Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri



Yüklə 210,43 Kb.
səhifə36/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   32   33   34   35   36   37   38   39   ...   57
muhazre1

Üçüncü qrup ölkələrə dövlət tərəfindən yaradılan  və inzibati ərazilərində hüquqi şəxslərin qeydiyyatı nisbətən sadədir, gəlir vergisi cox aşagıdır (bəzən hec yoxdur)-“vergi cənnətidir”.

Bir qayda olaraq bu Avropanın karlik ölkələri, inkişaf etmiş ölkələrin kecmiş müstəmləkələrdir. Anoloji şərtlər xarici investisiyaları cəlb etmək məqsədilə “azad iqtisadi zonalar”da, ayrı-ayrı inzibati birləşmələrdə, ştatlarda, vilayətlərdə bu cürə “vergi cənnətləri”yaradılmışdır.

“Vergi cənnətinə ”tipik misal kimi Avropada Gibraltarı, kanal adaları adlanan Jersi, Gernsi, Sark (BB), karlik ölkələrdən Lixtenşteyn, Malta, Andorra, Monako göstərə bilərik. Ücüncü dünya ölkələrində də bu cürə “ vergi cənnət ”ləri mövcuddur: Panama, Kosta-Rika, Antil adaları, Aruba, Bermud, Kayman, Birjiniya, Baham adaları, Barbados, Antiqua və Barbuda, Beliz,Terks və Kaykos, liberiya, Mavrikiya adaları, Qərbi Samoa, Nauru və s.

Firmaların bu zonalarda yerləşdirilməsinin ən üstün cəhəti burada qeydiyyatdan kecmənin sadəliyi və ucuzlugun olmasıdır. Yeni firma bir necə gün ərzində acıla bilər. 2012-ci ilin məlumatlarına əsasən Panamada 120 min, Gibraltarda 22 min, BB-nın müstəqil adalarında 20 mindən cox firmalar qeydiyyatdan kecmişdir. Beləliklə, offşor zonaların üstün cəhətləri:

1. mənfəətdən vergi 1-2%-dən cox olmur. Hətta bəzi zonalarda bu rəqəm il ərzində 150-1000 dolları kecmir. Dividendlər, bank faizləri, royaliti ödənişləri, gəlirlərin cıxarılmasına vergi tutulmur

2. qeydiyyat proseduru maksimum dərəcədə sadələşdirilmişdir: minimal nizamnamə kapitalı adətən tələb olunmur; firmaların sahiblərinin şəxsiyyəti açıqlanmır, yalnız cinayət tərkibi müəyyən olunduqda rəsmi orqanlara verilə bilər (dələduzluq, qanunsuz narkotik ticarəti və s.

3. offşor zonalardan valyutanın cıxarılmasına məhdudiyyət qoyulmur. Firmalar istənilən valyuta ilə istənilən xarici bankda depozitlər aca bilər, ödənişləri istənilən valyuta ilə həyata kecirə bilər.

4.  firmanın idarəedilməsi proseduru sadələşdirilmişdir. Hərdən o sahibkarın etibarnaməsi əsasında secretarial firmalar tərəfindən həyata kecirilir. Bəzi “vergi cənnətlərində” sahibkarın ano­nim­li­yinin qorunması daşıyıcı səhmlər buraxılması ilə də təmin edilir.

5. əksər offşor ölkələrində vergi və gömrük qanunlarının pozulması cinayət hesab olunmur.

Bununla bərabər əksər “vergi cənnətlərin”də :

1) bütün kommersiya əməliyyatlarını törəmə (qız) müəssisələr offşor zonaların hüdudlarından kənarda həyata kecirmələri mütləqdir;

2) qanuna müvafiq olaraq vergi güzəştlərindən istifadə edən firmaların rəhbəredici personalları offşor zonaların ərazi hüdudlarında yaşaya və öz vəzifələrini icra edə bilməzlər.




Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin