Müasir dövrdə bir sıra dövlətlər beynəlxalq birlik tərəfindən terrorçu dövlət kimi tanınmasalar da bu dövlətlər terror siyasətindən aktiv şəkildə istifadə edirlər. Heç şübhəsiz ki, Ermənistan Rcspublikası bu siyahıda birinci yeri tutur. Bunu ermənilərin şüurlu şəkildə bir dövlət siyasəti kimi Türkiyə və Azərbaycana qarşı illərlə həyata keçirdikləri terror aktları da sübut edir.
IX-X əsrdən başlayaraq Osmanlı dövləti ərazisində məskən salan ermənilər imperiyada varlı bir təbəqə halında yaşamaqlarına baxmayaraq XIX əsrə qədər demək olar ki, təsirli zorakılıq aktları törətmir, dövlətə qarşı çıxmırdılar. Ancaq 1877-78-ci illərdə baş vermiş Rus-Türk müharibəsində Osmanlıların məğlubiyyətini şərtləndirən San-Stefano müqaviləsinin (San-Stefano (Yaşılköy) sülh müqaviləsi - 3 mart 1878-ci ildə Rusiya-Türkiyə müharibəsini başa çatdırmış ilkin müqavilədir. Fevralın 19-da İstanbul yaxınlığındakı San-Stefano şəhərində imzalanmışdır. Müqaviləyə görə Çernoqoriya, Serbiya və Rumıniya müstəqil dövlətlər elan edildilər. Osmanlı imperiyası daxilində Bosniya və Herseqovinaya muxtariyyət verildi. Bolqarıstan Türkiyədən vassal asılılığında dövlət elan olundu. Batum, Ərdəhan , Qars, Bayazid və Cənubi Bessarabiya Rusiyanın tabeliyinə keçdi. Türkiyə Epirə, Fessaliya və Albaniyaya daxili özünüidarə hüququ verməyi, Türkiyənin şəhərlərində ermənilər yaşayan ərazilərdə islahatlar keçirməyi və s. öhdəsinə götürdü. Müqavilə Cənubi Qafqazda yeni bir münaqişə ocağının meydana gəlməsinin başlanğıcını qoydu. Türkiyənin heç bir vilayətində əhalinin əksəriyyətini təşkil etməyən ermənilərə muxtariyyət vədlər verilməsi onların arasında terrorçuluq, separatçılıq meyllərinin güclənməsinə, "erməni məsələsi" nin sonralar beynəlxalq səviyyələrdə müzakirə obyektinə çevrilməsinə, dənizdən-dənizə "Böyük Ermənistan" xülyaları əsasında xəritələr cızılmasına, Azərbaycana və Türkiyəyə, xüsusilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinəəsassız iddialar irəli sürülməsinə və s. səbəb oldu. Sonralar Avropa dövlətləri və Rusiyanın imzaladığı Berlin konqresi traktatı və Rusiya ilə Türkiyə arasında imzalanmış İstanbul müqaviləsi San-Stefano sülh müqaviləsinin şərtlərində dəyişikliklər etmiş və onda dəqiqləşmələr aparmışsa da, bunlar erməni terrorizminin və separatçılığının təşkilatlandırılmasını aradan qaldırmamışdı.[1] və Berlin müqaviləsinin (1878-ci il iyulun 13-ü) imzalanmasından sonra Rusiya və bəzi Avropa dövlətlərinin təsiri ilə Osmanlı imperiyasına qarşı çıxan ermənilər müstəqil erməni dövləti qurmaq üçün fəaliyyətə başladılar. Regionda böyük gücə çevrilmə ehtimalı olan Türkiyə və Azərbaycan sərhədləri arasında müstəqil erməni dövləti yaratmaq ideyası və "Böyük Ermənistan" xülyası da məhz Rusiya imperiyasının "mətbəxbtində" hazırlanmışdı. Bütün bunları isə reallığa çevirmək istəyənermənilərin Türkiyə və Azərbaycana qarşı vəhşilikləri tez bir zamanda özünü soyqırım, zorakılıq, etnik təmizləmə və terrorizm formasındabüruzə vermişdir.
