Erməni terrorizminin növbəti III dövrü və ən dəhşətli dövrü 1988-ci ildən başlamışdır. Məhz bu dövrdən ermənilərin Azərbaycana qarşı ərazi iddiası və separatis maraqları Moskvanın hərbi-siyasi, xaricdəki erməni lobbisinin maliyyə dəstəyi ilə XX əsrdə özünün son mərhələsinə qədəm qoyub və ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün Azərbaycanla elan olunmamış müharibəyə başlayıblar. Münaqişənin tarixi, başlaması və gedişi haqqında müxtəlif elmi-tədqiqat əsərləri yazıldığı üçün mühazirədə əsas diqqət ermənilər tərəfindən Azərbaycana qarşı yönələn terror fəaliyyətinə yetirilmişdir.