"Böyük Ermənistan" yaratmaq məqsədinə çata bilməyən ermənilər üçün yeni məqam 1918-20-ci illərdə yetişdi.
Rusiyada 1917-ci ildə baş verən hadisələr ucqarlara da öz təsirini göstərməklə bərabər, həm də Qafqazda müstəqil dövlətlərin yaranması üçün şərait yaratdı. İlk öncə Zaqafqaziya dövlətləri eyni qurumda birləşmişdilər. Ancaq qurum daxilində baş verən qarşıdurma ermənilər və azərbaycanlılar arasında münasibətlərin kəskinləşməsinə səbəb oldu. Tarixən Azərbaycanın olmuş torpaqlarda məskunlaşan bu mənfur qonşumuz daha geniş ərazilər əldə etmək istəsə də hələlik bu xülyaya Azərbaycanın kəskin reaksiyası hesabına nail ola bilmirdi. Hər vəhclə qisas almağa çalışan ermənilər üçün bu şərait 1918-ci ilin mart ayında yetişdi və ilk olaraq Bakı erməni terrorunun acı nəticələrini yaşadı. Martın 24-dən 31-nə qədər olan dövrdə Bakıda baş verən qarşıdurmada 10 minə qədər azərbaycanlı qətlə yetirildi. Bu hadisələrdə ermənilərlə yanaşı ruslar da aktiv iştirak edirdilər. Bakı hadisələri isə daha sonra əyalətlərdə - Naxçıvanda, Gəncədə, Qubada, Şamaxıda törədilən etnik terrorizm siyasətinin başlanğıc nöqtəsi idi.