1918-ci ildən sonra erməni terrorizmi türk liderlərinin qətlə yetirilməsi şəklində davam etmişdir,
- Tələt Paşa 1921-ci il martın 15-də Berlində yaşadığı binanın yaxınlğında Soqoman Tayleryan adlı bir erməni tərəfindən öldürülmüşdür.
- Camal Paşa 1922-ci ilin iyul ayının 21-də Tiflisdə Karakin Lalayan və Serqo Vartanyan adlı iki erməni terrorçusu tərəfındən öldürülmüşdür.
3-Mərhələ: Represiya və azərbaycanılaların Ermənistandan kütləvi deportasiyası illərində erməni terrorizmi
Stalinin 1930-37-ci illərdə həyata keçirdiyi kütləvi deportasiyalar indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılardan da yan keçməmişdir. Belə ki, bu illərdə Amasiya rayonunun Qızıldaş, Çaykənd, Xəncərli, Qızılküsə və Bozalqan kəndləri; Sisyan rayonunun Bazarçay, Ağkənd, Təzəkənd və Şam kəndləri; Zəngibasar (Masis) rayonunun Arazqırağı kəndləri; Yeğenadzor (Keşişkənd) rayonunun Sallı, Gədik Vəngi və Nəbilər kəndləri; Əzizbəyov rayonunun isə Taxtalar və Qabaxlı kəndləri əhalisinin bir hissəsi həbs edilərək sürgün edilib, bir hissəsi isə ermənilər tərəfindən sıxışdırılaraq yaşadıqları ərazilərdənçıxarılmışdır.