Beynəlxalq erməni terrorizminin mərhələləri



Yüklə 101,14 Kb.
səhifə4/19
tarix02.01.2022
ölçüsü101,14 Kb.
#42351
1   2   3   4   5   6   7   8   9   ...   19
erməni terrorizm

IV xüsusiyyət- erməni terrorizmi xarici dövlətlərin diqqətini cəlb etmək və maksimum sayda insanları cəlb etmək və diqqətlərini öz məqsədlərinə yönəltmək üçün aksiyalarını ictimai gur yerlərdə, uctimai maraq doğuran yerlərdə meydanlar, ictimai naqliyyatda, vağzallarda kecirir və ifrat təxribatcı hərəkətlərdən istifadə edirlər. Zorakılıq aktlarından dərhal sonra mətbuat orqanlarının çağırılması, hadisələrin təhrif olunmuş formada dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması erməni terror təşkilatlarının növbəti xüsusiyyətidir. Misal-erməni “Qınçak” təşkilatı 30 sentyabr 1895-ci ildə İstanbulda Babi-Əli böyük limanın yaxınlığında nümayiş planlaşdırır, bütün səfirliklərə məlumat verilir və nümayişin dinc xarakterli olduğu bildirilir. Halbuki nümayişçilərin əksər hissəsi silahlı gələrək polisi münaqişəyə sövq etmək və 30 sentyabrı yadda qalan hadisəyə çevirmək məqsədini güdürdülər. Günortaya yaxın qum-qapı məhəlləsində erməni patriarxının qarşısında toplaşan 2000-ə yaxın adam hay-küy salıb bağırırdı. Üsyançıların rəhbərlərindən biri “Azadlıq ya ölüm”qişqırarq üsyançıların Babi-Əliyə hücumuna işarə verdi. Bu aksiya qurbanlarla başa catdı,İstambul şəhəri bir neçə gün iflic vəziyyətə düşdü.

Beşinci xüsusiyyət- yaşayış məntəqələrinin məhv edilməsi, etnik soyqırım,etnik əlamətlərinə görə xüsusən azərbaycanlılara və türklərə qarşı, xüsusən uşaqlara və qadınlara qarşı qəddarlıq, tarixi, mədəni və dini abidələrin, eləcə də sosial obyektlərin talan edilib dağıdılması, tarixi abidələrin və mədəni dəyərlərin özününküləşdirilməsi erməni terrorizminin fərqləndirici cəhətlərindəndir.

XX əsrin əvvəllərində “Daşnaksyutun”un Qafqazda fəaliyyətinin gücləndirilməsi, həmcinin genişləndirilməsi barədə partiyanın rəhbərliyi tərəfindən 1905-ci ildə “Qafqaz layihəsi” adlı qərar qəbul edilir. !()?-ci ilin əvvəllərində “Daşnaksyutun”3233 qrupa malik idi ki, onlardan 2300-ü Car Rusiyasında(əsasən Cənubi Qafqazda),qalanları isə erməni diasporu olan ölkələrdə fəaliyyət göstərirdi.

1905-1907-ci illərdə indiki Ermənistan respublikasının ərazisindən ,qədim azərbaycan torpaqlarından azərbaycanlılara qarşı divan tutularaq qovuldular,yüzlərlə yaşayış məntəqəsı yer üzündən silindi minlərlə azərbaycanlı məhv edildi.

1917-ci ilin dekabrından başlayaraq 1918-ci ilin iyun ayına qədər Gülüstan və Türkmənçay müqavilələrindən sonra çar Rusiyasının tərkibinə qatılmış İrəvan xanlığında 200 azərbaycan kəndi talan edildi yandırıldı. Bolşevizmin qələbəsi və əksinqilabi elementlərlə mübarizə adı altında Şaumyanın rəhbərliyi ilə Bakı kommunası 1918-ci ilin martından etibarən Bakıda və bütün Azərbaycan ərazisində azərbaycanlıların məhv edilməsi planını həyata kecirməyə başladı. Bu dövrdə Bakı,Şamaxı,Quba,Qarabağ,Zəngəzur,Naxcıvan, Lənkəranda və Azərbaycanın digər rayonlarında ən qəddar vəhşiliklərlə müşayiət olunan qırğınlar törədilmiş, 50 mindən çox azərbaycanlı məhv edilmişdir,yaşayış məskənləri yandırılıb talan edilmişdir.

28 may 1918-ci ildə Azərbaycan dövlət müstəqilliynin elan etdikdən sonra ermənilər yenidən fəallaşdılar. Tarıxi şəraiti nəzərə alaraq ərazi iddialarına son qoymaq üçün 1918-ci ildə irəvanın ermənilərə verilməsi üçün qərar qəbul edildi və azərbaycan torpaqlarında paytaxtı İrəvan olan ermənistan dövləti yaradıldı. Lakin bundan sonra da sakitləşməyən ermənilər Rusiyanın köməkliyi ilə Zəngəzur dəhlizini ələ keçirməklə İranla həmsərhəd oldular.

Altıncı xüsusiyyət- tarixin heç bir zamanında mövcud olmayan dənizdən –dənizə “böyük ermənistan” mifinin yaradılması ,”azabkeş erməni xalqı”,”məzlum erməni xalqı””soyqırımına məruz qalan erməni xalqı” kimi uydurmalar erməni terrorizminin idealogiyasında mərkəzi yeri tutur və bununlada onlar özlərinin törətdikləri zorakılıqlara bəraət qazandırmaq motivlərini verirlər. Təəssüf ki ,çox vaxt buna nail olurlar.

Erməni xalqının məhv edilməsi barədə” yeni-yeni miflərin yaradılması “Daşnaksütyun”un fəaliyyətində mərkəzi yer tutur.Bu kimi uydurmalar arasında guya 1915-ci ildə Osmanlı hökuməti tərəfindən törədilən “erməni genosidi” adlı uydurma faktları xüsusilə qeyd edilməlidir.”Erməni genosidi” adlanan ideya erməni kilsəsi və bütün erməni təşkilatları,diasporaları tərəfindən əvvəllər zorla sonradan isə aktiv müdafiə olunmuşdur. “Erməni genosidinə” tarixi gün müəyyən edilmiş,bir çox ölkələrdə bu günə abidələr qoyulmuşdur. Məlum olduğu kimi I-ci Dünya Müharibəsi zamanı qanunsuz erməni silahlı dəstələri faktiki olaraq müharibə edən tərəf olmuşlar. Erməni silahlı dəstələri çar Rusiyası tərəfindən Türkiyəyə qarşı döyüşürdü, həmçinin erməni silahlıları hərbi əməliyyatlar zonasından uzaqda türk hərbi quvvələrinin arxa cəbhəsində fəaliyyət göstərərək talanlar təşkil edir,dinç əhalini kütləvi məhv edir,yaşayış məskənlərini dağıdırdılar. Qanunsuz erməni təşkilatlarının hərəkətlərinin planlaşdırılması və idarəçiliyini erməni partiyalarının və onların “komitetçiklər”adlanan özəklərinin rəhbərləri aparırdılar. Belə bir şəraitdə Osmanlı dövləti “kamitetçiklərin” həbs edilməsi barədə qərar qəbul etdi və 24 aprel 1915-ci ildə dövlət əleyhinə ittiham olunan 2345”komitetçik”həbs edildi. Dərhal Eçmiədzin erməni kilsəsinin katalikosu gevorq ABŞ Prezidentinə teleqram göndərərək,hökumətin hərəkətini”genosid”adlandırmaqla Osmanlı dövlətinin erməniləri kütləvi məhv etmələri barədə məlumat vermiş və erməni xalqına kömək göstərməyi xahiş etmişdir. Bu barədə ABŞ-dakı Çar Rusiyasinin səfirinə də məlumat verildi və səfir hadisələrin sonrakı inkişafında rol oynadı.

Birinci dünya müharibəsindən və Azərbaycan Demokratik Cumhuriyyətinin devrilməsindən sonra,Türkiyə və Azərbaycanın siyasi və ictimai xadimlərinin qətlə yetirilməsi “Daşnaksyutunun”başlıca vəzifələrindən biri oldu. Məsələn 1920-ci ilin bir neçə ayı ərzində ADR-in görkəmli dövlət xadimləri N.Yusifbəyli(may1920) ,F.Xoyski və X.Xasməmmədov(19iyun 1920), H.Ağayev(19 iyul1920) erməni terrorunun qurbanına çevrildilər. Bu dövrdə “Daşnaksütyunun” xüsusi “Nemsis”adlı cəza dəstəsi yaradıldi ki,onun da qurbanlarından biri müdafiə naziri olmuş Tələt paşa oldu.O,15 mart 1921-ci ildə minlərlə şahidin gözü qarşısında Berlin şəhərinin gur bir yerində Sacaman Teyleryan adlı erməni terrorist tərəfindən odlu silahla qətlə yetirilmişdir. Siyasi təzyiqlər nəticəsində məhkəmə baxışı “genosid” barədə yalançı faktların təsdiqlənməsinin şousuna çevrilmiş,terrorçuya bəraət hökmü çıxarılmış,Berlin dairə məhkəməsi terrorçu Teyleryanı deyil sanki Türkiyəmi mühakimə etmişdir.Ölüm hökmü tələb edən prokuror sonradan öz tələbini geri götürmüşdür.Beləliklə Berlin dairə məhkəməsi hüquqi deyil siyasi qərar çıxarmaqla mahiyyətcə,bütövlükdə erməni terrorizminə bəraət hökmü oxumuş,erməni terrorizminin sonrakı qanlı aksiyalarına yaşıl işıq yandırmışdır.Bu rüsvayçı qərardan sonra dünyanın müxtəlif yerlərində Türkiyə və Azərbaycan diplomatlarına qarşı qətllər başladı. Ermənilər Behbud Xan Cavanşiri İstanbulda (18 mart 1921),Sait Halim Paşa Romada(16dekabr 1921),Osmanlı hökumətinin sabiq baş naziri Bahaddin Şekər və Trabzonun sabiq qubernatoru Cemal Əzmi Berlində (17 aprel1922),Kamal paşa və onun müavini Sureyya bəy Tiflisdə(25 iyul 1922), Ənvər Paşa Buxarada (4 avqust 1922) qətlə yetirilmişdir.


Yüklə 101,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin