Uçot siyasəti. Məlumatın açıqlanması
Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının ilkin olaraq tətbiq edilməsi cari hesabat dövrünə və ya hər hansı keçmiş hesabat dövrünə təsir göstərdikdə və yaxud gələcək hesabat dövrlərinə təsir göstərə biləcəyi halda, düzəlişin məbləğini müəyyənləşdirmək mümkün olmadığı hal istisna olmaqla, aşağıdakı məlumatlar açıqlanmalıdır:
Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının adı;
uçot siyasətində dəyişikliyin xarakteri;
cari dövr və təqdim edilmiş hər əvvəlki dövr üçün mümkün olan dərəcədə maliyyə hesabatlarının təsirə məruz qalmış hər maddəsi üzrə düzəlişlərin məbləği;
düzəlişlərin təqdim edilmiş dövrlərdən əvvəlki dövrlərə aid məbləği. Uçot qiymətləndirmələrində dəyişikliklər. Məlumatın açıqlanması Dəyişikliyin təsirini qiymətləndirmək qeyri-mümkün olduğu hallar istisna
olmaqla, təşkilat, cari hesabat dövrünə təsir göstərmiş və ya gələcək hesabat dövrlərinə təsir göstərəcəyi ehtimal edilən uçot qiymətləndirmələrində dəyişikliyin mahiyyətini və məbləğini açıqlamalıdır.
Səhvlər:
Səhvlər maliyyə hesabatları elementlərinin tanınması, ölçülməsi, təqdim edilməsi və ya açıqlanması üzrə yarana bilər. Təşkilatın maliyyə vəziyyətinin, maliyyə fəaliyyətinin və ya pul vəsaitləri hərəkətinin müəyyən şəkildə təqdimatına nail olmaq üçün maliyyə hesabatlarında qəsdən əhəmiyyətli və ya əhəmiyyətsiz səhvlər buraxıldıqda, bu maliyyə hesabatları Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun hesab edilmir. Cari hesabat dövründə aşkar edilmiş bu dövrün ehtimal edilən səhvləri maliyyə hesabatı dərc olunmaq üçün təsdiq edilənədək düzəldilməlidir.
Əhəmiyyətli səhvlər növbəti hesabat dövrünədək aşkar edilmədiyindən, bu səhvlər növbəti hesabat dövrünün maliyyə hesabatlarında təqdim edilmiş müqayisəli məlumatlarda düzəldilməlidir.
Təşkilatın keçmiş hesabat dövrünün əhəmiyyətli səhvləri aşkar edildikdən sonra təşkilat tərtib edilmiş maliyyə hesabatlarında bu səhvləri düzəltməklə müqayisəli informasiyanı yenidən təqdim etməlidir.
Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri. Məlumatın açıqlanması
Təşkilat aşağıdakı məlumatları açıqlamalıdır:
Maliyyə alətləri: maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda ədalətli dəyərlə qiymətləndirilən maliyyə alətləri üzrə yaranan məzənnə fərqləri istisna olmaqla, mənfəət və ya zərərdə tanınan məzənnə fərqlərinin məbləğini;
kapitalın ayrıca komponenti kimi təsnifləşdirilən xalis məzənnə fərqləri və belə məzənnə fərqlərinin dövrün əvvəlinə və dövrün sonuna olan məbləğlərinin açıqlanması.
Hesabat verən təşkilatın və ya əhəmiyyətli xarici əməliyyatın əməliyyat valyutasında dəyişiklik olarsa, bu fakt və həmin dəyişikliyin səbəbi açıqlanmalıdır.
Borclara aid edilən xərclər üzrə məlumatın açıqlanması
Maliyyə hesabatlarında borclar üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır:
borclar üzrə məsrəflərlə bağlı qəbul edilən uçot siyasətində yanaşmalar;
dövr ərzində kapitallaşdırılan borclar üzrə məsrəflərin məbləği.
Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatlarında məlumatın açıqlanması
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında aşağıdakı məlumatlar açıqlanmalıdır:
nəzarət edilən təşkilatların siyahısı;
nəzarətin mövcud olmasına dair izahat;
nəzarət edilən təşkilatın maliyyə hesabatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması üçün istifadə olunduqda və o, nəzarət edən təşkilatın maliyyə hesabatlarından fərqli tarixə və ya fərqli dövr üzrə tərtib
olunduqda, nəzarət edilən təşkilatın maliyyə hesabatlarının hesabat tarixi, eləcə də fərqli hesabat dövrünün və hesabat tarixinin istifadə edilməsinin səbəblərini;
Nəzarət edilən təşkilatın vəsaitləri nəzarət edən təşkilata nağd pul dividendləri şəklində köçürməsi, kreditlərin və ya avansların ödənilməsi ilə bağlı hər hansı əhəmiyyətli məhdudiyyətlərin xüsusiyyəti.
Asılı təsərrüfat cəmiyyətlərinə, birgə müəssisələrə investisiyaların uçotunda məlumatın açıqlanması:
Aşağıdakı məlumatlar açıqlanmalıdır:
asılı təsərrüfat cəmiyyətlərinə (təşkilatlara) investisiyaların ədalətli
dəyəri;
asılı təsərrüfat cəmiyyətlərinin nağd dividendlər ya da borc və ya
avansların ödənişi şəklində vəsaitləri investora köçürməsi ilə bağlı hər hansı əhəmiyyətli məhdudiyyətlərin xüsusiyyəti;
–investorun asılı təsərrüfat cəmiyyətinin xalis aktivlərində/kapitalında birbaşa olaraq tanınan dəyişikliklərdəki payı investor tərəfindən birbaşa olaraq xalis aktivlərdə/kapitalda tanınmalı və bu dəyişikliklər izahlı qeydlərdə açıqlanmalıdır.
Birja əməliyyatları üzrə gəlirin açıqlanması
Təşkilat aşağıdakıları açıqlamalıdır:
Gəlirin tanınması üçün qəbul olunmuş uçot siyasətini, o cümlədən, xidmətlərin göstərilməsi üzrə aparılan əməliyyatlar zamanı yekunlaşma mərhələsini müəyyənləşdirmək üçün gəlirin hesablanması metodları;
Dövr ərzində tanınmış gəlirin hər bir mühüm kateqoriyası üzrə məbləğ, eləcə də aşağıdakı əməliyyatlardan yaranan gəlir:
xidmətlərin göstərilməsi;
malların satışı;
faizlər;
royaltilər;
dividendlər və ya onların ekvivalentləri;
gəlirin hər bir mühüm kateqoriyasına daxil olan malların və ya xidmətlərin mübadiləsindən yaranan gəlir məbləği.
Hiperinflyasiya şəraitində Maliyyə Hesabatları üzrə məlumatın açıqlanması
Aşağıdakı məlumatlar açıqlanmalıdır:
maliyyə hesabatlarının və əvvəlki dövrlər üzrə müvafiq rəqəmlərin, əməliyyat valyutasının ümumi alıcılıq qabiliyyətində dəyişikliklər nəzərə alınmaqla, yenidən hesablandığı və beləliklə hesabat tarixində qüvvədə olan qiymətləndirmə vahidləri ilə təqdim olunduğu faktı;
hesabat tarixində qiymət indeksinin adını və səviyyəsini cari və əvvəlki hesabat dövrləri ərzində indeksdə baş verən dəyişikliklər.
Tikinti müqavilələri üzrə məlumatın açıqlanması
Təşkilat aşağıdakıları açıqlamalıdır:
tikinti müqaviləsi üzrə gəlirin hesabat dövründə gəlir kimi tanınmış məbləği;
tikinti müqaviləsi üzrə gəlirin hesabat dövründə tanınmış məbləğinin müəyyənləşdirilməsində istifadə edilmiş metodlar;
başa çatdırılmamış, yəni yerinə yetirilmə prosesində olan tikinti müqavilələrinin tamamlanma mərhələsinin müəyyənləşdirilməsi üçün istifadə olunan metodlar.
Hesabat tarixində başa çatdırılmamış, yəni yerinə yetirilmə prosesində olan tikinti müqavilələri üzrə təşkilat aşağıdakıların hər birini açıqlamalıdır:
hesabat tarixinə çəkilmiş xərclərin və tanınmış mənfəətin (tanınmış zərərlər çıxılmaqla) ümumi məbləğini;
alınmış avansların məbləğini.
Təşkilat aşağıda qeyd olunanları təqdim etməlidir:
aktiv kimi – tikinti müqaviləsi üzrə nəzərdə tutulmuş işlərə görə sifarişçilərdən alınmalı olan ümumi məbləği;
öhdəlik kimi – tikinti müqaviləsi üzrə nəzərdə tutulmuş işlərə görə sifarişçilərə ödənilməli olan ümumi məbləği.
Ehtiyatlar üzrə məlumatın açıqlanması
Maliyyə hesabatlarının qeydlərində aşağıdakılar haqqında məlumat açıqlanmalıdır:
qəbul edilmiş uçot siyasətində ehtiyatların dəyərinin hesablanması üçün istifadə edilən üsullar (metodlar);
ehtiyatların ümumi balans dəyəri, o cümlədən ehtiyatlar maddəsinin ayrı- ayrı hesabları və subhesabları üzrə balans dəyəri;
satış üzrə xərclər çıxılmaqla, ədalətli dəyəri ilə uçota alınmış ehtiyatların balans dəyəri;
hesabat dövrü ərzində ehtiyatların xərc kimi tanınmış məbləği;
hesabat dövrü ərzində ehtiyatların xərc kimi tanınaraq silinmiş məbləği;
hesabat dövrü ərzində ehtiyatların xərc kimi tanınmış məbləğinin azalması kimi tanınan hər hansı bərpa edilən məbləğ;
ehtiyatların silinməsinin bərpasına gətirib çıxaran hadisələr və ya səbəblər;
öhdəliklər üzrə girov qoyulmuş ehtiyatların balans dəyəri.
İcarə:
Dostları ilə paylaş: |