XX əsrin əvvəllərində Daşnakstyunun zorakılıq siyasəti ermənilər tərəfindən Azərbaycanda həyata keçirilib. Ernıənilərin azərbaycanlılara qarşı zorakılığı ilk olaraq daha radikal formada özünü 1905-06-cı illərdə göstərmişdir. Osmanlı dövlətində özlərinə muxtariyyət statusuala bilməyən ermənilər qərb ölkələrinin "məsləhəti" və Rusiyanın xristianlaşdırma siyasətinin təsiri ilə müstəqil erməni dövləti yaratmağın yolunu Qafqazda azərbaycanlılara qarşı kütləvi qırğınlar, terror aktları törədərək onları tarixi torpaqlarından sıxışdırmaqda gördülər və bu məqsədlə də Bakıda, Naxçıvanda, İrəvanda, Cəbrayıl-Qaryagin bölgəsində, Şuşada, Gəncədə, Qazaxda, Tiflisdə və Zəngəzurda kütləvi qırğınlar törətdilər və nəticədə minlərlə insan öldürüldü.
2-Mərhələ: 1918-20-ci illərdə Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi terror hadisələri; Mart soyqırımı