr hesabına xərclərin uçotu Hesablar Planının 74-cü maddəsində aparılır. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı sair mənbələr hesabına gəlirləri üzrə xərcləri uçota alınır. Bu maddə üzrə aşağıdakı hesablar açılır:

741 №-li “İstehsal olunmuş məhsulların dəyəri”; 742 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”;

743 №-li “Göstərilmiş xidmətlərin dəyəri”.

Hesabat dövründə qeyri-birja əməliyyatları üzrə sair mənbələr hesabına tanınmış xərclər 741, 742, 743 №-li hesabların debeti və 122, 125 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda bu məbləğlər üzrə 631 №-li hesabların debeti və 741, 742, 743 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir.

Eyni zamanda, bu xərclər 631 №-li hesabların debeti və 741, 742, 743 №-li hesabların krediti üzrə əks etdirilir.


    1. Büdcədən maliyyələşən təşkilatlarda mənfəətin (zərərin) uçotu

Hesablar Planının “Mənfəət (zərər)” bölməsində maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təqdim edilməli olan ümumi mənfəət (zərər) barədə ümumiləşdirilmiş məlumatlar göstərilir.

Bu bölmə 80 №-li “Mənfəət (zərər)” adlı maddədən ibarətdir.


Mənfəətin (zərərin) uçotu

Mənfəətin (zərərin) uçotu Hesablar Planının 80-ci maddəsində aparılır. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyətindən əldə edilmiş mənfəət və ya zərər üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu maddə 801 №-li hesabdan ibarətdir.

801 №-li hesabda təşkilatın birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi nəticəsində uçota alınmış mənfəət və ya zərər barədə ümumiləşdirilmiş məbləğlərin hərəkəti əks etdirilir.

Təşkilatın hesabat dövründə əldə olunmuş mənfəəti 611, 621, 622, 623,

624, 625, 631, 632,633 №-li hesabların debeti, 801 №-li hesabın kreditində uçota alınır.

Təşkilatın hesabat dövründə yaranmış zərər məbləğlərinə 801 №-li hesabın debeti 611, 621, 622, 623, 624, 625, 631, 632, 633 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir.


X FƏSİL. Büdcə təşkilatlarının maliyyə hesabatlarının tərkib hissələri və onların məzmunu



    1. Maliyyə hesabatlarının mahiyyəti və təşkili xüsusiyyətləri, 10.2. Dövri icmal hesabatları, 10.3. Maliyyə hesabatlarının tərkib hissələri.

    1. Maliyyə hesabatlarının mahiyyəti və təşkili xüsusiyyətləri

Xərclər smetasının icrası barədə büdcə idarə, müəssisə və təşkilatlarının hesabatları onların təsərrüfat-maliyyə vəziyyətini xarakterizə edən göstəricilər sistemidir. Həmin hesabatların tərtib və təsdiq edilməsi mühasibat uçotunun yekun mərhələsidir. Bu hesabatlar büdcə idarələrinin iqtisadi işini və maliyyə vəziyyətini xarakterizə edir, büdcə vəsaiti və maddi qiymətlilərin hərəkəti, digər plan və büdcə tapşırıqlarının icra edilməsinin vəziyyətini əks etdirir.

Bu hesabatlar büdcə idarələrinin fəaliyyətinə nəzarət etmək, onlara rəhbərlik etmək, vəsaitlərin təyinatı üzrə və qənaətcil xərclənməsini təmin etmək üçün zəruri vasitədir.

Büdcə idarələrinin hesabatları onların fəaliyyətinin iqtisadi təhlilinin də zəruri və əsas mənbəyidir.

Ona görə də onlar dəqiq, düzgün, aydın tərtib olunmalı və vaxtında təqdim edilməlidir.

Dövlət büdcəsindən maliyyələşən idarələrin mühasibat hesabatları məzmununa və təqdim edilmə müddətinə görə dövri və illik hesabatlara ayrılır. Dövri hesabat aylıq və rüblük hesabatlarıdır. Büdcə idarələrinin aylıq hesabatları üç hissədən: smetanın icrasına dair hesabat, xüsusi vəsaitlər üzrə smetanın icrasına dair hesabat (həmin hesabatlar eyni zamanda rüblük hesabat sayılır.)

