Beynəlxalq erməni terrorizminin mərhələləri



Yüklə 101,14 Kb.
səhifə5/19
tarix02.01.2022
ölçüsü101,14 Kb.
#42351
1   2   3   4   5   6   7   8   9   ...   19
erməni terrorizm

Erməni terroriznıinin I dövrü XIX əsrin sonundan XX əsrin ortalarına qədər olan dövrü əhatə edir. Bu dövr özü də bir neçə mərhələyə bölünür.

1-Mərhələ: Erməni terror siyasətinin başlanması, Erməni İnqilab Federasiyası Daşnakstunun yaranması və zorakılıq aktları

Erməni terrorizminin türk xalqlarına qarşı radikal və amansız xarakter alması XIX əsrin sonlarında başlamış, lakin sərt adekvat cavab tədbiri gördükdən sonra demək olar ki, dayanmışdır. Həmin dövrdə yaranmış Daşnakstun millətçi, eyni zamanda terrorçu təşkilatı sonralar özünün əsas hədəfləri sırasına “erməni davasını" (Hay Taht) Sevr müqaviləsində göstərilən formada, yəni kommunist olmayan erməni dövlətinin qurulması və Türkiyənin ermənilərə qarşı iddia etdikləri zorakılığa görə təzminat ödənməsi məsələsini daxil etmişdi.

Daşnaksütyun partiyası 1890-cı ildə Tiflis şəhərində yaranıb. Təşkilatın ilkin məqsədi Türkiyə ərazisində siyasi və iqtisadi cəhətdən müstəqil olan erməni dövləti yaratmaq idi. Yarandığı vaxtdan qısa müddət sonra Daşnaksutyunun Qafqazda, İranda, indiki Türkiyə ərazisində özəkləri yaradıldı. Təşkilat fəaliyyət metodu kimi əsasən təbliğat və silahlı mübarizə yolunu seçmişdi. Silahlı mübarizədə də üstünlük terror fəaliyyətinə verilirdi. Daşnakstyunun simasında ermənilərin ilk zorakılığı 1894-cü ildə Konstantinopolda Osmanlı bankının zəbt olunması oldu. Daha sonra 1905-ci ildə Daşnakstyun terrorçuları türk sultanı Əbdül Həmidin karetasına partlayıcı yerləşdirmişdilər. Lakin bu terror aktı baş tutmamışdı. Ulduz aktı adı verilən bu hadisə ilə də ermənilərin yeni terror siyasətinin əsası qoyulmuşdur.


Yüklə 101,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin