Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə47/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

DÜŞMƏSİ” üzrə 21 №-li Milli Mühasibat Uçotu Standartı
Bu Standart:


  1. Pul vəsaitləri yaratmayan aktivlərin qiymətdən düşüb-düşmədiyini müəyyən etmək və amortizasiya xərclərinin tanınmasını təmin etmək məqsədilə təşkilat tərəfindən tətbiq edilən proseduraları təyin edir;

  2. Bu Standart həmçinin təşkilatın nə zaman qiymətdən düşmə zərərini ləğv etməli olduğunu göstərir və açıqlama tələblərini müəyyən edir.



“Ümumi Dövlət Sektoru haqqında Maliyyə Məlumatının Açıqlanması” üzrə 22 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standart aşağıdakı hallarda Azərbaycan Respublikasının Hökuməti, o cümlədən mərkəzi, regional/əyalət və yerli hökumətlər üçün açıqlama tələblərini müəyyən edir:

  1. qeyd edilən qurumlar özlərinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında ümumi dövlət sektoru (ÜDS) haqqında məlumat təqdim etməyə qərar verdikdə;

  2. müvafiq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları mühasibat uçotunun hesablama metodu əsasında hazırlandıqda.

Bu Standartın məqsədi hökumətin ümumi dövlət sektoru barədə açıqladığı müvafiq məlumatların maliyyə hesabatlarının şəffaflığının artıra bilməsindən və hökumətin kommersiya və qeyri-kommersiya fəaliyyəti, eləcə də maliyyə hesabatları ilə statistik baza arasında əlaqələrin daha yaxşı dərk edilə bilməsindən ibarətdir.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını mühasibat uçotunun hesablama metodu əsasında hazırladıqda və təqdim edildikdə, habelə ümumi

dövlət sektoruna dair maliyyə məlumatlarının açıqlanmasına dair qərar qəbul edildikdə hazırkı standartın tələbləri nəzərə alınmalıdır.

Bu Standarta uyğun olaraq hazırlanan maliyyə hesabatları yalnız nəzarət edilən müəssisələri konsolidasiya edir. Maliyyə hesabatlarının statistik bazasında bu cür məhdudiyyətlər tətbiq edilmir. Maliyyə hesabatlarının statistik bazasına uyğun olaraq hökumətin bütün səviyyələri üzrə ümumi dövlət sektoru birləşdirilir və bəzi hallarda statistik baza əsasında hesabat təqdim edən ümumi dövlət sektoru Azərbaycan Hökumətinin Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən hazırladığı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına daxil edilməyən strukturları əhatə edəcəkdir. Bu standart hökumətin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hissələrə ayırır və ümumi dövlət sektorunun tərkib hissəsi kimi hökumətin maliyyə hesabatları çərçivəsində konsolidasiya edilməyən qurumlara dair təqdimatların verilməsini istisna edir.

Fərdi nəzarət edilən müəssisələr üçün deyil, yalnız hökumət üçün ümumi dövlət sektoru üzrə əhəmiyyətli təqdimat açıqlana bilər. Ona görə də bu Standart yalnız Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun olaraq mühasibat uçotunun hesablama metodu əsasında birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlayan hökumət üçün tətbiq edilməsi nəzərdə tutulan tələblər müəyyən edir. Bu standartın məqsədi baxımından Hökumət termini mərkəzi, regional/əyalət və yerli hökumətləri əhatə edir.

Bu Standart fərdi təşkilatlara şamil edilmir.




“Qeyri-birja əməliyyatları üzrə gəlirlər (Vergilər və Transferlər)” üzrə

23 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standart müəssisələrin birləşməsi ilə nəticələnən qeyri-birja əməliyyatları istisna olmaqla, digər qeyri-birja əməliyyatları üzrə yaranan gəlirlərlə bağlı maliyyə hesabatlarına dair tələbləri təsvir edir.

Bu Standart qeyri-birja əməliyyatları üzrə yaranan gəlirlərin tanınması və ölçülməsi, eləcə də mülkiyyətçilər tərəfindən həyata keçirilən ayırmaların müəyyən edilməsi zamanı nəzərdən keçirilməli olan məsələləri əhatə edir.

Dövlət müəssisələrinə daxil olan gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatları üzrə yarandığı halda, hökumətlərin və digər bu kimi təşkilatların gəlirlərinin əksər hissəsi, adətən, qeyri-birja əməliyyatları üzrə yaranır, məsələn:



    1. vergilər;

    2. transferlər (nağd və nağdsız), o cümlədən qrantlar, borcların silinməsi, cərimələr, miras, hədiyyələr, ianələr, habelə natural formada olan məhsul və xidmətlər.

Mühasibat uçotunun hesablama metodu əsasında maliyyə hesabatları hazırlayan və təqdim edən təşkilat bu standartı qeyri-birja əməliyyatları üzrə yaranan gəlirlərin uçotu zamanı tətbiq edir.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.


“Maliyyə hesabatlarında büdcə məlumatlarının təqdimatı” üzrə 24 №- li Milli Mühasibat Uçotu Standartı

Bu Standart aşağıdakıları tələb edir:


  1. Təşkilatdan ictimaiyyət qarşısında məsuliyyət daşıdığı təsdiq edilmiş büdcəsini (büdcələrini) ictimaiyyətə açıqlanması tələb olunduqda və ya

özü bu barədə qərar qəbul etdikdə, büdcədə nəzərdə tutulan məbləğilə təşkilatın büdcəsinin icra olunması ilə bağlı yaranan faktiki məbləğin müqayisəsi;

  1. Büdcədə nəzərdə tutulan məbləğilə faktiki məbləğin müqayisəsi maliyyə hesabatlarına daxil olduqda, büdcə məbləği ilə faktiki məbləğ arasında əhəmiyyətli fərqlərin səbəblərinin açıqlanmasın.

Bu Standart təsdiq olunan büdcələrin ictimaiyyətə açıqlanmasını və maliyyə hesablarında ictimaiyyətə açıqlanmayan təsdiq olunan büdcələrə dair məlumatların göstərilməsini və ya müqayisə edilməsini tələb etmir.

Maliyyə hesabatlarını mühasibat uçotunun hesablama metodu əsasında hazırlayan və təqdim edən təşkilat bu Standartı tətbiq etməlidir.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Əsas anlayışlar

Bu standartda istifadə edilmiş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin