Ümumilikdə Ermənistan Respublikasının separatçı maraqlarının nəticəsi olaraq Azərbaycana qarşı həyata keçirdiyi terrorizm siyasətı nəticəsində Azərbaycan Respublikasmın 20 % ərazisi işğal olunmuş, 800-dən çox yaşayış məntəqəsi, 6 minə yaxın sənaye və kənd təsərüfatı müəssisəsi, 4366 sosial-mədəni obyekt, o cümlədən 690 orta məktəb, 490 səhiyyə obyekti, 927 kitabxana, 22 muzey, 6 dövlət teatrı və s. məhv edilmiş, yandırılmış, tarixi-mədəni sərvətlər,incəsənət əsərləri Ermənistana daşınmışdır.
İşğalçılara qarşı mübarizədə 18 min nəfərdən çox Azərbayclı vətəndaşı həlak olmuş, 50 min nəfərdən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir millyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, münaqişə zonasında minlərlə Azərbaycan vətəndaşı əsir və itkin düşmüş, girov götürülmüşdür.
Bunlarla yanaşı erməni terror təşkilatları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı 1989-1994-cü illər ərasında 32 terror aktı həyatakeçirilmişdir. Bu terror aktları nəticəsində əksəriyyətini qocalar, qadınlar və uşaqlar təşkil edən 2000-ə yaxın azərbaycanlı həyatını itirmişdir.
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
16 sentyabr 1989-cu il. «Tbilisi-Bakı» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5.nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də «Şuşa-Bakı» marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.
11 iyul 1990-cı il. «Tərtər Kəlbəcər» sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır..................................................................................................
10 avqust 1990-cı il. «Tbilisi-Ağdam» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Həmin gün «Şəmkir-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2..nəfər..həlak....olmuş,....11....nəfər......yaralanmışdır.
09 yanvar 1991-ci il. «Molodyoj Azerbaycana» qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak...olmuş,...2....nəfər.....yaralanmışdır.
19 iyun 1991-ci il. «Yevlax-Laçın» avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus «UAZ-469» markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş,...3...nəfər...ağır...yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında «KAVZ» markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10..nəfər..ağır..bədən..xəsarəti..almışdır.
08 sentyabr 1991-ci il. «Ağdam Xocavənd» avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.