Erməni terrorizminə beynəlxalq terrorizmin tərkib hissəsi kimi baxılır. Tarixdən məlumdur ki,Rusiya, İngiltərə, Fransa kimi iri dövlətlər yaxın şərqdə öz mövqelərini möhkəmlətmək və aralıq dənizinə azad giriş əldə etmək üçün XVIII əsrdən başlayaraq Osmanlı dövlətini zəiflətməyə və onu məhv etməyə yönələn çoxsaylı cəhdlər göstərmişlər.Təbii ki,bu dövlətlərin hər biri öz eksponsionist və geosiyasi məqsədlərini güdür və Osmanlı dövlətini bir neçə istiqamətdə zəiflətmək cəhtləri edilmişdir. Bununla əlaqədar, erməni terrorizminin böyük dövlətlərin siyasi amili kimi yaranması tarixi və səbəblərini başa düşmək üçün, ilk növbədə Çar Rusiyasının geostrateji maraqlarını,Osmanlı dövlətinin devrilməsi ilə Bosfor boğazı üzərində hökmranlıq əldə etməsi kimi eksponsionist niyyətlərinə diqqət yetirilməlidir. Bu siyasətin yerinə yetirilməsində ermənilər dəfələrlə xırdalanmışlar, ən rəzil alçaqlıqlara əl atmışlar.
Məlum olduğu kimi ,1813-cü ildə Rusiya və İran arasında Gülüstan müqaviləsi bağlandıqdan sonra tarixi Azərbaycan əraziləri keçmiş SSRİ sərhəddi boyunca Rusiyaya verildi. Daha sonra 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı və müqaviləyə əsasən Azərbaycanın Naxcıvan və İrəvan əraziləri də Rusiyanın əlinə keçdi. Bu dövrdə döyüşlərdə Rusiya tərəfindən erməni döyüşçü dəstələri vuruşurdu ki, məhz bu döyüşlərdən sonra ruslar gələcəkdə ermənilərdən istifadə etmək qərarına gəldilər. Məhz bu dövrdən erməni məsələsi məqsədli şəkildə ortaya atıldı. Belə ki, bu dövrdən Cənubi Qafqazın muxtəlif vilayətlərinə ermənilərin kütləvi köçürülməsi başlandı. Tarixi Azərbaycan torpaqlarına 1828-1829cu illərdə Yaxın Şərq ölkələrindən 130 min, sonra isə daha 600 min erməni köçürüldü. Bütövlükdə tarixi Azərbaycan topaqlarına XIX əsrdə bir milyondan çox erməni köçürülmüşdür.
Ermənilər Naxcıvan, İrəvan, Dağlıq Qarabağ ərazilərinə köçürülmüşlər. Dağlıq Qarabağda ermənilər azlıq təşkil etmələrinə baxmayaraq Rusiyanın köməkliyi ilə inzibati ərazi müstəqilliyi yaratmağa nail olmuşlar. 1923-cü il iyun ayının 7-də Azərbaycan SSR mərkəzi icraiyyə komitəsinin dekreti ilə Azərbaycan Soset Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. 1981-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Dağlıq Qarabağ Muxtar Respublikası haqqında qanun” qəbul etmişdir. Dağlıq Qarabağın sonuncu rəsmi statusu da bu qanunla müəyyən edilmişdir. Belə süni ərazi bölgüsü gələcək etnik təmizləmə və erməni separatizminin əsasını qoydu. Son 200 il ərzində əvvəlcə çar Rusiyasının, sonra isə Sovet İttifaqının Cənubi Qafqazda apardığı siyasət nəticəsində milyonlarla azərbaycanlı öz doğma torpaqlarından didərgin salındılar.
Hələ XVIII-XIX əsrlərdə Amerika protestant missionerləri Osmanlı dövlətinin nəzarəti altında olan müqəddəs torpağı xristianlıq mərkəzinə çevirməyi qarşılarına məqsəd kimi qoymuşdular. Onların bu aksiyaları xeyriyyəçilik məqsədləri ilə həyata keçirilirdi. Lakin nə müsəlmanlar,nə yəhudilər, nə də xristianlığın müxtəlif çərəyanlarının nümayəndələri protestantlığı qəbul etmədilər. 1821-çi ildə Amerika protestantlığının nümayəndələri Erusəlimdə məğlubiyyətdən sonra Beyrutda(Livanda) kök saldılar və orada uğur qazandılar.Belə ki, iki erməni –Qriqori Vartapet və Kartapet Dionisi protestantlığı qəbul etdilər. Bundan sonra Amerika missionerləri öz uğurlarını Türkiyə ərazisində davam etdirərək İstambulda, Bursada və Trabzonda mənzil qərargahlar açdılar. Erməni ruhaniləri Amerika protestant missionerlərinin ermənilər arasında qazandığı uğurlardan təşvişə düşərək,1839-cu ildə həmin missionerlərdən qurtulmaq və dönüklərdən qurtulmaq ücün cəhdlər etdilər. Bu zaman erməni kilsəsi tərəddüd etmədən zor işlətmiş məktəbləri yandırmış, həpslər aparılmış ən qəddar zorakılıqlar etmişlər, terror çiçəklənmişdir. Avropada bu zaman protestantizmi müdafiəyə atılanlar da oldu. Amerika ilə yanaşı erməni protestanizmini İngiltərə müdafiə edirdisə, Fransa isə “erməni katolisizminin” müdafiəçisi kimi çıxış edirdi. Məhz göstərilən tarixi hadisələr fonunda bütün erməni partiyaları – “Armenikan”, Qınçak”, “Daşnaksutyun” siyasi mübarizə vasitəsi kimi terroru seçdilər. Erməni terrorizminin qanlı aksiyaları xüsusi qəddarlığı, kəskinliyi ilə fərqlənir bir qayda olaraq ,bütöv bir yaşayış məntəqəsinin, mədəni və kütləvi mədəni incilərinin tamamilə məhv edilməsi, uşaqların və qadınlar da daxil olmaqla,mülki əhalinin kütləvi qətli ilə müşayiət olunurdu.
1813 cü il birinci Rusiya İran və 1828 –ci il ikinci Rusiya İran müharibələrinin yekunu olaraq Rusiya və İran arasında bağlanan müqavilələrinin nəticəsində Azərbaycan torpaqlarının bölünməsi, həmçinin bir hissəsinın Rusiya ərazisinə qatılması, eləcədə bu müharibələrdə erməni nsilahlılarının ilk dəfə olaraq ruslara göstərdikləri xidməti, Rusları bu barədə düşünməyə vadar etdi ki, ermənilərdən nə vaxt və nə məqsədlə istifadə etmək olar. Beləliklə də göstərilən müqavilələrin imzalanması faciəli nəticəsi kimi Azərbaycan xalqının bölünməsi və Azərbaycan torpaqlarının parçalanması qondarma “erməni məsələsinin” siyasi gündəmə gətirilməsi, həmçinin cənubi qafqazda demokratik vəziyyətin dəyişməsi oldu. Məhz bu andan ermənilərin Cənubi Qafqazın müxtəlif regionlarına köçürülməsi prosesi başladı və onlar elə köçürüldükləri andan Çar Rusiyasının dəstəyi ilə yerli azərbaycan əhalisini sıxışdırmağa başladılar. 1828-1829 cu illərdə Şərq ölkələrindən Azərbaycanın Cənub Qafqaz ərazisinə 130 min, sonradan əlavə 600 min erməni əhalisi köçürüldü. Rus alimi N.İ. Şavrova görə XIX əsr ərzində tarixi Azərbaycan torpaqlarına şərq ölkələrindən köçürülən erməni əhalisinin sayı 1 milyindan çoxdur. Hərçənd Dağlıq Qaqrabağın , Naxcıvanın ərazisində yaşayan ermənilər yerli Azərbaycan əhalisinin sayından qat - qat az idilər 1828-ci il martın 21-də Rus Çarı I Nikolayın Fərmanına əsasən Naxcıvan və İrəvan xanlıqları ləğv edildi. Onların yerində 1849-cu ildə İrəvan quberniyası adlandırılan “erməni vilayəti” adı ilə yeni bir inzibati ərazi vahidi yaradıldı. Son 200 il ərzində Rus Carı sonra Sovet İttifaqı təsəfindən cənubi Qafqazda həyata keçirilən siyasət nəticəsində milyonlarla azərbaycanlılar bu siyasətin qurbanına çevrilərək soyqırıma məruz qalmış, qətlə yetirilmiş və dədə baba torpaqlarından qovulmuşlar.