2.2.Kapitalın beynəlxalq hərəkətinin amil və şərtləri
İstehsahn beynəlmiləlləşməsi və qloballaşması nəticəsində ölkələr arasında əmtəə və xidmətlərin hərəkəti ilə yanaşı kapitalın da hərəkəti baş verir. Kapitalın ölkələrarası hərəkətinin səbəbi, onun iqtisadi əsaslandırılması əmtəə və xidmətlərin hərəkətinin iqtisadi əsaslandınlmasında işlədilən üsul və yanaşmaların vasitəsilə həyata keçirilə bilər. Buna baxmayaraq dünya miqyasında iqtisadçı alimlər kapitalın ölkələrarası hərəkətinin nəzəri əsaslarını işləməkdən çəkinməmişlər və bu məsələni həll etməyə çalışmışlar. Belə alimlərdən biri ingilis alimi Core S.Milldir. 0, ilk dəfə XIX əsrdə kapitalın ölkələr arasında hərəkəti məsələlərini araşdırmağa başladı və D.Rikardonun əmtəələrin hərəkəti üçün irəli sürdüyü "nisbi üstünlük" prinsipini kapitalın hərəkətinə də aid etdi və göstərdi ki, kapital ölkələr arasında ona görə hərəkət etdirilir ki, kapital cəhətdən varlı olan ölkədə kapitalın verə biləcəyi səmərə mənfəət norması getdikcə aşağı düşür. Belə vəziyyətdə kapital sahibi (dövlət və yaxud da sahibkar) öz vəsaitini mənfəət norması çox olan ölkəyə çıxarmağa calışır. Deməli, C.S.Millın nəzəriyyəsinin əsasını mənfəət norması təşkil edir ki, bunun nəticəsində də kapital aşağı mənfəət norması olan ölkədən yüksək mənfəət norması olan ölkəyə hərəkət etdirilməli olur. İstər neoklassik nəzəriyуө deyilən nəızəriyyənm nümayəndələri (C.S.Mill, E.Hekşer, B.Olin, R.Nurkse, K.İversen) və istərsə də neokeysian nəzəriyyə deyilən nəzəriyyənin nümayəndələri (Sam Keyns, R.Xarrod və s.) kapitalın bir ölkədən digər ölkələrə hərəkətinin iqtisadi mexanizmini açmışlar və qiymətli nəticələr çıxarmışlar. Bu nətıcələrə əsasən kapitalın ölkələrarası hərəkəti asağıdakıları tələb edir:
-ölkələr arasında "mənfəət norması" fərqi çox olmalıdır ki, xarici investorun özgə ölkədə riskə getməsi mümkün olsun;
-kapitalın beynəlxalq hərəkətinə gömrük maneələri təsir göstərir.
Əmtəə və xidmətləri istədiyi ölkənin bazarına gömrük maneələrinə görə keçirə bilməyən xarici mal göndərən bunun əvəzində kapitalın miqrasiyasına üstünlük verir və bu yolla ölkənin daxili bazarına nüfuz etmək imkanı əldə edir. Gömrük maneələrindən başqa kapitalın ölkələrarası hərəkətinə firmaların kapital qoyuluşunun coğrafi diversifikasiyalaşmasına maraq göstərmələri, ölkələr arasındakı siyasi anlaşılmamazlıqlar, xarici investorun riskləri və onların dərəcələrı kimi amil və şərtlər də güclü təsir göstərır (B.Olin).
-əmtəə ixracı üzrə müvəffəqiyyət qazanan və ixracı artan ölkələrin kapital idxal etmək tələbatı artır və əksinə (R.Nurkse).
müxtəlif növ kapitalların beynəlxalq mobillik dərəcəsi müxtəlif olur və məhz buna görə də eyni ölkə kapitalın həm idxalı və həm də ixrac isə məşğul ola bilər (K.İversen).
əmtəə və xidmətlərin ixracı onların idxalından çox olan ölkələrdə kapitalın ixracı baş veriƏks halda dövlət bu işə qarışmalıdır (Sanı
Dostları ilə paylaş: |