Xüsusi vəsaitlər üzrə smetanın icrasına dair hesabat, daxil olan gəlirlər və xüsusi vəsaitlərin ayrı-ayrı növləri üçün təsdiq olunmuş illik hesabata əsasən həqiqətdə edilmiş xərclər tutuşdurulur, bundan başqa, həmin formada xüsusi vəsaitlərin ilin əvvəlinə və hesabat dövrünün axırına olan qalıqları barədə məlumat verilir, məxaric smetasının icrasına dair balansa uşaq bağçasının saxlanılması üzrə hesabat əlavə edilir.
Büdcə idarə, müəssisə və təşkilatların hesabatları aşağıdakı qaydada tərtib

edilir:
Azərbaycan Respublikası dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikası Respublika büdcəsindən maliyyələşən idarələr, müəssisələr və təşkilatlar (qaydalarda bundan sonra idarələr adlandırılacaq) xərclər smetasının icrası barədə aylıq, rüblük və illik hesabatlar tərtib edir.

İllik hesabatların həcminə aşağıdakılar daxil edilir:


  • xərclər smetasının icrası balansı, büdcədən maliyyələşən məbləğlərin hərəkəti barədə arayışla birlikdə;

  • idarələrin xərclər smetasının icrası haqqında hesabat;

  • büdcədən maliyyələşən dövlət hakimiyyət orqanlarında, məhkəmələrdə, prokurorluqda, elmi-tədqiqat müəssisələrində və başqa idarə və tədbirlər üzrə ştat və kontingentlər haqqında hesabat;

  • kadr hazırlığı və ixtisasartırma idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

  • sosial təminat və səhiyyə idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

  • orta, natamam orta (doqquzillik), axşam (növbəli), qiyabi orta ümumtəhsil məktəblərində, liseylərdə, internat məktəblərində, xüsusi məktəblərdə, uşaq bağçalı məktəblərdə, məktəb nəzdindəki internatlarda və ibtidai məktəblərdə ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

      • elmi-tədqiqat idarələrində və ali məktəblərdə kadrların hazırlanması haqqında hesabat;

      • xüsusi qaydalı uşaq evləri və internat məktəblərində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

      • məktəbəqədər uşaq müəssisələrinin saxlanılması üzrə hesabat;

      • xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat;

      • elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat;

      • material ehtiyatlarının hərəkəti haqqında hesabat;

      • istehsalat-tədris emalatxanalarının istehsalat fəaliyyəti və şagirdlərin sənaye və tikinti müəssisələrində yerinə yetirdikləri işlər haqqında hesabat;

      • büdcə idarələrində əskikgəlmələr və itkilər üzrə hesabat.
    1. Dövri icmal hesabatları

İllik və rüblük hesabatlarla birlikdə izahat məktubu təqdim olunur. İzahat məktubunda büdcənin və xüsusi vəsaitlərin xərclər smetasının icrasına təsir edən əsas amillər, şəbəkə, ştat və kontingent planının yerinə yetirilməsi ilə əlaqədar olaraq tam istifadə edilməmiş təxsisatın məbləği və səbəbi, invertarizasiyanın nəticələri haqqında məlumat, həmçinin yeni il üçün ayrılmış təxsisatın hesabına ödənilən, dekabr ayının ikinci yarımaylığına görə hesablanılmış əmək haqqı məbləği, balansın hesab maddələrinin vəziyyəti (debitor, kreditor və s) əks etdirilir. İzahat məktubunda illik hesabat formalarında olan cədvəllərin göstərilməsinə ehtiyac yoxdur.

İllik rüblük hesabatlar və onlara əlavə edilən izahat məktubu müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq, müvafiq orqanlara təqdim edilir.

Rüblük hesabatların həcminə aşağıdakılar daxil edilir:




  • xərclər smetasının icrası balansı, büdcədən maliyyələşən məbləğlərin hərəkəti barədə arayışla birlikdə;

  • idarələrin xərclər smetasının icrası haqqında hesabat;

  • büdcədən maliyyələşən dövlət hakimiyyət orqanlarında, məhkəmələrdə, prokurorluqlarda, elmi-tədqiqat müəssisələrində və başqa idarə və tədbirlər üzrə ştat və kontingentlər haqqında hesabat;

  • kadr hazırlığı və ixtisasartırma idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

  • sosial təminat və səhiyyə idarələrində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

  • orta, natamam orta (doqquzillik), axşam (növbəli), qiyabi orta ümumtəhsil məktəblərində, liseylərdə, internat məktəblərində, xüsusi məktəblərdə, uşaq bağçalı məktəblərdə, məktəb nəzdindəki internatlarda

və ibtidai məktəblərdə ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

  • xüsusi qaydalı uşaq evləri və internat məktəblərində ştat və kontingent planının yerinə yetirilməsi haqqında hesabat;

  • məktəbəqədər uşaq müəssisələrinin saxlanılması üzrə hesabat;

  • xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat;

  • elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat.

Büdcə idarələrinin aylıq, rüblük və illik hesabat formalarının nümunələri Respublika Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur və onlara uyğun göstəricilərlə doldurulur. Aylıq, rüblük və illik hesabatlar hesablama texnikasından alınmış maşınoqram şəklində də təqdim edilə bilər.

Müvafiq nazirliklərə, komitələrə və baş idarələrə məxsus spesifik aylıq, rüblük və illik hesabat formalarının nümunələri həmin təşkilatların özündə işlənib hazırlanır və Respublika Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən razılaşdırılaraq təsdiq edilir. Təsdiq edilmiş hesabat formalarına əlavə düzəlişlər edilməsinə icazə verilmir.

İllik, rüblük və aylıq hesabat formalarında smeta (plan) göstəriciləri hesabat dövrü ərzində Maliyyə Nazirliyinin müvafiq qaydada etdiyi dəyişikliklər nəzərə alınmaqla göstərilməlidir.

Plan-maliyyə xidməti (şöbəsi, idarəsi və s.) olan idarələrdə şəbəkə üzrə ştat və kontingent planının yerinə yetirilməsi barədəki hesabatlar həmin xidmətin (şöbənin, idarənin və s.) rəhbərliyi tərəfindən də imzalanır.

Aylıq, rüblük və illik hesabatların həcmi və təqdim olunma müddəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Hesabatlar ardıcıllıqla, bütün göstəricilər üzrə yekunlaşdırılaraq səhifələnir, məlumatların mündəricatı tərtib edilir və kitabça halına salınaraq təhvil verilir.

Müəssisələrin aylıq, rüblük və illik mühasibat hesabatları təsdiqedici sənədlərlə, yoxlanılmış mühasibat yazılışları əsasında tərtib edilir. Balansın

tərtibinə qədər analitik uçot hesablarının dövriyyəsi və qalığı sintetik uçot hesablarının dövriyyəsi və qalığı ilə tutuşdurularaq yoxlanılır. Yekun balansın maddələri aparılmış inventarizasiya məlumatları ilə dəqiqləşdirilir.

Büdcə idarələrinin qənaət etdikləri məbləğ, il ərzində büdcə təxsisatının dəqiqləşdirilmiş ümumi məbləği ilə kassa xərcləri arasındakı fərq müəyyən edilir. Mərkəzi mühasibatlıqlarda qənaət, büdcə təsnifatının hər bir bölməsi üzrə müəyyən edilir və hər bir idarənin rəhbərliyinə xəbər verilir.

Qeyri-istehsal sahəsində olan yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarələrin, həmçinin bu kimi idarələrə xidmət göstərən mərkəzi mühasibatlıqların hesablaşma hesabları bank idarələrində Respublika Maliyyə Nazirliyi və Mərkəzi Bankın qəbul etdiyi qaydada açılır (xəzinədarlıq sistemində öz təlimatına uyğun). Büdcədən maliyyələşən vəsaitlər daxil edilməklə idarələrə gələn pul vəsaitləri, həmçinin vahid əmək haqqı fondu vəsaitləri, istehsal və sosial inkişaf fondu vəsaitləri və digər fondların vəsaitləri hesablaşma hesabında saxlanılır.

Təhtəlhesab şəxslərlə, debitor və kreditorlarla bütün hesablaşmalar ilin axırında bağlanılmalıdır. Təhtəlhesab şəxslərdən avans hesabatlarını, həmçinin istifadə olunmamış məbləğləri vaxtında tələb etmək lazımdır. Zəruri avanslar çıxılmaqla debitor borclar üzrə məbləğlər tam tutulmalı, kreditor borclar isə ödənməlidir. İlin axırında debitor və kreditorlarla başa çatmamış hesablaşmalar müvafiq qaydada üzləşdirilməli, təsdiq edilməli və sənədləşdirilməlidir.

İlin sonunda dekabr ayı üzrə əməliyyatlar və inventarizasiyanın nəticəsindən yaranan əlavə qeydlər yoxlanılır, dəqiqləşdirilir, hər biri üzrə mühasibat müxabirləşməsi aparılır və bundan sonra düzəlişlərlə birlikdə bütün qeydlər cari uçot hesablarında əks etdirilir və yekunlaşdırılır.

Başa çatmış və istismara verilmiş tikinti obyektləri və avadanlıqların alınması üzrə xərclər, idarədaxili maliyyələşmə hesablaşmalarının yekun dövriyyələrində silinmiş faktiki xərclər də hesablarda əks olunur.

Son yazılışlardan sonra növbəti ilin 1 yanvar tarixinə yekun balans tərtib

edilir.
Büdcə idarə, müəssisə və təşkilatların illik hesabatlarının tərtib edilməsi və yuxarı təşkilatlara təqdim edilməsi olduqca məsuliyyətli, çox zəhmət, təşkilati iş və diqqət tələb edən bir prosesdir. Büdcə təşkilatları, müəssisələri və idarələri illik hesabatları tərtib etməyə başlamazdan əvvəl bir sıra təşkilati və hazırlıq tədbirləri həyata keçirməlidir ki, bunlar da aşağıdakılardan ibarətdir:



  1. Mühasibat işçiləri arasında əmək bölgüsü;

  2. İllik, tam inventarlaşdırma keçirilməsi;

  3. Baş kredit sərəncamçısı və s. idarə, təşkilat və müəssisələrlə hesablaşmaların qarşılıqlı yoxlanılması;

  4. Uçot registrləri və mühasibat formalarının ardıcıl tərtib edilməsi.

Mühasibat işçiləri arasında əmək bölgüsü uçot qrupları və uçot obyektləri üzrə aşağıdakı kimi aparılır:

  • mühasibatın maliyyə qrupu gəlirlər və xərclər smetasının icrasına aid təsərrüfat əməliyyatlarını və uçot məlumatlarını bir daha təkrarən yoxlayırlar, səhv və kənarlaşmaları müəyyənləşdirirlər, onlara düzəliş verirlər, hesabları yekunlaşdırırlar və dekabrın 1-nə kimi dəqiqləşdirilmiş uçot məlumatları hazırlayırlar;

  • dekabr ayının əməliyyatlarını, inventarlaşdırmanın nəticəsini və dekabr ayında aparılmış üzləşdirmə və qarşılıqlı yoxlamaların nəticəsini mühasibat uçotunda əks etdirdikdən sonra mühasibat uçotu hesablarını yekunlaşdırır və onları hesabat üçün hazır vəziyyətə salırlar.

Mühasibin material qrupu əsas vəsaitlər, materiallar, ərzaq məhsulları, azqiymətli və tezköhnələn əşyalar və s. üzrə uçot məlumatlarını bir daha sənədlərlə yoxlayıb uçotda yol verilmiş səhvləri düzəldir və inventarlaşdırmanın da nəticəsini uçotda əks etdirdikdən sonra onlarda son qalıqları müəyyən edir və illik hesabat üçün zəruri olan məlumatları hazırlayır.

Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikası büdcəsində olan müvafiq nazirliklər, baş idarələr öz əməliyyatları üzrə illik icmal hesabatlar tərtib edir.

Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikası büdcəsində olan nazirliklər, baş idarələr illik icmal hesabatlar tərtib edərkən smeta (plan) göstəriciləri müvafiq qaydalarla il ərzində dəqiqləşdirilmiş smeta göstəricilərinə uyğunlaşdırılmalıdır.

Hesabat ili ərzində nazirliklərin və ya baş idarələrin tərkibinə sair büdcələr hesabına olan idarələr daxil edilərsə, o zaman nazirliklər və baş idarələr illik hesabatlarda həmin idarələr üzrə illik smeta xərclərini tam əks etdirir və smeta göstəricilərini dəqiqləşdirir. Nazirliklər, baş idarələr “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icmal hesabatlar tərtib edir. İcmal hesabatlarda onların tabeliyində olan bütün idarələrin hesabat göstəriciləri öz əksini tapır.

Respublikanın nazirlikləri və baş idarələri tabeliklərində olan təhsil, mədəniyyət, elm, səhiyyə, idman, sosial təminat, habelə məhkəmə və prokurorluq orqanları və digər büdcə idarələri üzrə Respublika Maliyyə Nazirliyinə xərclərin istiqamətləri barədə büdcənin gəlir və xərclərinin təsnifatına uyğun formada qruplaşdırılmış illik icmal hesabat təqdim edir.

İllik icmal hesabatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş həcmdə və müəyyən müddətdə təqdim edilir. Nazirliklər və baş idarələr tabeliklərindəki idarələrin hesabatlarının həcmini və təqdim olunma müddətini öz əmrləri ilə rəsmiləşdirir.


    1. Maliyyə hesabatlarının tərkib hissələri

Maliyyə hesabatlarının məqsədi müxtəlif istifadəçilər tərəfindən resursların bölüşdürülməsi ilə bağlı qərarların qəbul edilməsi və maliyyə elementlərinin qiymətləndirilməsi zamanı təşkilatın maliyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında informasiyanın təmin edilməsidir.

Maliyyə hesabatları həmçinin fasiləsiz əməliyyatlar üçün tələb edilən ehtiyatların və fasiləsiz əməliyyatlar vasitəsilə yaradıla bilən resursların həcminin, eləcə də, müvafiq risklərin və qeyri-müəyyənliklərin miqyasının proqnozlaşdırılması zamanı faydalı olan məlumatların təmin edilməsi vasitəsilə proqnozlaşdırıcı rola malik ola bilər. Xüsusilə də, təşkilatların maliyyə hesabatları istifadəçiləri aşağıdakı məlumatlarla təmin edir:


  • təşkilatın müəyyən edilmiş büdcəsinə uyğun olaraq resursların qəbul edilib-edilməməsinə dair məlumat;

  • təşkilatın qanunvericiliyin və müqavilələrin tələblərinə, o cümlədən, müvafiq qanunverici orqan tərəfindən müəyyən edilən maliyyə limitlərinə uyğun olaraq əldə edilmiş resursların istifadə edilib- edilməməsinə dair məlumat.

Bu məqsədə nail olmaq üçün dövlət büdcəsindən maliyyələşən təşkilat maliyyə hesabatlarında aşağıda qeyd olunan maddələr üzrə informasiyanı təqdim etməlidir:

    • aktivlər;

    • öhdəliklər;

    • xalis aktivlər(kapital);

    • gəlir;

    • xərclər;

    • xalis aktivlərdə (kapitalda) digər dəyişikliklər;

    • pul vəsaitlərinin hərəkəti.

Maliyyə hеsаbаtlаrının tərkibi аşаğıdаkılardan ibarətdir:

    • maliyyə vəziyyəti haqqında hesabat;

    • maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

    • xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat;

    • pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

    • əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər.

Maliyyə hesabatlarının başlıq hissələri aşağıdakı qaydada doldurulur:

  • «Müəssisə, təşkilat» rekvizitində – dövlət büdcəsindən maliyyələşən təşkilatın tam adı göstərilir (mövcud qaydalarda qeydə alınmış təsis sənədlərinə uyğun olaraq).

Təşkilatlar üçün hesabat ili 01 yanvardan 31 dekabr da daxil olmaqla olan dövr sayılır. İl ərzində yeni yaradılan təşkilatlar üçün birinci hesabat ili onların hüquqi şəxs statusuna malik olduğu tarixdən 31 dekabr da daxil olmaqla olan dövr, 01 oktyabrdan sonra yeni yaradılmış (ləğv edilmiş, yenidən qurulmuş təşkilatlar və onların struktur bölmələrinin bazası əsasında olmayan) müəssisələr üçün isə növbəti ilin 31 dekabr tarixi də daxil olmaqla olan dövr sayılır.

Maliyyə hesabatlarındakı məlumatlar sintetik və analitik uçot məlumatlarına əsaslanır.

Maliyyə hesabatları tərtib edilənə qədər baş kitabın və ya ilin sonuna mühasibat uçotunun digər analoji registrlərin analitik hesabları üzrə dövriyyə və qalıqları mütləq üzləşdirilib yoxlanılmalıdır.

Maliyyə hesabatları təşkilatın rəhbəri və baş mühasibi və ya bu vəzifələr həvalə edilmiş səlahiyyətli şəxslər tərəfindən imzalanaraq möhürlə təsdiq edilir.

Maliyyə hesabatlarında heç bir pozuntu və qaralamalara yol verilməməli, səhvlərə düzəlişlər edilən hallarda isə müvafiq qeydlər edilməli və düzəlişin tarixi göstərilməklə maliyyə hesabatlarını imzalayan şəxs (rəhbər, baş mühasib və ya bu vəzifələr həvalə edilmiş səlahiyyətli şəxs) tərəfindən təsdiq edilməlidir.

Həm cari, həm də keçən ilin hesabat məlumatlarında aşkar edilmiş səhvlər (onların təsdiqindən sonra) hesabat dövrü üçün tərtib edilmiş hesabatda düzəldilməli və bu düzəliş hesabat dövrünün məlumatlarına daxil edilməlidir. Saxtalaşdırma və təhrifin başvermə dövrü müəyyən edilməyən hallarda hesabat məlumatlarındakı düzəlişlər, saxtalaşdırma və təhrif müəyyən edilən dövrdən

sonrakı ilk hesabatda aparılmalıdır. Hesabat məlumatlarının düzəlişləri haqqında göstərilən qaydalar yoxlama və inventarizasiyalar zamanı həm təşkilatın özü, həm də başqa orqanlar tərəfindən məlumatlarda təhrif edilmə və saxtalaşdırma aşkar edilən hallarda tətbiq edilir.

XI FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABATLAR

11.1. Qısamüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat, 11.2. Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat, 11.3. Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat, 11.4. Uzunmüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat, 11.5. Xalis aktivlər (kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabat.



    1. Qısamüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat

“Maliyyə vəziyyəti haqqında hesabat”ın forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə” 1 №-li Milli Mühasibat uçotu Standartı ilə müəyyən edilmişdir. Maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilməli olan informasiya aşağıdakı bölmələr üzrə qruplaşdırılır:



      1. Qısamüddətli aktivlər;

      2. Uzunmüddətli aktivlər;

      3. Qısamüddətli öhdəliklər;

      4. Uzunmüddətli öhdəliklər;

      5. Xalis aktivlər (kapital).

Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilir:

        • təşkilatın adi əməliyyat dövründə istifadə üçün saхlаnıldıqda və ya satılması ehtimal olunduqda;

        • əsasən alğı-satğı məqsədləri üçün saxlandıqda;

        • hesabat tarixindən sonra 12 ay müddətində satılması ehtimal olunduqda;

        • hesabat tarixindən sonra ən azı 12 ay müddətində mübadiləsinə və ya istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaitləri və ya onun ekvivalentləri olduqda.

        • Bütün digər hallarda aktivlər uzunmüddətli aktiv kimi təsnifləşdirilməlidir.

        • Qısamüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

        • Pul vəsaitləri və onların ekvivalentləri;

        • Qısamüddətli debitor borcları;

        • Ehtiyatlar;

        • Sair qısamüddətli maliyyə aktivləri;

        • Sair qısamüddətli aktivlər.

Pul vəsaitləri və onların ekvivalentləri” maddəsində 101 №-li “Kassa”, 103 №-li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

103 №-li “Bankda olan hesablaşma hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” sintetik hesablarında uçota alınan qalıq məbləğləri bu hesablar üzrə açılmış müvafiq subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

Qısamüddətli debitor borcları” maddəsində 111 №-li “Qısamüddətli debitor borcları” sintetik hesabında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir.

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir. Bu sintetik hesabda uçota alınan qalıq məbləğləri həmin hesab üzrə açılmış subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

Ehtiyatlar” maddəsində 121 №-li “Material ehtiyatları”, 122 №-li “İstifadə olunmuş məsrəflər”, 123 №-li “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”, 124 №-li “Hazır məhsul”, 125 №-li “Satış məqsədi ilə saxlanılan digər aktivlər”, 126 №-li “Digər ehtiyatlar”, 127 №-li “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

121 №-li “Material ehtiyatları”, 122 №-li “İstifadə olunmuş məsrəflər” sintetik hesablarında uçota alınan qalıq məbləğləri həmin hesablar üzrə açılmış subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

Sair qısamüddətli maliyyə aktivləri” maddəsində 131 №-li “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar”, 132 №-li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” (Hesablar Planında yoxdur), 133 №-li “Verilmiş qısamüddətli investisiyalar”, 134 №-li “Digər qısamüddətli investisiyalar”, 135 №-li “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

“Sair qısamüddətli aktivlər” maddəsində 143 №-li “Verilmiş qısamüddətli avanslar”, 144 №-li “Təhtəlhesab məbləğlər”, 145 №-li “Digər qısamüddətli aktivlər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin